87
BMT QAK və PAİ haqqında qısa
məlumat
BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı (BMT QAK) bütün
dünyada qaçqınların müdafiəsi
və qaçqın problemlərinin həllinə
dair beynəlxalq tədbirlərin idarə
edilməsi və əlaqələndirilməsi üzrə
Mandata malikdir.
BMT QAK hər kəsin sığınacaq
axtarmaq,
başqa
Dövlətin
ərazisində sığınacaq tapmaq və
evinə könüllü olaraq qayıtmaq
hüququnu həyata keçirməsinə
şəraitin yaradılmasını qarşısına
məqsəd qoyur. BMT QAK prob-
lemin davamlı həllini qaçqınlara öz
ölkələrinə qayıtmaları və ya başqa
ölkəyə köçməsi üçün yardımın
göstərilməsində görür.
BMT QAK-ın icra komitəsi və
BMT-nin Baş Məclisi həmçinin,
BMT QAK-a digər vətəndaşlığı
olmayan və ya vətəndaşlığı
mübahisəli olan və - müəyyən hal-
larda – ölkə daxilində köçürülmüş
şəxslər olan insan qruplarına
yardımın göstərilməsinə səlahiyyət
veriblər.
BMT QAK Dövlətləri və müxtəlif
təşkilatları insan hüquqlarının
qorunması və münaqişələrin sülh
yolu ilə həllinə şərait yaratmalarına
sövq edərək məcburi köçürülmə
hallarının azaldılmasına çalışır.
BMT QAK qaçqınlara və digər
şəxslərə heç bir ayrı-seçkilik ol-
madan, onların ehtiyaclarına uyğun
və irqindən, dərisinin rəngindən,
dinindən, siyasi baxışlarından və
cinsindən asılı olmayaraq, yardım
və müdafiəni təşkil edir.
BMT QAK iştirak prinsipini
dəstəkləyir və qaçqınlara onların
həyatlarına təsir edəcək bütün
qərarlarla əlaqədar məsləhətlər
verir. BMT QAK hökumətlər, re-
gional assosiasiyalar, beynəlxalq
və ictimai təşkilatlarla əməkdaşlıq
edir.
PAİ
1889-cu ildə yaranmaş Par-
lametlərarası İttifaq (PAİ), suv-
eren dövlətlərin parlament nüma-
yəndələrini birləşdirən beynəlxalq
təşkilatdır. 2008-ci ilin iyul ayında
PAİ-də 150 ölkə təmsi olunurdu.
PAİ nümayəndəlik hakimiyyəti
institutlarının gücləndirilməsi va-
sitəsilə, xalqlar arasında sülh və
əməkdaşlıq naminə çalışır. Bu
məqsədlə, PAİ bütün ölkələrin
parlamentləri və deputatları ara-
sında əlaqələrini genişləndirir
və təcrübə mübadiləsini in-
kişaf etdirir, beynəlxalq maraq
doğuran məsələlərə baxır və bu
problemlər üzrə rəyini bildirir, in-
san hüquqlarının müdafiəsinə
və həyata keçirilməsinə töfhəsini
verir və nümayəndəlik hakimiyyəti
institutlarının fəaliyyəti barədə icti-
mai məlumatlılığı artırır.
PAİ BMT-nin məqsədlərinə
şərikdir və BMT təşkilatları ilə
yaxından əməkdaşlıq edir. İttifaq
həmçinin, həmin ideyaları rəhbər
tutan regional parlamentlərarası
təşkilatlarla, beynəlxalq, höku-
mətlərarası və qeyri-hökumət
təşkilatları ilə işləyir.
88
PAİ-nin baş
qərargahı
Inter-Parliamentary
Union
Chemin du Pommier 5
Case Postale 330 CH-
1218
Le Grand Saconnex,
Geneva
Switzerland
Теl.: + 41 22 919 41 50
Faks:+ 41 22 919 41 60
E-mail: postbox@mail.
ipu.org
Web site: www.ipu.org
BMT yanında
PAİ-nin daimi
müşahidəçisinin
ofisi
Inter-Parliamentary
Union
220 East 42d Street
Suite 3002
New York, N.Y.
10017 USA
Теl.: +1 212 557 58 80
Faks: +1 212 557 39 54
E-mail: ny-offi
ce@mail.ipu.org
BMT-nin
Qaçqınlar üzrə Ali
Komissarlığı
Case Postale 2500 1211
Geneva 2
Switzerland
Теl.: +41-22-739-8111
Faks: +41-22-739-7353
Web site: www.unhcr.
org
www.unhcr.org/
statelessness
© Inter-Parliamentary Union 2005
Parlamentlərarası İttifaq tərəfindən
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə dərc edilmişdir
Bütün hüquqlar qorunur. Parlamentlərarası İttifaqın və ya BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının yazılı icazəsi olmadan bu nəşrin heç
bir hissəsi yenidən dərc edilə, yenidən dərc edən sistemdə saxlanıla,
hər hansı formada və vasitələrlə - elektron, mexaniki, surətçıxarma,
yazılma və s. vasitələrlə əldən ələ verilə bilməz.
Hazırkı nəşr heç bir formada satılmamaq, kirayə verilməmək, satışa
çıxarılmamaq, sifariş və ya başqa üsulla naşirin icazəsi olmadan ilkin
çapdan çıxdığı cilddən başqa formada və bundan sonrakı naşirlərə aid
olmaqla bu cür şərt olmadan yayılmamaq şərti ilə yayılır .
ISBN 978-92-9142-398-9
BMT QAK-ın Vətəndaşsızlıq Məsələləri
Üzrə Şöbəsi
15 Avqust 2008-ci il