Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası


 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   2   3   4   5   6   7   8   9   ...   41

13
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
Məktəb  meşəçiliyinə  üzv  olan  şagirdlər  müxtəlif  sahələrlə
maraqlana  bilərlər.  Buna  görə  də  “Gənc  meşəçilər”  dəstəsinin
fəaliyyəti də çox istiqamətli və rəngarəng ola bilər. Bu zaman sizin
və dostlarınızın yaradıcılıq potensialının aşkara çıxarılması üçün bir
çox imkanlar əldə etmək mümkündür. Heyvanat aləminin sirlərini
öyrənmək  istəyənlər  meşənin  faunasına  aid  maraqlı  tədqiqatlar
aparıb,  heyvanların  davranışını  və  həyat  tərzini  izləyə  bilər.  Əsl
alimlər  kimi  təbiətin  qanunlarını  öyrənmək  arzusunda  olan
məktəblilər ekoloji tədqiqat üsullarına yiyələnib elmi axtarışlar apara
bilər.  Bitkilərin  meşə  yaruslarında  mürəkkəb  qarşılıqlı  əlaqələrini
və bir­birindən asılılığını tədqiq edənlər bitki ehtiyatlarının davamlı
istifadəsi üçün təkliflər verə bilər.
“Gənc  meşəçilər”  dəstəsinin  fəaliyyətinin  daha  maraqlı  və
cəlbçedici  olması  üçün  məktəbli  dostlarınızla  ekoloji  oyunlar,
səhnələşdirilmiş çıxışlar, viktorinalar və digər tədbirlər təşkil etmək
olar. Dəstə üzvləri sırasında yaradıcı şagirdlərin daha çox olmasını
istəyirsinizsə,  gördüyünüz  işləri  mətbuatda,  televiziya  və  radio
verlişlərində təbliğ etməyi unutmayın.
Məktəb meşəçiliyində gündəlik işləri gözəl və mənalı istirahətlə
əlaqələndirmək  lazımdır.  Yaşadığınız  ərazidə  meşələrə  və  digər
təbiət guşələrinə ekoturizm səyahətləri, ekskursiyalar məktəbliləri
bir  məqsəd  ətrafında  daha  yaxından  birləşdirir,  biliklərin  və
təcrübənin yayılmasına kömək edir.
“Gənc  meşəçilər”  dəstəsinin  fəal  üzvlərindən  ibarət  dəstə
şurası fəaliyyətə nəzarət edir və tapşırıqların yerinə yetirilməsini
planlaşdırır.  Meşənin  ən  sadə  ekoloji  problemlərinin  həllindən
başlayıb, mürəkkəb problemlərin həllinə cəhd göstərməklə dəstə
üzvləri böyük nəticələr əldə edə bilərlər.
Məktəb meşəçiliyi ­ tədris ili ərzində şagirdlərin uzunmüddətli
ekoloji təhsil, tədqiqatçılıq və mədəni ­ maarifləndirmə fəaliyyətidir.
Dəstə  üzvləri  yaşından  asılı  olmayaraq  bir  məqsəd  ətrafın da
birləşərək  meşələrin  qorunmasında  öz  mövqeyini  nümayiş  et­
dirir. Könüllü uşaq birliyi hər bir şagirdin fərdi inkişafına və şəx­
siy yət  kimi  formalaşmasına  kömək  edir.  Gənc  meşəçi  fəal  həyat
mövqeyindən  çıxış  edərək  müstəqil  düşünüb  təhlil  etməyi  və
kollektiv  qərar  qəbul  etməyi  bacarmaqla  bu  fəaliyyətə  digər
şagirdləri  cəlb  edə  bilir  və  yoldaşlarına  köməklik  göstərir.  Dəstə
şurası  dəstə  üzvlərinin  fəaliyyətini  istiqamətləndirməklə  nizam­
intizamı  təmin  edir.  Dəstə  üzvləri  ayrı­ayrı  maraq  qruplarında
birləşərək  şüurlu  surətdə  intizam  qaydalarına  riayət  edirlər.
Fəaliyyətin  nəticəsini  gördükdə  şagirdlər  öz  səylərinin  faydalı


14
I FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
olmasına inanırlar. Müəyyən ənənələrin yaranması dəstənin uğurlu
fəaliyyətinin  gələcəkdə  davam  etməsinə  kömək  edir.  Daha  fəal
dəstə  üzvlərinin  həvəsləndirilməsi  və  rəğbətlətləndirilməsi  üçün
döş nişanlarının, bayrağın, medalların təsis edilməsi əhəmiyyətlidir.
Dəstə üzvlərinin xüsusi vəsiqələri də ola bilər və bu onların daha
məsuliyyətli davranışına kömək edir. Dəstənin xüsusi embleminin
və  digər  nişanlarının  hazırlanmasında  gənc  meşəçilər  yaxından
iştirak edirlər.
Məktəb  meşəçiliyinə  böyük  maraq  olduqda  klub  şəklində  də
fəaliyyət  göstərə  bilər.  Klubun  üzvlərini  öz  ətrafında  birləşdirən
başlıca ideya insan həyatının əsas mənbəyi olan təbiətin qorun­
ması  ideyasıdır.  Bəşəriyyətin  əsas  vəzifəsi  təbiətlə  harmoniyada
yaşamağı  öyrənmək,  həyatın  məhvinə  yönəlmiş  təcavüzkar
hərəkət lərin  qarşısını  almaq  və  təbiətin  qanunlarına  hörmət
etməkdir.  Məktəb  meşəçiliyinin  üzvlərinin  həyat  kodeksi  ­  Yer
üzərin dəki  bütün  canlıların  bərabər  yaşayış  hüququna  malik
olması dır.  Hər  bir  canlının  yaşamaq  və  təbii  yolla  inkişaf  etmək
hüququ vardır.
Meşələrə  ən  yaxşı  kömək  ­  təbii  ekoloji  sistemlərin  həyatına
müdaxilə etməmək və istənilən təcavüzün qarşısını almaqdır. Hər bir
işdə olduğu kimi fəaliyyətin əsasını ekoloji təhsil və tərbiyə təşkil edir.
Davamlı inkişafın əsas prinsiplərindən biri budur: “Qlobal düşün, lokal
fəaliyyət  göstər”.  Məktəblilərin  ekoloji  biliklərinin  genişləndirilməsi
fəaliyyətin düzgün təşkili üçün vacib şərtlərdən biridir.
Məktəb meşəçiliyi hansı təşkilatlarla əməkdaşlıq edir? Ekologiya
və  Təbii  Sərvətlər  Nazirliyinin  meşələrin  mühafizəsi  və  bərpası
müəssisələri,  meşəçilik  təsərrüfatları,  yerli  idarəetmə  orqanları,
təbiəti mühafizə cəmiyyətləri, təbiətdən istifadəyə nəzarət orqan­
ları, müəllimlər, alimlər və meşəçi mütəxəssislər əsas əməkdaşlıq
obyektləridir.
Məktəb meşəçiliyini kimlər yaradır?
“Gənc  meşəçilər”  dəstələri  məktəbin  direktoru  və  müəllimlər
tərəfindən  təşkil  olunur.  Burada  əsas  məqsəd  şagirdlərin  ekoloji
dünyagörüşünün inkişaf etdirmək, sinifdənxaric tədbirlər vasitəsilə
ərazidə  meşələrin  qorunmasında  və  yaşayış  məntəqəsinin  yaşıl­
laşdırılmasında məktəblilərin iştirakını təmin etməkdir. Məktəblilər
də  bu  təşəbbüslə  müəllimlərinə  müraciət  edib  dəstəni  yarada
bilərlər. Belə olduqda məktəblilərin təşəbbüsü məktəbin rəhbərliyi
tərəfindən də dəstəklənir.


15
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
IFƏSİL
“Gənc  meşəçilər”  dəstəsinin  xüsusi  nizamnaməsi  olmalıdır.
Məktəb meşəçiliyinin fəaliyyəti əsas məqsəd və vəzifələri müəyyən
edən  qaydalara  əsasən  təşkil  edilir.  Nizamnamədə  dəstələrin
təşkili  qaydaları,  quruluşu,  üzvlərin  hüquq  və  vəzifələri,  nəzarət
və  həvəsləndirmə  üsulları  əks  olunur.  Məktəb  meşəçiliyinin
yaradılması  barədə  məktəb  direktorunun  əmri  əsas  sənədlərdən
biri hesab olunur. Bu kitabın sonunda “gənc meşəçilər” dəstəsinin
nümunəvi  nizamnaməsi  verilir.  Nizamnamə  tərtib  olunarkən
məktəbin  müdiriyyəti,  meşə  təsərrüfatı  idarəsi  və  ya  meşələrin
mühafizəsi  və  bərpası  müəssisəsi  ilə  razılaşdırılır.  Meşələrin
mühafizəsi  və  bərpası  müəssisəsi  ilə  məktəb  arasında  müqavilə
əsasında məktəblilərin meşədəki fəaliyyəti üçün xüsusi sahə ayrılır
və lazımi şərait yaradılır.
Məktəb  meşəçiliyinin  ali  idarəedici  orqanı  gənc  meşəçilərin
ümumi iclasıdır. Ümumi iclas ildə iki dəfə keçirilir. İclasda görülmüş
işlər yekunlaşdırılır, fərqlənmiş dəstə üzvləri mükafatlandırılır və illik
fəaliyyət planı tərtib olunur. Ümumi iclasda məktəb meşəçiliyinin
idarə şurası seçilir. Şura şagirdlərin fəaliyyətinə rəhbərlik edir və
hami təşkilatlarla əlaqə saxlayır. Şura meşəbəyi, onun köməkçisi,
gənc  meşəçilərdən,  meşə  təsərrüfatı  mütəxəssisi  və  rəhbər
müəllimdən ibarət olur. Şuranın iclası ayda bir dəfə keçirilir. İclasda
görülmüş işlər müzakirə olunur, görüləcək tədbirlər planlaşdırılır.
 
İsmayıllı  rayon  Təzəkənd 
kənd  tam  orta  məktəbinin 
gənc  meşəçiləri  2  hektar 
meşə əraziində təmizlik işləri 
apararaq yeni  tinglər əkmiş­
lər. Məktəbin gənc meşəçiləri 
onlara ayrılmış ərazidə ekoloji 
cığır yaratmış, eroziya təh lü­
kə si  olan  yerlərə  çoxillik 
bitkilərin toxumlarını səp miş­
lər. Məktəbin tədris təcrübə sahəsində yaradılmış tinglik sahəsində 
ağcaqayın,  palıd,  cökə,  fısdıq  ağaclarının  toxumlarından  yeni 
tinglər becərilir. Artırılan ağaclar meşə sahəsinə və digər sahələrə 
yaşıllaşdırma məqsədilə köçürülür.
Məktəb  meşəçiliyində  şagirdlərin  maraq  dairəsini  nəzərə
alaraq  müxtəlif  bölmələr  yaratmaq  olar.  Məktəblilərin  bir  çoxu
meşə  heyvanlarının,  digərləri  meşə  bitkilərinin  həyatı,  inkişaf
xüsusiyyətləri  ilə  maraqlanır.  Bəziləri  meşədə  qarışqa  yuvalarını
qorumaq  üçün  tədbir  görür  və  yaxud  da  quş  yuvaları  hazırlayıb
Şəkil 2. Gənc meşəçilər


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə