Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   23   24   25   26   27   28   29   30   31

 
80 
 
-
 
Neyləmək istəyirsən? 
Sonra cavab gözləmədən əlavə etdi: - Subay-salıq oğlansan gəl otur maşına 
gedək. 
Onun  bu  ərkli  dəvətindən  keçə  bilmədim.  Özümü  arxada  əyləşmiş  üç 
müəllimin  arasına  zorla  dürtdüm.  Gəlib  çıxdıq  Zoopark  adlanan  ərazidəki  bir 
kababxanaya. Məclisdə bir az sıxıldığımı görən Zabit müəllim ara-sıra mənə ürək-
dirək verirdi ki, əməlli ye-iç, sən mənim fəxri qonağımsan!... Bir məqamda stoldan 
aralaşmalı  oldum.  Yenidən  stolumuza  yaxınlaşanda  qulağım  çaldı  ki, 
məclisdəkilərdən biri Zabit müəllimə üzünü tutub deyir:  
-
 
Ay Zabit, bunu boğazımıza calamaq haradan ağlına gəldi. 
Zabit cavab verdi ki, siz narahat olmayın o mənlikdir. 
Başa düşdüm ki, deyəsən yoldaşlar rus demiş “sabrazim” ediblər. Özümü o 
yerə  qoymayıb  yerimdə  əyləşdim.  Təsadüfən  cibimdə  kifayət  qədər  pul  vardı. 
Məclisin axırına yaxın yenə qalxıb xəlvətcə ofisiantı kənara çəkib hesabı bağladım 
və kimin verdiyini deməməsini xahiş etdim. Bir azdan hesabı almaq üçün  ofisiantı 
çağırdılar və o da dedi ki, hesabınız çatıb. Hamı bir-birinin üzünə baxdı ki, görəsən 
kim  verib?  Ətrafdakı  stollarda  əyləşmiş  adamlara  göz  gəzdirdilər  və  müxtəlif 
gümanlara  düşdülər.  Axırda    ofisiantı  yenə  çağırmalı  oldular.  Zabit  müəllim 
amiranə şəkildə ona müraciət etdi: 
-Ya hesabı kimin ödədiyini deyəcəksən, ya da qaytarıb özümüz verəcəyik. 
Ofisiant əlacsız üzümə baxıb barmağını mənə tuşladı: 
             - Əşi kim verəcək, budey bu cavan oğlan verdi. 
Zabit müəllimin qəhqəhəsi qulağımı batırdı: 
             -  Ə  Kamil,  sən  verdin?  Ə  belə  əcəb  elədin,  lap  yaxşı  elədin!  Ə  durun 
getdik  


 
81 
 
             -  Durub  dağılışdıq.  Məni  Zabit  müəllim  aralaşmağa  qoymadı.  Əvvəl 
dediklərini bir az əlavə ilə yenə təkrar əlavə etdi. Əlini cibinə salıb iki əlli manatlıq 
çıxarıb  köynəyimin döş cibinə soxmaq  istəyəndə əlini tutdum: 
- Sən allah məni sındırma, yenə pulum var... 
Çıxarıb qalan pullarımı da göstərəndən sonra əmin oldu və şərt kəsdi: 
-
 
Onda söz ver ki, bir də mən olan yerdə əlini cibinə salmayacaqsan. 
-
 
Söz verdim və o gündən Zabit müəllimin yanında əlimi cibimə salmağa 
cəsarət etmədim.   
Zabit  müəllim  Hatəm  səxavətli  bir  insan  idi.  Dünyasını  dəyişsə  də,  onu 
sevən insanların, dostların ürəyində yeri heç zaman dəyişməyəcək. 
Allah dünyasını dəyişən bütün dostlara rəhmət eləsin.  
                                                                               dos.Kamil BəĢirov 
 
                                           Dostum Zabit Məmmədova həsr olunur. 
 
                                       ZABĠTĠN 
Səksən ildə çox insanlar görmüşəm
Onları özümə həmdəm bilmişəm, 
Ülfət bağlayaraq ömür sürmüşəm, 
Başqadır ülfəti qağa Zabitin. 
 
Orta boylu,nəcib bədən bu insan, 
Məlhəm olur imkansıza o,hər an, 
Tanış oldun istəmirsən qaçasan, 
Mehri dönür bala-yağa  Zabitin. 


 
82 
 
 
Hatəmlikdə deyin, ona tay hanı? 
Comərtlikdə valeh edir insanı, 
Dost-tanışı bürüyübdür dünyanı, 
Bənzəri var barlı-bağa Zabitin. 
 
Bu aqil Həmzənin dostu-sirdaşı, 
Ehtiram göstərir hər addım başı, 
Sevməmək olarmı belə qardaşı, 
Qoy dönsün ürəyi dağa Zabitin 
                                                             Dos.Həmzə Əliyev 
                                                    Pedaqogika kafedrasının sabiq müdiri 
 
13 aprel 2004-cü il 
 
             
 
 
 
 
 
 
 
 
                                                                          
 
Nizami Suleymanov 
                                                          Azərbaycan  Dövlət İqtisad Universitet 
                                                        “Azərbaycan  tarixi” kafedrasının dosenti 
                                Unutsaq unudularıq 
İnsanın  dünyaya  gəlişi  və  dünyadan  gedişi  onun  özündən  asılı  olmayan 
qanunauyğunluqdur. İnsan doğulduğu gündən  
Dünyadan  köç  etdiyi  ana  qədər  ömür  adlanan  vaxtı  necə  yaşaması  onun 
ailəsindən,  boya-  başa  çatdığı  mühitdən,  aldığı  təlim-  tərbiyədən,  başlıcası  isə 
özünü dərk etməsindən asılıdır. Bu mənada insanın ömrü sevinc , kədər, çətinlik və 


 
83 
 
uğurlarla zəngin olan bir kitaba bənzəyir. Bu kitabı hər kəs özü yazır və yaşadığı 
illərin sevincini, kədərini, nailiyyətlərini həmin kitabın səhifələrinə hopdurur. 
1943-cü  ildə  Azərbaycanın  dilbər  guşələrindən  olan,  qədim  mədəniyyət 
mərkəzi İsmayıllıda dünyaya göz açan Zabit müəllimin həyatı məhz belə təzadlarla 
dolu olan bir kitabdır. 
Bu kitabın nəinki bütün səhifələri, hətta bəzi sətirləri ilə tanış olduqda onun 
səbrinə,  dözümünə,  işgüzarlığına,  ülviliyinə  hörmət  etməmək  olmur.  Onun 
ailəsində böyüyə hörmət, ata- anaya məhəbbət, qayğı, düzlük, doğruçuluq, ailənin 
şərəf  və  ləyaqətini  həssəslıqla  qorumaq  kimi  Azərbaycançılığa  xas  olan  qaydalar 
hökm sürürdü. Zabit də belə bir ailədə böyüyür, illər bir- birini əvəz edirdi. 
 
Zabit  Məmmədov  hələ  gənc  yaşlarından  həyatını  ali  məktəblə  bağlayıb, 
filoloq  alim  kimi  dərs  deməklə  yanaşı  respublikada  keçirilən  konfranslarda, 
simpoziumlarda elmi çıxışları ilə diqqəti cəlb edirdi. O, gənc nəslə vətənpərvərlik, 
humanistlik,  obyektivlik,  mənəvi  təmizlik  ruhu  aşılayırdı.  İşlədiyi  ADPU-nun 
ictimai-  siyasi  həyatında  həmişə  fəal  iştirak  edir,  dərs  dediyi  tələbələrə  böyük 
diqqət və qayğı ilə yanaşırdı. 
 
Zabit müəllim respublikamızın tanınmış ziyalılarından idi. Nəcib, xeyirxah, 
saf  qəlbli  insan  kimi  dostların  qohumların,  işlədiyi  kollektivin,  onu  tanıyanların 
hörmətini qazanmışdı. Zabit müəllim səmimi dost, əsl vətəndaş, yüksək erudisiyalı 
insan,  istedadlı  alim,  gözəl  müəllim,  nümunəvi  ailə  başçısı,  insanlarla  ünsiyyət 
qurmağa  qabil  şəxsiyyət  kimi  onu  tanıyanların  qəlbində  özünə  abidə  ucaltmağı 
bacara bilmişdi. 
 
Şəxsən mən Zabit müəllimi ilk günlərdən yüksək insani keyfiyyətləri özündə 
birləşdirən bir ziyalı kimi tanımışam. Yəqin ki, onun haqqında yazanların hamısı 
bu fikirdə olacaqlar, onu ləyaqətli bir alim kimi xarakterizə edəcəklər. 
 
Zabit  müəllimi  insanlara  sevdirən  xüsusiyyətlərindən  biri  də  milli  adət- 
ənənələrimizə,  soy-  kökümüzə  bağlılıq,  ağsaqqala,  ağbirçəyə  hörmət,  uşaqlara 
məhəbbət  idi.  Mən  onunla  tez-  tez  əlaqə  saxlayırdım.  Hər  dəfə  mənə  yaxın 
insanları  bir  -  bir  soruşar,  onların  vəziyyəti  ilə  maraqlanardı.  Onun  daxilində 
insanlara sevgi və məhəbbət var idi. 
 
ƏSL İNSAN! Bu ifadənin həqiqi tutumunu, sanbalını yalnız yüksək zəka və 
idrak sahibləri, şərəf və ləyaqəti uca olanlar, mənəvi nemətləri maddi nemətlərdən 
üstün tutanlar daha yaxşı dərk edə bilərlər. Zabit müəllimin bir xoşbəxtliyi də onda 
idi  ki,  o,  bu  keyfiyyətlərə  sahib  olan  ziyalılarla  əhatə  olunmuşdu.  Bu  məntiqə 
əsaslanaraq  cəsarətlə  demək  mümkündür  ki,  haqqın  dərgahına  qovuşan  Zabit 
müəllim  insanlıq  yükünü  cismani  ömrünün  axırına  qədər  ləyaqətlə  daşıyan 
insanlardandır. 
 
Bu da həqiqətdir ki, eyni vaxtda gözəl mütəxəssis və gözəl insan olmaq heç 
də  hamıya  qismət  olmur.  Onun  şəxsi  keyfiyyətlərini  xatırlamaqla  əsl  insan 
xarakterinin bütün cizgilərini özündə cəmləşdirdiyini görmək mümkündür. 
 
Kimliyindən asılı olmayaraq Zabit müəllimi tanıyanlar onun haqqında eyni 
sözü  deyir:  Zabit  müəllim  yaxşı  insan  idi!  Düyada  ən  çətin  iş  yaxşılıq  etməkdir. 
İnsan həyatı boyu bir – birinin əksi olan iki məfhumla  - xeyirxahlıq və bədxahlıqla 
üzləşir.  Mütəfəkkirlərimizdən  birinin  təbirincə  desək,  dünyada  insan  üçün  ən 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə