"İkt ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər"



Yüklə 74,08 Kb.
tarix26.09.2017
ölçüsü74,08 Kb.
#1457

"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda məqalə

  "İKT  ili"  çərçivəsində  "Respublikada "Elektron  hökumət":  mövcud  vəziyyət, problemlər,  perspektiv  və gözləntilər"


 Yaşadığımız XXI əsr İnformasiya Kommunikasiya Texnologiyalarının özünün pik nöqtəsinə çatdığı ,  İKT –nin hər kəsin ayrılmaz dostuna çevrildiyi  bir dövrdür. 2013-cü  il  İKT ili elan olunub və  bu gün artıq  texnologiyalar çağımızın vaz keçilməz  hissəsinə çevrilib.Eləcə də hər yeni inkişaf müəyyən dərəcədə həyatımızın dəyişməsinə səbəb olur.XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir. Niyə məhz informasiya? Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq fikrimizə internet gəlir.

http://1.bp.blogspot.com/-sjnbtzecc2i/ue2jewxc2vi/aaaaaaaaaaa/5wisa_wgiic/s320/601696_524405424284811_1023027429_n.jpg

İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Bu qlobal sistemdə kim informasiyaya daha yaxındırsa,  kim informasiyadan daha səmərəli istifadə edə bilirsə O da daima irəlidədir. Bu gün güclü, ağıllı, intellektual olmağın yolu internetə və informasiyaya yaxınlıqdan, bütövlükdə cəmiyyət olaraq informasiya cəmiyyətinə qoşulmaqdan gedir.Bu gün “internet” sözü “sürət” sözünə paralel olaraq istifadə olunur.
 

     İnsan həyatının hər bir sahəsində innovasiya proseslərinin getdiyi günümüzdə E-Azərbaycan, Elektron Hökumət,  E-Təhsil, E- Məktəb, E-Müəllim,  E-Dərslik, E-Dərs, E-Kitab, E-Jurnal, E-İmza, E-xəritə,  E- poçt ,E-məktub, E-Xidmət , E-Ticarət və sairə ifadələr  gündəlik  həyatımızda  müntəzəm  işlətdiyimiz  və  istifadə etdiyimiz  məfhumlara  çevrilmişdir.Son illər ölkəmizdə müxtəlif sahələrdə məqsədyönümlü  inkişaf siyasəti müəyyənləşdirilmiş və uğurla həyata keçirilməkdədir.Mövcud   informasiya sistemləri və ehtiyatları arasında  səmərəli məlumatlandırma  mübadiləsinin təmin olunması,  eyni məlumatların müxtəlif  mənbələrdə  formalaşmasını aradan qaldırmaq  üçün artıq vahid informasiya portalları yaradılır  və istifadəyə verilir.Artıq  bir neçə ildir ki,  inkişaf etmiş ölkələrdə  demokratiyanın inkişaf   etməsinə  stimul verən amillərdən  biri və əsası  Elektron Hökumət (ingilis  dilində E-Government)  formalaşdırılması hesab  olunur.



http://4.bp.blogspot.com/-zulrntigfdi/ue2pblwjm_i/aaaaaaaaabm/nrrvwgg3rnq/s200/15610_455696711155683_867023084_n.jpg  “E-Hökumət” nədir?

http://4.bp.blogspot.com/-aqvdeiavtze/ue2jlfymd1i/aaaaaaaaaz4/hhpllf8t2xa/s400/1069978_221793634634760_2026598494_n.jpg
http://2.bp.blogspot.com/-j0d4m09qvsa/ue1y1gqpnui/aaaaaaaaay4/gqhtwtvvlki/s400/525937_428892170502804_2061103197_n.jpg

Bəzilərimiz üçün bu məfhum hələ də aydın deyil.Ölkəmizdə formalaşan elektron hökumət beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası  prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)  təsdiq edilməsi haqqında sərəncamına əsasən yaradılmışdır və  cəmiyyətdə şəffaflığı  inkişaf etdirən mühüm amillərdən biri E-hökumətin formalaşdırılmasıdır.Elektron Hökumət anlayışı ilə yanaşı işlənən Elektron imza isə  qlobal aləmdə  şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. 

http://2.bp.blogspot.com/-svtdoevjli4/ue1zyaofkzi/aaaaaaaaaza/9cjvlnvxubw/s400/604121_140062092807915_437343024_n.jpg

Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
E- imzanın tətbiqində  iki açardan istifadə olunur: gizli və açıq açarlar. Belə ki, informasiyanı alanın gizli açarı onun şəxsi informasiya arxivini heç bir zaman tərk etmir.  İmza müəllifi öz açarını gizli saxlayır və heç kəs onun əvəzinə elektron sənədi imzalaya bilməz. Bununla bərabər kimsə açıq açarın köməyilə bu imzanın və onun müəllifliyinin həqiqiliyinə əmin ola bilər.E- imza infrastrukturunun yaradılması, istifadəçilərin e-imza ilə təmin olunması və ümumilikdə ölkəmizdə vətəndaşların  e-hökumətin imkanlarından yararlanması məqsədi ilə  bir çox layihələr uğurla həyata keçirilir.Təhlükəsiz internetin təmin olunması Elektron Hökumət-in başlıca  inkişaf  xətlərindəndir.Hər hansı bir vətəndaş  e-portalda onlayn qeydiyyatdan keçə və ya poçt şöbələrindən  kod  şifrə əldə edərək həm e-hökumətin imkanlarından faydalana, həm də e-imzaya sahib ola bilər.

 

Müasir  texnologiyaların  gündəlik  həyatımızın  ayrılmaz  hissəsinə  çevrilməsi  qədimlərdən bəri  istifadə etdiyimiz “ənənəvi imza”-nın elektron alternativini  reallığa çevirdi.

 

  E-imzanın tətbiqi  vergi hesabatları və ödəmələri zamanı hüquqi və fiziki  şəxslərin məsuliyyətdən  yayınmlarının aradan  qaldırılmasında, sosial müdafiə  sistemlərində saysız-hesabsız  sənədlərin toplanması, arayış alınmasına ehtiyac olmamasında  özünü  biruzə verəcəkdir.Artıq  vətəndaşlar dövlət  məmurunun  hansısa  sənədi imza  etməsini çox gözləməyəcək, e- imza sahibləri bürokratik əngəllərə  rast gəlməyəcəklər.



 

  Artıq bir neçə müddətdir ki ölkəmizdə fəaliyyətə başlayan 

Asan Xidmət”-in  

http://3.bp.blogspot.com/-s5msvdndqle/ue2bgo4d2vi/aaaaaaaaazq/prk4w-tufwy/s320/1043966_540377619333266_204075961_n.jpg

də E-hökumətə  inteqrasiya edilməsinə hazırlıq  gedir. Mobil autentifikasiya sertifikatlarımərkəzinin  yaradılması, onlayn  qeydiyyat,mobil operatorların  2G və 3G  şəbəkələri  üzərindən internetin respublikamızın bütün regionlarında əlçatan olması e-xidmətlərin inkişafına və genişlənməsinə  zəmin yaratmışdır.
 

http://2.bp.blogspot.com/-gxde_4vbrtu/ue2isqi9p6i/aaaaaaaaazw/grnfehzsdty/s400/3763_442036129188408_991834117_n.jpg    E- hökumət portalının sosial şəbəkələrdə  maarifləndirmə  məqsədi ilə paylaşmalar etməsi, Məlumat Hesablama Mərkəzinin(MHM) fəaliyyəti  doğrudan da təqdirəlayiqdir.

http://www.rabita.az/az/c-haqqimizda/umumi-melumat/Elektron xidmətlərin və dövlət informasiya ehtiyatlarının reyestrləri MHM tərəfindən aparılır. Məlumat Hesablama Mərkəzinin 157 çağrı xidməti, vətəndaşların layihələr haqqında olan suallarının operativ şəkildə cavablandırılmasını təmin edir.

http://4.bp.blogspot.com/-cq22c-bg2pe/ue2gzfzjyli/aaaaaaaaazg/4zpq6p82jqk/s320/remote-call-center-agent.jpg

Təsadüfi deyil ki, RİTN- nin  MHM tərəfindən e-hökumət portalına daxil olmaq üçün təqdim olunan  sadələşdirilmiş  kod parolların sayı  10 000-dən yuxarıdır.Təkcə facebook sosial şəbəkəsində  14 iyun 2013-cü il tarixində portal istifadəçilər tərəfindən 50000 dəfə bəyənilmişdir.Bu günə olan  bəyənilmələrin sayı 

http://1.bp.blogspot.com/-skpqgpt3ilo/ue2j3tg9h4i/aaaaaaaaaai/ryozfx81uho/s320/462_536119569780063_159143973_n.jpg59 236-dır.

 https://www.facebook.com/egov.az

 

   Ölkəmizdə  "Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri var. 


İnformasiya və telekomunikasiya texnologiyalarının müasir mahiyyəti “Elektron- Hökumət” Proqramı şəklində dövlət xidmətlərinin təqdimatıdır.
www.e-gov.az Hal -hazırda Azərbaycanda geniş vüsət götürən “Elektron Hökumət” Proqramı uğurla davam etdirilir.
Məqsəd, xalqımıza xidmət edərək hər bir vətəndaşımızın bu sahədə işini asanlaşdırmaqdan ibarətdir.

 

Beynəlxalq təcrübəyə əsasən bütün ölkələrin 

e- hökumət”sistemlərinin  inkişafı  3 əsəs indeks üzrə həyata müəyyənləşdirilir.

 

1.      Onlayn xidmətlərin göstərilməsi

 

2.      İnnovativ(müasir) tələbata uyğun telekommunikasiya  infrastrukturu

 

3.      İnsan kapitalı

 

     Mənbələr və təcrübələr göstərir ki, “Elektron- Hökumət” texnologiyalarına daha tez keçən ölkələr güclü iqtisadiyyata malik olan ölkələrdir.E- xidmətlərin  mühüm qollarından  olan mobil  xidmətlər artıq 33  qabaqcıl ölkədə  reallaşmışdır. Elektron -Hökumət texnologiyalarından  istifadə etməsinə görə ABŞ,  Böyük Britaniya, Cənubi Koreya, Sinqapur, Niderland, Danimarka kimi aparıcı  iqtisadiyyata malik ölkələr  ön sıralardadır.İKT sahəsində məşhur olan Yaponiya  və Estoniya isə bir qədər geridə qalır.ABŞ  dövlət qurumlarının  66%-i  öz sosial siyasətlərini yürütmək üçün mikrobloqlar  və digər veb səhifələrdən istifadə edirlər. “ Usa- gov”  adlı elektron sistemdə e-xidmətlər cəmlənmişdir.



 

Böyük  Britaniyada  “ Direct Gov” portalı vasitəsi ilə bütün hökumət məlumatları və e- xidmətlər istifadəçilərə təqdim olunur.Hökumətin təqdim etdiyi əməliyyatlar və  ictimai xidmətlər “ Do İt Online”(“Bunu onlayn et”) adlı səhifədə cəmlənmişdir.İş axtarışlarını isə  “Job Center Plus” səhifəsində görmək olar.

 

İnsanların  sosial şəbəkələrə,servislərə olan hədsiz marağı 78 dövləti  Tvitter-də, Facebook-da və başqa şəbəkələrdə  öz rəsmi səhifələrini açmağa vadar etmişdir.

 

Sinqapur Vətəndaşının portalı”  Asiya regionunda onlayn  ödənişlərin aparılması, vergilər, lisenziyalar  və müxtəlif  e-xidmətlər üzrə geniş  imkanlara malikdir.



 

Onlar  ənənəvi  “bulud texnologiyalarını”  inkişaf etdirirlər və artıq “Müəllimlər üçün Bulud data Mərkəzi”-ni yaratmağa müvəffəq olmuşlar.

 

Ölkələr üzrə  yaradılmış və istifadə olunan onlayn xidmətlərin əsas meyarı ölkəmiz Azərbaycanda da artıq uğurla tətbiq olunan  “bir pəncərə” prinsipi üzərində qurulmuş elektron xidmətlər portalıdır. www.e-gov.az  portalın veb ünvanıdır.

 

 E-hökumət” portalı  bütün dövlət qurumlarının,nazirliklərin, idarə və   təşkilatların,müəssisələrin, fiziki və hüquqi şəxslərin  onlayn xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər özlərinə lazım olan  məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.



"Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

 

  Vahid "Elektron hökumət” ( www.e-gov.az)  portalı qeyd etdiyim kimi  "bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərir və 2012-ci ilin sentyabr  ayında internet vasitəsi ilə (onlayn) vətəndaşların  istifadəsinə təqdim olunmuşdur.  2020-ci ilə dövlət orqanlarının bütünlüklə elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulub və bu, hökumətin fəaliyyətində şəffaflığın tam təmin edilməsində mühüm alət olaraq  sahibkarlara və vətəndaşlara qarşı mənfi halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edir.



 

  E-hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt  rejimində birləşdirilmiş  və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 e-xidmət artıq portalda yerləşdirilmişdir.İnternetə bibaşa çıxışı olan vətəndaşlar portaldan asanlıqla istifadə edirlər.


http://3.bp.blogspot.com/-urqw5gknqey/ue2wrl2iy1i/aaaaaaaaabc/gqjf-e8qvd8/s320/467935_528655803859773_1533827574_o.png Yaxın günlərdə planşet istifadəçiləri üçün nəzərdə tutulmuş "Elektron hökumət" portalının mini versiyası təqdim edilib (www.e-gov.az/mini/ ).


 

http://4.bp.blogspot.com/-u60qoairvx4/ue2lzroeufi/aaaaaaaaaay/bggw6kvezbo/s200/60696_552527168139303_2008828104_n.png

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin AzDataCom XDMX-nin State Net, Delta və Aztelekom şirkətlərinin yüksəs sürətli informasiya ötürücü şəbəkələri ölkəmizin ərazisində və dövlət orqanları arasında  elektron  məlumat mübadiləsinin intensiv təşkilinə real şərait yaratmışdır.

 

Azərbaycan Respublikası prezidentinin “İKT sahəsinə verilən diqqət və əldə edilmiş uğurları nəzərə alaraq  2013-cü ili  "İKT ili” elan etməsi haqqında sərəncam, gənclərə, texnologiyanın  imkanlarından istifadə etmək istəyənlərə böyük stimul verdi.Azərbaycanın ilk Telekommunikasiya peykinin orbitə çıxarılması  və kosmik ölkəyə çevrilməsi həm sevindirici həm də tarixi haldır.Bu ölkəmizin müasir,güclü,regional müstəvidən çıxmış  müstəqil ölkə olmasının bariz sübutudur. Bu gün İKT sektoru 2004-13-cü illər üzrə hər üç ildə təxminən  2 dəfə genişlənmiş, 2012-ci ildə artım tempi 18% olmuşdur.Hal-hazırda RİTN və Dövlət Neft Fondu  ölkədə  “evlərə optika” modeli üzrə bütün yaşayış məntəqələrinə genişzolaqlı, təhlükəsiz  internetin çəkilməsi ilə bağlı layihəni uğurla həyata keçirir.



http://1.bp.blogspot.com/-vlupu_knhle/ue2l4o-l6mi/aaaaaaaaaag/mmba-6t_sri/s320/408491_523256754399678_9070481_n.jpg
http://1.bp.blogspot.com/-ldj7s9a1kf0/ue2x70dyoci/aaaaaaaaabo/kzhxxfz4cwi/s200/1045259_220321298115327_1779553962_n.jpg2013-cü ilin yanvar ayından etibarən hər ay dərc olunan (onlayn) Elektron Hökumət bülletenləri də  əhali, vətəndaşlar arasında maraqla qarşılanır və sevilərək oxunur.

 

Azərbaycanın  e- idarəçilik  sahəsindəki nailiyyətləri  bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.Bu, Azərbaycanın inkişaf naminə e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata keçirilən digər layihələrdəki uğurlu təcrübəsilə bilavasitə bağlıdır. E- hökumət  portalı  da artıq dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilir.

 

http://2.bp.blogspot.com/-mithacwvzuw/ue2nj0mk7xi/aaaaaaaaaa4/gzush_coi6w/s200/240x220.jpgÖlkə prezidenti İ.Əliyev cənablarının İKT-nin tətbiqini prioritet sahə elan etməsi  və Təhsil Nazirliyinin orta məktəblərdə 1 şagird 1 kompyuter, kompyuterləşdirmə işlərini həyata keçirməsi, Elektron Təhsil müsabiqəsinin

(http://musabiqe.edu.az/) təşkil olunmasıməktəbimizin  genişmiqyaslı intranet-internet şəbəkəsinə  qoşulması  ingilis dili müəllimi kimi  mənim məqsədimə çatmağımı asanlaşdirir. Beynəlxalq arenada təhsil sistemimizdə aparılan islahatların təqdim olunması, sonsuz virtual məkan olan internetin imkanları vasitəsi ilə labüddür və gərəklidir.

Elektron məktəbdə  çalışan, Mimio, Smart, Promethan qurğuları ilə e-dərslər hazırlayan, Elektron müəllim statusu olan  bir pedaqoq kimi bütün həmvətənlərimin, xüsusilə  həmkarlarımın  və şagirdlərimin  respublikamızda aparılan E-hökumət  quruculuğunda  iştirak etməsi  üçün  mən də bacardığımı əsirgəməyəcəyəm. 

    


                                                                                                       Pərvanə  Piriyeva

 İsmayıllı  şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin ingilis dili müəllimi.


 

Автор: Peri Arif на 13:12 Комментариев нет: http://img1.blogblog.com/img/icon18_email.gif



Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook

Elektron Hökumət Portalı vasitəsilə təqdim olunan elektron xidmətlərin i...

никнейм peri зарегистрирован!

Автор: Peri Arif на 6:49 Комментариев нет: http://img1.blogblog.com/img/icon18_email.gif

Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook

Elektron hökumətə keçid korrupsiyanın səviyyəsini aşağı salacaq

никнейм peri зарегистрирован!

Автор: Peri Arif на 6:48 Комментариев нет: http://img1.blogblog.com/img/icon18_email.gif

Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook

Elektron hökumət portalı

никнейм peri зарегистрирован!

Автор: Peri Arif на 6:47 Комментариев нет: http://img1.blogblog.com/img/icon18_email.gif



Отправить по электронной почтеНаписать об этом в блогеОпубликовать в TwitterОпубликовать в Facebook

Dövlətim üçün layiqli vətəndaş yetişdirirəmmüsabiqəsi

http://1.bp.blogspot.com/-v1i07uv-jcq/ue0zogh15ti/aaaaaaaaaw4/ygxh9rshwoe/s320/1012296_602938589739041_1425781199_n.jpg
http://2.bp.blogspot.com/-9sioum9qfam/ue0zpqtyw2i/aaaaaaaaaxa/qdhwjbxamam/s320/999008_602938486405718_1201602262_n.jpg
http://4.bp.blogspot.com/-oq4bysau0su/ue0zq1bjf2i/aaaaaaaaaxi/qlredutlipe/s320/1013532_602938723072361_800368738_n.jpg
http://3.bp.blogspot.com/-boyx5mx7biw/ue0zr242hzi/aaaaaaaaaxq/ujygy-b0y6w/s320/1013756_602938489739051_1836994111_n.jpg




http://ismaillycitysecondaryschool1.blogspot.com/
Yüklə 74,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə