Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə45/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   41   42   43   44   45   46   47   48   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
141
çısıydı, anası kürd qızı Zərnişə xanım çəkəni tayfasından idi, 
Dönməz Soltanın qohumuydu. 
Osmanlı Türkiyəsilə 11 il idi ki, barış hökm sürürdü və 
Sultanəli bəy bu fasilədən istifadə edib, uzun-uzadı döyüşlərin 
ağrısını canından çıxarırdı. O, xəstə yatan 1-ci Şah Təhmasibə 
baş çəkməyə hazırlaşırdı, amma Şah sarayına getməzdən əv-
vəl kəniz bazarına çıxmaq qərarına gəldi. Ona görə yox ki, 
baxıcıya və mövhumatçı bacılarının sözünə inanırdı, sadəcə 
qəlb rahatlığı tapmaq istəyirdi. Sultanəli bəy bazarı bir qədər 
gəzdikdən sonra daş-qaş dükanının yanında köhnə yəhudi ta-
nışını gördü. O, yəhudi ki, Himenanı təzəcə bazara gətirmiş və 
elə həmin daş-qaş dükanında da geyindirib-bəzəndirmişdi. Bir 
neçə il bundan əvvəl o həmin yəhudidən iki kəniz alıb, birinci 
Şah Təhmasibə göndərmişdi» (58, s. 18). 
Filоlоgiya elmləri dоktоru, prоfessоr Qəzənfər Kazımov 
«Sənət düşüncələri» adlı kitabında yazır: «Tarixi hadisələri ob-
yektiv əks etdirmək, xalqı onun keçmişi ilə düzgün tanış etmək 
yazıçının əsas vəzifəsidir. Süni, saxta, uydurma, qeyri-tarixi ha-
disələrin qələmə alınması oxucunu çaşdırır, keçmişə münasibəti 
korlayır, tarixi duyumla yaranmış təsəvvürləri heç edir. Ədəbiyyat 
da tarix kimi tarixi düzgün əks etdirməlidir. Bədii ədəbiyyat tarix-
dən çox oxunur, buna görə də onun düzgün və obyektiv mövqeyi 
daha vacibdir. Bu tələblərə cavab verməyən əsərlər sadəcə olaraq 
mövzunu korlamaqla qalmır, dövrə yanlış münasibət yaratmaqla 
zərərli bir şey kimi ortaya çıxır» (79, s. 68). 
Tədqiqatçının qənaətlərilə razılaşmamaq mümkün deyil-
dir. Çünki bir çox tarixi mövzulu əsərlərdə tarix təhrif olun-
duğu üçün həmin epoxaya, yaxud şəxsiyyətə münasibətdə 
yanlış  qənaətlərin və baxışların formalaşdığı sirr deyildir. 
Müstəqillik dövrü Azərbaycan romanlarında da tarixin təh-
rif olunması faktlarına təsadüf olunmaqdadır. Bəzi roman-
larda tarixi fakt və hadisələr həqiqətəuyğun təsvir edilmədi-
yi üçün sözün həqiqi mənasında bəhs olunan dövr haqqında 


142
Əhməd Sami Elaydi
təsəvvürlərin canlanmasına və dolğunlaşmasına imkan ver-
məmişdir. 
Müstəqillik dövrü Azərbaycan romanlarının sənətkarlıq xü-
susiyyətlərindən bəhs olunarkən, müraciət olunan mövzuların 
səciyyələndirilməsinə də ehtiyac duyulmaqdadır. Bu mənada 
yaranan romanlar mövzu rəngarəngliyi, məzmun yeniliyi və 
qaldırılan problemlərin çoxşaxəliliyi ilə diqqəti çəkir. İstər ta-
rixi, istərsə  də müasir mövzulu romanlarda xalq ədəbiyyatı-
nın və yazılı söz sənətinin zəngin xəzinəsindən bəhrələnmə, 
ənənələri yaşatma və inkişaf etdirmə meyilləri özünü göstər-
məkdədir. Roman müəllifl əri çox zaman orijinal, bənzərsiz 
mövzularda əsər yazmağa üstünlük verdiyindən yaranan əsər-
lərdə qaldırılan problemlər yeniliyi, nоvatоrluğu ilə seçilir. 
Yazıçıların yeni mövzularda yazmağa üstünlük verməsi onla-
rın əsərlərinə yeni məzmun aşılamış, bu isə təbii ki, yazılarının 
məzmun orijinallığını  şərtləndirmişdir. O da qeyd olunmalı-
dır ki, müstəqillik dövrü Azərbaycan romanlarında mövzu və 
məzmun orijinallığı ideya yeniliyi ilə müşayiət olunduğun-
dan nasirlər əksər hallarda qələmə aldıqları romanların möv-
zu-məzmun və ideya vəhdətini qoruyub saxlaya bilmiş, bunla-
rı bədii sənətkarlıq müstəvisində məharətlə əlaqələndirmişdir. 
Azərbaycanın xalq yazıçısı Mirzə  İbrahimov  «Keçmişin 
canlı  səhifələri»  məqaləsində yazır:  «Həyat müşahidəsinin 
verdiyi materialı, bədii cəhətdən təşkil etmək böyük şərtdir, 
sənətkarlığın çox mühüm tələbidir. Romançının əməyi gözəl 
və işıqlı saray tikən memarın əməyinə çox bənzəyir. Belə sa-
rayın hər divarı, hər küncü, hər pəncərəsi, hər naxışı vahid 
yaradıcı  fi krə, ahəngdar bir üsluba malik olmalıdır. Həssas 
memar belə saraylarda hətta divarın harasına qoyulacaq han-
sı daşın nə rəngdə, nə şəkildə, nə ölçüdə olacağını da əvvəl-
cədən müəyyən edir. Sonra da bu daşın özünü seçir, yonur, 
təmizləyir, küncünə-bucağına diqqət edir ki, zədəli olmasın» 
(72, s. 223). 


Müstəqillik dövrü Azərbaycan romanı
143
İsa Hüseynov (Muğanna), İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, 
Sabir Əhmədli və digər yazıçıların romanlarını oxuduqca ya-
zıçı Mirzə  İbrahimovun öz mülahizələrində haqlı olduğunu 
anlamaq çətin deyildir. Çünki adıçəkilən yazıçılar öz əsərləri 
üzərində ciddi şəkildə işləməyi sevən, heç zaman yazdıqları-
nı tamamlanmış hesab etməyən, daim onları təkmilləşdirməyə 
çalışan qələm sahiblərindəndir. 
Adıçəkilən yazıçılardan İsa Hüseynovun (Muğanna) roman-
larının müxtəlif variantlı olması ilə bağlı məsələyə də diqqət 
yetirilməlidir. Çünki о, bir yazıçı kimi öz əsərlərini xeyli dərə-
cədə təkmilləşdirmiş, yenidən işləmiş, süjet xəttini zənginləş-
dirmiş, dil və üslubunu cilalamağa çalışmışdır. Məsələn, ya-
zıçının «İsahəq, Musahəq» romanının ilk variantı «Doğma və 
yad adamlar» adlandırılmışdır. Lakin İsa Hüseynov (Muğanna) 
roman üzərində işini dayandırmamışdır. Belə ki, «Doğma və 
yad adamlar» romanında qaldırılan problemin ciddiliyi yazı-
çını yenidən bu əsərə dönməyə məcbur etmişdir. Roman üzə-
rində iş prosesində yazıçı Azərbaycan xalqının tarixi və taleyi 
ilə bağlı bir sıra aktual məsələlərə diqqət yetirmiş, əsəri mil-
li-mənəvi yaddaşı oyadan elementlərlə zənginləşdirmişdir. İsa 
Hüseynovun (Muğanna) digər romanları da bu şəkildə köklü 
dəyişikliklərlə oxuculara təqdim olunmuşdur. 
Müstəqillik dövrü Azərbaycan romanlarında müşahidə olu-
nan digər mühüm məsələ yazıçı mütaliəsi ilə bağlıdır. Bəlli 
olduğu kimi, mütaliə yaradıcı şəxsiyyətlərin fəaliyyətində mü-
hüm yerlərdən birini tutmaqdadır. Xüsusilə tarixi roman jan-
rında yazıb-yaradan yazıçı üçün bu aspekt daha səciyyəvidir. 
Araşdırılan dövrdə Əzizə Cəfərzadə ciddi, sistemli mütaliəyə 
geniş yer verməsi onun əsərlərinin orijinallığını  şərtləndirən 
bədii keyfi yyət kimi özünü büruzə verir. 
Görkəmli yazıçı-tənqidçi Mehdi Hüseyn yazırdı: «Məlum-
dur ki, öz-özlüyündə forma yoxdur, bədii əsərdə hadisələrin tə-
bii cərəyanı, daxili bir məntiq üzrə hərəkəti, həm süjet xəttini, 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə