Microsoft Word vaqif met sss doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə1/104
tarix18.05.2018
ölçüsü4,51 Kb.
#44624
  1   2   3   4   5   6   7   8   9   ...   104


         
 
 
 
 
 
 
Azərbaycanın görkəmli şəxsiyyətləri 
 
 
 
 
 
 
 
MOLLA PƏNAH VAQİF  
 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2017 
M o l l a   P ə n a h   V a q i f  
 

 
KBT  Я19:Ш+Ш5(2=Аз)7-44я1 
UOT  016:821.512.162 
 
Tərtib edənlər:                     Mədinə Vəliyeva 
             
                                        Mətanət İbrahimova 
                                        Gülbahar Misirova 
 
Elmi redaktor: 
 
Kərim Tahirov,  
  
    professor, 
 
 
 
 
Əməkdar mədəniyyət işçisi 
 
Redaktor: 
 
 
Gülbəniz Səfərəliyeva, 
 
 
 
 
Əməkdar mədəniyyət işçisi 
 
 
 
 
 
 
Molla Pənah Vaqif: biblioqrafiya /tərt. ed.: M.Vəliyeva, 
M.İbrahimova, G.Misirova; elmi red. K.Tahirov; red. G.Səfərəli-
yeva.- Bakı, 2017.- 440 s. 
 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli  şəxsiyyətləri” seriya-
sından hazırladığı “Molla Pənah Vaqif”adlı biblioqrafik göstəricidə XVIII əsr Azərbay-
can poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin əsərləri, həyat və 
yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında ədəbiyyat toplanmışdır.  
Biblioqrafiya  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.    
 
   
 
ISBN 978 9952 476 06 4 
 
 
©Azərbaycan Milli Kitabxanası, 2017 


 
B i b l i o q r a f i y a      
 
3
 
 
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik 
yubileyinin keçirilməsi haqqında 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
  
2017-ci ildə böyük Azərbaycan  şairi Molla Pənah Vaqifin 
anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun 
“2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisə-
lərin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın ço-
xəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüd-
rətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən 
yüksək qiymətin təzahürüdür. 
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb ya-
ratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub 
saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli 
ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbay-
can şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm 
qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifə-
lərindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-
mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə 
həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlə-
rin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. 
Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri 
kütləvi tirajla nəşr edilmiş  və yubileyi keçirilmişdir. 1982-ci il 
yanvarın 14-də ulu öndər Heydər  Əliyevin bilavasitə  təşəbbüsü 
və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şə-
hərində  şairin məzarı üzərində ucaldılmış  əzəmətli məqbərənin 
açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı qul-
dur dəstələri işğala məruz qoyduqları  Şuşada bütün beynəlxalq 
hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı van-
dalizm aktları törətmiş  və 600-ə yaxın tarixi-memarlıq abidəsini 
talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir 
M o l l a   P ə n a h   V a q i f  
 

Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin 
məqbərəsini dağıtmışlar. 
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərin-
dən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həl-
lini gözləyən mühüm məsələlərdəndir. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan  şairi Molla 
Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin 
etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazir-
liyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan 
Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birli-
yinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yu-
bileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-
camdan irəli gələn məsələləri həll etsin. 
  
İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 12 yanvar 2017-ci il 


 
B i b l i o q r a f i y a      
 
5
 
Tərtibçidən 
 
2017-ci ildə XVIII əsr Azərbaycan  ədəbiyyatının görkəmli 
nümayəndələrindən biri, şair, mütəfəkkir, ictimai-siyasi xadim 
Molla Pənah Vaqifin anadan olmasının 300  illiyi tamam olur. 
Molla Pənah Vaqif poeziyası Azərbaycan  ədəbiyyatının də-
yərli nümunələri sırasında öz layiqli yerini tutmuşdur. Vaqif Şərq 
poeziyasının bütün klassik formalarından istifadə etsə də   yaradı-
cılığının böyük bir qismini aşıq poeziyasının xalqa ən yaxın növü 
olan qoşma janrında yazıb-yaratmışdır. Vaqif ərəb və fars mənşə-
li sözlərdən bacardıqca az istifadə etməyə çalışmış, öz əsərlərində 
həyat eşqini, gözəlliyi tərənnüm etmişdir. 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli 
şəxsiyyətləri” seriyasından hazırladığı “Molla Pənah Vaqif” 
adlı göstərici M.P.Vaqif haqqında tərtib olunmuş ilk fundamen-
tal biblioqrafiyadir. Biblioqrafik göstərici  şairin  ədəbi və icti-
mai fəaliyyətini əks etdirən 1856-2017-ci illərdə dərc olunmuş 
materialları əhatə edir.  
Biblioqrafik göstərici 5 hissədən ibarətdir: I hissə - Əsərləri; 
II hissə - Həyat və yaradıcılığı  haqqında; III hissə - Rus dilində; 
IV hissə - Digər dillərdə; V hissə - Köməkçi göstəricilər.  
Vəsaitdə bölmələr və yarımbölmələrdə materiallar xronoloji 
prinsiplə, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmış-
dır. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə sonda kömək-
çi göstəricilər tərtib olunmuşdur. 
Kitab  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-bib-
lioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  
Göstərici haqqında rəy və  təkliflərini bildirəcək mütəxəssis-
lərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif 
və rəylərini M.F.Axundov adına Milli Kitabxanaya göndərmələri-
ni xahiş edirik. 
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57. 
E-mail: contact@anl.az  
M o l l a   P ə n a h   V a q i f  
 

 
 
 
Xalqın böyük şairi 
 
Azərbaycan xalqının böyük şairi, mütəfəkkiri və dövlət xadi-
mi Mоlla Pənah Vaqifin üç yüz illiyinin bütün dünyada, xüsusilə 
vətəni müstəqil Azərbaycanda təntənə ilə  qеyd  оlunması huma-
nist, mütərəqqi tarixi şəxsiyyətə, оnun idеyalarına,  pоеziyasının 
hеç zaman öz təravətini itirməyəcək  еstеtik təsir gücünə, sözün 
gеniş    mənasında “şirin dili”nə tükənməyən  еhtiramdan, sеvgi-
dən, vurğunluqdan irəli gəlir. 
Azərbaycan  ədəbiyyatı tarixşünaslığının  yaradıcısı Firudin 
bəy Köçərli vaxtilə yazmışdı: 
“Оnun (M.P.Vaqifin – N.C.) şеir və  qəzəliyyatı bizim Azər-
baycan türklərinə ziyadə xоş gəlir və hər nə оnun qələmindən zü-
hura gəlibsə… tamamisi ürəkdən və  həqiqi həyatdan nəşət  еdən 
əsərlərdir. Milli şairlərimizdən оnun  kimi sadə və açıq lisanda və 
ana dilimizin  şivəsində şеir və qəzəl yazan az оlub”. Və оnu da 
əlavə  еtmişdi ki: “Hərgah Vaqif və Vidadi kimi məşhur  şairlər 
özgə millətlər arasında zühur еtmiş оlsaydılar, bişübhə indiyə ki-
mi оnların asar və əşarı dəfəat ilə çapdan çıxıb əbnayi-millət içə-
risində yayılmışdı.  Оnların qəbri üstündə nişangah qоyulmuşdu 
və vəfatlarının əlli və yüz sənəlik yubilеyisi yоmi alisi artıq cəlal 
və təntənə ilə yad оlunmuşdu”. 
Firudin bəy bu sözləri yazanda XX  əsrin əvvəlləri idi. Və о 
zaman Azərbaycan xalqı öz dövlət müstəqilliyi uğrunda mübari-
zəyə    yеni (ancaq bütün mənəvi-idеоlоji  еnеrjisilə!) başlamışdı.  
Əslində, “milli şair”ə (və  şairlərə)  yubilеy kеçirilməsi,  оnların 
millətə daha kütləvi tanıdılması еhtiyacının mеydana çıxması da 
milli оyanışın təbii təzahürü idi. 
Akadеmik Həmid Araslı yazır: “Vaqif irsi hələ şair yaşadığı 
dövrdə  nəzər-diqqəti cəlb еtmişdir. Lakin Vaqif  öldürüldüyü za-
man еvi talan еdildiyindən, оnun  əsərləri də itib batmış və öz  əl-
yazması bizə  qədər gəlib çatmamışdır. Vaqifin əsərlərindən  şеir 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə