Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

21 
 
barədə qərar qəbul etmək bizim səlahiyyətimizdə deyil, ancaq qeyd etməliyik ki, 
yalnız Milli Yığıncaq (heç bir digər palata yox) Konstitusiyanın adi maddələrinə 
dəyişiklik  edə  bilər;  heç  bir  xüsusi  bildiriş
12
  müddəti  yoxdur,  Konstitusiyaya 
dəyişikliyin  layihəsi  hər  hansı  digər  qanun  layihəsinin  bir  hissəsi  kimi 
səsverməyə  təqdim  oluna  bilər  və  dəyişiklik  layihəsi  barədə  düşünmək  üçün 
əlavə müddət müəyyən olunmamışdır.   
 
Hüquqlar bilinin möhkəmləndirilməsi 
[157]  KP-lərin II maddəsində deyilir: 
 
Bütün  bəşəri  (universal)
13
  qəbul  olunan  insan  hüquq  və 
azadlıqlarının... 
 
Konstitusiyaya 
daxil 
edilməsi 
və 
onların 
Konstitusiyanın  möhkəm  və  üzərində  məhkəmə  nəzarəti  həyata 
keçirilə bilən müddəaları ilə qorunması”.  
 
Layihə  barədə  şikayət  onunla  əsaslandırılır  ki,  layihənin  2-ci  hissəsində 
göstərilən  Hüquqlar  Bili  KP-in  II  maddəsi  ilə  tələb  olunan  qaydada  möhkəm 
qorunmur.  Xüsusən  qeyd  olunur  ki,  orada  layihənin  digər  maddələri  ilə 
müqayisədə  Hüquqlar  Bilinin  daha  güclü  qorunmasını  nəzərdə  tutan  maddə 
mövcud deyil.  
 
[158]  Layihəni  müdafiə  edənlər  qeyd  edirlər  ki,  bu  müddəalar  kifayət  qədər 
qorunur  və  qeyd  olunan  hüquq  və  azadlıqların  layihədə  nəzərdə  tutulan 
qaydada  adi  qanunverici  prosesdən  və  səs  çoxluğundan  kənara  çıxarılması  – 
[yəni  bu  hüquqlar  sadə  səs  çoxluğu  ilə  qəbul  oluna  bilən  adi  qanun  əsasında 
dəyişdirilə  və  ya  ləğv edilə  bilməz]  artıq KP-lərin  II  maddəsinin  tələbini  yerinə 
yetirmək deməkdir.  
 
[159]  Biz  razılaşmırıq  ki,  KP-lərin  II  maddəsinin  tələbi  yuxarıda  qeyd  olunan 
hüquq  və  azadlıqların  adi  qanunlardan  daha  yaxşı  qorunan  Konstitusiya 
maddələrinin  sırasına  salınması  ilə  yerinə  yetirilmiş  olur.“Konstitusiyada” 
möhkəmlənmək  ifadəsi  onu  ehtiva  edir  ki,  hüquqlar  Konstitusiyanın  digər 
maddələrinə nisbətdə daha yaxşı qorunmalıdır. Ona görə də etiraz əsaslı sayılır 
və  qəbul  olunur.  “Möhkəm”  sözünü  istifadə  etməkdə  KP-lərin  II  maddəsini 
yazan  şəxslər  onu  nəzərdə  tutmuşlar  ki,  Konstitusiyanın  Hüquqlar  Bilini  təşkil 
edən  maddələrin,  onların  təbiətini  və  məqsədini  nəzərə  alaraq  asan 
məhdudlaşdırılmasından  qoruyacaq  xüsusi  dəyişikliyin  edilməsi  proseduru 
mövcud olmalıdır. Palatanın üçdə iki səs çoxluğu tələbi KP-lərin II maddəsində 
                                                 
12
 Yığıncaqdan qabaq yığıncaq barədə, o cümlədən yığıncaqda müzakirə olunacaq mövzular 
barədə bildirişlərin verilməsi.  Bu, Milli Yığıncağın üzvlərinə hər hansı məsələni daha yaxşı 
araşdıraraq həmin məsələ barədə daha dolğun fikir formalaşdırmağa imkan verir. 
13
 Mötərizədə neologizm olan sinonimin istifadəsi tərcümənin oxucular üçün daha asan edilməsi 
məqsədini daşıyır. 


22 
 
göstərilən  qorunmanı  təmin  edə  bilmir.    KP-lər  onu  demir  ki,  Hüquqlar  Bilinə 
hər  hansı  dəyişiklik  etmək  olmaz  və  ya  praktiki  cəhətdən  onları  dəyişdirmək 
mümkün olmasın. Burada sadəcə “möhkəm”ləndirmə mexanizmi tələb olunur – 
misal  üçün,  Parlamentin  hər  iki  Palatasının  qərarı  və  ya  Milli  Yığıncaqda  daha 
çox  səs  sayı  və  ya  digər  mexanizm  –  elə  mexanizmlər  ki,  onlar  layihənin  digər 
maddələrinə  nisbətən  Hüquqlar  Bilini  daha  möhkəm  qorusunlar.    Hansı 
mexanizmi seçmək bizim deyil, KY-ın səlahiyyətinə aiddir?
             
 
 
Məhkəmənin  tövsiyə  etdiyi  düzəlişlərdən  sonra  Konstitusiya  layihəsi  4 
dekabr 1996-cı ildə ölkənin Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olundu. 
 
 
Xalqın  və  ya  onun  nümayəndələrinin  qəbul  etdiyi  Konstitusiyanın  hər 
hansı  məhkəmə  tərəfindən  yoxlanması  və  təsdiq  olunması  (və  ya  təsdiq 
olunmaması), həqiqətən də, unikal prosesdir.  Ancaq burada iki mühüm məqam 
var.    Bu  cür  təsdiqi  CAR-da  o  zaman  yaranmış  tarixi  vəziyyəti  anlamaqla  tam 
dərk  etmək  olar.    O  zaman  ölkədə  iki  böyük  qüvvə  vardı  –  azlıq  təşkil  edən 
hökumət və çoxluq təşkil edən azadlıq hərəkatı – tanınmış şəxsiyyət olan Nelson 
Mandela ilə birlikdə. O zaman bu qrupların arasında inam və etibar çox zəif idi. 
Digər tərəfdən qəbul olunan Konstitusiya prinsipləri çox geniş xarakter daşıyırdı 
və  onlarla  manipulyasiya  etmək  asan  idi.  Konstitusiya  Məhkəməsi  də  bu  cür 
manipulyasiyanın qarşısını almaq üçün mexanizm idi. 
 
İkinci  mühüm  məqam  odur  ki,  Konstitusiya  Məhkəməsinin  vəzifəsi  hər 
hansı  siyasi  seçim  etmək  deyil  (məhkəmə  özü  də  bunu  qeyd  edir),  sadəcə 
Konstitusiya  layihəsinin  maddələrinin  Konstitusiya  prinsiplərinə  hüquqi 
baxımdan uyğunluğunu yoxlamaqdır. Ən azından məhkəmə buna çalışır. Ancaq 
hansı  məsələnin  sırf  hüquqi  və  sırf  siyasi  olması  konstitusiya  hüququnda  nisbi 
xarakter daşıyır və çox zaman konstitusiya  hüququ  siyasi elmlərlə, o cümlədən 
siyasi tarixlə sıx bağlı olan bir sahə kimi çıxış edir.   
 
 
 


23 
 
3.
 
Azərbaycanın
 
Konstitusiyası
 
 
“Azərbaycan  dövləti  demokratik,  hüquqi, 
dünyəvi, unitar respublikadır”
Maddə  7.I,  Azərbaycan  Respublikasının 
Konstitusiyası  
 
12  NOYABR  1995-CI  IL  AZƏRBAYCAN  XALQININ  HƏYATINDA  XÜSUSI 
GÜN IDI.  Bu gün Azərbaycanın müstəqillik tarixində birinci konstitusiya üçün 
səsvermə  günü  idi  və  bu  tarixdə  müstəqil  Azərbaycanın  birinci  Konstitusiyası 
qəbul olundu.  Bu Konstitusiya 27 noyabr 1995-ci il tarixdə qüvvəyə mindi. 
Bundan  əvvəl  Azərbaycanda  yalnız  Sovet  konstitusiyaları  olmuşdur  – 
ümumilikdə onların sayı 4 idi.  Sonuncu Sovet Konstitusiyası 1978-ci ildə qəbul 
olunmuşdu
14
.    Sovet  və  kommunizm  ideyalarının  təsiri  altında  yazılan  Sovet 
Konstitusiyası  müasir  konstitusionalizmin  tələblərinə  cavab  vermirdi.    Bundan 
əvvəlki  Sovet  konstitusiyalarında  olduğu  kimi,  sonuncuda  da  mühüm  dəyərlər 
olan  insan  hüquqları,  o  cümlədən  mülkiyyət  hüququ  öz  əksini  tapmamışdı.  
Sovet  ideologiyası,  ümumiyyətlə,  bunları  istisna  edir  və  bu  ideyalara  düşmən 
ideyalar münasibəti göstərirdi. Müstəqil və müasir konstitusionalizm ideyalarını 
özündə əks etdirən Konstitusiyanın qəbulu Azərbaycan müstəqillik qazandıqdan 
sonra mümkün oldu.  
 
Azərbaycan  18  oktyabr  1998-ci  il  tarixində  müstəqillik  haqqında  Konstitusiya 
Aktı qəbul etməklə
15
 özünün dövlət müstəqilliyini elan etdi.  Digər müddəalarla 
yanaşı, bu Aktda deyilir: 
 
Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana 
təcavüzü,  respublika  ərazisini  zəbt  etməsi,  beynəlxalq  hüququn  subyekti 
olan  Azərbaycan  Demokratik  Respublikasını  devirməsi  Rusiyanın 
müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin. 
 
Maddə  2. Azərbaycan  Respublikası  1918-ci  il  mayın  28-dən  1920-ci  il 
aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. 
 
Maddə  3. SSRİ-nin  təşkili  haqqında  1922-ci  il  30  dekabr  tarixli 
müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır. 
                                                 
14
 Digərləri 1921, 1927, 1937-ci illərdə qəbul edilmişdir.  
15
 "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı, № 222-XII, 18 
oktyabr 1998-ci il 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə