Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə59/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   55   56   57   58   59   60   61   62   ...   71

144 
 
iddia  etmək  olar  ki,  yuxarıda  göstərilən  Abort  I  işində  Alman  Konstitusiya 
Məhkəməsi qanunvericinin aborta qarşı cəza müəyyənləşdirməsi öhdəliyi barədə 
qərar  verərkən  qanunverici  rolunda  çıxış  edirdi,  yəni  bu  halda  məhkəmə 
mümkün  olan  bir  neçə  siyasi  seçimdən  birini  etdi.
145
  Məlumdur  ki,  qanunlar 
demokratik proses nəticəsində, yəni xalqın seçdiyi nümayəndələrin çoxluğunun 
qərarı ilə əmələ gəlir və bu səbəbdən də məhkəmələrin qanunları və ya onların 
ayrı-ayrı  müddəalarını  ləğv  etmələri  özü-özlüyündə  “çoxluğa  qarşı” 
("countermajoritarian")  atılan  bir  addımdır.  Nəzərə  almaq  lazımdır  ki, 
qanunvericidən fərqli olaraq, çox zaman məhkəmə hakimləri seçilmirlər və geniş 
ictimaiyyətin nəzarətindən kənarda qalırlar.           
 
Özünü məhdudlaşdırma və siyasi məsələ doktrinası 
 
 
Geniş  səlahiyyətlərə  malik  olan  konstitusiya  məhkəmələri  daim  bu 
məsələni  öz  diqqətlərində  saxlayırlar,  çünki  ictimaiyyət  tərəfindən  məhkəməyə 
inam  çox  vacibdir.  Bəzi  hallarda  məhkəmələr  çətin  seçim  qarşısında  qalırlar: 
onlar  ya  tənqiddən  və  təzyiqdən  can  qurtarmaq  üçün  qanunvericinin  düz 
olduğunu  söyləməlidirlər  və  ya  qanunları  ləğv  edərək  siyasi  seçim  etməkdə 
günahlandırıla  bilərlər.  Burada  söhbət  məhkəmənin  iki  ziddiyyətli  məsələ 
arasındakı  seçimindən  gedir:  bir  tərəfdən  “məhkəmə  aktivliyi”  –  ingilisdilli 
hüquq ədəbiyyatında buna “judicial activism” kimi istinad edirlər, digər tərəfdən 
isə 
“məhkəmənin 
özünün 
məhdudlaşdırılması” 
– 
ingilisdilli 
hüquq 
ədəbiyyatında buna “judicial restraint” kimi istinad edirlər.   
Konstitusiya  icraatı  zamanı  hakimlərin  öz  siyasi  baxışlarını  yeritməsi 
problemi  adətən  məhkəmələr  cəmiyyəti  dərindən  narahat  edən  və  cəmiyyətdə 
ciddi  fikir  ayrılığına  səbəb  olan  məsələlər  üzrə  qərar  verdikdə  daha  çox  özünü 
büruzə  verir.  Misal  üçün,  abort  məsələsi  hazırda  Avropa  və  ABŞ  cəmiyyətində 
ciddi  fikir  ayrılığına  səbəb  olan  məsələdir:  bəziləri  abortun  qadının  müstəsna 
hüququnun  olduğunu,  bəziləri  isə  hələ  doğulmayan  körpənin  yaşamaq 
hüququnun olduğunu iddia edirlər.   
Siyasi  məsələlərə  müdaxilə  etmək  ittihamlarından  qaçmaq  üçün 
konstitusiya  icraatını  həyata  keçirən  məhkəmələr  özləri  üçün  bir  sıra  meyarlar 
müəyyən  edirlər.  Burada  yuxarıda  müzakirə  etdiyimiz  “testlər”  onların 
köməyinə  gəlir.  Kanada  Ali  Məhkəməsi  bu  məsələ  üzrə  mövqeyini  İrvin  Toy 
MMC Kvebek şəhərinə qarşı
146
 məhkəmə işində belə izah edir: 
  
                                                 
145
 Baxın: Michel Rosenfeld, Constitutional Adjudication in Europe and the United States: paradoxes 
and contrasts, Intern. J. Constit. Law, I-CON Volume 2, 2004, səh. 636 
146
 Irwin Toy Ltd. v. Quebec (AG), [1989] 1 SCR 927; 58 DLR (4th) 577 


145 
 
[İşin  faktları:  Bu  məhkəmə  işi  azyaşlı  uşaqlara  yönələn  bəzi  növ 
reklamların  üzərinə  məhdudiyyət  qoyulması  barədədir.  Əsas  sual  ondan 
ibarətdir  ki,  bu  cür  məhdudiyyətlər  Kanadanın  Hüquq  və  Azadlıqlar 
Haqqında  Xartiyasının  söz  azadlığına  dair  müddəasının  pozulmasına 
gətirirmi?  Burada “vasitələr” sözü hüquq və ya azadlığı məhdudlaşdıran 
qanunu  və  ya  hər  hansısa  tədbirləri  ifadə  edir;  “məqsədlər”  sözü  isə  bu 
məhdudlaşmalarla güdülən məqsədi ifadə edir.] 
Qanunverici  orqan  cəmiyyətdə  bir-birinə  zidd  tələblər  irəli  sürən 
müxtəlif  qruplar  arasında  vasitəçi  rolunu  oynayırsa,  o,  labüd  olaraq 
sərhədlər  cızmalıdır  ki,  bir  sıra  tələblərin  qanuniliyi  hansı  nöqtədə 
başlanır,  digər  tələblər  isə  özünün  dəqiq  yerini  tapmadan  əhəmiyyətini 
itirərək hansı nöqtədə sıradan çıxır. Qanunverici orqan həmin sərhədin ən 
düzgün şəkildə cızılması baxımından qiymətləndirməni ağlabatan şəkildə 
aparmışdırsa,  xüsusən  bu  qiymətləndirmə  bir-birinə  zidd  olan  elmi 
sübutların  tutuşdurulmasına  əsaslanıbsa  və  bu  məsələyə  olduqca  az 
resurs ayrılıbsa, onda əlavə ehtimal irəli sürmək məhkəmənin işi deyil...  
...  Beləliklə,  vasitələrlə  məqsədləri  tutuşdurmalı  və  azadlıq 
hüquqlarına  mümkün  qədər  az  xələl  gətirilməsini  təmin  etməli  olan 
qanunverici  orqan  bir-birinə  zidd  tələblər  irəli  sürən  qruplar  arasında 
vasitəçilik edərkən balansa ən yaxşı şəkildə necə riayət etmək məsələsində 
yəqinlik  olmadan  balansa  riayət  etmək  məcburiyyətində  qalacaqdır. 
Əlverişsiz  vəziyyətdə  olan  qruplar  hökumətin  müdafiəsinə  ehtiyacları 
olduğunu iddia edə bilərlər, eyni zamanda digər qruplar və fərdlər iddia 
edə bilərlər ki, hökumət müdaxilə etməməlidir.  
Bir-birinə  zidd  tələblər  irəli  sürən  qruplar  arasında  balansa  riayət 
edilərkən məqsədlərin seçilməsində olduğu kimi, vasitələrin seçilməsi də 
çox vaxt bir-birinə zidd olan elmi sübutların qiymətləndirilməsini və cüzi 
resurslarla  bağlı  əsaslı  tələblərin  fərqləndirilməsini  tələb  edir...  Beləliklə, 
qanunverici  orqandakı  müzakirələrin  nəticələrini  nəzərdən  keçirərkən 
məhkəmələr,  xüsusən  söhbət  əlverişsiz  vəziyyətdə  olan  qruplardan 
gedirsə, qanunverici orqanın təmsilçi funksiyasını nəzərə almalıdırlar.  
Digər  hallarda  hökumət  müxtəlif  qruplar  arasında  vasitəçilik 
etməkdən  daha  çox  hüququ  pozulmuş  fərdin  özünəməxsus  antaqonisti 
kimi  səciyyələndirilir.  [Burada  məhkəmə  cinayət  mühakimə  icraatı 
prosesinin  fəaliyyəti  ilə  bağlı  olan  bəzi  hüquq  və  azadlıqlardan 
nümunələr  gətirir.  Həmin  hüquqlar  Kanadanın  “Əsas  Azadlıqlar 
Xartiyası”nın  7-14-cü  maddələrində  nəzərdə  tutulur]...  Müxtəlif  qruplar 
arasında  bir-birinə  zidd  olan  hər  hansı  əlavə  tələblər  olmaya  bilər.  Bu 
zaman  və  hökumətin  məqsədinin  məhkəmə  sisteminin  nüfuzunu  və 
qərəzsizliyini  qorumaqdan  ibarət  olduğu  bütün  hallarda  məhkəmələr, 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə