Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

40 
 
qəbul  olunmuş  qanun  və  qaydalara  əlavə  olaraq  hüquq  mənbəyi  rolunu 
oynayan qərardır.   
Nə  Sovet  dönəmində,  nə  də  ondan  əvvəl  Azərbaycanda  president 
sistemi  mövcud  olmamışdır. İstər  Sovet,  istərsə  də  Çar  Rusiyası 
dönəmində  məhkəmə  izahları  mövcud  olmuşdur  –  hazırkı  Ali 
Məhkəmənin  Plenum  qərarlarına  bu  ənənənin  davamı  kimi  baxmaq 
olar. Ancaq  bur  cür  izahların  verilməsi  üçün  uzun  müddət  tələb  olunur, 
çünki onlar bütün məhkəmə instansiyalarında yaranan praktika  əsasında 
verilir,  yəni  praktika  yaranmayınca  kim  necə  istəyirsə,  elə  də  qərar  verə 
bilər. Bundan əlavə, izahlar elə qanunların özləri kimi kifayət qədər geniş 
və  abstrakt  olduqlarından  president  qədər  konkretliyə  nail  ola 
bilmirlər.   Presidentlər  isə  konkret  işin  həlli  nəticəsində  yaranır  və 
qanunun hansı hallara, nə zaman və necə tətbiq olunmalı olduğunu daha 
aydın  şəkildə  göstərir.  Rusiya  məhkəmələri  hazırda  president  sisteminin 
tətbiqi istiqamətində addımlar atmaqdadır. 
 
President sistemimə ehtiyac nədən yaranır? 
 
Xarici  hüquq  ədəbiyyatına  nəzər  yetirsək,  görərik  ki,  əksər  alim  və 
hüquqşünasların arasında president sisteminin əhəmiyyətli olması barədə 
ümumi razılıq mövcuddur. Aydın məsələdir ki, bir ölkənin məhkəmələri 
oxşar  işlər  üzrə  başqa-başqa  qərarlar  verə  bilməzlər.  Gün  ərzində 
Azərbaycanda  məhkəmələrə  onlarla  ərizələr  və  iddialar  daxil  olur. 
Onların  yalnız  çox  az  bir  hissəsini  sadəcə  qanun  və  qaydalara  baxmaqla 
həll  etmək  olar. Bu  işlərin  əksəriyyətini  həll  etmək  üçün  hakimlər 
hüquqşünasların  köməyi  ilə  qanun  və  qaydalara  kompleks  baxır,  onları 
şərh  edir  və  sonra  həll  etməli  olduqları  işlərə  tətbiq  edirlər. Misal  üçün, 
daşınmaz  əmlakla  bağlı  mübahisəni  həll  etmək  üçün,  güman  ki  (və 
təcrübə  də  bunu  göstərir),  hüquqşünaslar  və  hakimlər  ən  azından  Mülki 
Məcəlləyə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna, Torpaq 
Məcəlləsinə,  bunlarla  əlaqədar  olan  Prezident  sərəncamlarına,  Nazirlər 
Kabineti  qərarlarına,  bəlkə  də  özəlləşdirmə  haqqında  qanunvericiliyə 
baxaraq,  qanun  və  qaydaları  kompleks  analiz  edərək  mübahisəni  həll 
etməlidirlər. Sonra bu qərar digər identik və ya oxşar hallara tətbiq edilir – 
beləliklə, ümumi, vahid və uzlaşdırılmış praktika yaranır.   
 
Qanun və qaydalar  sadəcə abstrakt və ümumi  normalardan ibarət 
olan sənədlər toplusudur və onların şərhinə daima (demək olar ki, hər bir 
işi həll edərkən) ehtiyac duyulur. Qanun demir ki, Əli və ya Vəli bunu edə 
bilər  və  ya  edə  bilməz.  Onlar  sadəcə  ümumi  qaydaları  müəyyən  edirlər. 


41 
 
Konkret hüquqi işləri həll edərkən hüquqşünas və hakim hüquqi analizlər 
apararaq  –  özlərinin  məntiqi  bacarıqlarını,  dünyagörüşlərini,  qanunları 
necə  anladıqlarını  və  s.  kimi  bacarıqlarını  tətbiq  edərək  –  yəni  faktiki 
olaraq  qanunları  şərh  edərək  məsələni  həll  edirlər. ABŞ  kimi  dövlətin 
mülki  prosessual  qanunvericiliyi  ilə  tanış  olan  hüquqşünas,  zənnimcə, 
Azərbaycanın  Mülki-Prosessual  Məcəlləsinə  sadəcə  ümumi,  abstrakt  və 
çox  geniş  normalardan  ibarət  olan  bir  sənəd  kimi  baxar.   Əgər  hər  bir 
şərhə  ehtiyac  yaranan  zaman  qanunvericinin  və  ya  Konstitusiya 
Məhkəməsinin  müdaxiləsi  tələb  olunarsa,  o  zaman  hüquq  və  məhkəmə 
sistemi işləyə və etməli olduğu funksiyaları yerinə yetirə bilməz.   
Burada  bir  mühüm  məsələni  yaddan  çıxarmaq  lazım  deyil: 
məhkəmə  tərəfindən  presidentin  tətbiq  olunması  heç  də  qanunvericinin 
presidentin mövzusunu təşkil edən məsələ barədə hər hansı qayda və ya 
qanunu  qəbul  etməsini  istisna  etmir.  Yalnız  konstitusiya  əhəmiyyətli 
məsələlərdən  başqa  (bu  cür  məsələlər  ancaq  Konstitusiya  Məhkəməsinin 
qərarlarında  öz  əksini  tapır),  digər  məsələlərdə,  əgər  qanunverici 
məhkəmənin mövqeyini bəyənməzsə və ya ona dəyişiklik etmək istərsə, o 
zaman müdaxilə edərək presidentin nəzərdə tutduğu qaydanı ləğv edə və 
ya dəyişdirə bilər. 
 
President sisteminin Azərbaycanda hüquqi əsasları 
 
Anqlo-Sakson hüquq sistemində presidentlərin tətbiqini hüquqi cəhətdən 
əsaslandırmağa  ehtiyac  yoxdur  –  bu  sistemin  özəyini  təşkil  edən  stare 
decisis  doktrinası  Anqlo-Sakson  hüquq  sisteminin  fundamental  və 
sarsılmaz 
əsaslarındandır. Bəzi 
kontinental 
hüquq 
sistemlərində 
presidentlərin  tətbiqi  birbaşa  və  ya  dolayı  yolla  qanunvericinin 
müdaxiləsi  ilə  müşayiət  olunmuşdur.   Ancaq  çox  hallarda  məhkəmələr 
təşəbbüsü  öz  əllərinə  almışlar. Bu  da  qanunauyğundur:  çünki  məhz 
məhkəmələr  qanun  və  qaydaları  şərh  etməli  və  konkret  işin  hallarına 
tətbiq etməlidirlər. Bu amil president sisteminin tək Anqlo-Sakson hüquq 
sistemi  deyil,  bütün  digər  hüquq  və  məhkəmə  sistemlərinin  dayanıqlı 
inkişafında böyük rol oynadığını açıqca nümayiş etdirir. 
Biz bu fikirdəyik ki, hüquq sistemi olan yerdə presidentlərin tətbiqi 
üçün  –  qanunverici  bunu  qanunlarda  birbaşa  nəzərdə  tutmasa  belə  – 
kifayət qədər hüquqi əsaslar var.  Məhkəmə hər hansı qanunu işin faktiki 
hallarında tətbiq edərkən avtomatik olaraq "qanunun nə olduğunu" (ABŞ 
Ali  Məhkəməsinin  sədri  olmuş  Con  Marşalın  məşhur  Merburi  Medisona 
qarşı işi üzrə qərarında dediyi kimi), necə şərh və tətbiq edilməli olduğunu 
müəyyən edir. Eyni qanunun (onun maddəsinin) və qaydanın identik və 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə