GüLŞƏn surxay qizi abduləLİyeva



Yüklə 250,59 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix11.06.2018
ölçüsü250,59 Kb.
#47967
  1   2   3   4   5   6   7   8


 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



BOTANİKA İNSTİTUTU 

 

Əlyazması hüququnda 

 

 

 



GÜLŞƏN SURXAY QIZI ABDULƏLİYEVA 

 

 

 

PAMBIĞIN NÖVDAXİLİ VƏ NÖVLƏRARASI HİBRİDLƏRİNDƏ 

GENETİK DƏYİŞKƏNLİKLƏRİN LİFİN KEYFİYYƏT 

ƏLAMƏTLƏRİNƏ GÖRƏ ÖYRƏNİLMƏSİ 

 

 



 

2409.01 – Genetika 

 

Biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi 



almaq üçün təqdim olunmuş dissertasiyanın 

 

 

 

A V T O R E F E R A T I 

 

 



 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2013 

 



 

 



Dissertasiya  işi  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Genetik  Ehtiyatlar 

İnstitutunun  Texniki,  yem  və  dərman  bitkiləri  laboratoriyasında  yerinə 

yetirilmişdir. 

 

Elmi rəhbər:   



 

Biologiya elmləri namizədi 



L.Ə. HÜSEYNOVA 

 

Rəsmi opponentlər:        

Kənd təsərrüfatı elmləri doktoru, professor 



                                          

R.Ə. QULİYEV 

 

                                          

Biologiya elmləri namizədi 



                          Ə.Ç. MƏMMƏDOV                

 

 

Aparıcı təşkilat:  

Aqrar Elm Mərkəzi Azərbaycan Elmi-Tədqiqat  

Pambıqçılıq İnstitutu 

Genetika və genofond laboratoriyası 

 

 

 



 

 

Dissertasiyanın  müdafiəsi  «  11    »  «    oktyabr    »  2013-cü  il  saat              

“11

00 


”-da AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən D.01.061 

Dissertasiya Şurasının yığıncağında aşağıdakı ünvanda keçiriləcəkdir. 

 

Ünvan: Bakı şəhəri, AZ1073, Badamdar yolu, 40 



 

Dissertasiya  ilə  AMEA-nın  Botanika  İnstitutunun  kitabxanasında  tanış 

olmaq olar. 

 

Dissertasiyanın  avtoreferatı  «  10  »  «  sentyabr  »  2013-cü  il  tarixində 



göndərilmişdir. 

 

 

 

 

 

Dissertasiya Şurasının elmi katibi, 

Biologiya elmləri doktoru, professor    

        S.C. İBADULLAYEVA  

 


 

 



İŞIN ÜMUMI XARAKTERISTIKASI 

 

Mövzunun  aktuallığı.  Son  zamanlar  yeni  transgen  pambıq  sortlarının 

yaradılmasına  imkan  verən  biotexnoloji  metodların  təkmilləşdirilməsi  üzrə 

elmi  tədqiqat  işləri  aparılır  (Peterson,  2003;  Saha  et  al.,  2006; 

Abdurakhmonov  et  al.,  2009).  Lakin  buna  baxmayaraq,  istehsal  olunan  lifin 

keyfiyyət  problemini  həll  edə  biləcək  konkret  göstəriş  və  tövsiyələr  yoxdur. 

Buna  görə  molekulyar  metodların  istifadəsi  ilə  yanaşı  müxtəlif  pambıq 

növlərinin  hibridləşməsinə  əsaslanan  çoxsaylı  genetik  tədqiqat  işləri  aparılır 

ki,  son  illərin  dünya  nəşriyyatı  bunu  bir  daha  sübut  edir  (Автономов  и  др., 

2009;  Berger,  2009;  Ashokkumar,  2010).  Pambıq  lifi  çox  zaman  öz 

keyfiyyətinə  görə  beynəlxalq  standartlara  uyğun  gəlmir.  Yüksək  keyfiyyətli 

lifə  olan  müasir  tələbatın  təmin  edilməsi  qiymətli  xüsusiyyətlərə  malik  yeni 

başlanğıc  materialın  ətraflı  öyrənilməsi  və  aşkar  edilməsi  əsasında 

mümkündür.  Ona  görə  istənilən  metodların  istifadəsi  ilə  pambıq  sortlarında 

lifin keyfiyyətinin yaxşılaşdırılması bu gün də aparılan elmi tədqiqat işlərinin 

əsas istiqamətlərindəndir.  

Tədqiqatın məqsədi və vəzifələri. Dissertasiya işinin məqsədi pambığın 

növdaxili və növlərarası hibrid nəsillərində lifin keyfiyyət xüsusiyyətlərinə və 

mühüm  təsərrüfat  əlamətlərinə  görə  genetik  dəyişkənliklərin  statistik 

hesablama 

metodlarının  tətbiqi  ilə 

öyrənilməsi,  bitkilərin 

genetik 

müxtəlifliyinin  genişləndirilməsi  və  bunun  əsasında  lifin  keyfiyyət 

xüsusiyyətlərinin  yüksək  potensialına  malik  yeni  perspektiv  materialın  aşkar 

edilməsi idi. Bunun üçün aşağıdakı vəzifələr yerinə yetirilməli idi: 

  Hibridləşdirmə üçün pambıq kolleksiyasından mənşəyinə və öyrənilən 

əlamətlərinə görə bir-birindən fərqlənən seleksiya sortlarını seçmək;  

  Valideyn  sortlarında  lifin  keyfiyyət  və  təsərrüfat  əlamətlərinin 

yaxşılaşdırılması üçün seçilmiş materialın natamam diallel sxem üzrə 

növdaxili (G.hirsutum L.) hibridləşməsini aparmaq; 

  Lifin  keyfiyyət  əlamətlərini  idarə  edən  qiymətli  genlərini  hibrid 

nəsillərinə  ötürmək  imkanlarını  müəyyən  etmək  üçün  G.barbadense 

L. növünə aid sortların iştirakı ilə növlərarası hibridləşməni aparmaq; 

  Əlamətlərin  beynəlxalq  təsnifatına  uyğun  olaraq  lifin  keyfiyyət 

əlamətlərini təyin etmək; 

  Öyrənilən  əlamətlərə  görə  F

hibridlərində  dominantlığın  dərəcə  və 



istiqamətini,  F

2

  və  F



3

  hibridlərində  bir  sıra  qoşa  əlamətlər  arasında 

korrelyativ asılılığı, yollar əmsallarını (Path coefficients) və digər genetik 

kriteriləri təyin etmək üçün biometrik-genetik analiz aparmaq; 




Yüklə 250,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə