Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   23   24   25   26   27   28   29   30   31

 
77 
 
 
 
 
 
 
 
 
 
Dostu Əlirza Əyyubov  
Dostu Əyyubov Əlirza Əhməd oğlunun xatirələrində 
 
Mən  Zabit  Məmmədov  haqqında  bir  dost  kimi  deyil,  yüksək  əxlaqi 
keyfiyyətlərə malik əsl azərbaycanlı ziyalısından söz açmaq istəyirəm 
 
Bizim tanışlığımız 1977-ci ilə təsadüf edir. Bu tanışlıq sonralar bizi sanki bir 
dayı- bacıoğlu qədər yaxınlaşdırdı. Biz həyətdə bir-birimizə çox yaxın qonşu idik. 
Bu qonşuluq, həm də bizim ailəvi dostluğumuza çevrildi. 
 
Həyatda dayımın çoxlu dostları var idi. O, dostlar bir yerde gəzməyi, yeyib-
içməyi çox sevirdi. Elə bir məclis olmazdı ki, dayım orada iştirak etməsin. Dayım 
harada olursa-olsun, o ətrafındakılarla xoş münasibət qurmağı və qayğı göstərməyi 
bacaran bir insan idi. 
 
Bizim  birlikdə  keçirdiyimiz  günlərdən  çoxlu  yadda  qalan  xatirələr  vardır. 
1992-ci  ilin  yaz  mövsümü  idi.  Biz  bir  neçə  dost  dayımın  avtomobilində 
“Mərdəkana”  istirahətə  gedirdik.  Hazırki  H.Əliyev  prospektində  “Kosmos” 
mağazası  adı  ilə  məşhur  olan  bir  yerdə,  qarşımıza  bir  piyada  çıxdı.  Dayım  tez 
əyləci  basdı  və  avtomobil  yerindəcə  dayandı.  Arxadan  gələn  digər  bir  avtomobil 
bizə çırpıldı. Hamı əsəbi halda düşüb, arxadakı avtomobilin sahibini təqsirləndirdi. 
Dayım bizə yaxınlaşıb dedi: 
 
-Sakit olun! Onda təqsir yoxdur. Günahkar mənəm. 
 
Mən təəccüblə dayımdan soruşanda o dedi ki, bacioğlu bu mənim etikamın 
ucbatından  baş  verdi.  Hamı  gülüşdü,  sanki  heç  nə  olmamışdı.  Günahkar  sürücü 
minnətdarlıq edərək ayrıldı.  
 
Bir  payız  günü  mən  dayımla  İsmayıllı  rayonuna  getməli  oldum.  Biz  orada 
məhşur  bir  yerdə  “Aşıq-Bayram”  gölünün  kənarında  dostlarımızı  gözləməli  idik. 
Hava  çox  soyuq  idi  və  özümüz  də  bərk  acmışdıq.  Soyuq  bir  yandan,  aclıq  digər 
tərəfdən,  dostlarımızın  gecikməsi  də  bizi  hövsələdən  çıxarmışdı.  Mən  dayıma 
dedim ki, sən get maşında və ya yol kənarında olan yeməkxanada otur, mən yolun 
kənarında  gözləyim.  Bunların  heç  biri  ilə  razılaşmayan  dayı,  tez  bir  qərar  qəbul 
etdi.  Yeməkxananın  sahibindən  yolun  kənarında  bir  stol  qoyub  süfrə  açmağı 
tapşırdı.  Tapşırıq  tez  bir  anda  yerinə  yetirildi  və  stola  lazım  olan  hər  bir  nemət 
gətirildi. 
 
Yaxşı  qızardılmış  balıqları  və  bir  şüşə  zoğal  arağını  bir  andaca  yox  etdik. 
Heç  nə  olmamış  kimi  yenidən  gözləməyə  başladıq.  Dostlarımız    nəhayət  gəlib 
çıxdılar  və  biz  yolumuza  davam  etdik.  Dayım  bizim  bu  səfərimizi  həmişə 
xatırlayaraq deyirdi: bacıoğlu belə gün bir də ələ düşməz. 


 
78 
 
 
Zabit  müəllim  mənim  qəlbimdə  xeyirxah,  qağıkeş,  vətənpərvər  və  gələcək 
nəsillərə örnək olan, şərəfli ömür yaşamış bir insan, bir ailə başçısı kimi yaşayır. 
 
    
Məmmədov  Zabit  Teymur  oğlu  -  
Pedaqoji  Universitetin  tanınmıĢ  pedaqoq – 
metodist  müəllimi  kimi 
 
  Məmmədov  Zabit  Teymur  oğlu  ilə  mən  hələ  tələbəlik  illərindən  
ünsiyyətdə  olmuşam. Mən  tələbə  olarkən  o  V.İ.Lenin  adına  ADPİ – 
nin  (indiki  ADPU)  komsomol  komitəsinin  sədr  müavini  idi. Onun  
tələbəlik  illəri  mənim  tələbəlik  illərimdən  əvvəl  olmuşdur.  Sonralar  
Zabit  müəllimlə  tanışlığım davam etmiş, pedaqoji cəmiyyətdə öz  
mehriban münasibəti  ilə özünə  dərin  hörmət  qazanmışdır.  
  1999-cu  ildə  Universitetin tədris –metodika şöbəsinin müdiri  
işlədiyim  vaxtdan  Zabit  müəllim Pedaqoji  fakultənin dekan  müavini  
kimi  fəaliyyətdə olmuş və tez- tez  işlə  əlaqədar  görüşmüşük.  
  Zabit  müəllim  çox  səmimi, qayğıkeş və sözün əsil  mənasında yeyib 
– içən, dostlarla səmimi  ünsiyyətdə olan bir  əməkdaş  kimi bu gün də 
xatırlanır. Pedaqoji fakultədə qiyabi şöbəyə  rəhbərlik edən Zabit  
müəllim haqq- ədalətə söykənən, tələbə və əməkdaşlarla  səmimi rəftar  
edən bir gözəl  insan idi.  
    Pedaqoji  universitetə  rektor  təyin olunan AMEA – nın müxbir üzvü, 
Əməkdar Elm  Xadimi, Şöhrət  ordenli Yusif Məmmədovun rəhbərliyi 
dövründə Zabit  müəllimlə daha tez – tez rastlaşır və Elmi Şuralarda 
birlikdə olurduq.  
  Həyat  olduqca amansız və vəfasızdır. Qəfil  ölüm Zabit  müəllimi 
pedaqoji universitetdən ayırdı, dostlarından, qohumlarından və 
tələbələrindən də ... 


 
79 
 
  Bu  gün ona  allahdan  rəhmət diləyir, qəbirin  nurla  dolsun deyirik. 
Ruhun  şad  olsun. Amin!  
  Zabit  müəllimin  əziz xatirəsi  onu  tanıyanların  xatirində daim  
yaşayacaqdır.  
 
Kimya  fakultəsinin dekanı : dos. 
V.S.Həsənov
 
 
                                           
 
 XATİRƏSİ QƏLBİMİZDƏDİR 
Zabit  müəllim  son  illərdə  ağır  itkisini  yaşadığım  ən  əziz  insanlardan  biri 
idi.  Dostlarımız vaxtlı-vaxtsız dünyalarını dəyişdikcə özünəməxsus  təbiiliklə dolu 
bir təəssüflə deyirdi: - Ə, Kamil get-gedə yaman yetimləşirik!.. Bu dostlarımızdan 
bir  neçəsinin  adını  çəkmək  istərdim:  Qulu  müəllim,  İsmayıl  müəllim,  Arif 
müəllim, Zakir həkim, Cəfər, Nurəddin, Elxan, Vəli və başqaları. 
Zabit müəllim işində nə qədər məsuliyyətli və ciddi olsa da, təbiətən çox 
sadə,  səmimi,  əliaçıq,  qəlbən  kövrək  və  diqqətcil  insan  idi.  Yoldaşlıq  etdiyimiz 
otuz ilə yaxın bir müddət ərzində onunla bağlı xatirələrimi yazsam, qalın bir kitab 
edər.  Burada  yadıma  düşən  bir  hadisəni  qələmə  almaqla  kifayətlənirəm.  80-ci 
illərin əvvəli idi. Bir gün APİ-nin ikinci tədris korpusunun qarşısında durmuşdum 
Bu binada tədris işləri üzrə dispetçer vəzifəsində çalışırdım. İşin sonu olduğundan 
evəmi, başqa bir yerəmi getmək barədə düşünürdüm. Bu zaman gördüm ki, Zabit 
müəllim bir neçə kişi müəllimlə binadan çıxıb qarşıdakı səkidə dayanmış maşına 
yaxınlaşdı. Bir az kənarda dayandığımdan məni görməmişdi. Maşına əyləşdi və tez 
də düşüb əli ilə məni çağırdı. Yaxınlaşdım, soruşdu: 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə