Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə3/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   2   3   4   5   6   7   8   9   ...   71


 
2.
 
Konstitusiya dövlət və vətəndaş arasında münasibətləri tənzimləyən əsas 
sənəddir.  Bu da, əlbəttə ki, 1-ci bənddə qeyd edilənlərdən irəli gəlir, ancaq hesab 
edirik ki, Konstitusiyanın bu aspektini ayrıca vurğulamaq önəmlidir.   
Uzun müddət (xüsusən Amerika Birləşmiş Ştatlarında yaranan mövqedən 
irəli gələrək) belə bir mövqe mövcud olmuşdur ki, konstitusiyanın  əsas vəzifəsi 
məhz  dövlətlə  vətəndaş  arasında  münasibətləri  tənzimləməkdən  və  vətəndaşı 
dövlətdən qorumaqdan ibarətdir. Hazırda bu fikir birmənalı qarşılanmaya bilər 
və  konstitusiyanın  digər  vəzifələri  də  qeyd  edilir.  Buna  baxmayaraq, 
konstitusiyanın  bu  funksiyası  illərin  təcrübəsindən  irəli  gələrək  ən  mühüm 
vəzifələrdən biri olaraq qalır.    
 
3.
 
Konstitusiyanın  və  xüsusən  də  onun  insan  hüquq  və  azadlıqlarına  aid 
hissəsinin  müəyyən  psixoloji  və  mənəvi  əhəmiyyəti  də  var.  Yuxarıda  qeyd 
etdiyimiz  kimi,  Konstitusiyanın  insan  hüquq  və  azadlıqlarına  aid  olan 
müddəaları  çox  geniş  və  abstraktdır  və  onları  bir  çox  istiqamətdə  şərh  etmək 
mümkündür.  Buna  baxmayaraq,  Konstitusiyada  insan  hüquq  və  azadlıqlarının 
bəyan olunması mühüm bir mesajdır.  Bu, onu deyir ki, Azərbaycan xalqı insan 
hüquq və azadlıqlarının qorunmasını dəyər kimi qəbul etmiş və bu prinsiplərlə 
yaşamağı  seçmişdir.  Əlbəttə,  bu  hüquqların  tətbiqinin  təkmilləşdirilməsi  bir 
prosesdir  və  müəyyən  vaxt  tələb  edir.  Mühüm  olan  da  odur  ki,  bu  təcrübənin 
inkişaf  və  ya  təkmilləşmə  istiqaməti  məlumdur  və  dəyişilməzdir.    Təcrübə  ilk 
vaxtlar  mükəmməl  olmaya  və  sonradan  inkişaf  edə  bilər  (və  etməlidir),  ancaq 
məqsəd və mühüm prinsiplər dəyişilməz qalır. 
Konstitusiya əsasında digər qanun və qaydalara nəzarət edən orqanın və 
ya mexanizmin olması  – misal üçün, Konstitusiya Məhkəməsi – Konstitusiyada 
təsbit olunan bu prinsipləri (insan hüquq və azadlıqları da daxil olmaqla) bizim 
üçün  daha  əhəmiyyətli  edir.  Çünki  bu  prinsiplər  pozulduğu  halda,  biz  bu 
mexanizm vasitəsi ilə pozuntuları aradan qaldıra bilirik.        
 
***** 
 
Amerika  Birləşmiş  Ştatlarında  ölkənin  konstitusiyası  az  qala  müqəddəs  sənəd 
kimi  qəbul  olunur.  Bunu  digər  inkişaf  etmiş  dövlətlərdə  də  görürük. 
Konstitusiya əzəldən ABŞ vətəndaşlarını birləşdirən prinsipləri əks etdirən sənəd 
kimi  qəbul  edilir.    Bu  ölkədə  insanları  birləşdirən  hər  hansı  konkret  din  və  ya 
milli  mənsubiyyət  və  kommunizm  kimi  süni  yaranmış  ideyalar  deyil,  əbədi 
mövcud  olan  və  tarixin  sınaqlarından  keçmiş  prinsip  və  ideyalar  ətrafında 
birləşmişlər.  O prinsip və ideyalar ki, onların təsirini bu vətəndaşlar gözləri ilə 
görürlər.  Buna  görə  də  onlar  konstitusiyaya  və  ondan  əks  olunan  prinsip  və 
ideyalara dərindən inanırlar.       



