Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   2   3   4   5   6   7   8   9   10   ...   71

19 
 
A. 
Ümumi yanaşma  
 
[39]    Layihədə nəyin olması və olmaması arasında fərq var. Layihə KP-lərə zidd 
olmalı  deyil;  ancaq  KP-lərin  çərçivəsində  bu  KP-lər  əsaslı  şərh  edilməklə  hər 
hansı  modelin  seçilməsinə  bu  Məhkəmə  nəzarət  edə  bilməz.
 
[Modellərin 
seçilməsi  –  əlavə  müəllifindir]  KY-nın  siyasi  iradəsindən  asılı  olan  məsələdir  və 
nəticə  etibarilə  onun  müstəsna  səlahiyyətinə  aiddir.  Həmin  qərarın  nə  qədər 
müdrik  və  düzgün  olması  Konstitusiya  Məhkəməsinin  qərarının  mövzusu  ola 
bilməz.  Məhkəmənin nəzarət etdiyi məsələ bu seçimlərin KP-lərə uyğunluğudur 
– seçimlərin mahiyyəti deyil. 
 
[…] 
 
D. 
Qanunvericilik aktının Konstitusiya nəzarətindən kənarda saxlanılması 
 
Layihənin 241(1) maddəsi  
 
[149]  Layihənin  241(1)-ci  maddəsinə  əsasən  "Əmək  Münasibətləri  haqqında" 
Qanunun  (bu  Qanun  1995-ci  ildə  qəbul  edilmişdir  və  ona  qısaca  “ƏMQ”  kimi 
istinad  ediləcək  –  əlavə  müəllifindir)  müddəaları  Konstitusiyanın  maddələrindən 
asılı  olmayaraq,  bu  müddəalar  dəyişdirilənə  və  ya  ləğv  edilənədək  qüvvədə 
qalacaq. Layihənin bu maddəsinə belə bir əsasla etiraz edirlər ki, o, KP-lərin IV 
maddəsində  təsbit  olunan  Konstitusiyanın  ali  qanun  olması  prinsipinə,  o 
cümlədən KP-lərin II və IV maddələrində bəyan olunan Konstitusiyada nəzərdə 
tutulan  əsas  hüquqların  məhkəmə  nəzarəti  altında  olması  prinsipinə  ziddir. 
Layihənin  241(1)-ci  maddəsinin  daxil  edilməsində  niyyət  aydındır.  ƏMQ-ın 
müddəaları onlar dəyişdirilməyənə və ya ləğv olunmayanadək qüvvədə qalacaq 
və Konstitusiya məhkəmə nəzarətinə məruz qala bilməz. Layihənin bu maddəsi 
KP-lərə ziddir. KP-lərin II, IV və VII maddələrində göstərilən prinsipləri birlikdə 
götürdükdə  açıq-aydın  məlum  olur  ki,  əgər  qanun  Konstitusiyanın  bir  hissəsi 
deyilsə, Konstitusiya qanundan üstün qüvvəyə malikdir. Qanun Konstitusiyanın 
təkib hissəsinə çevrildiyi halda, bu cür qanun yalnız XV KP-ində nəzərdə tutulan 
qaydada  xüsusi  prosedur  vasitəsi  ilə  dəyişdirilə  bilər.
 
Layihənin  241(1)-ci 
maddəsində  bu,  nəzərdə  tutulmur.  Alternativ  olaraq,  əgər  qanun  və  ya  onun 
müddəaları  Konstitusiyanın  bir  hissəsi  deyillərsə,  o  zaman  onlar  üzərində  KP-
lərin  II  və  VII  maddələrində  nəzərdə  tutulan  qaydada  Konstitusiya  məhkəmə 
nəzarəti  həyata  keçirilə  bilməlidir.  Əgər  bu,  belə  olmasaydı,  o  zaman  KY 
istənilən  sayda  qanunu  Konstitusiya  məhkəmə  nəzarətindən  kənarda  saxlaya 
bilərdi.  Bu  isə  KP-ləri  tərtib  edən  şəxslərin  niyyətində  olmamışdır.  Layihənin 
241(1)-ci maddəsi ƏMQ-nı onu Konstitusiyanın bir hissəsi etmədən Konstitusiya 
məhkəmə nəzarətindən kənarda saxlayır.  Bu da KP-lərlə ziddiyyət təşkil edir.         
    
E. 
Konstitusiyaya dəyişikliklərin edilməsi 


20 
 
 
[151]  İki  bir-biri  ilə  əlaqəli  olan  layihənin  maddələri  ilə  bağlı  təqdim 
olunmuşdur.    Birincisi,  layihənin  74-cü  maddəsində  nəzərdə  tutulan  layihənin 
dəyişdirilməsi proseduru, digəri isə Hüquqlar Bilinin layihəyə daxil edilməsi ilə 
bağlıdır.  
 
Konstitusiya maddələrinə dəyişikliklərin edilməsi:  layihənin 74-cü maddəsi   
  
[152]  XV  KP-ində  nəzərdə  tutulmuşdur  ki,  layihəyə  “xüsusi  çoxluq  tələbinin 
daxil olduğu xüsusi prosedur” vasitəsi ilə dəyişiklik edilə bilər.  Layihənin 74-cü 
maddəsi  bu  prinsipə  uyğundurmu?  Etiraz  onunla  əsaslandırılır  ki,  74-cü 
maddədə “xüsusi çoxluq” nəzərdə tutulsa da, orada “xüsusi prosedur” yoxdur.  
Deməli, biz müəyyən etməliyik ki, “xüsusi çoxluq tələbinin daxil olduğu xüsusi 
prosedur” nə deməkdir.    
 
[153]  Məlumdur  ki,  KP-nin  XV  maddəsi  adi  normativ-hüquqi  aktın  qəbulu 
üçün  tələb  olunan  prosedur  və  səs  çoxluğu  ilə  Konstitusiyanın  maddəsinə 
dəyişiklik  edilməsi  üçün  tələb  olunan  prosedur  və  səs  çoxluğu  arasındakı  fərqi 
müəyyən  edir.
 
Əlbəttə  ki,  onun  əsas  məqsədi  “ölkənin  ali  qanunu  olan” 
[Konstitusiyanı]  Parlamentdə  adi  çoxluq  təşkil  edən  siyasi  partiyanın  öz 
proqramını  yeritməsindən  qorumaqdır.    Bu,  tamamilə  məqbuldur  ki,  yeni 
hüquqi  dövlətin  konstitusiya  əsasları  üçün  vacib  olan  sənəd  asan  dəyişikliklərə 
daha az məruz qalsın, nəinki adi normativ-hüquqi akt.  Deməli,  “xüsusi çoxluq 
tələbinin  daxil  olduğu  xüsusi  prosedur”  tələbi  adi  normativ-hüquqi  aktlarla 
müqayisədə daha sərt proseduru və daha çox sayda səsi ehtiva edir.             
 
[154]  Layihənin  74-cü  maddəsini  layihənin  53(1)-ci  maddəsi  ilə  (adi 
qanunvericilik  aktlarına  dəyişikliyi  tənzimləyən)  müqayisə  etmək  lazımdır.  
Konstitusiya maddəsinə dəyişiklik etmək üçün qanun layihəsinin əleyhinə Milli 
Yığıncaq  üzvlərinin  üçdə  iki  səs  çoxluğu  tələb  olunur.  53(1)-ci  maddədə  adi 
qanunvericilik aktına (maliyyə məsələlərinə aid qanun layihələri istisna olmaqla) 
dəyişikliyin  edilməsi  məsələsi  tənzimlənir.  Bu  maddədə  deyilir  ki,  “Milli 
Yığıncaqda  hər  hansı  qanun  və  ya  qanuna  dəyişiklik  layihəsi  üzrə  səsvermə 
keçirmək  üçün  üzvlərin  çoxu  iştirak  etməlidir”  və  Milli  Yığıncaqda  hər  hansı 
digər  məsələ  üzrə  səsvermə  keçirmək  üçün  üzvlərin  üçdə  biri  iştirak  etməlidir. 
Nəhayət,  bu  maddədə  deyilir  ki,  Milli  Yığıncaqda  hər  hansı  məsələ  üzrə  qərar 
sadə səs çoxluğu ilə qəbul edilir.          
 
[156]  Konstitusiyanın  müddəasına  dəyişiklik  etmək  üçün  Milli  Yığıncağın 
bütün  üzvlərinin  üçdə  iki  səs  çoxluğu  daha  yüksək  kvorum  tələb  edən  super-
çoxluq hesab edilə bilər.  Heç bir xüsusi formallıq tələb olunmur.  Biz o fikirdəyik 
ki,  KP-lər  nöqteyi-nəzərindən  yüksək  kvorum  “xüsusi  çoxluq”  elementinin  bir 
hissəsidir, ancaq bu “xüsusi prosedur” sayıla bilməz. Bu prosedurun necə olması 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə