Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   2   3   4   5   6   7   8   9   ...   71

13 
 
fəaliyyət  göstərməlidir.  Konstitusiyada  nəzərdə  tutulmayan  hər  hansı 
digər hökumət mövcud olmalı deyil. 
   
3. 
Xalqın suverenliyi ilə əlaqədar bir sıra ideyalar meydana gəlmişdir: 
bunlar  qanunla  (government  ruled  by  law)  və  demokratik  prinsiplər 
əsasında  idarə  olunan  hökumətdir.  Deməli,  konstitusionalizm  siyasi 
demokratiya  və  təmsilçi  hökumət  prinsiplərinə  sadiqlik  tələb  edir.  Hətta 
fövqəladə  hallar  zamanı  belə  xalq  suveren  olmalıdır.    Konstitusionalizm 
sərəncamla  yaradılan  hökuməti  istisna  edir  –  Konstitusiyada  yol  verilən 
və siyasi institutlar tərəfindən nəzarət olunan hallar istisna təşkil edir. 
 
4. 
Xalqın  suverenliyi  və  demokratik  hökumət  prinsiplərindən  asılı 
olan  bu  öhdəliklər  meydana  gəlir:  məhdudlaşdırılmış  hökumət  (limited 
government);  hakimiyyət  bölgüsü  (separation  of  powers)  və  ya  nəzarət  və 
balanslaşdırma (checks and balances); hərbiyə mülki nəzarət; qanunla idarə 
olunan  və  məhkəmənin  nəzarət  etdiyi  hüquq-mühafizə  orqanları; 
müstəqil məhkəmə hakimiyyəti. 
 
5. 
Konstitusionalizm  tələb  edir  ki,  hökumət  Ümumdünya  İnsan 
Hüquqları Deklarasiyası tərəfindən tanınan insan hüquqları  ilə eyni olan 
hüquqlara hörmət etməli və onlara təminat verməlidir.  Hüquqlar ictimai 
maraqlar  naminə  məhdudlaşdırıla  bilər,  ancaq  bu  məhdudlaşmaların 
özlərinin müəyyən hədləri var... 
 
6. 
Konstitusion 
idarəetməyə 
Konstitusiyada 
təsbit 
olunmuş 
çərçivələr,  hökumət  üzərində  məhdudiyyətlərə  və  insan  hüquqlarına 
hörmətlə  yanaşılmasının  monitorinqini  keçirəcək  və  təmin  edəcək 
institutlar da daxildir. 
 
7. 
Bu gün konstitusionalizm “öz müqəddəratının həllini” də nəzərdə 
tuta  bilər  –  “xalqın”  siyasi  mənsubiyyətini  seçmək,  dəyişmək  və  ya  ona 
xitam vermək hüququ. 
 
 
Oxucular,  yəqin  ki,  bu  prinsiplərə  və  onların  müxtəlif  elementlərinə 
beynəlxalq  konvensiyalarda  və  digər  beynəlxalq  sənədlərdə  rast  gəlmiş  olarlar.  
Misal  üçün,  1948-ci  il  BMT  Ümumbəşəri  İnsan  Hüquqları  Bəyannaməsi  bir  sıra 
mühüm insan hüquqlarını sadalayır
9
. Bəyannamənin 8-ci maddəsində deyilir ki, 
hər  kəsin  Konstitusiya  və  ya  qanunla  təmin  olunan  hüquqlarının  səlahiyyətli 
                                                 
9
 http://www.un.org/en/documents/udhr/ 


14 
 
məhkəmə tərəfindən qorunması hüququ var.  Bu cür təminatlara bir çox ölkənin 
konstitusiyasında  və  qanunlarında  rast  gəlmək  olar
10
.  Bu  da  mühüm 
konstitusionalism  prinsiplərinin  ən  azından  müəyyən  dərəcədə  universal  və  ya 
“ümumbəşəri” olduğuna işarədir.   
Bəzi  alimlərin  bu  geniş  prinsiplərin  universal  olduğuna  inamları  azdır. 
Onların fikrincə, bu normativ tələblər və ya prinsiplər hər bir dövlətin daxilində 
gedən  siyasi  proses  nəticəsində  əmələ  gəldiyindən  daha  çox  milli  xarakter 
daşıyır – yəni hər bir xalq üçün konstitusionalizm həmin xalqın müəyyən etdiyi 
prinsiplərin  üzərində  qurulmuşdur.    Daniel  S.Lev  bununla  bağlı  aşağıdakıları 
qeyd edir: 
Konstitusionalizm  prinsiplərini  formalaşdıran  siyasi  mübarizələr  yerli 
məsələ  olduğu,  əsasını  yerli  problemlər,  maraqlar,  dəyərlər  və  tarixi 
məqamlar  təşkil  etdiyi  üçün  bu  prinsipləri  (buraxılmışdır),  əsasən,  yerli 
şəraiti  nəzərə  almaqla  anlamaq  olar.
 
Nə  konstitusiyalar,  nə  də 
konstitusionalizm ötürülə bilməz.         
 
Konstitusionalizmin  ümumbəşəri  (universal)  və  ya  yerli  olması  ideyalarının 
arasında  müəyyən  ortaq  nöqtə  tapmaq  da,  yəqin  ki,  mümkündür.    Misal  üçün, 
iddia  etmək  olar  ki,  konstitusionalizmin  əsasını  təşkil  edən  bir  çox  prinsiplər 
məhz hər hansı ölkədə baş verən daxili siyasi proseslər zamanı əmələ gəlmişdir, 
ancaq  ən  azından  bəzi  prinsiplər  ümumi  şəkildə  bir  çox  dövlətlər  tərəfindən 
tanınır və dəyər kimi qəbul olunur. Ümumbəşəri İnsan Hüquqları Bəyannaməsi 
kimi  əhəmiyyətli  sənədlərin  qəbulunu  və  ya  Avropa  İnsan  Hüquqları 
Məhkəməsinin fəaliyyətini və bu Məhkəmənin qərarlarının president kimi digər 
ölkələrdə  tətbiq  olunmasını  bunun  təsdiqi  kimi  qəbul  etmək  mümkündür.  Bəzi 
konstitusionalizm dəyərlərinin universal olmasını – ən azından ümumi şəkildə – 
çoxları  mübahisəsiz  qəbul  edir.  Sual  ondandır  ki,  bu  dəyərlər  nə  qədər 
universaldır? 
 
Bəzi dəyərlərin ümumbəşəri olması çox asan qəbul oluna biləcək faktdır. 
BMT-nin  Ümumbəşəri  İnsan  Hüquqları  Bəyannaməsinə  bir  daha  nəzər  salsaq, 
28-ci maddənin öz hüquqlarını həyata keçirmək üçün hər kəsə beynəlxalq əmin-
amanlıq  şəraitini  təmin  etdiyini  görərik.  1992-ci  il  26  fevral  tarixində 
Azərbaycanda  dinc  Xocalı  sakinlərinin  erməni  soyqırımına  məruz  qalması 
nəticəsində  yaranan  şərait  bu  cür  təminatın  ümumbəşəri  olmasının  vacibliyini 
açıq-aydın göstərir.        
Konstitusionalizm  haqda  fikirlərin  müxtəlifliyinə  baxmayaraq,  yuxarıda 
qeyd  olunanların  əsasında  konstitusionalizmin  praktiki  əhəmiyyəti  barədə  fikir 
irəli  sürmək  mümkündür.  Konstitusionalizmin  ehtiva  etdiyi  mesajlardan  biri 
                                                 
10
 Oxşar təminat AR Konstitusiyasının 60.1-ci maddəsində nəzərdə tutulmuşdur. 


15 
 
odur  ki,  konstitusiyanın  mövcud  olub-olmaması  heç  də  dövlətin  və  ya 
cəmiyyətin  demokratiya  və  hüquqi  dövlət  prinsipləri  üzərində  qurulmasına 
təminat vermir.  Konstitusiyanın mətnində istənilən qayda nəzərdə tutula bilməz 
–  konstitusiyanın  özü  konstitusionalizmin  ən  azından  ən  mühüm  tələblərinə 
cavab verməlidir. 
Xalqın  suverenliyi  və  ya  hakimiyyət  bölgüsü  prinsipləri  kimi  mühüm 
prinsiplərin konstitusiyada təsbit olunması, şübhəsiz, konstitusionalizmin tətbiq 
edilməsi istiqamətində atılan mühüm addımdır. Ancaq müasir konstitusionalizm 
sadəcə  bu  prinsiplərin  bəyan  edilməsi  və  ya  başqa  cür  ifadə  etsək,  konstitusiya 
və  ya  qanunlarda  əks  etdirilməsi  ilə  məhdudlaşa  bilməz.    Çoxları  haqlı  olaraq 
qəbul  edirlər  ki,  yazılı  konstitusiya  ümumi  və  geniş  maddələrdən  ibarət  olan 
hüquqi sənəddir (xüsusən insan hüquq və azadlıqlarına həsr olunan hissəsi) – bu 
da  öz  növbəsində  geniş  interpretasiyalara  yol  açaraq  konstitusiyanın  hər  hansı 
bir həyati işin faktiki hallarına tətbiq edilməsini çətinləşdirir. Söz azadlığını misal 
göstərmək  olar.  Adi  söz  azadlığı  maddəsi  söz  azadlığını  təmin  etməklə  yanaşı, 
bu azadlığın məhdud olmasını da nəzərdə tutur. Bu zaman söz azadlığı harada 
başlayır  və  harada  bitir?  Onun  dəqiq  sərhədlərini  necə  müəyyən  etmək  olar? 
Konstitusiya özü-özlüyündə bu suallara cavabı əks etdirmir. Məhz bu səbəbdən 
müəyyən  olunmuş  tələb  və  prinsiplərə  (heç  şübhəsiz,  söz  azadlığı  bunlardan 
biridir) onların yaranma tarixi, dünya ölkələrində tətbiqi təcrübəsi, qulluq etdiyi 
məqsəd  və  vəzifə,  arxalarında  duran  məntiq  və  nəzəriyyə  ilə  birlikdə 
baxılmalıdır,  əks  halda  bu  tələb  və  prinsiplərin  praktiki  əhəmiyyəti  heçə  enə 
bilər.      
Yuxarıda qeyd olunanlar konstitusiyanın özü qədər mühüm olan digər bir 
məsələyə  –  hüquqi  institutların  və  normaların  səmərəli  və  effektiv  olması, 
insanın və cəmiyyətin rifahına qulluq etməsi məsələsinə – dəlalət edir. Bunları da 
təmin etmək üçün biz konstitusionalizmin əsasında duran prinsipləri (ümumi və 
ya  spesifik,  abstrakt  və  ya  konkret  olmasından  asılı  olmayaraq),  konstitusiya 
əhəmiyyətli nəzəriyyələri və konsepsiyaları anlamalıyıq. 
 
***** 
 
Cənubi Afrika Respublikasının Konstitusiyası 
 
Cənubi  Afrika  Respublikası  cəmiyyətində  uzun  illər  seqreqasiya  və  apareteid 
mövcud olmuşdur.  Ölkə azlıq təşkil edən ağdərililər tərəfindən idarə olunurdu.  
Yerli  əhali  olan  və  əksəriyyət  təşkil  edən  qaradərililərin  hüquqları  və  dövlət 
idarəçiliyindəki  rolları  məhdud  olmuşdur.  Uzun  illər  sürən  və  1990-cı  illərin 
əvvəllərində intensivləşən bərabərlik uğrunda mübarizə nəhayət nəticə verməyə 
başladı.  Böyük daxili və xarici təzyiqlərlə üzləşən CAR-ın o zamankı hökuməti 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə