8
dir. Təlimatda BMT QAK-ın bu vəzifələrini necə yerinə yetirdiyi göstərilir.
Burada parlament üzvlərinin ölkə hakimiyyətini vətəndaşsızlığa
dair beynəlxalq müqavilələrə qoşulmağa sövq etmək və ictimaiyyəti
vətəndaşsızlıqla əlaqədar problemlər barədə məlumatlandırmaq üçün
ölkə qanunvericiliyinin təhlili və - ehtiyac olduqda – yenidən baxılması
əsasında apatridlərin sayını azaltmaq məqsədi ilə istifadə edə biləcəyi
praktiki tədbirlər təklif olunur.
Təlimatda, həmçinin, vətəndaşsızlıqla bağlı uzadılmış vəziyyətin
müvafiq ölkə rəhbərliyinin siyasi iradəsi, vətəndaş cəmiyyətinin iştirakı
və beynəlxalq ictimaiyyətin köməyi əsasında müsbət həlli nümunələri
göstərilir. Bu müsbət nümunələr onu göstərir ki, hökumət, cəmiyyət və
beynəlxalq ictimaiyyət bir məqsədə çalışanda apatridlər, axır ki, “hüquq
əldə etmək hüququ”-nu ala bilərlər.
9
I FƏSİL
Vətəndaşlıq almaq hüququnun beynəlxalq hüquqi bazası
və vətəndaşsızlığın azaldılması
Vətəndaşlıq məsələsi çox incə məsələdir. Bu müstəqilliyin və ölkənin
özünü ifadə formasıdır. Buna görə, təəccüblü deyil ki, vətəndaşlıqla
bağlı fikir ayrılıqları Dövlətin daxilində və Dövlətlərarası gərginliyə və
münaqişələrə gətirib çıxara bilər, çox vaxt da gətirib çıxarır. XX əsr ərzində
həm apatridlərin sayının artması, həm də insan hüquqlarının onların
pozulması ilə əlaqədar getdikcə daha çox dərk edilməsi müşahidə olu-
nurdu. Bu səbəbdən vətəndaşlıq məsələlərinə dair beynəlxalq qanun-
vericilik iki istiqamətdə inkişaf etmişdir: artıq vətəndaşlığı olmayanlara
müdafiənin və köməyin göstərilməsi, və vətəndaşsızlığın səbəblərini
aradan qaldırmağa və ya, ən azı, məhdudlaşdırmağa çalışmaqdır.
Bu və ya digər şəxsin müəyyən ölkənin vətəndaşı olub olmadığını kim
müəyyən edir?
Prinsip etibarilə, vətəndaşlıq məsələləri hər ölkənin daxili yurisdiksiyasına
aiddir. Lakin, Dövlətin daxili qərarlarının tətbiqi digər Dövlətlərin analoji
hərəkətləri və ya beynəlxalq hüquqla məhdudlaşdırıla bilər.
1923-cü il Tunis və Mərakeş vətəndaşlığına dair Konsultativ rəydə
Beynəlxalq Daimi Ədalət Məhkəməsi göstərmişdir:
“Bu məsələnin həllinin ölkənin tamamilə daxili yurisdiksiyasına
aid olmağı – nisbi məsələdir; bu beynəlxalq münasibətlərin
inkişafından asılıdır ”.
Həqiqətdə, Daimi Məhkəmə bildirmişdir ki, prinsipcə vətəndaşlıq
məsələləri Dövlətin daxili yurisdiksiyasına aiddir. Lakin buna baxma-
yaraq, Dövlətlər digər Dövlətlərə münasibətdə üzərlərinə götürdükləri,
beynəlxalq hüquq tərəfindən müəyyən edilmiş öhdəliklərə riayət
etməlidirlər.
Bu mövqe yeddi il sonra Milli Qanunvericiliklər arasında ziddiyyətlərə
dair bəzi məsələlər üzrə Haaqa Konvensiyasında öz təsdiqini
tapmışdır. Bir sıra Dövlətlər 1930-cu il Vətəndaşlıq haqqında Haaqa
Konvensiyasının hazırlanması prosesində 1923-cü il Daimi Palatanın
Konsultativ Rəyinə dair öz fikirlərini bildirmişdirlər. Dövlətlərin çöxu
Konsultativ rəyi Dövlətin vətəndaşlıq məsələlərinə dair qərarlarının bu
dövlətdən xaricdə, xüsusilə bu qərarların digər dövlətlərin vətəndaşlığa
10
aid qərarları ilə ziddiyyət yaratdıqda tətbiqinin məhdudlaşdırılması
sayıblar.
Millətlər Liqasının Assambleyasının himayəsi altında qəbul edilmiş
1930-cu il Haaqa konvensiyası beynəlxalq ictimaiyyətin hamı üçün
vətəndaşlığı təmin etməyin ilkin cəhdi olmuşdur. Konvensiyanın 1-ci
maddəsində göstərilir:
“Hər Dövlət öz qanunu vasitəsi ilə onun vətəndaşı olduğu
şəxsləri müəyyən edir. Bu qanun digər dövlətlər tərəfindən
onun beynəlxalq qanunvericiliyə, beynəlxalq ənənəyə və
vətəndaşlığa dair hüququn ümumi prinsipləinə uyğun gəldiyi
dərəcədə qəbul edilir”.
Başqa sözlə desək, Dövlətin kimin onun vətəndaşı olduğunu müəyyən
etmək hüququnu həyata keçirdiyi konsepsiya, beynəlxalq hüququn
müddəalarına uyğun olmalıdır. XX əsr ərzində bu müddəalar insan
hüquqlarının Dövlət suverenliyində üstün olduğu istiqamətdə inkişaf
edirdilər.
1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci
Maddəsi bildirir:
“Hər insanın vətəndaşlıq almaq hüququ var. Heç kəs əsassız
olaraq vətəndaşlıqdan və ya vətəndaşlığını dəyişmək hüqu-
qundan məhrum edilə bilməz”.
Bu hüquq şəxs və Dövlət arasında həqiqi və effektiv əlaqəyə əsaslanır.
İlk dəfə bu əlaqənin vətəndaşlığın əsası kimi qəbul edilməsi halı
Beynəlxalq Məhkəmə tərəfindən 1955-ci ildə baxılmış Nottebom işi (Not-
tebohm Case) olmuşdu. Bu işlə bağlı qərarında Məhkəmə bildirmişdir:
“Dövlətlərin təcrübəsinə, arbitraj və məhkəmə orqanlarının
qərarı və mütəxəssislərin rəyinə uyğun olaraq, vətəndaşlıq,
mahiyyətcə əsasında sosial mənsubiyyət, qarşılıqlı hüquq və
vəzifələrlə birgə mövcudiyyət, maraq və hisslər olan bağlayıcı
hüquqi bənddir”.
Doğulma, yaşama və/və ya mənşə faktından məlum olan həqiqi və
effektiv əlaqə hazırda bir yaxın keçmişdə qəbul olunmuş Vətəndaşlıq
haqqında 1997-ci il Avropa Konvensiyası kimi vətəndaşlığa dair
beynəlxalq sənədlərdə olduğu kimi bir çox ölkələrin vətəndaşlıq
haqqında qanunvericiliyində yer almışdır.