 
 
Konstitusiya hüququ 
 
Konstitusiya  hüququ  hüququn  bir  sahəsidir.  Uzun  illər  ərzində  və  bir  çox 
hallarda  konstitusiyalara  nəzarət  edən  məhkəmələr  və  digər  orqanların  səyləri 
nəticəsində bu sahə nisbətən müstəqil bir sahəyə çevilmişdir.  Bir çox dövlətlərdə 
onun  akademik  bazası  formalaşıb  və  hazırda  bu  hüquq  elm  kimi  təhsil 
müəssisələrində də tədris olunur.   
 
Azərbaycanda  konstitusiya  hüququnun  əsasını  ilk  növbədə  Azərbaycan 
Respublikasının  Konstitusiyası  təşkil  edir.  Konstitusiyaya  əsasən  Milli  Məclisin 
Konstitusiya  Qanunları  qəbul  etmək  səlahiyyəti  var
2
.    Bu  cür  qanunlar, 
ümumiyyətlə,  Konstitusiyanın  tərkib  hissəsi  sayılır
3
.    Referendum  vasitəsi  ilə 
qəbul olunan aktlar da mühüm əhəmiyyət kəsb edir.  Beynəlxalq müqavilələri də 
Azərbaycanda  konstitusiya  hüququnun  mənbəyi  saymaq  olar,  hərçənd  bunları 
araşdıran  və  öyrənən  digər  bir  hüquq  elmi  –  Beynəlxalq  hüquq  –  var.  
Konstitusiyanın  12.II  maddəsinə  əsasən  “...  Konstitusiyada  sadalanan  insan  və 
vətəndaş  hüquqları  və  azadlıqları  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”. 
 
Azərbaycan konstitusiya hüququnun digər mühüm mənbəyi Konstitusiya 
Məhkəməsinin  qərarlarıdır.  Bu  barədə  “Azərbaycan  Konstitusiyası”  adlanan 
hissədə daha ətraflı tanış ola bilərsiniz. 
 
Müasir dövrdə hüququn tədrisi və öyrənilməsi daha çox məhkəmə qərarlarının 
müzakirəsi üzərində qurulmuşdur. Tədris edən şəxsin əsas məqsədi konstitusiya 
hüququ  da  daxil  olmaqla  hüquq  fənni  üzrə  tələbələrə  (və  ya  digərlərinə) 
“hüquqşünas kimi fikirləşməyi” öyrətməkdir. Bir çox hallarda tələbələr hər hansı 
konkret  faktlar  əsasında  hüquqi  arqument  qurmalıdırlar.  Misal  üçün,  Mülki 
hüquq  dərsində  onlar  faktları  nəzərdən  keçirib  mülki  qanunvericiliyin 
maddələrini həmin faktlara tətbiq etməlidirlər.   
Bu nöqteyi-nəzərdən konstitusiya hüququ tələbələrə daha “asan” fənn kimi 
görünə  bilər,  çünki  konstitusiyanın  maddələrinin  daha  da  genişləndirilməsi 
mümkündür  və bu maddələr əsasında arqument qurmaq asandır. Yuxarıda sizə 
təqdim  etdiyimiz  torpaq  mülkiyyətçisi  və  onun  ərazisindən  keçən  sakinlər 
misalına yenidən nəzər salaq.  Mülki hüquq dərsində tələbələr bu məsələni həll 
etmək  üçün  ilk  növbədə  Mülki  Məcəllənin  maddələrinə  baxmalıdırlar  və 
müvafiq maddələri tapdıqdan sonra tələbələr işin ən azından yarısını həll etmiş 
olurlar.  Misal  üçün,  Mülki  Məcəllənin  152,  157  və  164-cü  maddələrinə 
                                                 
2
 Baxın: AR Konstitusiyası, maddə 93  
3
 Baxın: AR Konstitusiyası, maddə 156.V 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə