Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə14/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   10   11   12   13   14   15   16   17   ...   71

35 
 
“vətəndaşların  layiqli  həyat  səviyyəsinin  təmin  edilməsi”  cümləsi  diqqəti  cəlb 
edir.  Bu  deklarativ  və  kifayət  qədər  geniş  cümlədir  və  daim  “layiqli  həyat 
səviyyəsinin” nə olduğu sualını ortaya çıxarır.  
Sosial dövlət konsepsiyası, əlbəttə ki, yeni deyil. Misal üçün, Almaniyanın 
və  Fransanın  konstitusiyalarında  bu  ölkələrin  sosial  dövlət  olduqları  da  elan 
olunur
21
. “Sosial dövlət” konsepsiyasının birmənalı tərifini müəyyən etmək çətin 
olar. Ancaq qısaca desək, sosial dövlət o dövlətdir ki, orada dövlət vətəndaşlara, 
əsasən,  iqtisadi  sahədə  yardım  edir.  Sosial  dövlətə  sadə  dildə  desək,  “varlıdan 
götürüb  kasıba”  vermək  ideyası  yaxındır,  hərçənd  kommunistlərin  düşündüyü 
tərzdə deyil
22
.  Sosial dövlətlərə adətən yüksək vergi faizləri və dövlət tərəfindən 
pulsuz sosial xidmətlərin (misal üçün, pulsuz təhsil və səhiyyə) göstərilməsi və 
ya təmin edilməsi xasdır.  
Heç  də  hamı  konstitusiyada  sosial  dövlət  prinsiplərinə  geniş  yer 
ayrılmasının  tərəfdarı  deyil.  Bəzi  vətəndaşlar  üçün  dövlətin  sosial  siyasəti 
müsbət  görünə  bilər.    Ancaq  nəzərə  alın  ki,  dövlət  nə  qədər  “sosial”  olarsa,  o 
qədər  də  fərdlərin  azadlıqlarına  çox  müdaxilə  edir  (yəni  bunu  etməyə  məcbur 
olur).  Kas  Sunstin  Şərqi  Avropa  sosializm  hökumətləri  devrildikdən  sonra 
konstitusionalist  dövlətlərin  qurulması  prosesini  araşdıran  alimlərdəndir.  
Özünün  "Mülkiyyət  və  konstitusionalizm  haqqında"
23
  məqaləsində  Kas  Sanstin 
bunları qeyd edir:  
 
Qeyd  etmişdim  ki,  [Şərqi  Avropa  ölkələrinin]  bazar  iqtisadiyyatına  və 
xüsusi  mülkiyyət  sisteminə  keçidində  konstitusiya  böyük  rol  oynayır. 
Buna  nail  olmaq  üçün  konstitusiyanın  müddəaları  məhkəmə  tərəfindən 
tətbiq edilə bilən və məcburi icraya yönəldilə bilən olmalıdır... Məhkəmə 
nəzarəti olmadan konstitusiyanın dəyəri yazıldığı kağızın dəyərindən çox 
olmayacaq... 
 
Bu  məqsədə  nail  olmaq  üçün  konstitusiyanı  yazanlar  ciddi  risklər 
yaradan üç strateji addımı atmaqdan çəkinməlidirlər...   
 
1.
 
Məqsədlər  [ingiliscə:  Aspirations].  Birincisi,  bu  cür  strategiya 
konstitusiyada  ümumi  sosial  prinsipləri  və  məqsədləri  bəyan 
etmək  və  ya  dövlətin  üzərində  pozitiv  öhdəliklər  qoymaqdır 
(pozitiv öhdəliklər, misal üçün, sosial yönümlü dövlət, o cümlədən 
                                                 
21
 Almaniya Əsas Qanununun 20.1-ci maddəsi: "Almaniya Federativ Respublikası demokratik və 
sosial dövlətdir".  Fransa 5-ci Konstitusiyasının 1-ci maddəsi: "Fransa bölünməz, dünyəvi, 
demokratik və sosial dövlətdir".   
22
 Kommunistlər, ümumiyyətlə, hər kəsin bərabər iqtisadi şəraiti barədə xəyal edirlər. 
23
 On Property and Constitutionalism, Cass Sunstain, Law and Economics Working Paper No. 3 (2
nd
 
Series), University of Chicago School of Law, səh., 13  


36 
 
bərabər  gəlirin,  istirahət  vaxtının,  sosial  təhlükəsizliyin,  işdə 
təhlükəsiz şəraitinin və sağlam iş şəraitinin təmin edilməsi). Bunun 
təhlükəli strategiya olmasının üç səbəbi var.   
Birincisi,  ümumi  məqsədlərin  bəyan  edilməsi  və  dövlətin 
üzərinə  pozitiv  öhdəliklərin  qoyulması  (Sovet  konstitusiyalarında 
olduğu kimi) ona gətirib çıxara bilər ki, nəticədə konstitusiya [ciddi 
və  vətəndaşlar  üçün  real  nəticə  və  onların  həyatına  real  təsir 
göstərə]  bilməyən  sənəd  kimi  qəbul  oluna  bilər.    [Ciddi  olan 
konstitusiyada  ümumi  prinsiplər  və  məqsədlər  deyil,]  yalnız  o 
hüquqlar  sadalanmalıdır  ki,  onlar  real  və  konkret  olaraq  tətbiq 
oluna bilsin. Pozitiv hüquqları nəzərdə tutan konstitusiya çətin ki, 
bu cür hüquqları məhkəmə vasitəsi ilə təmin edə bilsin, çünki onlar 
həddən  artıq  geniş  formada  olur,  eyni  zamanda  bir  neçə  qrup 
insanın marağını özündə əks etdirir... 
Pozitiv  hüquqlarla  bağlı  olan  ikinci  problem  odur  ki,  onlar 
insanlarda  fərdi  təşəbbüs  və  özünə  güvənmə  kimi  ideyaların 
inkişafına  zidd  olaraq  dövlət  tərəfindən  müdafiə  olunma 
yanaşmasını daha çox inkişaf etdirir... 
Bu,  heç  də  o  demək  deyil  ki,  post-islahat  dövründə  Şərqi 
Avropa  ölkələri  müdafiəçi  və  sosial  yönümlü  dövlət  prinsiplərini 
inkar  etməlidirlər  və  ya  vətəndaşlarını  bazarın  mərhəmətinə 
buraxmalıdırlar.    Bu  cür  strategiya  faciə  ilə  nəticələnə  bilər,  çünki 
nəticədə əhalinin çox hissəsi bir sıra dövlətlərdə qəbul olunmayan 
dərəcədə  çətinliklərlə  üzləşə  bilər.  Ancaq  bu  cür  müdafiə  və 
təminatlar ölkənin əsas sənədi ilə deyil, demokratik proses vasitəsi 
ilə  [misal  üçün,  hər  dəfə  fərqli  qrupların  fikrini  və  mövqelərini 
dinləməklə,  xalqın  nümayəndələri  olan  parlament  deputatlarının 
qəbul etdiyi] adi qanunların qəbulu ilə təmin olunmalıdır.   
Pozitiv  hüquqlarla  bağlı  üçüncü  problem  odur  ki,  onlar 
dövlətin  bazara  müdaxiləsini  dövlətin  konstitusion  öhdəliyi  kimi 
müəyyən  edirlər.    Hazırda  bu  cür  müdaxiləni  minimuma 
endirməyə çalışırlar ki, özəl biznesdən ibarət bazar, azad ticarət və 
müqavilə azadlığı üçün daha çox şərait yaransın.      
   
 
Əlbəttə, heç kəs Sanstinin mövqeyi ilə razı olmaq məcburiyyətində deyil. 
Ancaq  onun  mövqeyinin  əsasları  bəzi  hallarda,  o  cümlədən  konstitusiyanın 
maddələrinin konkret işin hallarına tətbiqi zamanı mühüm rol oynaya bilər.   
 
 
Amerika  Birləşmiş  Ştatlarında  olan  siyasi  struktur  “sosial”  və  neytral 
dövlətlər arasında olan fərqi daha yaxşı izah etməyə imkan verir. ABŞ-da iki əsas 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə