Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

 
61 
 
məqalələri  nəinki  ölkəmizdə,  bir  sıra  xarici  ölkələrdə  də  rəğbətlə  qarşılanıb, 
müəllifinə ad-san qazandırıb. 
Doğma  Azərbaycan  dili,  onun  incəlikləri,  çoxçalarlılığı  hələ  erkən  yaşlarında 
Zabit  müəllimi  maraqlandırmış  və gərgin  axtarışlara sövq  edib.  İllər keçdikcə bu 
sahədə axtarışlarını davam etdirən  və uğurlu nəticələr əldə edən alim “Azərbaycan 
dilinin  təlimində  ifadəli  nitq”,  “Nitq  mədəniyyəti  məsələləri”,  “Müəllimin  nitq 
mədəniyyəti”,  “Orfoqrafiya  və  orfoepiya  lüğəti”,  “Müasir  Azərbaycan  dilində 
sxemlər”,  Nitq  mədəniyyətinin  əsasları”  adlı  kitabların  və  50-dən  artıq  elmi 
məqalələrin  müəllifidir.  Zabit  müəllim  “Klassik  aşıq  poeziyasının  dili” 
mövzusunda  yazdığı  doktorluq  işini    tamamlasa  da,  nədənsə  müdafiəyə    etməyə 
tələsmirdi. 
Günlər  həftələrə,  həftələr  aylara,  aylar  illərə  qovuşacaq.  Pedaqoji  fakültənin 
həyatında  çox  şey  dəyişəcək,  yeni  tələbə  nəsilləri  gələcək,  dəyişməyən  isə  Zabit 
müəllimə həmkarlarının və tələbələrinin sevgi və məhəbbəti olacaq.  
                                                                                                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
62 
 
Məhərrəm Abbasəli oğlu Hüseynov 
      Filologiya fakültəsinin dekan müavini 
Könülləri zəbt edən Zabit 
Mən  elə  bir  səmimi  insan  təsəvvür  eləmirəm  ki,  Zabit  müəllimin  adını 
eşidəndə üzünə nur gəlməsin, ürəyində sıcaq duyğular seli aşıb – daşmasın, sözün 
yaxşı mənasında mütəəssir olmasın. Zabit müəllimin xəyalımızdakı parlaq obrazı, 
onun qəlbimizdə yaratdığı xoş təəssürat olduqca canlı və işıqlıdır. Bu səbəbdən də 
onun  yoxluğu  həmişə  hiss  olunur,  həyatımızda  bərpası  mümkün  olmayan  boşluq 
yaradır. Onun yeri həmişə görünür. Zabit müəllim kimi nurlu bir şəxsiyyət neçə – 
neçə  yaddaşlarda  iz saldığı,  onu  səmimi  hisslərlə  sevən  könüllərdə  qərar  tutduğu 
üçün  unudulmazlıq  qazanmışdır.  Zabit  müəllimin  nurlu  obrazı  xəyalımızda 
canlandıqca onun fiziki yoxluğu ruhumuzu sızıldadır. Hiss edirəm ki, bu itkini heç 
bir qüvvə heç bir möcüzə belə qaytara bilməz. Yalnız zəngin və həzin xatirələr bu 
boşluğu qismən də olsa doldura bilir. Bunun da olduqca təbii, mənəvi  – psixoloji 
əsasları vardır. 
Əziz  və  bənzərsiz  həmkarımız,  ləyaqətli  vətəndaş,  istedadlı  alim,  etibarlı 
dost  və  orijinal  bir  insan  olan  Zabit  müəllimin,  mənim  qənaətimə  görə,  əsas 
atributu  ondan  ibarət  idi  ki,  o,  ünsiyyətin  ilk  anlarından  müsahibinin  diqqət 
mərkəzində olur, qəlbinə, duyğularına, şüuruna asanlıqla nüfuz edə bilirdi. Ondakı 
ünsiyyət mədəniyyəti sanki fitri qabiliyyət, ilahi vergi səviyyəsində idi. Özü kimi 
sözü də bütöv olan Zabit müəllim təpədən dırnağa qədər səmimiyyət mücəssiməsi 
idi.  Öz  duzlu  söhbəti,  mənalı  eyhamları,  cazibəli  replikaları  ilə  insanlarda  xoş 
ovqat, nikbin əhval-ruhiyyə yarada bilirdi. Üz-gözündən təbəssüm əskik olmazdı. 
Ən çətin və gərgin hallarda belə dözüm, səbr və təmkin nümayiş etdirirdi. 
Zabit müəllim öz təbii hisslərini büruzə verməklə əsl xarakterinin əzəmət və 
orijinallığını,  olduqca  sadə  və  pak  ürək  çırpıntılarını  gizlədə  bilmirdi.  O,  öz 
təbiətindəki  sabitqədəmliyi,  həyatının  enişli-yoxuşlu  yollarında  formalaşdırdığı 
xarakterini,  qürurunu  qoruyub  saxlamağı  bacarır,  təkrarolunmaz  xilqət  olduğunu 


 
63 
 
əhatəsinə  təbii  və  səmimi  münasibətləri  ilə  hər  an  təsdiqləyirdi.  Onda  qeyri  – 
səmimi, formal poza yox dərəcəsində idi. Onun hərəkət və əməlləri öz qəlbinin əks 
-sədası  idi,  elinə  -  gününə,  mühitinə,  məsləkdaşlarına,  tələbələrinə  bağlı  ruhunun 
təzahürü idi. Zabit müəllim öz  mənliyində təvazökarlığı, səmimiyyəti  və ləyaqəti 
təcəlla etdirirdi. Ətrafındakılarla, tay – tuşlarla, dost – tanışlarla, tələbələrlə həmrəy 
olmağın, insanlarda ortaq dil tapmağın ən böyük və fəxri yolçusu idi. Qəlbi kin  – 
küdurətə,  paxıllığa,  qebtəyə,  həsədə  həmişə  qapalı  olduğu  üçün  dostları  onu 
istəməyənlərdən qat  –  qat  çox  idi.  Canlı  xalq  dilində,  məişət  –  ünsiyyət  nitqində 
belələrini doğru olaraq “ziyansız adam” adlandırırlar. Zabit müəllim  sözün həqiqi 
və  dürüst  mənasında  başqalarına  ziyan  vurmamaq  üçün  ziyanı  özünə  rəva  bilən 
nadir insanlardan idi. 
Zabit  müəllimin  nurlu  sifəti,  işıqlı  siması,  möhtəşəmliyi  xatırlandıqca  belə 
bir real düşüncə diqtə edir ki, belə bir insan bir də dünyaya gəlməyəcək. ona görə 
yox ki, hamı təkrarsızdır. Daha çox ona görə ki, onda olan təvəzökarlıq, sadəlik, 
təmkin, yumşaqlıq, ağayanalıq, adilik heç kəsdə bu qədər cazibəli şəkildə birləşə 
bilməyəcək.  hamı  ilə  sayğılı  davranışı,  ətrafındakılara  dərin  hörmət  hissi  onun 
təkrarsız ləyaqəti şəxsiyyətindən irəli gəlirdi. 
Zəngin  biliyi,  geniş  erudisiyası  və  informasiya  ehtiyatı  yetirdiyi  və 
cəmiyyətə verdiyi minlərlə tələbələrinin həyat yoluna işıq səpir. O, bir alim və bir 
müəllim kimi çoxlarının inkişafına halal zəhmət sərf etmişdir. 
Sözü bütövlüyü, gözü toxluğu, qəlbi genişliyi, açıqürəkliliyi, məğrurluğu ... 
ilə sevilib – seçilən, dediyinin ağası olan, öz elmi  – pedaqoji fəaliyyət mühitində 
söz sahibi kimi böyük hörmət və ehtiram qazanan Zabit müəllim bir də ona görə 
unudulmazdır  ki,  özünəməxsus  dəsti  –  xətti  olan  alim  kimi  yazdığı  dəyərli  elmi 
əsərləri,  müəllim  kimi  yetişdirdiyi  minlərlə  tələbələri  onun  mənəvi  –  ruhani 
ömrünün,  yaradıcı  əməllərinin  davamıdır.  Onun  əziz  xatirəsi  övladlarının, 
dostlarının,  elm  –  ürfan  sahiblərinin,  tələbələrinin  qəlbində  daim  yaşayacaqdır. 
Çünki Zabit müəllim kimi insanlar ölmürlər, ancaq dünyasını dəyişirlər. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə