20
edilmişdir. Məsələn, Konvensiyaya ikinci Protokol ikinci nəsil miqrant-
lara və qarışıq nikahda olan ər-arvada, həmçinin, onların uşaqlarına bir
neçə vətəndaşlıq əldə etməyə imkan yaradır.
1997-ci ildə Vətəndaşlıq haqqında Avropa Konvensiyası qəbul
edilmişdir – Avropa Şurası tərəfindən hazırlanmış daha bir regional
sənəd. Bu sənəd 1930-cu il Haaqa Konvensiyasında vətəndaşlıq
haqqında qanunlar arasında ziddiyətlər müzakirə ediləndən sonra dax-
ili qanunvericilikdə və beynəlxalq hüquqda vətəndaşlıq məsələlərinə
dair vahid mətnin hazırlanması zərurətindən yaranıb. Bu Konven-
siya 1963-cü il Konvensiyasına dəyişiklik etmir, bundan əlavə, o,
həm də əvvəl sitat gətirilmiş Konvensiya ilə razılaşdırılır. Mahiyyətcə,
1997-ci il Konvensiyası fərqli vətəndaşlığı olan ər-arvada və onların
uşaqlarına bir neçə vətəndaşlıq əldə etmək imkanı yaradır. Bundan
əlavə, Konvensiyada vətəndaşlığın alınması, saxlanılması, itirilməsi və
bərpası məsələləri, prosesual hüquqlar, Dövlətin varisliyi kontekstində
vətəndaşlıq, hərbi mükəlləfiyyət və vətəndaşsızlığın qarşısının alınması
məsələləri müzakirə edilir. Vətəndaşlığı olmayan şəxsin tərifinə dair
Konvensiyada Vətəndaşlığı olmayan şəxslərin satatusuna dair 1954-
cü il Konvensiyasına istinad edilir, yəni Vətəndaşlıq haqqında Avropa
Konvensiyası yalnız de jure vətəndaşlığı olmayan şəxslərə aid edilir.
Avropanın yaxın keçmişdə əldə etdiyi Dövlətlərin varisliyinə dair
təcrübəsi bir çox insanların yeni vətəndaşlıq almadan əvvəl vətən-
daşlıqlarını itirməklə vətəndaşlığı olmayan şəxs olmaq riski altına
düşməyi faktının qəbul edilməsinə gətirib. Ərazinin bir dövlətdən o
birisinə verilməsi, dövlətlərin birləşməsi, dövlətlərin dağılması və ya
ərazisinin hisəsinin və ya hissələrinin ayrılması nəticəsində Dövlətlərin
varisliyi ilə əlaqədar vətəndaşsızlıqdan qaçmaq məqsədi ilə Avropa
Şurası Dövlətlərin varisliyi ilə əlaqədar vətəndaşsızlıqdan qaçmaq
haqqında Konvensiya qəbul etmişdir, hansında ki, bu problem xüsusi
olaraq toxunulur. 2006-cı ilin mart ayının 15-də qəbul edilmiş Konven-
siya vətəndaşlığa dair ümumi prinsiplərini dəqiqləşdirərək, Dövlətlərin
varisliyi ilə əlaqədar vətəndaşsızlığın qarşısının alınmasına dair Kon-
vensiya Dövlətlərin varisliyi hallarında vətəndaşsızlığın qarşısının
alınmasının dəqiq qaydalarını ğzündə ehtiva edir. Protokolun 22
maddəsində varis dövlətlərin və əvvəlki dövlətlərin vəzifələri, sübut
etmə qaydaları, doğulduqda vətəndaşsızlığın qarşısının alınması və
vətəndaşlığı olmayan şəxslər tərəfindən vətəndaşlıq almaq proseduru-
nun asanlaşdırılması kimi məsələlər üzrə təcrübi tövsiyyələr verilir.
1999-cu ildə Afrika Birliyi Təşkilatı (Afrika Birliyi) Uşağın rifah və
firavanlığına dair Afrika xartiyasını qəbul etmişdir. Bu xartiya Uşaq
Hüquqları Konvensiyasına oxşar hazırlanmış, ondan əvvəl qəbul edilmış
21
müqavilənin ayrı-seçkiliyin yolverilməzliyi və uşağın maraqlarının üstün-
lüyü daxil olmaqla bəzi əsas prinsiplərinə şərik çıxır. Xartiyanın əsasən
ad və vətənndaşlıq məsələlərinə həsr olunmuş 6-cı maddəsində
göstərilir ki,
-
Hər uşağın doğulduğu andan ad almaq hüququ var;
-
Hər uşaq doğulandan dərhal sonra qeydiyyata alınmalıdır;
-
Hər uşağın vətəndaşlıq almaq hüququ var;
-
Xartıyanın Üzv Dövlətləri onların konstitusion qanunvericiliyin-
də Xartiyanın prinsiplərinin qəbul edilməsini təmin etməlidirlər. Bu
prinsiplərə uyğun olaraq uşaq ona doğulduğu anda digər Dövlətin
onun qanunlarına uyğun olaraq vətəndaşlıq verilməyibsə, ərazisində
doğulduğu Dövlətin vətəndaşlığını alır.
22
II FƏSİL
Vətəndaşığı olmayan şəxslərin müəyyən edilməsi
və onların müdafiəsi
Vətəndaşsızlıq hallarının vətəndaşlıq haqqında milli qanunvericilik
və Vətəndaşsızlığın azaldılmasında dair 1961-ci il Konvensiyasının
və digər beynəlxalq sənədlərin reallaşması əsasında azaldılması
sahəsində çoxsaylı cəhdlərə baxmayaraq, BMT QAK-ın hesablarına
görə hazırda dünyada milyonlarla insan apatriddirlər. BMT-də qəbul
olunmuş Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü
il Konvensiyası vsətəndaşlığı olmayan şəxin anlayışını verir, bu
cür şəxslərin eyniləşdirilməsini müəyyən etməyə imkan yaradır və
vətəndaşlığı olmayan şəxslərin əsas hüquq və azadlıqlarının ayrı-seçki-
lik olmadan təminatını tələb edir.
“Biz normal iş tapa bilmirik, ölkə ərazisində hərəkət edə bilmirik,
biz limansız gəmilər kimiyik. Təhsil və səhiyyə sistemlərinə çıxış da
problemdir. Mən məktəbi bitirə və ya kollecə qəbul oluna bilmirdim.
Mən yalnız özəl xəstəxanalarda müalicə ala bilərəm, dövlət xəs-
təxanaları mənim üçün bağlıdır”.
Abdulla, Birləşmiş Ərəb Əmirliklərində yaşayan vətəndaşlığı olmayan
şəxs
Kimlər vətəndaşlığı olmayan şəxs sayılır
?
1954-cü il Konvensiyasında vətəndaşlığı olmayan şəxs “qanun əsasında
heç bir Dövlət tərəfindən vətəndaş kimi qəbul edilməyən şəxs” sayılır
(Maddə 1). Bu sırf hüquqi anlayışdır. Burada vətəndaşlığın keyfiyyəti,
vətəndaşlığın alınması yolu və ya vətəndaşlığa çıxış barədə heç nə
deyilmir. Bu tərif yalnız Dövlətin vətəndaşlıq sahəsində ex lege və ya
avtomatik olaraq kimin vətəndaş olduğunu müəyyən edən qanununa
istinad edir.
Bu tərifi nəzərə alaraq insanın “vətəndaşlığı olmayan şəxs” kimi qəbul
edilməsi üçün əksini sübut etməlidir ki, onun hər hansı müvafiq ölkə ilə
hüquqi bağlılığı yoxdur.
Vətəndaşsızlıq faktını təsdiq etmək üçün Dövlət şəxsin əvvəllər əlaqəsi
olduğu Dövlətlərin (doğulma vasitəsi ilə, əvvəlki adi yaşayış yeri, onun
ərinin (arvadının) və ya uşaqlarının vətəndaşı olduğu Dövlət (Dövlətlər),
valideynlərinin və ya nənə və babasının vətəndaşı olduğu Dövlət