5
Mündəricat
Minnətdarlıq
...................................................................................... 2
Ön söz
................................................................................................ 3
Giriş
.................................................................................................... 6
Fəsil 1:
Vətəndaşlıq almaq hüququnun beynəlxalq hüquqi bazası
və vətəndaşsızlığın azaldılması .......................................... 9
Fəsil 2:
Vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi
və müdafiəsi ...................................................................... 22
Fəsil 3:
Vətəndaşsızlığın səbəblərinin aradan qaldırılması............ 37
Fəsil 4:
BMT QAK-ın rolu ............................................................... 56
Fəsil 5:
Parlament üzvləri nə cür kömək göstərə bilərlər ............... 63
Əlavə 1:
Vətəndaşlığı Olmayan Şəxslərin Statusuna dair
1954-cü il Konvensiyasına Üzv Ölkələr ........................... 70
Əlavə 2:
Vətəndaşsızlığın Azaldılmasına dair 1961-ci il
Konvensiyasına Üzv Ölkələr.................................................. 72
Əlavə 3:
Konvensiyalara Qoşulma üzrə Model Sənədlər................ 73
Əlavə 4:
BMT QAK-ın nümayəndəlikləri ........................................ 75
BMT QAK və PAİ haqqında qısa məlumat
.................................... 87
6
G İ R İ Ş
Bu və ya digər ölkənin vətəndaşları olduğumuz bizlər vətəndaşlıqla
əlaqədar hüquq və vəzifələri adi şey kimi qəbul edirik. Çoxlarımız
uşaqlarını məktəbə qoya, xəstələndikdə tibbi yardım ala, lazım olduqda
iş axtara və nümayəndələrini dövlət orqanlarına seçə bilərik. Biz hiss
edirik ki, yaşadığımız ölkə bizə də məxsusdur, və biz hansı sa böyük
varlığa mənsubiyyətimizi hiss edirik, nəinki ayrı-ayrı şəxslər kimi.
Bəs vətəndaşlığı olmayanların həyatı necədir? Vətəndaşlığı olmadıqda
insan yaşadığı ölkədə səsvermədə iştirak edə, yol bileti ala, nikahını
qeydiyyata sala bilmir. Bəzi hallar vətəndaşlığı olmayan və doğulduqları
və ya əvvəllər yaşadıqları ölkədən xaricdə olan şəxslər müvafiq ölkə
onların öz ərazisinə qayıtmaq hüquqlarından imtina etdikdə uzun
müddətli həbsə məruz qala bilərlər. Çox vaxt ölkə ilə qanuni əlaqələrini
sübut edə bilməyən şəxslər hətta əsas hüquqlardan – təhsil hüququ,
tibbi yardım almaq hüququ və işləmək - məhrum olurlar.
“Yaşadığın ölkədə “Yox” eşitmək, doğulduğun ölkədə “Yox” eşitmək,
valideynlərim olan ölkədən “Yox” eşitmək, daim “Sən bizimki
deyilsən” eşitmək! Mən özümü heç kim hiss edirəm, mə hətta bilmirə
nə üçün yaşayıram. Vətəndaşlıqsız sən hər zaman özünü lazımsız
hiss edirsən ”.
Lara, əvvəllər vətəndaşlığı olmayan şəxs
BMT QAK-ın 2003-cü ildə keçirdiyi vətəndaşsızlıqla əlaqədar araşdırma
təsdiq etdi ki, dünyada heç bir region vətəndaşsızlığa gətirə biləcək
problemlərdən azad deyil. Lakin, dünyada apatridlərin dəqiq sayı məlum
deyil. Çox vaxt dövlətlə dəqiq məlumat vermək istəmirlər və yaxud verə
bilmirlər; yalnız bəzilərində vətəndaşlığı olmayan şəxslərin qeydiyyatını
aparmaq üçün mexanizmlər vardır. Bundan başqa, dövlətlərdən
ərazilərində yaşayan apatridlərin dəqiq sayını dərc etmək aydın şəkildə
tələb olunmur. BMT QAK-ın qiymətləndirməsinə əsasən bütün dünyada
milyonlarla insanın faktiki olaraq vətəndaşlığı yoxdur.
İlk dəfə XX əsrin ikinci yarısında ümumdünya problemi kimi qəbul
olunmuş vətəndaşsızlıq Dövlətlər arasında ayrı-ayrı insanların hüquqi
eyniləşdirilməsinə dair fikir ayrılığının, Dövlətin varisliyi, cəmiyyətdə ayrı-
ayrı insan qrplarının uzun müddıtli izolə olunması və müxtəlif şəxslərin
və ya qrupların vətəndaşlıqdan məhrum edilməsinin nəticəsi ola bilər.
Adətən vətəndaşsızlıq beynəlxalq münasibətlərdə radikal dəyişikliklər
7
dövrləri ilə əlaqələndirilir. Milli sərhədlərin dəyişdirilməsi, şübhəli siyası
məqsədlərə çatmaq üçün millli liderlərin siyasi sistemlə manipulyasiyası
və/və ya mənfi münasibətdən əziyyət çəkən irqi, dini və ya etnik
azlıqların kənar və ya izolə edilməsi üçün vətəndaşlığın verilməsindən
imtina və ya məhrum etmə dünyanın bütün regionlarında apatridlərin
yaranmasına gətirib çıxarır. Son 20 il ərzində vətəndaşlıqdan məhrum
edilmiş və ya vətəndaşlıq almaq imkanı olmayan şəxslərin sayı getdikcə
artırdı. Bu vəziyyət olduğu kimi qalarsa, hüquqların davamlı pozulması
nəticədə bu problemlərdən əziyyət çəkən şəxslərin köçməsinə gətirib
çıxara bilər.
“Vətəndaşlıqdan məhrum edilmək, sivilizasiyanın nailiyyətlərindən
məhrum olmaq deməkdir. Bu primitiv, mağara həyatına qayıtmaq
kimidir... İnsan bütün keyfiyyətlərini itirir, halbuki, başqalarının onu
bu keyfiyyətlərə görə özlərinə bərabər sayırlar. O, iz qoymayıb,
dunyaya heç nə buraxmayıb yaşaya və ölə bilər. ”.
Xanna Erendt, Totalitarizm tarixçisi
Hazırkı təlimatın məqsədi parlament üzvlərinə vətəndaşlıq və
vətəndaşsızlığı nizamlayan beynəlxalq prinsipləri müfəssəl şəkildə
göstərməkdən ibarətdir. Beynəlxalq hüquq Dövlətlərə vətəndaşlarının
ilkin məcmusunun müəyyən edilməsi məsələlərində və vətəndaşlığın
alınması, itirilməsi və saxlanılması sahəsində geniş imkanlar yaradır.
Lakin, XX əsr ərzində bərqərar olmuş humanitar prinsiplər bu azadlığı,
o, vətəndaşsızlığa gətirib çıxarırsa və/və ya ayrıseçkiliklə tədbiq edilirsə,
məhdudlaşdırılır.
Dövlətlərin vətəndaşsızlıqla bağlı problemlərin həlli ilə əlaqədar bir-
biri ilə əməkdaşlıq etmələrinə baxmayaraq, yenə də əvvəlki kimi bütün
dünyada milyonlarla insanın vədəndaşlığı yoxdur. Hazırkı təlimatda
beynəlxalq hüquq, xüsusilə, Vətəndaşlığı Olmayan Şəxslərin Statusu-
na dair 1954-cü il Konvensiyası tərəfindən müdafiə olunan apatridlərin
hüquq və vəzifələri müzakirə olunur (BMT QAK-ın səylərinə baxma-
yaraq, 2008-ci il 31 iyul tarixinədək 1954-cü ilin Konvensiyasını yalnız
63 ölkə ratifikasiya edib və ya qoşulub, müqayisə üçün isə Qaçqınların
statusuna dair 1951-ci il Konvensiya və/və yaxud 1967-ci il protokol-
unu isə 147 ölkə ratifikasiya edilib və ya qoşulub).
Tə
limatda, həmçinin,
vətəndaşsızlığın səbəbləri və hakimiyyət tərəfindən daxili qanunveri-
ciliyin vətəndaşsızlığa gətirməmək şərti ilə istifadə etmələri müzakirə
edilir.
BMT QAK vəzifələrinə apatridlərin sayının azaldılması və onlara
vətəndaşlığın alınmasında köməkliyin göstərilməsi daxil olan agentlik-