Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   2   3   4   5   6   7   8   9   ...   71

16 
 
1990-cı  ilin  fevral  ayında  ölkədə  yeni  konstitusiya  quruluşunun  yaradılmasına 
razılıq verdi.  Məlum idi ki, CAR-da yeni konstitusiya qəbul olunmalı idi. Ancaq 
bu konstitusiyanı kim qəbul və ya təsdiq etsin?  1993-cü ildə hökumət və müxalif 
hərəkat konsensus tapdı.  Onların arasında olan razılaşmaya əsasən aşağıdakılar 
yerinə yetirilməli idi: 
 
(1)
 
Keçid Konstitusiyası qəbul olunmalı, 
 
(2)
 
Keçid Konstitusiyasına əsasən yeni Keçid Hökuməti yaradılmalı, 
 
(3)
 
Keçid Konstitusiyasına əsasən ölkənin Yeni Konstitusiyasını hazırlayacaq 
Konstitusiya yığıncağı yaradılmalı idi, 
 
(4)
 
Keçid  Konstitusiyasına  konstitusionalizmin  mühüm  prinsiplərini  təşkil 
edən Konstitusiya prinsipləri daxil edilməli,  
 
(5)
 
Qərəzsiz  prosedur  vasitəsi  ilə  təyin  olunan  ölkənin  Konstitusiya 
Məhkəməsi  yığıncağın  hazırladığı  Konstitusiya  layihəsinin  Konstitusiya 
prinsiplərinə uyğunluğunu yoxlamalı idi
11

 
1994-cü  ildə  bunların  hamısı  icra  olundu,  o  cümlədən  Keçid  Konstitusiyaya  34 
Konstitusiya  prinsipi  daxil  edildi.  Bu  prinsipləri  Konstitusiya  Məhkəməsi  qısa 
formada bu cür ifadə etdi: 
 
(a)
 
Müstəqil 
məhkəmə 
hakimiyyətinin 
qoruduğu 
Konstitusiyanın  ali  olması  ideyası  əsasında  qurulan 
konstitusion demokratiya
 
(b)
 
Ümumi  seçki  hüquqlarının  və  mütəmadi  seçkilərin  təmin 
olunması  da  daxil  olmaqla,  şəffaflıq,  hesabatlılıq  və 
bərabərlik prinsiplərinə əsaslanan demokratik hökumət; 
 
(c)
 
Hesabatlılığı,  xalqa  vaxtında  məlumatın  verilməsini  və 
şəffaflığı  təmin  edəcək  qarşılıqlı  nəzarət  və  balansa 
əsaslanan  qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti 
arasında səlahiyyət bölgüsü sistemi; 
  
                                                 
11
 Constitutional Court (South Africa), 1996 (4) SALR (CC)  


17 
 
(d)
 
Dövlət  hakimiyyəti  üzərində  digər  zəruri  olan  nəzarət 
mexanizmlərinin tətbiq edilməsi
 
(e)
 
[Yeni  Konstitusiyada]  yer  alan  və  məhkəmə  tərəfindən 
qoruna  bilən  bütün  universal  qəbul  olunan  əsas  və  mülki 
hüquq və azadlıqlardan bəhrələnmək imkanı;  
 
(f)
 
Milli,  regional  və  yerli  səviyyədən  ibarət  olan  suveren 
dövlət;  bütün  dövlət  hakimiyyəti  səviyyələrinin  səmərəli 
fəaliyyət  göstərməsi  üçün  onlar  zəruri  səlahiyyətlərə  malik 
olmalıdırlar;  
 
(g)
 
Ənənəvi  idarəçiliyin  statusunun,  bu  cür  idarəçilik 
institutlarının və onların rollarının tanınması və qorunması; 
 
(h)
 
Hər kəsin qanun qarşısında bərabərliyini təmin edən hüquq 
sistemi;  buraya  əlverişsiz  (o  cümlədən  irqi,  rəngi  və  inamı 
əsasında) 
şəraitdə 
olan 
şəxslərin 
bu 
vəziyyətinin 
düzəldilməsinə  yönələn  qanunların,  proqramların  və  digər 
tədbirlərin mövcud olması da daxildir;  
 
(i)
 
Çoxpartiyalı  demokratiya,  hər  kəsin  eyni  seçici  siyahısına 
daxil  edilməsi,  ümumiyyətlə,  proporsional  təmsilçilik 
prinsiplərinə əsaslanan təmsilçi hökumət
 
(j)
 
Xüsusi  prosedur  vasitəsi  ilə  edilən  dəyişikliklər  istisna 
olmaqla, [Yeni Konstitusiyanın] dəyişikliklərdən qorunması; 
 
(k)
 
Ümummilli  səviyyədə  yığılan  vergidən  regional  və  yerli 
dövlət  orqanlarına  fiskal  və  maliyyənin  təmin  edilməsini 
nəzərdə tutan büdcə bəndlərinin olması; 
 
(l)
 
İşəgötürənlərin  və  işçilərin  kollektiv  danışıqlar  aparmaq 
hüququ, hər bir şəxsin ədalətli əmək şəraiti hüququ; 
 
(m)
 
Heç bir partiya mənsubiyyəti olmayan, geniş Cənubi Afrika 
cəmiyyətini  təmsil  edən  və  bütün  ictimaiyyətə  ədalət 
prinsipi əsasında və qərəzsiz qulluq edən dövlət qulluğu;  
 


18 
 
(n)
 
Təhlükəsizlik 
qüvvələri 
milli 
maraqlar 
naminə 
öz 
fəaliyyətini qurmalıdır və onlara hər hansı siyasi partiyanın 
maraqlarını müdafiə edən hərəkətlər qadağan olunur. 
   
1996-cı  ildə  layihəyə  ilk  dəfə  baxan  Konstitusiya  Məhkəməsi  yeni  Konstitusiya 
layihəsini  tarixi  nailiyyət  hesab  etsə  də,  onun  bəzi  müddəalarının  Konstitusiya 
prinsiplərinə  uyğun  olmadığı  üçün  layihəni  təsdiq  etmədi.  Məhkəmənin 
qərarından çıxarışları sizə təqdim edirik: 
 
E. 
Təsdiq etmə funksiyasının təbiəti 
 
[27] 
İlk olaraq qeyd olunmalıdır ki, məhkəmənin rolu hüquqidir – siyasi deyil.  
Onun səlahiyyətləri və rolu [Keçid Konstitusiyanın (bundan sonra “KK”)] 71(2)-
ci maddəsində qeyd olunmuşdur: [Yeni Konstitusiya layihəsinin (bundan sonra 
“Layihə”)]  bütün  müddəalarının  [Konstitusiya  prinsiplərinə  (bundan  sonra 
“KP”)] uyğun olub-olmadıqlarını yoxlamaqdır.  Bu, ədalət mühakiməsidir – bu, 
hüquqi işdir. Əlbəttə, konstitusiyanın təbiəti elədir ki, orada siyasi hakimiyyətin 
həcmi,  sərhədləri  və  onun  həyata  keçirilməsi,  o  cümlədən  siyasi  partiyalar 
arasında  və  dövlətlə  fərdlər  arasında  münasibətlər  tənzimlənir.    Ancaq  bu 
məhkəmənin  [Konstitusiya  yığıncağının  (bundan  sonra  “KY”]  layihəni 
hazırlayarkən  etdiyi  siyasi  seçimlər  barəsində  hər  hansı  fikir  irəli  sürmək 
səlahiyyəti, mandatı və ya hüququ yoxdur, bu şərtlə ki, həmin seçimlər layihənin 
KP-lərə  uyğun  olub-olmamasına  aid  olmasın.  Bu  çərçivə  (yəni  layihənin  hər 
hansı  maddəsinin  KP-lərə  uyğun  olub-olmaması  –  əlavə  müəllifindir)  daxilində 
layihənin hər hansı maddəsinin nə qədər düzgün və ya müdrik olub-olmadığını 
yoxlamaq məhkəmənin funksiyasına aid deyil.        
 
[30] 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  layihə  KP-lərə  uyğun  olan  hallarda 
məhkəməyə layihədə hər hansı boşluqlar barədə fikir bildirmək – bu boşluqların 
etiraz  edənin  mülahizəsi  olmasından  və  ya  real  olmasından  asılı  olmayaraq  – 
səlahiyyəti  verilməmişdir.  Daha  dəqiq  desək,  əgər  layihənin  hər  hansı  bir 
müddəası  prinsip  etibarilə  KP-lərə  və  ya  konkret  KP-ə  uyğun  olarsa,  ancaq 
həmin  müddəada  məsələ  təfərrüatı  ilə  tənzimlənməzsə  –  çünki  təfərrüatları 
sonra  qəbul  olunacaq  konkret  qanunvericilikdə  nəzərdə  tutulacaq  –  o  zaman 
layihənin  həmin  müddəasının  KP-lərə  uyğun  olmadığını  iddia  etmək  olmaz.  
KP-lərlə  tələb  olunan  prinsip  layihədə nəzərdə  tutulmuşdursa,  bu cür  yanaşma 
məqbuldur.  Sonra  qəbul  olunacaq  qanunvericilik  aktı  üzərində  məhkəmə 
nəzarəti  həyata  keçiriləcək  və  əgər  o,  konstitusiyada  təsbit  olunan  prinsiplərə 
uyğun olmazsa, həmin akt ləğv edilə bilər. Onu vurğulamaq lazımdır ki, KP-lər 
daha çox prinsiplərdir, nəinki konkret tələblər.          
 
HISSƏ II. 
Konsitusiya prinsiplərinin şərhi 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə