Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
147
Filоlоgiya elmləri dоktоru, prоfessоr  Əziz Mirəhmədov 
«Nəsrin  şeiriyyəti» adlı  məqaləsində yazır:  «Ədəbi  əsərlərin 
dəyəri heç bir zaman onun yalnız mövzusu, təsvir obyekti ilə, 
yaxud surətlərin peşəsi, mənəvi-əxlaqi səviyyəsi, təhsili, cəmiy-
yətdə tutduğu mövqe ilə müəyyənləşmir.  Əsl məsələ seçilən 
mövzunun, təsvir obyektinin hansı bədii qayəyə xidmət eləmə-
sində,  əsərin ideya-estetik pafosunda, onun oxucuya aşıladı-
ğı fi kir və hissin nə dərəcədə müasir, faydalı, əhəmiyyətli, nə 
dərəcədə səmimi, inandırıcı, təsirli olmasındadır. Əsərin pafosu-
nu, ideya-estetik dəyərini isə yazıçı mövqeyi, yazıçının həyata 
baxışının, bədii konsepsiyasının mahiyyəti təyin edir. Müəllifi n 
nə dərəcədə mütərəqqi, insani, nəcib məqsədlər izlədiyi, məqsə-
dinə nə dərəcədə çatdığı burada əsas meyardır» (111, s. 190). 
Məhz bu baxımdan yanaşdıqda müstəqillik dövrü Azərbaycan 
rоmanları vətəndaşlıq mövqeyinin qabarıqlığı ilə maraq doğurur. 
Xüsusilə tarixi mövzuda qələmə alınmış roman örnəkləri cid-
di tərbiyə vasitəsi kimi diqqəti çəkir. Tənqidçi-ədəbiyyatşünas 
Yavuz Axundovun doğru müşahidə etdiyi kimi: «Tarixi roman 
mühüm tərbiyə vasitəsidir. Gənc nəsil belə əsərlər vasitəsi ilə öz 
xalqının keçmişi, mübarizəsi, görkəmli şəxsiyyətlərinin həyatı 
ilə yaxından tanış olur, onlarda vətənpərvərlik və milli iftixar 
hissləri güclənir. Buna görə  də tarixi mövzuya müraciət edən 
hər bir müəllif bu işin məsuliyyətli və şərəfl i olduğunu nəzərdən 
qaçırmamalıdır» (11, s. 71). 
Müasir Azərbaycan yazıçıları bu qayə ilə tarixi mövzula-
ra müraciət etdikləri üçün onların romanları  həmçinin ide-
ya-məzmun çalarları ilə maraq doğurur. 
Müstəqillik dövrü Azərbaycan romanları göstərir ki, yazı-
çılar bədii sözə  dərindən bələddir, ondan məharətlə istifadə 
etməyi bacarırlar. Bəhs olunan dövrdə  bəzi istisnalar nəzərə 
alınmazsa, roman janrında qələmə alınan heç bir əsər həcm 
xatirinə böyüməmiş, artıq epizod, süjet və hadisələrlə yüklən-
məmişdir. Yazıçılar az sözlə dərin məzmun ifadə etməyə üs-


148
Əhməd Sami Elaydi
tünlük verdikləri üçün əsərləri sözün imkanlarından sərrast və 
məharətlə istifadə etmənin orijinal nümunələridir. 
Müstəqillik dövrü Azərbaycan romanları  bədii konfl ik-
tin yeniliyi, özünəməxsusluğu, bənzərsizliyi ilə seçilir. Sovet 
siyasi rejimi dönəmində  qələmə alınan bir çox romanlardan 
fərqli olaraq bəhs olunan illərin mövcud janrlarında yaradılan 
konfl iktlər süni şəkildə ağ və qara rəngdə, sinfi  dəyərlər və kri-
teriyalar fonunda canlandırılmamış, bütün məqamlarda həya-
tın özündən, ictimai mühitin reallıqlarından çıxış edilmişdir. 
Romanların bir çoxunda yaradılan konfl iktlər obrazların daxi-
li-mənəvi dünyasının fərqli cizgiləri ilə diqqəti cəlb edirlər. 
İsmayıl Şıxlının «Ölən dünyam», Anarın «Ağ qoç, qara qoç», 
Əzizə Cəfərzadənin «Zərrintac-Tahirə», «Eşq sultanı», Seyran 
Səxavətin «Nekroloq» romanlarında yaradılan konfl iktlər ori-
jinallığı, ictimai mühitin reallıqları ilə diqqəti çəkir. 
4.2. Bədii obraz, xarakter, tip və tipiklik problemi
Məlum olduğu kimi, bədii nəsrdə obraz, xarakter, tip və ti-
piklik problemi bir-biri ilə qarşılıqlı vəhdətdə olan, biri-digə-
rini tamamlayan və yazıçının yaradıcılıq məharətini qabarıq 
şəkildə ehtiva edən məsələlərdəndir. Bədii konfl iktsiz qəhrə-
manların daxili dünyası aşkarlanmadığı kimi, zəngin xarakter-
lərsiz dərin bədii konfl iktlərin yaradılması mümkün deyildir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında obraz və xa-
rakter problemindən bəhs olunarkən milli xarakter yaradı-
lışı  məsələsinin də  səciyyələndirilməsinə ehtiyac duyulur. 
Görkəmli yazıçı Anar «Nəsrin fəzası» adlı məqaləsində diqqə-
ti milli xarakter yaradılışı probleminə yönəldərək yazır: «Milli 
xarakterdən danışarkən onun tərkib hissələrini nə yalnız müs-
bət, nə  də yalnız mənfi  xüsusiyyətlərin cəmi kimi götürmək 
doğru deyil, əsl yazıçı üçün milli xarakter əhatəli obrazlı – 


Müstəqillik dövrü Azərbaycan romanı
149
konkret taleyi, konkret siması, fərdi, təkrarolunmaz bioqrafi k 
xüsusiyyətləri, düşüncə  tərzi, emоsiоnal davranışı, vərdişi, 
meyli, aludəçiliyi və nöqsanları olan insan obrazında meydana 
çıxır» (15, s. 157). 
Yazıçı Anarın mülahizələrində diqqəti çəkən məqamlardan 
biri milli xarakter yaradılışının yarımçıq, birtərəfl i şəkildə təq-
diminin doğru olmaması və obraza bu cür yanaşmanın sosia-
list realizmi yaradıcılıq metoduna məxsus bir cəhət kimi sə-
ciyyələndirilməsidir. Müstəqillik dövrü Azərbaycan romanla-
rında (xüsusilə İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, Sabir Əhmədli 
və Anarın təhlilə cəlb olunan romanlarında) obraz və xarakter 
yaradılışı  məsələləri bu prizmadan araşdırıldıqda nəşr olu-
nan bədii örnəklərin estetik özünəməxsusluğunu aşkarlamaq 
mümkündür. 
Müstəqillik dövrü Azərbaycan romanları içərisində Anarın 
«Ağ qoç, qara qoç»unda Məlik Məmmədli, Əzizə Cəfərzadənin 
«Zərrintac-Tahirə» romanında Tahirə-Qürrətüleyn, «Eşq sul-
tanı» romanında yaradılan obraz və xarakterlər orijinallığı ilə 
diqqəti çəkir. 
Yazıçı  Əzizə  Cəfərzadənin ayrı-ayrı tarixi romanlarında 
yaradılmış milli xarakterlər («Gülüstandan öncə» romanında 
Mustafa xan, «Bir səsin faciəsi»ndə Mirzə Güllər və başqaları) 
daxili dünyasının özünəməxsus çalarları, mənəvi zənginlikləri 
ilə seçilirlər. Müəllif bir tərəfdən onları bir insan kimi canlı 
şəkildə canlandırmağa, digər tərəfdən milli-əxlaqi çalar və ciz-
gilərin qabarıq ifadə olunmasına çalışmışdır. Filologiya elm-
ləri namizədi Arif Zeynallının doğru qeyd etdiyi kimi, Əzizə 
Cəfərzadənin romanlarında «təsvir olunan obrazlar xarakteri-
nin, daxili dünyasının bütün cizgiləri ilə təqdim edildiyindən 
təbii və canlı təsir bağışlayır, yadda qalırlar » (160, s. 44). 
Müstəqillik dövrü Azərbaycan romanlarında yaranan ob-
raz və xarakterlər  əhatəliliyi, daxili dünyasının təfərrüatı ilə 
canlandırılması baxımından yadda qalırlar. Bir çox bədii ör-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə