Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   23   24   25   26   27   28   29   30   31

 
67 
 
Zabit  müəllim  tələbələrlə  də  səmimi  idi.  Pedoqoji  fakultənin  qiyabi 
şöbəsinin  tələbələri  ona  təkcə    şöbənin  rəhbəri  kimi  deyil,  həm  də  qayğikeş  bir 
müəllim və mənəvi valideyinləri kimi hörmət göstərirdilər. Fakültədə Azərbaycan 
dili  fənninin  tədrisi  keyfiyyətinin  yüksəldilməsində  Zabit  müəllim  əvəzsiz  rol 
oynamışdır..  Q.  Azərbaycan  dili  fənninin  ibtidai  siniflərdə  əsas  yer  tutduğunu 
nəzərə  alaraq  fakültənin  qiyabi  şöbəsinin  tədris  planında  Azərbaycan  dili  fənnin 
tədrisinə  çox  böyük  yer  ayrılmasına  çalışırdı.  Zabit  müəllim  ixtisasına  dərindən 
yiyələnmiş səriştəli Azərbaycan dili müəllimi və bu sahənin daimi araşdırıcısı və 
mütəxəssisi  idi.  O,  Azərbaycan  dilinin  bir  çox  sahələrinə  dair,  o  cümlədən 
frazeologiya,  üslubiyyat,  nitq  mədəniyyəti  və  s.  tədqiqatlar  aparmışdır.  O 
Azərbaycan dilinə  dair bir çox dərs vəsaitinin, proqram və metodik göstərişlərin, 
elmi, elmi-metodik  maqalələrin müəllifi idi. Universitet rəhbərliyi bütün dövrlərdə 
Zabit  müəllimin  əməyini  yüksək  qiymətləndirmiş,  onun  adı  hər  yerdə  hörmətlə 
çəkilmişdir. Zabit müəllimin vaxtsız vəfafı universitetimimiz və kafedramiz üçün 
ağız  itki  olmuşdur.  Kafedranın  və  pedoqoji  fakultənin  bütün  tədbirlərində  onun 
yeri görünür. Hamı ağıllı təmkinli, həssas, qayğıkeş Zabit müəllimi dərin hörmət 
hissi ilə xatırlayır. Ruhun şad, yerin cənnətlik olsun, mənim əziz həmkarım Zabit 
müəllim. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
68 
 
 
 
 
şair Oktay Rza 
 
 
 
  
 
“Tor” 
Bir gündə həm İsmayıllıda, həm də Bakının Yasamal rayonunda toyda rəqs 
və çıxış etmiş dosent Zabit Məmmədli təmənnasız xeyirxahlıqdan zövq alır. 
 
Əlvan xəritəyə köçüb sərhədlər 
Qlobus-günəşli, buludlu dünya. 
Bölüb planeti xəyalı xətlər, 
Tor köynək geyinib sanki bu dünya. 
 
Söz də üyüdülüb keçir ələkdən 
 
Axı “tor” kök atıb nə vaxtdan bəri? 
 
Torla ayırırıq unu kəpəkdən 
 
Tor-balıq tutanın ümid telləri. 
Dağa da dağ çəkir bəzən ovçular
Kaş meşə danışıb, çəmən dinəydi! 
Tor qurub bərəni kəsən ovçular 
Cüyür öldürəndə daşa dönəydi. 
 
Hörümçək firavan yaşamaq üçün  
Tor qurub cücünün alır canını; 
İmzasız yazanın peşəsi hər gün  
Tora ilişdirmək “qəhrəmanını”. 
Yaxşılıq yerini verməyə pisə, 
Xəbislik qurd kimi izə düşməsin; 
Toru buraxasan çaya, dənizə, 
Tor həyat işıqlı gözə düşməsin! 
 
“Adlı  ünvanlı  misralar”  kitabının  224-cü  səhifəsi,  1999-cu  il,  Azərbaycan 
Dövlət nəşriyyatı. 
 
 
 
 
şair Oktay Rza 
 
 
Babam Zabit deyir ki... 
Almaz! Qəşəng, sevimli ilk nəvəmiz! 
Xeyli şadıq ad günündə yenə biz. 
 
Bağımızda özün gülsən, sözün bal, 
 
Aydan-aya, ildən-ilə körpü sal. 
İşıqlansın getdiyin yol həmişə, 
Atalı ol, analı ol həmişə. 
 
Qənd, noğulsan səndən doyan deyiləm, 


 
69 
 
 
Bildin niyə “şəkər balam” deyirəm? 
Xoşdur hərdən kövrəlməyin, gülməyin, 
“Şəkər baban, şəkər baban” deməyin. 
 
Şəkər balam! Həyat bizi çağırır, 
 
Qara saçım yavaş-yavaş  ağarır. 
Amma səndə körpəliyim görünür 
Soykökümüz  Almazla da öyünür. 
 
Atan Teymur mənim böyük balamdır, 
 
Sən birinci övladısan Teymurun, 
 
Əlaçı ol biliklərə yiyələn 
 
Qoy yayılsın öz şəfəqin, öz nurun. 
Doğma diyar, doğma ellər sevinsin 
Baban Zabit, Nənən Qeysər sevinsin. 
 
27.07.2004  “Adlı  ünvanlı  misralar”  kitabının  192-ci  səhifəsi,  2005-ci  il, 
Azpoliqraf nəşriyyatı, II kitab. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
70 
 
 
 
 
 
Füzuli Əsgərli   
filologiya  üzrə  fəlsəfə 
doktoru, dosent
 
 
QƏLBLƏRƏ  TOXUNMAYAN,  QƏLBLƏRDƏ  ƏBƏDĠ 
YAġAYAN ĠNSAN 
Dünyaya göz açan insanların hər biri öz genetik təbiətində yetişdirdiyi və 
daha  sonra  isə  dünyasını  dəyişən  məqamda  özüniin  xatirələrdə,  duyğularda 
yaşayacaq  bir  xarakterin  əvəzsiz  sahibi  olur.  Bəzən  bu  meyarla  uzlaşmayan, 
xasiyyətini  heç  cür  qəbul  edə  bilmədiyimiz  insanlarla  da  qarşılaşırıq.  Müasir 
maddi  dünyamızda  bu  da  təbii  görünür.  Lakin  həyatda  elə  insanlar  da  olur  ki, 
doğulduğu  gündən  ömrünün  sonuna  kimi  öz  davranışı,  mənəvi  dəyərləri  və 
həyatda  qoyduğu  əvəzsiz  izlərlə  başqalarına  bir  örnək  olur,  özüniin  mənəvi-
əxlaqi dünyası ilə seçilir, ətrafı ilə təmas yaratmağı, ətrafına öz təbiətinə uyğun 
sadiq  dostlar  toplamağı  bacarır,  bir  bəşər  övladı  olaraq  heç  kimin  qəlbinə 
toxunmaq istəmir, hər zaman insani keyfiyyətlərini biruzə verməyə çalışır. Belə 
insanlardan  biri  də,  iş  prosesində  həmişə  təmasda  olduğum,  buna  görə  də 
xasiyyətinə yaxından bələd olduğum, dostum Zabit müəllim idi! 
Onunla  eyni  coğrafi  məkanda  yaşamasam  da,  özünün söhbəti  əsnasında 
mənə  məlum  olub  ki,  İsmayıllı  rayonunun  Diyallı  adlı  ecazkar  təbiətli  dağ 
kəndində  dünyaya  göz  açmış  Zabit  müəllimin  uşaqlıq  illəıi  heç  də  xoş 
keçməmişdir.  Özünün  dediyinə  görə,  heç  vaxt  doğma  atasının  üziinü 
görməmişdir,  çünki  o,  hələ  anasının  bətnində  olarkən  atası  cəbhəyə  yola 
düşmüş,  az  sonra  həlak  olması  barəsində  qara  kağızı  gəlmiş,  ata  dünyadan 
xəbəri  olmayan  korpə  Zabitinin  üzünü  görə  bilməmişdi.  Müharibənin  qanlı-
qadalı  illərində,  aclığın  insanları  imtahana  çəkdiyi  bir  vaxtda  ata  qayğısı 
görməyən, çətin anlar yaşayan anası Əminə xanımın yuxusuz gecələri sayəsində 
boya-başa  çatmış  Zabit  öz  fərasəti  və  hafizəsi  ilə  seçilmişdir.  Kitaba  daha  çox 
meyl  salan  Zabit  orta  məktəb  illərində  seçilən  şagirdlərdən  biri  olmuşdur. 
Arzusu  da  bu  olmuşdur  ki,  ali  pedaqoji  təhsil  alsın,  həmişə  xəyallarında 
yaşatdığı müəllim peşəsinə yiyələnsin. 
Zabitin  bu  arzusu  da  çin  olur,  uğurla  qəbul  imtahanı  verərək  Pedaqoji 
İnstitutun  filologiya  fakültəsinə  daxil  olur.  Tələbə  ikən  institutun  və  oxuduğu 
f
ilologiya fakültəsinin bütün ictimai işlərində fəallıq göstərən, öz müəllimlərinin 
təmənnasız  nüfuzunu  qazanan  bu  gənc  əla  qiymətlərlə  ali  təhsilini  başa  vurur. 
Onun  daha  bir  arzusu  yerinə  yetir.  Gözəl  hafizəyə,  tədqiq  etmə  məharətinə 
mali
k  olduğuna  görə  bir  müəllim  kimi  institutda  saxlanılır,  az  bir  müddət 
içərisində  namizədlik  dissertasiyası  müdafiə  edərək  alimlik  dərəcəsinə  sahib 
olur. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə