Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə44/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

138
Əhməd Sami Elaydi
Lakin tarixi mövzuda yazılan romanlarda da müasirlik amili 
qabarıq şəkildə bədii ifadəsini tapmalıdır. Bu baxımdan Əzizə 
Cəfərzadənin yaradıcılığını təhlil obyektinə çevirən fi lologiya 
elmləri doktoru, professor İfrat Əliyevanın mülahizələri maraq 
doğurmaqdadır:  «Əzizə  Cəfərzadənin bir yazıçı kimi tarixə 
bu günün mövqeyindən yanaşmasının nəticəsidir ki, fantastik 
fi lmlərdə olduğu kimi, tarix doğrudan da bu günə çevrilir və 
bu günün problemlərinə xidmət etməyə başlayır» (45, s. 54). 
Azərbaycan ədəbiyyatşünaslığında tarixi mövzuların işlə-
nilməsi ilə bağlı başqa mülahizələr də mövcuddur. Məsələn, 
gənc tədqiqatçı Cəmilə Abbasovanın «Zamanla üz-üzə» adlı 
məqaləsində bununla bağlı oxuyuruq: «Bir çox tanınmış ya-
zıçılar üçün tarixə, fakt və hadisələrə müraciət keçmişin öyrə-
nilməmiş, tədqiq edilməmiş səhifələrinin və şəxsiyyətlərinin 
canlandırılmasına xidmət edirsə» bir çox hallarda «bu cəhət 
aparıcı keyfi yyət kimi özünü göstərmir». Çünki yazıçıların 
böyük əksəriyyətini «tarixin qaranlıq, öyrənilməmiş, yaxud 
yanlış təqdim olunmuş səhifələrinin və şəxsiyyətlərinin can-
landırılması ilə yanaşı, həm də yaşadığı epoxanın ruhunu 
əks etdirmək missiyası  və müasirlik məsələsi düşündürür». 
Başqa sözlə, ... tarixilik müasirliyə xidmət edən faktor kimi 
özünü büruzə verir» (2, s. 186-187). 
Göründüyü kimi, müstəqillik dövrü Azərbaycan romanların-
da tarixilik və müasirlik problemi bir-biri ilə  əlaqəli qarşılıqlı 
vəhdətdədir. Bu da yaranan romanların janr özünəməxsusluğu-
nu, bədii özəlliyini, mükəmməlliyini şərtləndirən cə hətl ərdəndir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında tarixi mövzu-
nun işlənilməsi problemindən bəhs olunarkən yazıçıların tarixi 
fakt və hadisələrə münasibəti, ondan nə şəkildə bəhrələnməsi 
məsələsinə  də toxunulmasına ehtiyac vardır. Məlum olduğu 
kimi, tarixi roman müəllifi  dərin mütaliəyə malik olmalı, hansı 
mövzuda yazırsa-yazsın, həmin mövzunu elmi şəkildə araşdır-
malıdır. Məsələn, bəhs olunan dövrdə daha çox tarixi roman 


Müstəqillik dövrü Azərbaycan romanı
139
nəşr etdirmiş yazıçı Əzizə Cəfərzadənin romanlarında qaldır-
mış olduğu problem və hadisələrin elmi variantı da mövcud-
dur. Bu o deməkdir ki, yazıçı yalnız elmi şəkildə araşdırdığı və 
dərindən bələd olduğu mövzularda yazır. Tarixi hadisələrə də-
rindən bələd olduğu üçün Əzizə Cəfərzadənin romanları canlı 
və real təsir bağışlayır. Onun əksər romanlarında tarixi qay-
naqlar və faktlar bədiiliyin içərisində məharətlə əridildiyindən 
inandırıcı təsir bağışlayır. Bu da bütün məqamlarda yazıçının 
əsərlərinin bədii keyfi yyətini şərtləndirmiş olur. 
Filоlоgiya elmləri dоktоru, prоfessоr Vilayət Quliyev yazır: 
«Bizə belə gəlir ki, bədii əsərdə tarixi tematikanı müəyyənləş-
dirən əsas amil sənədlilikdir. Süjet xəttinin əsasında konkret ta-
rixi hadisələr və real tarixi şəxsiyyətlər dayanan, təsvir və təh-
lillərdə artıq elm tərəfi ndən təsbit edilmiş fakt və məlumatlara 
istinad edən roman və povestlər tarixi əsər anlayışının tələblə-
rinə daha çox cavab verir. Aydın məsələdir ki, biz sənədliliyi 
tarixi janrın başlıca tələbi kimi irəli sürərkən, yazıçını tarixi 
vəsiqələrin ehtirassız qeydiyyatçısı, tarixi mənbələrin səlahiy-
yətsiz təsvirçisi simasında görmürük. Sadəcə olaraq rоmanın, 
yaxud povestin ümumi konfi qurasiyasını, karkasını sənədlər, 
real tarixi faktlar təşkil etməlidir, bütün qalan «tamamlama» 
işlərində yazıçı tam sərbəstdir və yaradıcılıq fantaziyasını istə-
nilən istiqamətdə inkişaf elətdirə bilər» (90, s. 164-165). 
Anlaşıldığı kimi, ədəbiyyatşünas Vilayət Quliyevin fi k-
rincə, tarixi roman müəllifi  hadisə  və  əhvalatların təsvirində 
müəyyən sərbəstliyə malik olmalıdır. Alimin qənaətincə, ta-
rixilik bədii əsərin yalnız strukturunu formalaşdırmalı, başqa 
sözlə, zahiri əlamətini daşımalıdır. Zənnimizcə, araşdırılan 
dövrdə  Əzizə  Cəfərzadənin tarixi romanları bu kontekstdə 
maraq doğurmaqdadır. Çünki о, bütün məqamlarda tarixdən 
bədii strukturu formalaşdıran vasitə kimi istifadə etmiş, quru, 
cansız faktlar arxasınca qaçmamış, bədii təxəyyülü ilə tarixin 
qaranlıq səhifələrini işıqlandırmağa çalışmışdır. 


140
Əhməd Sami Elaydi
Ədəbiyyatşünas Yavuz Axundov fi kri bədii nəsrdə tarixilik 
və bədiilik məsələsinin əlaqə və vəhdətinə yönəldərək yazır: 
«Tarixi dövrün düzgün verilməsi üçün tarixi sənədlərdən, fakt-
lardan istifadə etmək zəruridir. Lakin bununla bərabər, yazıçı 
uydurmasının, yazıçı təxəyyülünün əhəmiyyətini inkar mütləq 
səhv nəticələrə aparar, sənətkarı tarixi hadisələrin təsvirçisinə 
çevirə bilər» (12, s. 17). 
Ədəbiyyatşünas  fi kirlərini davam etdirərək yazır:  «Yazıçı 
keçmişi daha dolğun, hərtərəfl i təsvir etmək, tarixi kоlоriti və 
ruhu düzgün vermək üçün müəyyən hadisələr, epizodlar düşü-
nür, tarixdən bizə məlum olmayan insan surətləri tapır ki, buna 
bədii uydurma deyilir. Başqa ədəbi janrlar kimi tarixi roman 
da bədii uydurmasız keçinə bilməz. Uydurma təkcə həqiqəti 
açmır, həm də onu dərinləşdirib tamamlayır. Bədii uydurma 
başqa bədii vasitələrlə yanaşı, tarixi həqiqəti bütün mürəkkəb-
liyi, konkretliyi, dəqiqliyi ilə verməyə kömək edir» (12, s. 19). 
Zənnimizcə,  ədəbiyyatşünas Yavuz Axundovun, əsasən, 
doğru olan mülahizələri ilə razılaşmamaq mümkün deyildir. 
Çünki tarixilik dedikdə yalnız tarixi faktların bədii təcəssümü 
nəzərdə tutulmamalıdır. Roman müəllifi  tarixi sənədlərlə ya-
naşı, bədii fantaziyaya da müəyyən yer verməli, müraciət etdi-
yi tarixi epoxanın mənzərəsini inandırıcı şəkildə canlandırmaq 
üçün onun imkanlarından bəhrələnməlidir. Son illərdə yazıçı 
Elçin Hüseynbəylinin tarixi mövzuda qələmə aldığı roman-
larda diqqəti çəkən cəhətlərdən biri ondan ibarətdir ki, bura-
da tarixi hadisələrlə bədii təxəyyül bir-birilə qovuşmuş və bir 
vəhdət halında təzahür etmişdir. Yazıçının «On üçüncü həvari 
və ya 141-ci Don Juan» romanında tarixi faktlarla bədii təxəy-
yül məharətlə əlaqələndirilmişdir. Xüsusilə, dövrün təsvir və 
təqdimində bu cəhət özünü qabarıq şəkildə büruzə verir. 
Romandan bir parçaya nəzər salaq:
«Qacar sülaləsindən olan Sultanəli bəy bayat ailəsinin tanı-
nan nümayəndəsiydi, Şah qvardiyasında (qorcular) dəstə baş-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə