Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   2   3   4   5   6   7   8   9   ...   71

10 
 
əsaslanaraq  qonşuların  əmlaka  müdaxiləsinin  qanunsuz  olduğunu  iddia  etmək 
olar.   
Konstitusiya hüququ tələbəsi üçün isə Konstitusiyanın müvafiq maddəsini 
müəyyən etmək çox vaxt işin elə də böyük olmayan hissəsini həll etməkdir – ona 
görə  ki,  adətən  bu  maddələr  artıq  məlum  olur  və  bir  çox  hallarda  onlar  geniş 
xarakter  daşıyır.  Misal  üçün,  Konstitusiya  əsasında  mülkiyyətçinin  xeyrinə 
arqument  qurmaq  istəyən  tələbə  qeyd  edər  ki:  “Dövlət  hər  kəsin  mülkiyyətini 
qoruyur,  ona  görə  də  sakinlərin  mülkiyyətçinin  ərazisindən  keçmək  hüququ 
yoxdur”.    Əlavə  olaraq  da  qeyd edə  bilər  ki:  “Xüsusi  mülkiyyət  cəmiyyət  üçün 
böyük  əhəmiyyət  kəsb  edir”.    Çox  hallarda  bu,  nəinki  zəif  arqument, 
ümumiyyətlə,  arqument  sayıla  bilməz.  Sakinlər  də  28.III  maddəyə  baxmaqla 
eyniliklə  deyə  bilərlər  ki,  onların  ərazidən  keçmək  hüquqları  var  və  sərbəst 
hərəkət  etmək  də  “böyük  əhəmiyyət  kəsb  edir”.    Yəqin,  bu  halda  hər  iki  tərəfə 
belə bir sual verilə bilər: “Nə olsun?”  
  “Yaxşı” 
konstitusiya 
hüququ 
arqumenti 
biliyə 
əsaslanmalıdır. 
Konstitusiya  hüququ  dərsləri  bizə  Konstitusiyanın  maddələrini,  o  cümlədən 
onların  əsasında  duran  ideyaları  və  nəzəriyyələri,  məntiqi  və  s.  izah  edir.  
Misalımıza  qayıtsaq,  mülkiyyətçi  qeyd  edə  bilər  ki:  “Xüsusi  (özəl)  mülkiyyətə 
istənilən  müdaxilə  olduğu  zaman  onun  əhəmiyyəti  heçə  enir,  ancaq  sakinlər 
xüsusi  mülkiyyətçinin  ərazisindən  keçməsələr  də,  onların  hərəkət  etmək 
hüquqları çox da (bu hüquq əhəmiyyətini itirəcək qədər) məhdudlaşmır.  Xüsusi 
mülkiyyət  mülkiyyətçidə  onun  mülkiyyətini  yaxşı  saxlamaq  və  mümkün  qədər 
inkişaf  etdirmək  stimulu  yaradır.    İstənilən şəxsin  müdaxiləsi  bu  stimulu  məhv 
edir”.  Konstitusiya hüququ bu cür arqumentlər qurmağı öyrədir.   
Əlbəttə,  bizim  bu  müzakirələrimizdə  “asan”  və  ya  “çətin”  sadəcə  nisbi 
xarakter  daşıyır.    Hər  bir  sahənin  özəllikləri  var  və  onlar  da  tələbələrə  mühüm 
bilik  və  bacarıqları,  o  cümlədən  arqument  qurmaq  bacarıqlarını  öyrədir.    Eyni 
zamanda Konstitusiyanın maddələri də mühüm əhəmiyyət kəsb edir və hər bir 
şərh  və  ya  arqumentin  qurulması  prosesi  maddənin  mətnindən  başlayır.  Biz 
burada  konstitusiya  hüququnun  əsasını  təşkil  edən  konstitusiyanın  tətbiq  etmə 
prosesinə bir qədər aydınlıq gətirmək istəyirik. Xüsusən vurğulamaq istərdik ki, 
konstitusiyanın 
maddələrinin 
geniş 
olmasına 
baxmayaraq, 
onlarla 
manipulyasiya etmək o qədər də asan deyil.    
 
 


11 
 
2.
 
Konstitusionalizm
4
 
 
ONSTİTUSİYANIN  ÜÇ  ÜMUMİ  ƏHƏMIYYƏTİNDƏN  biri  kimi 
dövlətin  və  cəmiyyətin  ümumi  strukturunun  qurulmasını  qeyd  etdik.  
Ancaq  fərqli  cəmiyyətlərdə  fərqli  konstitusiyalar  ola  bilər?    Bu 
düzdürmü?    Elə  ola  bilərmi  ki,  misal  üçün,  konstitusiyada  insan  hüquq  və 
azadlıqları  nəzərdə  tutulmasın  və  ya  dövlətin  idarəçiliyi  3  fərqli  orqan  deyil 
(Prezident,  Milli  Məclis  və  məhkəmələr)  yalnız  bir  orqanının  əlində  birləşsin?  
Konstitusiyanın belə olması “düzdürmü”? 
Azərbaycan  SSR-nin  sonuncu  Konstitusiyası  1978-ci  ildə,  Azərbaycan 
Respublikasının müstəqil Konstitusiyası isə 17 il sonra, 1995-ci ildə qəbul edildi.  
Hər  iki  Azərbaycanın  –  Sovet  və  müstəqil  –  Konstitusiyası  vardı.  Ancaq  bu 
konstitusiyalar fərqli idi.  Fərq konstitusionalizm idi.  Bir ölkədə konstitusiyanın 
olması  həmin  ölkədə  hələ  konstitusionalizm  prinsiplərinin  bərqərar  olması  
demək  deyil.  Sovet  Konstitusiyası  konstitsionlizmin  prinsiplərinə  cavab 
vermirdi.  
 
Konstitusionalizm – anlayış 
 
Konstitusionalizm konstitusiyadan daha geniş anlayışdır. Konkret elementlərinə 
dair  fikir  ayrılıqları  olsa  da,  ümumi  mövqeyə  əsasən  o,  konstitusiyanın 
mahiyyətinə  dair  müəyyən  normativ
5
  tələbləri  və  ya  prinsipləri  özündə  ehtiva 
edir.    Normativ  tələblər  dedikdə,  qısa  və  sadə  formada  desək,  geniş  yayılan  və 
bir  çox  cəmiyyətlər  tərəfindən  qəbul  olunan  müəyyən  hüquqi  dəyərlər  nəzərdə 
tutulur:  bunlardan  xalqın  suverenliyi,  dövlət  orqanları  arasında  səlahiyyət 
bölgüsü,  insan hüquqlarının effektiv qorunmasını misal çəkmək olar.  Məhz bu 
normativ  tələblərin  məcmusu  konstitusionalizm  ideyasının  əsasını  təşkil  edir.  
Bu  ümumi  mövqeyə  əsasən  konstitusionalizmin  tələblərinə  cavab  vermək  üçün 
konstitusiya  həmin  tələblərə  uyğun  gəlməlidir.  Konstitusionalizm  daha  çox 
idealdır  və  hər  bir  demokratik  ölkənin  konstitusiyası  mümkün  qədər  bu  ideala 
yaxın olmalıdır.  
 
 
                                                 
4
 Bu hissənin yazılmasında Michel Rosenfeld, Andaras Sajo, Susanne Baer, Norman Dorsenin 
müəllifi olduğu  "Comparative constitutionalism" (2003) kitabının 1-ci hissəsindən (Chapter) 
geniş istifadə olunmuşdur. 
5
 Fəlsəfi baxımdan “normativ” dedikdə bərqərar olmuş və geniş qəbul olunan model və ya ideal 
nümunə başa düşülür. 



12 
 
 
Konstitusionalizm prinsipləri – bəşəri və ya yerli  
 
Bu idealın mahiyyəti nədən ibarətdir və ya başqa cür desək, konstitusionalizmin 
əsasını  təşkil  edən  normativ  tələblər  hansılardır?  Yuxarıda  geniş  qəbul  olunan 
bəzi  normativ  tələbləri  sadaladıq  (xalqın  suverenliyi,  dövlət  orqanları  arasında 
vəzifə bölgüsü və s.), ancaq bu cür normativ tələblər çoxdur: bunlar həm geniş, 
həm  də  spesifik  və  ya  daha  konkret  xarakter  daşıya  bilər.  Konstitusiya 
hüququnda  isə  bu  cür  prinsiplər  nəzəriyyə  və  konsepsiya  şəklində 
hüquqşünaslar,  alimlər  və  cəmiyyət  tərəfindən  müzakirə  olunur.  Məhz  bu 
nəzəriyyə və konsepsiyalar vaxt keçdikcə təkmilləşir və cəmiyyətin həyatının bir 
hissəsinə  çevrilir.  Misal  üçün,  dövlət  orqanları  arasında  səlahiyyət  bölgüsü
6
 
prinsipi  uzun  tarix  keçərək  təkmilləşmişdir.  Yunan  filosofu  Aristotel  və  ingilis 
filosofu  Con  Lok  bu  prinsipin  bir  sıra  mühüm  elementlərini  müzakirə  etmişlər.  
Sonradan  hakimiyyət  bölgüsü  ideyası  fransız  filosofu  və  siyasi  xadimi  Şarl 
Monteskye  tərəfindən  daha  da  təkmilləşdirilmişdir  və  bu  günədək 
təkmilləşdirilərək bir çox konstitusion sistemin tərkib hissəsini təşkil edir.
7
   
Bununla  belə,  konkret  hansı  nəzəriyyə  və  konsepsiyaların  və  ya 
normativlərin  konstitusionalizmin  əsasını  təşkil  etməsi  barədə  fikir  ayrılığı 
mövcuddur,  çünki  bu  konsepsiya  və  nəzəriyyələr  geniş  xarakter  daşımaqla 
yanaşı,  onların  sayı  da  kifayət  qədər  çoxdur.  Luiz  Henkinin  fikrincə, 
konstitusionalizmin əsasını aşağıdakı 7 əsas prinsip təşkil edir
8

 
1. 
Müasir 
konstitusionalizm 
xalqın 
suverenliyi 
əsasında 
qurulmuşdur. 
“Xalq” 
“suverenliyin” 
təməlidir; 
xalqın 
iradəsi 
hakimiyyətin  mənbəyi  və  qanuni  hökumətin  əsasıdır.  Ancaq  xalq 
konstitusiyanı  və  hakimiyyət  sistemini  təsis  edə  və  yarada  bilər.    Xalq 
yaratdığı sistem üçün məsuliyyət daşımalıdır.        
 
2. 
Konstitusionalizm  prinsiplərinə  əsaslanan  konstitusiya  qaydalar 
nəzərdə  tutur;  bu,  qanundur;  bu,  ali  qanundur.  Hökumət  konstitusion 
çərçivələr  və  konstitusiya  ilə  müəyyən  edilən  məhdudiyyətlər  daxilində 
                                                 
6
 Yəni dövlətdə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ayrı-ayrı müstəqil orqanlara 
həvalə edilməsi.  Bu konsepsiya dünyanın bir çox ölkələrinin konstitusiyalarında öz əksini 
tapmışdır.  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunvericilik hakimiyyəti 
Azərbaycanın Milli Məclisinə (maddə 81), icra hakimiyyəti Prezidentə məxsusdur (maddə 99), 
məhkəmə hakimiyyətini isə Azərbaycanın məhkəmələri həyata keçirir (maddə 125).     
7
 De Smith and Rodney Braizer, Constitutional and Administrative Law (1994), səh. 25 
8
 L.Henkin, A New Birth of Constitutionalism: Genetic Influences and Genetic Defects; M. Rosenfeld, 
Contitutionalism, İdentity, Differences and Legitimacy (1994), səh. 41 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə