2
Minnətdarlıq
Hazırkı təlimat Parlamentlərarası İttifaqın Demokratiya və İnsan
Hüquqları üzrə Daimi Komitə Bürosunun köməyi ilə hazırlanmışdır.
Araşdırma və təhlil: Karol Baçelor (Carol Batchelor) və Filip Leklerk
(Philippe Leclerc) (УВКБ ООН)
Müəllif: Merilin Akiron (Marilyn Achiron)
Redaksiya heyəti:
BMT QAK: Erika Feller (Erika Feller), Filip Leklerk, Xose Riyera (Jose
Riera) və Sara Beşetti (Sara Baschetti)
PAİ: Anders Jonson (Anders B. Johnsson) və Karin Cabr (Kareen
Jabre)
Orijinal versiyanın dili: ingilis
2008-ci ilin avqust ayında yeniləşmişdir.
Üz qabığının dizaynı: Jak Vandflü (Jacques Wandfl uh), Studio
Infographie, İsveçrə
İsveçrədə Presses Centrales de Lausanne şirkəti tərəfində çap
olunub.
Bu sənəd Avropa Birliyinin maliyyə dəstəyi ilə nəşr
edilmişdir.
Burada qeyd olunan fikirlər heç bir halda Avropa
Birliyinin rəsmi mövqeyini əks etdirmir.
3
Ön söz
“Hər insanın vətəndaşlıq almaq hüququ var. Heç kəs əsassız olaraq
vətəndaşlığından məhrum edilə bilməz”. Bu qısa ifadə ilə 1948-ci ilin
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsi hər bir
ölkədə hər insanın Dövlətlə qanuni əlaqəsini təmin edir. Vətəndaşlıq
və ya milli mənsubiyyət (bu terminlərdən, adətən beynəlxalq hüquqda
olduğu kimi, eyni dərəcədə hazırkı nəşrdə istifadə olunacaq) insana
ozünüeyniləşdirmə hissi yaradır, həmçinin insanların Dövlət tərəfindən
müdafiəsini, habelə bir çox vətəndaş və siyasi hüquqlarını təmin edir.
Vətəndaşlıq əbəs yerə “hüquq əldə etmək hüququ” adlandırılırmır.
Vətəndaşlığın verilməsi, verilməsindən imtina və ya itirilməsinə dair
beynəlxalq qanunlar sisteminə baxmayaraq, bütün dünyada milyonlar-
la insanın vətəndaşlığı yoxdur. Onlar vətəndaşlığı olmayan şəxslərdir.
Vətəndaşsızlıq bir çox səbəblərin nəticəsi ola bilər, bunlara hüquq
normalarının toqquşması, ərazinin verilməsi, nikah haqqında qanunlar,
inzibati təcrübə, ayrı-seçkilik, doğulduqda qeydiyyatın aparılmaması,
vətəndaşlıqdan məhrum etmə (Dövlət insanı vətəndaşlığından məhrum
etdikdə) və vətəndaşlıqdan imtina (şəxs Dövlətin müdafiəsindən imtina
etdikdə) daxildir.
Vətəndaşlığı olmayanların çoxu məcburi köçürülmənin qurbanıdırlar.
Öz evlərini tərk etməyə məcbur olan insanlar daha həssas və
vətəndaşsızlığa məruz qalandırlar, xüsusilə onların köçürülməsi
sərhədlərin dəyişdirilməsi ilə müşayiət olunursa və ya bu hadisələr
onların köçməyindən sonra baş veribsə. Və əksinə, vətəndaşlığı ol-
mayan və ya vətəndaşlığından məhrum edilmiş şəxslər çox vaxt
adətən yaşadıqları yeri tərk etməyə məcbur olurlar. Vətəndaşsızlığın
qaçqınların vəziyyəti ilə məhz bu əlaqəsinə görə vətəndaşsızlığın
qarşısının alınması və azaldılmasına nəzarəti BMT-nin Baş Məclisi
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) həvalə edib.
Son məlumatlara əsasən dünyada on bir milyona yaxın vətəndaşlığı
olmayan insan var. Lakin, bu rəqəm yalnız “fərz ediləndir”. Vətəndaşlığı
olmayan şəxslərin sayı barədə müfəssəl məlumatın yığılması xeyli
çətinləşdirilir, vətəndaşsızlıq konsepsiyası bir çox ölkələr tərəfindən
mübahisə edildikdən, hökumətlər vətəndaşlığı olmayan şəxslərin sayı
barədə məlumatı çox həvəssiz açıqlayırlar, beynəlxalq təşkilatlar isə
vətəndaşsızlıq problemini o qədərdə gərgin saymırlar.
Lakin, son illərdə beynəlxalq ictimaiyyət o faktı yaxşı anlamağa başlayıb
ki, insan hüquqlarına hörmət insanların kütləvi surətdə ölkələrini tərk
etmələrinin və köçürülmələrin qarşısını almağa kömək edir. Analoji
olaraq, beynəlxalq müqavilələrdə olan prinsiplər nöqteyi-nəzərindən
başa düşülür ki, Dövlətlər vətəndaşsızlıq problemlərini həll etməyə
borcludurlar. Hakimiyyət orqanları (həm formaca, həm də təcrübədə)
qəbul etməlidirlər ki, onlar müəyyən ölkə ilə həqiqi bağlılığını göstərə
4
biləcək şəxsləri vətəndaşlıqdan məhrum edə bilməzlər (və yaxud
verilməsindən imtina edə bilməzlər).
Parlament üzvləri ən yaxşı beynəlxalq hüquqa uyğun əsassız olaraq
vətəndaşlıqdan məhrum etmənin qarşısını alacaq, apatrid ola biləcək
şəxslərə vətəndaşlığın verilməsini təmin edəcək, həmçinin, artıq
vətəndaşlığı olmayan şəxs olan insanlara müdafi əni təmin edə biləcək
milli qanunvericilik qəbul etməklə vətəndaşlığı olmayan şəxslərin sayını
azalda və ya bu problemi tamamilə həll edə bilərlər.
Hazırkı təlimatda vətəndaşlığın olmaması və ya məhrum etmə ilə
əlaqədar bir sıra məsələlər təqdim edilir, bu problemlərin həlli yolları
və vətəndaşsızlığın humanitar aspektlərini gözdən qaçırmamaqla par-
lament üzvlərinin görə biləcəyi tədbirlər təklif olunur. Ümid edirik ki, bu
təlimat parlament üzvləri üçün bütün dünyada milyonlarla kişi, qadın və
uşaqların talelərinə mənfi təsir edən bu problemin azaldılması və tam
aradan qaldırılması üçün faydalı olacaq.
Antoniu Quterriş
BMT-nin Qaçqınlar üzrə Ali
Komissarı
Anders B. Conson
Parlamentlərarası İttifaqın
Baş Katibi