Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə46/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

144
Əhməd Sami Elaydi
həm fəsillər arasındakı əlaqəni, həm də ayrı-ayrı epizodların 
bir-birinə üzvi surətdə bağlanmasını şərtləndirir. Burada müəl-
lif iradəsinin ən yaxşı təzahürü ondan ibarət olmalıdır ki, məhz 
hadisələrin təbii axını pozulmasın, insanların mənəvi inkişafı 
əyani olaraq görülsün... Deməli, əgər forma gözəlliyindən və 
yüksək bədii keyfi yyətdən danışmaq lazım gəlsə, birinci növ-
bədə  məzmun gözəlliyindən, doğru inkişaf etdirilmiş insan 
xara kterindən, dürüst əks olunmuş insan münasibətlərindən, 
bir-birini tamamlayan hadisələr silsiləsindən danışmaq daha 
doğru olardı» (56, s. 37-38). 
Bu baxımdan, Azərbaycan nasirlərinin romanlarında forma 
məzmunun açılışına xidmət edir, onunla qarşılıqlı  vəhdətdə 
gerçəkləşir. Yaranan əsərlərin bədii kamilliyi də məhz bununla 
bağlıdır. 
Müstəqillik dövrü Azərbaycan romanlarının bir çoxu 
(İsmayıl Şıxlı, Sabir Əhmədli, Əzizə Cəfərzadə, Anar, Əkrəm 
Əylisli və başqalarının yaradıcılığı fonunda) «qəhrəmanların 
hərəkəti, fəaliyyət meydanı» (159, s. 179) kimi şərtlənən süjet 
xəttinin özünəməxsusluğu ilə seçilir. Təsvir olunan hadisə və 
əhvalatların bədii süjet ardıcıllığının qorunması, yanaşı süjet 
xətlərinin təsviri, süjetin xrоnоlоji təkamülə deyil, yazıçı mə-
ramına tərk etdirilməsi bu baxımdan diqqəti çəkir. 
Filоlоgiya elmləri dоktоru, prоfessоr Qulu Xəlilov «Azər-
bay can  romanının inkişaf tarixindən» adlı monumental tə-
dqiqatında diqqəti bədii əsərlərdə süjetin funksiyaları ilə bağlı 
məqama yönəldərək yazır: «Hər dövrün, zamanın özünə, mü-
hitinə və xarakterinə uyğun fərqləndirici süjet xətləri olmuş-
dur. Çünki süjet fakt və hadisələri deyil, müxtəlif hadisə, əhva-
lat, xarakter, ziddiyyət, tale və s. süjeti doğurur, nizama salır» 
(69, s. 159). 
Tənqidçi-ədəbiyyatşünas Qulu Xəlilovun  ədəbi  əsərlər-
də süjet xəttini hadisə, əhvalat, insan xarakterləri, konfl ikt və 
onun bədii həlli yolları doğurması ilə bağlı mülahizələri ilə 


Müstəqillik dövrü Azərbaycan romanı
145
razılaşmamaq mümkün deyildir. Müstəqillik dövründə qələmə 
alınmış romanlar da bu baxımdan istisna təşkil etmir. Xüsusilə, 
Sabir Əhmədli, Afaq Məsud, Vaqif Sultanlı, Elçin Hüseynbəyli 
və başqa yazıçıların daxili monoloq üzərində qurulan romanla-
rında zahirən süjet xəttinin olduğu nəzərə çarpmır. Başqa söz-
lə, adıçəkilən müəllifl ərin əsərlərində epik təsvir, bədii lövhə 
və epizod əvəzinə hadisələr qəhrəmanın düşüncələrində, daxili 
dünyasında cərəyan edir. 
Professor Qulu Xəlilovun roman janrında süjetlə bağlı di-
gər bir qənaəti də maraq doğurur: «Həqiqi romançı üçün əsas 
obyekt həyatdır, canlı insanlardır, dövrün əhval-ruhiyyəsidir. 
Dövrün tipik hadisələrini seçmək, ümumiləşdirmək, qruplaş-
dırmaq və bütün bunları insanların «mənəvi-əxlaqi dünyasın-
dan» keçirmək, maraqlı süjet ətrafında təsvir etmək sənətkar-
lığın mühüm şərtlərindəndir. Süjetsiz roman yazmağa cəhd 
edənlər  ədəbiyyat tarixində müvəffəqiyyətsizliyə  uğramışlar. 
Çünki belə səylər roman kimi məsuliyyətli janrın parçalanma-
sına, dağılmasına ... doğru aparır» (69, s. 155). 
Araşdırmaya cəlb edilən dövrdə Seyran Səxavət, Afaq Məsud 
və Elçin Hüseynbəylinin romanları vahid süjet xəttinə malik ol-
mayan, daha çox süjetsiz bədii örnəklər kimi diqqəti çəkir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında ayrı-ayrı yazı-
çıların timsalında süjet xəttinin fərqli şəkildə qurulduğunu mü-
şahidə etmək mümkündür. Məsələn, yazıçı Əzizə Cəfərzadənin 
romanları bir çox hallarda vahid süjet xətti ətrafında qurulmur. 
Belə ki, müəllif «oxucunu maraq içində saxlaya bilmək, ob-
razların mürəkkəb inkişafında bəzən ötəri görünə bilən hərəkət 
və əlaqələrinə əsərin ana ideya-bədii xətti axarında yön verə 
bilmək» məqsədilə müxtəlif süjet xətlərini qovuşdurur (123, s. 
50). Məsələn, «Gülüstandan öncə» romanında hadisələr müəy-
yən bir zaman kəsimini, «Bir səsin faciəsi»ndə ayrı-ayrı epi-
zodlar fonunda qəhrəmanın həyat yolunun ümumu istiqamət-
lərini, Tahirə Qürrətüleynin həyatından bəhs edən «Zərrintac-


146
Əhməd Sami Elaydi
Tahirə» romanında isə qəhrəmanın bütün ömür yolunu əhatə 
edir. Yazıçının son əsəri olan «Eşq sultanı» romanında isə 
Məhəmməd Füzulinin həyatının  ən mühüm dövrləri qələmə 
alınmışdır. Adıçəkilən romanların hər birində süjet xətti təsvir 
olunan əhvalatlara uyğun şəkildə qurulmuşdur. Yazıçı yığcam 
süjet daxilində qəhrəmanlarının mənəvi aləminə işıq tutmuş, 
onları özünəməxsus keyfi yyət cizgiləri ilə təqdim etmişdir. 
Əzizə Cəfərzadənin romanlarında süjet xətti hadisə və əhva-
latların axarına buraxılmamış, əsas etibarilə müəllif qayəsinə 
tabe etdirilmişdir. Müəllif süjet xəttini təsvir olunan mühitə və 
zamana uyğun olan hadisələr, obrazlar ətrafında qurmağa üs-
tünlük verir. 
İsmayıl  Şıxlının  «Ölən dünyam» romanında isə süjet xətti 
müəyyən zaman keçidləri ilə müşayiət olunmaqdadır. Yazıçının 
məqsədli şəkildə reallaşdırdığı bu zaman keçidləri əsərin oxu-
naqlılığını təmin etməklə yanaşı, təsvir olunan əhvalatların dra-
matizmini şərtləndirir. Romanda hadisələrin inkişafında bəzən 
ardıcıllığın pozulması, qəhrəmanların həyat yolunun müəyyən 
fasilələrlə  təsvir olunması süjet dağınıqlığına gətirib çıxarmır. 
Bu isə ordan irəli gəlir ki, İsmayıl Şıxlı rоmanın süjetini döv-
rün tarixi hadisələrinin xronologiyasına uyğun şəkildə qurmağı 
bacarmış, ona görə də təsvir olunan tarixi zaman kəsiyində baş 
vermiş bütün əhvalatları süjetin ümumi həlqəsinə daxil etməyə 
nail olmuşdur. Zənnimizcə, bu «Ölən dünyam» romanının yük-
sək bədii sənətkarlıq özəlliyi kimi dəyərləndirilməlidir. 
Müstəqillik dövrü Azərbaycan romanlarını səciyyələndirən 
ən mühüm cəhətlərdən biri tipiklikdir. Dövrün ədəbi prosesi-
nin təhlili göstərir ki, yazıçılar məqsədsiz, məramsız, ideya-
sız, sadəcə əsər yazmaq xatirinə nə isə qələmə almamış, tipik 
hesab etdikləri hadisə və əhvalatları canlandırmış, oxucularını 
dövr və zaman üçün ciddi, əhəmiyyətli, mühüm hesab edilə-
cək sosial-siyasi və mənəvi-əxlaqi problemlər fonunda düşün-
cələrə çəkməyə çalışmışlar. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə