Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə144/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   146

467 


İctimai  həyat  şəraiti  maddi  nemətlərlə  zənginləşdik-

cə, sənətkarlığın da yaradıcılıq potensialı artır. Maddi im-

kanlar genişləndikcə ideyalar da artır və bədii-estetik duy-

ğuların  cəmiyyətdə  realizə  olunmasına  güclü  təkan  yara-

nır. Lakin iqtisadi vəziyyəti mürəkkəb olan cəmiyyətlərdə 

də sənətkarlıq ənənələri yaşaya bilər. İqtisadi tənəzzül es-

tetik  zövq  mənbələrinə  bu  və  ya  digər  formalarda  mənfı 

təsir  göstərsə  də,  onları  tam  şəkildə  ləğv  etmək  gücünə 

malik deyildir.  

Çünki bədii-estetik zövq həm də fərdi xüsusiyyət ol-

duğu  üçün  sənətkarın  iradəsindən,  istedad  və  bacarığını 

realizə  etmək  qabiliyyətindən  çox  asılıdır.  Tarixi  hadisə-

lərlə bağlı olan faktlar sübut edir ki, Azərbaycanın ən ağır 

iqtisadi vəziyyətində də sənətkarlar incəsənətlə bağlı yara-

dıcılıq  ənənələrini  qoruyub  saxlamaq  üçün  ictimai  çətin-

liklərə dözə bilmişlər. 

Ümumiyyətlə, tarixin bütün dövrlərində mədəni, iqti-

sadi  cəhətdən  inkişaf  etmiş  iri  şəhərlər  sənətkarlığın  inki-

şafında xüsusi rol oynamışdır. Bir çox sənət  ənənələri və 

üslubları da iri, mərkəzi şəhərlərdə yaranmışdır.

124

 

Sənətkarların  bədii  yaradıcılıq  maraqları  tarixin 



müxtəlif dövrlərində biznes maraqları ilə üst-üstə düşmüş-

dür. Biznes maraqları yaranan sənət nümunəsinin bədii-es-

tetik dəyərinin yüksək olmasına da müsbət təsir göstərmiş-

dir. Sənətkar istehsal prosesində öz alıcısının, yəni müştə-

risinin bədii zövqünü də nəzərə almışdır. Buna görə də öz 

dövrünün  dəblərinə  uyğun  olan,  eyni  zamanda  mövcud 

                                                 

124


İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print, 

səh. 145 




468 


adət  və  ənənələrin,  davranışların,  vərdişlərin  tələblərinə 

cavab verən əsərlər, sənət nümunələri yaradılmışdır.  

Hətta  məişət  əşyalarını  yaradarkən  də  milli  ənənəvi 

xüsusiyyətlər  nəzərə  alınmış,  əşyaların  zahiri  tərtibatında, 

bəzəyində  insanların  maraqlarına  aid  olan  bədii  mövzu-

ların yer tutmasına daha çox diqqət yetirilmişdir. 

Hər  bir  sənət  növünün  daha  çox  dərk  olunmasında 

adət  və  ənənələrin  xüsusi  rolu  vardır,  çünki  adət  və 

ənənələrin  ruhu  milli  sənətlərə  güclü  təsir  etdiyindən 

onların mahiyyətini də formalaşdırır. Buna görə də adət və 

ənənəsi bir-birinə yaxın olan xalqların incəsənət və poezi-

yasında da bir oxşarlıq vardır. Təbii ki, bu oxşarlığı  yara-

dan  əsas  cəhətlərdən  biri  də  dini  faktordur,  çünki  hər  bir 

din  özünün  adət  və  ənənəsini  və  kütləvi  bayramlarını  ya-

ratmışdır.  

Dünya dinləri isə bir çox xalqları və millətləri öz ət-

rafında birləşdirərək onların adət və ənənələrini də bir-bi-

rinə  yaxınlaşdırır.  Bir-birinə  oxşar  incəsənət  və  poeziya 

mədəniyyəti formalaşır. Məhz bu baxımdan adət və ənənə-

lərə  əsaslanaraq  incəsənətin  və  poeziyanın  mahiyyətini, 

ruhunu  daha  tez  dərk  etmək  mümkündür.  Digər  tərəfdən, 

incəsənət sahələrində istifadə olunan dini-mifoloji mövzu-

ların  da  oxşarlığı  sənət  əsərlərinin  dərk  olunma  prosesini 

asanlaşdırır. Mifoloji və ya hər hansı poetik material musi-

qinin,  yaxud  təsviri  incəsənətin  mövzu  mənbəyinə  çevril-

dikdə onların əsas mahiyyətini anlamaq da çətin olmur. 

125

 

Hər  bir  fərdin  mənəviyyatının  zənginləşməsi,  insan-



ların  bütövlükdə  estetik  zövqünün  formalaşması  həmişə 

                                                 

125

İ.  Hüseynov,T.Əfəndiyev  Kulturologiya  tarixi.  Bakı,  Mars-Print,  2012. 



səh. 149 


469 


xalq  yaradıcılığından  milli  adət  və  ənənələrimizin  tərkib 

hissəsi  olan  bədii  qaynaqlardan  bəhrələnmişdir.  Məhz  bu 

qaynaqların  təsiri  nəticəsində  milli-ənənəvi  keyfıyyət  an-

lamı formalaşmışdır. Xalq yaradıcılığı nümunələri adət və 

ənənəyə  sədaqət  hissi  yaratmış,  milli  dəyərlərin  əhəmiy-

yətini  daima  kütləviləşdirə  bilmişdir.  Məhz  bu  xüsusiy-

yətlərinə  görə  xalq  yaradıcılığı  nümunələri  milli-mədəni 

etiketimizə çevrilmişdir. Bu etiket vasitəsilə dünyanın hər 

bir  yerində  milli  xüsusiyyətlərimiz  haqqında  geniş  təsəv-

vürlər yarada bilirik.

126

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                 

126

İ.Hüseynov,T.  Əfəndiyev.  Kulturologiya  tarixi.  Bakı,  Mars-Print,  2012. 



səh. 156 

 

 



 


470 


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

 

1.

 



Abbasov  İ.  Audit.  Bakı  Biznes  Universiteti.  Bakı, 

2007.  


2.

 

Abbasov  İ. Bazar  iqtisadiyyatı  terminləri 



 (izahlı lüğət). Bakı, Sabah, 1996.  

3.

 



Abbasov İ. Xarici ölkələrdə iqtisadi təhlilin xü-

susiyyətləri.  Azərbaycan  Respublikası  Bakı 

Biznes Universiteti. Bakı,Sabah, 1996. 

4.

 



 Abbasov  İ. Menecment:  dərs  vəsaiti  Bakı,Bakı 

Biznes Universiteti, 2013. 

5.

 

 Abbasov  İ. Rəqabət  və  marketinq:  monoqrafi-



ya. Bakı, Bakı Biznes Universiteti, 2012. 

6.

 



Piriyev.  Ə.  Azərbaycan  Respublikasının  hüquq 

mühafizə orqanları. Bakı, “Çıraq”, 2005. 

7.

 

  Ə.Q.Əlirzayev. İslahatlar və sürətlənmə strategiyası 



şəraitində  Azərbaycanın  sosial-iqtisadi  inkişaf 

problemləri:  təcrübə,  meyllər  və  perspektiv  istiqa-

mətlər. Bakı, Adiloğlu nəşr, 2005. 

8.

 



M.  Həsənova,  A.  İsfəndiyarov.  Mədəniyyət  və 

İncəsənət  sahələrinin  menecmenti.  Mars  Print, 

Bakı-2002. 

9.

 



“Salam Azərbaycan” jurnalı № 1.2002. 

10.


 

Sosiologiya. Bakı, “Təbib”, 1994 

11.

 

Как  провести  социологическое  исследование. 



Москва. 1990,  

12.


 

Rzayev C.//kayzen.az/blog/ insan-problemi. Html 

13.

 

Şəmsizadə  N.  Azərbaycan  ideologiyası.  Bakı,  



Sabah”,1996, 


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə