Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   23   24   25   26   27   28   29   30   31

 
74 
 
Zabit müəllimin 1973-cü ildən son günə  kimi ailə tərzi mənə hamıdan çox 
məlumdur. Mən həmişə ailəvi bir yerdə olanda ona uca tanrının verdiyi ömrün son 
illərini daha xoşbəxt yaşamasının səbəbkarını Qeysər xanımda olduğunu demişəm.  
Qeysər xanım! Zabit müəllimə yaxın olan bütün dostları  və şəxsən özümün və ailə 
üzvlərimin adından Sizə baş sağlığı verir və səbr diləyirəm . 
 
 
                                                              Misir Səfərov, ADPU-nun 
Azərbaycan dili və onun tədrisi metodikası  
kafedrasının dosenti.  
O hamının dostu idi... 
Çoxdandır,  bu  cümlə  yazılmış  vərəq  yazı  stolumun  üstündədir.  Dünyasını 
dəyişmiş dostum haqqında xatirə yazmalıyam. Etiraf edim ki, bu məzmunda xatirə, 
yaxud nə isə yazmaq mənim üçün çox çətindir. Daha doğrusu, dünən mənimlə bir 
yerdə olan, bir yerdə işləyən, deyən, gülən bir insanın bu gün yoxluğunu təsəvvür 
edə bilmirəm. Hətta elə olur ki, həmin insan haqqında söz deməyə, xatirə yazmağa 
çətinlik çəkirəm, qorxuram. Qorxuram ki, deyəcəyim söz, yazacağım cümlə onun 
ruhuna  toxunar,  onu  incidər.  Görünür,  burda  nə  isə  ilahi  bir  hikmət  var.  Yoxsa 
yazmağa, danışmağa, söz deməyə nə var ki!... 
Mən  Zabit  müəllimi  çoxdan  tanıyırdım.  Bir  yerdə  işlədiyimiz  Azərbaycan 
Dövlət  Pedaqoji  Universitetində  demək  olar  ki,  hər  gün  görüşürdük.  Mən  onu 
deyən, gülən, səmimi bir insan kimi tanıyırdım... Bir gün görüşəndə kefsiz dəydi 
gözümə. Səbəbini soruşdum. Dedi ki, ağrıyır, özünü yaxşı hiss etmir... 
Bir gün də eşitdim ki, Türkiyə Respublikasına müalicəyə gedib. Axşam zəng 
etdim.  Telefonu  həyat  yoldaşı  Qeysər  xanım  götürdü.  Salamlaşdıq,  hal-əhval 
tutdum,  Zabit  müəllimi  soruşdum.  Dedi  ki,  müalicə  qaydasında  gedir,  hər  şey 
yaxşıdır, bu günlərdə gəlirik Bakıya!.. 
Gəldi də, ancaq necə?!... 
Allah  Zabit  müəllimə  qəni-qəni  rəhmət  eləsin,  yeri  behiştlik  olsun, 
möhtərəm Qeysər xanıma, yaxınlarına səbr və təmkin versin! Amin!  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
75 
 
 
 
 
 
 
 
 
Adil Balıyev 
Azərbaycan dili və onun tədrisi metodikası 
kafedrasının baş müəllimi 
“QƏġƏNG OĞLAN” VƏ YA ZABĠT  
HAQQINDA ƏSGƏR SÖZÜ... 
“Qəşəng  oğlan,  məni  bağa  apararsanmı?”,  “Qəşəng  oğlan,  İsmayıllı 
meşələrinə  qalxaqmı?”  –  bu  sözlər  bütün    deyiliş  tərzi,  ahəngi  ilə  indi  də  qulaq-
larımda səslənir. 
Rəhmətlik  atam    Həsən  Balıyevin  Zabit  müəllimə  ilıq,  səmimi,  ərkyana 
münasibəti bu sayaq  ifadələrlə dolu  idi.  Həsən  müəllimin  “qəºəng oğlan”ı  olmaq 
da  eləcə  asan  başa  gələn  şey  deyildi.  Bunun  üçün  onun  öz  yanaşma  tərzi,  öz 
kriteriyaları var idi. Səmimi, ədalətli, işə məsuliyyətli olmadan, bir çox sınaqlardan 
keçib doğmalaşmadan Həsən müəllimin “qəşəng oğlan”ına çevrilmək mümkünsüz 
idi. 
Tale elə gətirmişdi ki, mən Zabit müəllimi kafedrada işləməzdən qabaq  – 
tələbəlik  illərindən  tanıyırdım.  Atalı  süfrəmizin  arxasında  əyləşib    bir  tikə  “kişi 
çörəyi”  kəsən  və  yeniyetməlik  yaddaşımda  ilişib  qalan  5-6  kişidən  biri  idi  Zabit 
müəllim.  Onun  hər  dəfə  atama  oxumağım,  rəftarımla  bağlı  xoş  sözlər  deməsi, 
nüfuzumu  onun  yanında  daha  da  ucaltmağa    çalışması  həmişə  məndə  duyğusal, 
qürurverici hisslər oyadardı. 
Onun    səmimiliyinin,  mehribançılığının,  xeyirxahlığının  haradan 
qidalandığı  sonralar  mənə  məlum  olmağa  başladı.  Atası  rus-alman  müharibəsinə 
yollananda o, anasının bətnində dünyaya  boylanmaq növbəsini gözləyirmiş. Yeni 
dünyaya  gələn  körpəyə  Zabit  adının  verilməsi,  bəlkə  də,  müharibənin  zəfərlə 
bitəcəyindən,  döyüşlərə  yollanmış  atanın    öz  komasına  qayıdacağı  ümidindən 
qaynaqlanırdı.  Müharibə zəfərlə bitsə də, ikinci möcüzə baş vermədi.  
Zabitin  zabit  kimi  böyüməsi,  təhsil  alması,  zabitəliliyi,  qürurlu  yaşaması 
ana  tərbiyəsinin,  ana  məsuliyyətinin  nəticəsi  oldu.  Xarakterindəki  zabitəliliyə 
qatılan  şirinlik, gülərüzlülük, xeyirxahlıq da ana tərbiyəsinin axarından gəlmişdi. 
Zabit  müəllimin  təbiətinə,  xarakterinə  hopan  bu  keyfiyyət    ömrünün  sonunadək 
onunla  oldu.  Əslində  Zabit  müəllimin  qonaqpərvərliyi,  səxavətliliyi  də  birbaşa 
doğulduğu  İsmayıllı  torpağının  gözəlliyindən,  saflığından    və  ana  tərbiyəsindən 
qaynaqlanırdı. 
Tələbəlik  illərindən  başlayan  ictimai  fəallıq,  hadisələrə  müdrikcəsinə 
yanaşma,  insanlara  uyuşma  həssaslığı,  elmə  məsuliyyətli  münasibət  son 
günlərinədək onu tərk etmədi. Onun hadisələrə qəribə baxışı, həssas və yumoristik 
münasibəti  var  idi.  Yadımdadır,  o,  Göradildəki  bağımıza  qonaq  gələr,  yay 


 
76 
 
mövsümündə  bağda  dincələn  Həsən  müəllimi  ziyarət  edərdi.  Mənim  də  yaxşı 
yeyib-içən  vaxtlarım  olsa  da,  atamın  yanında  bir  az  “normaları”  gözləyərdim. 
Süfrə  arxasında    onlarla  az  içir,  demək  olar  ki,  badəni  qaldırıb  yerə  qoyurdum. 
Ancaq tez-tez bəzi şeyləri gətirmək üçün aşağıya – mətbəxə düşürdüm. Adəti üzrə 
onu  yola  salmağa    çıxanda  göz  vurub  sakitcə  qulağıma  pıçıldadı:  “Qardaşoğlu, 
demə  ha,    bilmədik  hər  aşağı  düşəndə  kişidən  xəlvət  “üstünü  düzəldirdin”.  Əlini 
sıxaraq “günahımı” boynuma aldım, onun bu həssaslığı məni heyran etdi. 
Tale  elə  gətirdi ki,  Zabit  müəllimin  hər iki övladının toy  mərasiminin də 
aparıcısı mən oldum. Sözü də bu oldu ki, “Səni bağ məclislərindən  tanıyıram, qoy 
bu  məclisdə  də  əməkdaşlarımız,  dostlarımız  danısın.  O  sanki  qonaqları  şadlıq 
evində deyil, İsmayıllıda, dədə-baba  ocağında qarşılayırdı. İsti rəftarı, səmimiliyi 
ilə İsmayıllı camaatının bütün özəlliklərini məclisə daşıyırdı. 
 Zabit müəllim bir alim, dekan müavini kimi də tam yerində idi. Hafizəsi, 
oratorluğu,  təşkilati  işgüzarlığı,  tələbələrə  doğma  münasibəti  onun  mükəm-
məlliyindən xəbər verirdi. Nitq mədəniyyətinə dair tədqiqatı ilə onun nitqi arasında 
bir təbii və elmi müvazilik var idi. 
Onu  son  mənzilə  yola  salmazdan  əvvəlki  görüşümüz  də  kafedrada  oldu. 
Kafedra  müdiri  vəzifəsinə  namizədlərin  görüşü  idi.  O  da  bu  vəzifəyə  layiqli 
namizədlərdən biri idi. Müzakirələrdən sonra universitet rəhbərliyinin rəyi nəzərə 
alınmaqla  seçki  yeni  dərs  ilinə  -  payıza  qaldı.  Qismət  elə  gətirdi  ki,  bizim 
seçimimizdən azacıq sonra tanrı öz seçimini etdi və Türkiyədə müalicə alan Zabit 
müəllimin sonsuzluğa qovuşması xəbərini aldıq. 
Tanrı  ruhunu  şad  etsin,  Zabit  müəllim!  Mənim  xatirə  adlanan  bu  kiçik 
cızma-qaramı  da    sıravi  əsgərin  öz  Zabitinə  raportu  kimi  qəbul  et  və  inan  ki,  nə 
qədər ki, əsgərlər var Zabitlər unudulmayacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə