Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

146 
 
xüsusən  onların  belə  məsələləri  araşdırarkən  topladıqları  təcrübə  nəzərə 
alınsa,  məqsədə  çatmaq  üçün  “ən  yumşaq  vasitələrin”  seçilib-
seçilmədiyini müəyyən əminliklə qiymətləndirə bilərlər... Mövqeləri zidd 
olan  fərdlərin  və  ya  qrupların  barışdırılması  və  ya  cüzi  hökumət 
resurslarının  paylanması  ilə  əlaqədar  olan  işlərdə  məhkəmələr  eyni 
dərəcədə əminliyə nail olmaya da bilərlər. 
 
 
Beləliklə,  Kanada  Ali  Məhkəməsi  özünü  siyasi  məsələlərə  müdaxilə 
etməkdən  qorumaq  üçün  bir  neçə  meyar  müəyyən  etmişdir.  Məhkəmə 
vurğulayır  ki,  cəmiyyətdə  ciddi  fikir  ayrılığına  və  elmi  sübutları  nəzərə  alaraq 
həll  olunmalı  olan  məsələlərdə  məhkəmə  qanunverici  orqanın  qərarına 
maksimal  dərəcədə  hörmət  edəcək.  Məsələn,  bu  qərarda  olduğu  kimi,  bəzi  növ 
reklamların azyaşlıların psixoloji durumuna və tərbiyəsinə necə təsir etməsi sualı 
cəmiyyətdə  kifayət  qədər  fikir  ayrılığına  səbəb  olur.  Eləcə  də  bu  sualın 
cavablandırılması elmi sübutların araşdırılmasından çox asılıdır.     
Məhkəmə  digər  meyarlar  da  müəyyən  edir,  bu  da  iki  və  ya  daha  çox 
hüquq  arasında  balans  aparılması  (məsələn,  söz  azadlığı  və  şəxsi  həyat 
toxunulmazlığı)  və  sosial  qruplar  arasında  mübahisəli  məsələlərin  həll 
olunmasıdır.  Ancaq  bununla  belə,  məhkəmə  bu  məsələlərin  onun  nəzarətindən 
tam  çıxmasını  qərara  almır.  O,  sadəcə  belə  hallarda  qanunvericiyə  daha  çox 
inanacağını vurğulayır. Siz Kanada Ali Məhkəməsinin bu mövqeyi ilə yuxarıda 
müzakirə  etdiyimiz  ABŞ  Ali  Məhkəməsinin  Karolin  Prodskts  işində  ifadə  etdiyi 
mövqe  arasında  bir  oxşarlıq  görürsünüz?  Digər  məsələlərdə  isə,  xüsusən  bir 
tərəfdən  dövlət,  digər  tərəfdən  isə  fərd  çıxış  edən  işlərdə  (misal  üçün,  cinayət 
prosesi  zamanı  hüquqlar)  dövlət  “antaqonist”  rolunu  oynadığından  məhkəmə 
daha ciddi nəzarət edəcəyini bildirir.   
 
 
ABŞ  Ali  Məhkəməsi  siyasi  məsələlər  üzrə  qərar  verməkdən  çəkinmək 
üçün  bu  ölkənin  konstitusiya  hüququnda  “siyasi  məsələ  doktrinası”  ("political 
question  doctrine")  kimi  tanınan  bir  qayda  müəyyən  etmişdir.  Bu  doktrinanın 
əsasını  hakim  Con  Marşal  yuxarıda  qeyd  etdiyimiz  Marburi  Medisona  qarşı 
məhkəmə işində qoymuşdur. Bu məsələ ilə bağlı hakim Marşal buları qeyd edir: 
 
 
Birləşmiş  Ştatların  Konstitusiyasına  əsasən  prezident  müəyyən 
siyasi  xarakter  daşıyan  səlahiyyətlərə  malikdir.  Bu  səlahiyyətləri  o,  özü 
bildiyi kimi həyata keçirir və bu zaman o, siyasi statusundan çıxış edərək 
yalnız  öz  ölkəsi  və  vicdanı  qarşısında  hesabat  verir.    Bu  səlahiyyətlərin 
yerinə yetirilməsinə kömək göstərmələri üçün [prezidentin] ona tabe olan 
və əmrlərini icra edən vəzifəli şəxslər təyin etmək ixtiyarı var.   


147 
 
Bu  hallarda  onların  (yəni  vəzifəli  şəxslərin  –  əlavə  müəllifindir
hərəkətləri onun (yəni prezidentin – əlavə müəllifindir) hərəkətləri sayılır və 
burada səlahiyyətlərin icrası barədə hansı fikirlərin olmasına baxmayaraq, 
bu  səlahiyyətlərin  icrası  üzərində  nəzarət  edəcək  heç  bir  hakimiyyət 
yoxdur və ola da bilməz. Bu, siyasi məsələdir. Bu məsələlər fərdlərə deyil, 
xalqa  aiddir.  Bu  məsələlər  üzrə  qərar  vermək  icra  hakimiyyətinə  etibar 
edilib və icra hakimiyyətinin qərarı sonuncudur... 
Lakin  əgər  qanunverici  bu  vəzifəli  şəxsin  üzərinə  başqa  vəzifələr 
qoyursa; əgər [vəzifəli şəxsin] üzərinə mütləq qaydada müəyyən tədbirlər 
görmək  vəzifəsi  qoyulursa;  əgər  bu  fərdlərin  hüquqları  bu  vəzifələrin 
icrasından asılıdırsa, bu zaman o, qanuna tabe olmalıdır, öz hərəkətlərinə 
görə  qanun  qarşısında  məsuliyyət  daşıyır  və  istədiyi  kimi  başqalarının 
hüquqları barədə qərar verə bilməz... 
Bu  mülahizələrdən  belə  nəticə  çıxır  ki,  departament  başçıları  icra 
hakimiyyətinin  siyasi  və  ya  konfidensial  nümayəndələridirsə  və  sadəcə 
olaraq  prezidentin  iradəsini  yerinə  yetirirlərsə,  yaxud  Konstitusiyaya  və 
ya  qanunlara,  əsasən,  icra  hakimiyyətinin  malik  olduğu  səlahiyyətlər 
əsasında  hərəkət  edirlərsə,  onda  tamamilə  aydın  məsələdir  ki,  onların 
hərəkətləri  bütün  hallarda  siyasi  hərəkət  kimi  nəzərdən  keçirilə  bilər. 
Lakin  konkret  vəzifə  qanunla  nəzərdə  tutulubsa  və  konkret  hüquqlar 
həmin  vəzifənin  yerinə  yetirilməsindən  asılıdırsa,  onda  aydın  məsələdir 
ki,  hüquqlarının  pozulduğunu  hesab  edən  fərd  hüquqlarının  müdafiəsi 
üçün ölkəsinin qanunlarına müraciət edə bilər... 
            
 
Ancaq bu, bir neçə ümumi kəlmə problemi həll etmək üçün kifayət deyil. 
Əlbəttə, hakimlərə qarşı onların siyasətə müdaxilə etmələri  barədə irəli sürülən 
ittihamlar  heç  zaman  tamamilə  aradan  qalxmayacaq.  Bu  da  öncə  konstitusiya 
icraatını  həyata  keçirən  məhkəmələrin  təbiəti  ilə  bağlıdır:  onların  səlahiyyətləri 
çox zaman konstitusiyanın geniş xarakter daşıyan müddəaları ilə müəyyən edilir 
və  bu  səbəbdən  də  hansı  məsələ  üzrə  qərar  vermək  və  verməmək  və  ya  hansı 
məsələ  üzrə  hansı  qərar  vermək  məhkəmələrin  diskresion  və  demək  olar  ki, 
nəzarət  olunmayan  səlahiyyətləri  daxilindədir.  Bu  sualı  hakimlərin  özləri  də 
cavablandırmaqda  çətinlik  çəkərlər.  Ancaq  ABŞ  Ali  Məhkəməsi  Marburi 
Medisona qarşı işindən sonra da minimum bir neçə tələb müəyyənləşdirməli idi. 
Beyker Kar-a qarşı
147
 işində Ali Məhkəmə tələbləri bu cür müəyyənləşdirir: 
 
[İşin faktları: Tennessi Ştat Konstitusiyasına əsasən hər on ildən bir ştatda 
ərazi bölgüsünə yenidən baxılmalıdır ki, bu ərazilərdə neçə nəfər insanın 
                                                 
147
 Baker v. Carr, 369 U.S. 186 (1962) 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə