Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

24 
 
 
O cümlədən: 
 
Maddə 12. Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət 
yaradır,  bu  dövlətin  suveren  hakimiyyəti  daxili  məsələlərdə  ancaq 
hüquqla,  xarici  məsələlərdə  isə  yalnız  Azərbaycan  xalqının  azad  surətdə 
razılıq  verdiyi  müqavilələrdən  və  sazişlərdən  irəli  gələn  müddəalarla 
məhdudlaşdırılır. 
 
Bu  Konstitusiya  Aktını  o  zamanlar  mövcud  olan  (və  bazasında  hazırkı  Milli 
Məclis  yaradılan)  Azərbaycanın  Ali  Soveti  qəbul  etmişdir.  Sonra  bu  Akt  xalq 
tərəfindən referendum vasitəsi ilə təsdiq olunmuşdur. Bu maddələr Azərbaycan 
(i)  SSR-in  yaradılmasının  əsasını  təşkil  edən  1922-ci  il  tarixli  müqavilənin 
Azərbaycana aid hissəsini də ləğv edir – yəni bu müqavilə artıq Azərbaycana aid 
deyil və ona tətbiq edilə bilməz (baxın: 3-cü maddə) və (ii) Azərbaycanı müstəqil 
dövlət elan edir (baxın: maddə 12). 
Növbəti  addım  Azərbaycanın  yeni  və  dünyəvi  konstitusiyasının  qəbul 
olunması  idi.  Azərbaycan  müstəqilik  qazandıqdan  sonra  və  elə  ondan  da  bir 
qədər əvvəl öz çətin vaxtlarını yaşayırdı. Bunun başlıca səbəblərindən biri 1988-
ci  ildən  başlayaraq  qonşu  Ermənistan  dövlətinin  silahlı  qüvvələrinin  milli 
zəmində və ərazi iddialarının həyata keçirilməsi üçün Azərbaycana qarşı silahlı 
əməliyyatlar  və  daha  sonra  tam  olaraq  elan  olunmuş  müharibə  aparmaları 
olmuşdur. 
 
Azərbaycan Ermənistana qarşı müharibə elan etməsə də (Ermənistan 
dövləti  Azərbaycana  qarşı  müharibə  elan  etmişdir),  özünü  müdafiə  etmək 
məcburiyyətində  idi.    Nəticədə  Azərbaycanın  beynəlxalq  hüquq  və  təşkilatlarla 
tanınan  ərazisinin  təqribən  20  faizi  erməni  silahlı  qüvvələri  tərəfindən  işğal 
olundu. 
Bu  münaqişəni  təfərrüatı  ilə  izah  etmək  bu  cür  kitabların  məqsədi  deyil.  
Ancaq  bu  silahlı  hücum  Azərbaycanda  daxili  siyasi  və  hüquqi  stabilliyin  təmin 
olunmasına  böyük  əngəllər  yaradırdı.  O  zamanlar  Azərbaycanda  mərkəzi 
hakimiyyət  olduqca  zəif  idi  və  Azərbaycanın  daxilində  qeyri-stabillik  mövcud 
idi.  Belə  bir  şəraitdə  yeni  konstitusiyanın  qəbulu  mümkün  olmamışdı.  Yeni 
konstitusiya  qəbul  olunanadək  Azərbaycanda  1978-ci  il  konstitusiyası  qüvvədə 
idi,  hərçənd  ki  yuxarıda  qeyd  etdiyimiz  müstəqillik  haqqında  Konstitusiya 
Aktına  əsasən  1978-ci  il  Konstitusiyasının  yalnız  Konstitusiya  Aktına  zidd 
olmayan müddəaları qüvvədə idi
16
.  
                                                 
16
 Baxın: yuxarı qeyd 10 (Konstitusiya Aktı), maddə 4 


25 
 
1993-cü  ilin  sonlarında  Ali  Sovet  (hazırda  Milli  Məclis)  müstəqil 
Azərbaycanın  Konstitusiya  layihəsinin  hazırlanması  üçün  komissiya  yaratdı
17
.  
Ancaq Azərbaycanın ağır şəraitində yaradılan bu komissiya layihə hazırlamağa 
müvəffəq olmamışdır.  
 
Azərbaycanda  mövcud  olan  qeyri-stabillik  və  mərkəzi  hakimiyyətin  zəifliyi 
şəraitində  Ali  Sovetin  bir  sıra  deputatları  o  zamanlar  Azərbaycanın  Naxçıvan 
Muxtar  Respublikasının  Ali  Məclisinin  sədri  Heydər  Əliyevi  respublikanın 
idarəçiliyində  iştirak  etmək  üçün  Azərbaycana  dəvət  etdilər.  Bir  çoxları,  o 
cümlədən  sıravi  vətəndaşlar  da  bunu  dəstəklədi.    Heydər  Əliyev Azərbaycanın 
Sovet  İttifaqının  üzvü  olan  dövrlərdə  istər  Azərbaycan  SSR-də,  istərsə  də 
İttifaqda  (yəni  SSRİ-nin  mərkəzi  hakimiyyətində)  yüksək  vəzifələr  tutmuşdur.  
Onun dövlət idarəçiliyində böyük təcrübəsi vardır.   
 
15  iyun  1993-cü  il  tarixində  Heydər  Əliyev  Azərbaycanın  Ali  Sovetinin 
(hazırkı  Milli  Məclis)  sədri  seçildi.  O  zaman  Prezident  olan  Əbülfəz  Elçibəy 
yaranan  qeyri-stabilliklə  bacarmadığı  üçün  paytaxt  Bakını  tərk  edərək  doğma 
Naxçıvanın  Kələki  kəndinə  köçdü.  3  oktyabr  1993-cü  ildə  Heydər  Əliyev 
ümumxalq  səsverməsi  nəticəsində  Azərbaycan  Respublikasının  Prezidenti 
seçildi.  Bundan  sonra  Azərbaycanda  stabillik  yarandı  –  Azərbaycan  tədricən 
inkişafa doğru irəliləməyə başladı.  
 
2  may  1995-ci  ildə  Milli  Məclis  Konstitusiya  layihəsini  hazırlayacaq  yeni 
komissiyanın  üzvlərini  təsdiq  etdi
18
.  Komissiyanın  sədri  Prezident  Heydər 
Əliyev  idi.  Nisbətən  qısa  müddət  ərzində  Konstitusiya  layihəsi  hazırlandı. 
Layihə 12 noyabr 1995-ci ildə referenduma çıxarılaraq qəbul olundu və bu qəbul 
olunan Konstitusiya bir sıra dəyişikliklərlə hazırda da qüvvədədir.  
 
Azərbaycan Konstitusiyasını liberal konstitusiya adlandırmaq olar.  1995-
ci  ildə  mövcud  olan  şəraitdə  bu  cür  Konstitusiyanın  qəbulu  mühüm  bir  addım 
idi. Bu Konstitusiyada bir sıra mühüm prinsiplər öz əksini tapmışdır.  Bunlardan 
xalqın  suverenliyi,  hakimiyyət  qanadları  arasında  səlahiyyət  bölgüsü  və  insan 
hüquq və azadlıqlarıdır.   
***** 
Prezident  Heydər  Əliyevin  “Mən  həmişə  fəxr  etmişəm,  indi  də  fəxr  edirəm  ki, 
mən  Azərbaycanlıyam!”  sözləri  dillər  əzbəridir  və  bu  sözlər  bu  gün  müasir 
Azərbaycanlının öz kimliyini ifadə etmək üçün istifadə edə biləcəyi, bəlkə də, ən 
                                                 
17
 Azərbaycan Respublikasının ilk milli Konstitusiya Layihəsinin hazırlanması haqqında 
Azərbaycan Respublikasının Milli Məclisinin qərarı, 6 dekabr 1993-cü il, № 770 
18
 Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi 
haqqında Azərbaycan Respublikasının Milli Məclisinin qərarı, 2 may 1995-ci il, № 1048.  


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə