Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 
58 
 
olmuşuq,  kədərli,  qəmli  məqamları  da  birgə  yaşamışıq.  Ikimiz  eyni  vaxtda  baş 
müəllim seçilmişdik. Zabit müəllim öz yaxın çevrəsilə birgə böyük və heç zaman 
unudulmayan bir ziyafət təşkil etdi. Çox səxavətli, dostcanlı, yaxşılığı əyarlandıran 
bütöv  və  kamil  şəxsiyyət  idi.  Tədris  etdiyi  fənni  bütün  incəliklərinə  qədər 
mənimsəyən,  geniş  biliyə  malik  alim  idi.  Tələbəlikdə  aldığı  mükəmməl  savad 
sonrakı  çağlarda  xeyli  yüksəldi  və  onun    sayılan-seçilən  bir  alim  kimi  təqdir 
olunmasına zəmin yaratdı. Bununla belə, müşahidələrim belə bir inam təlqin etdi 
ki, Zabit nədənsə elmi dərəcə almağa, fundamental monoqrafiyalar sərgiləməyə bir 
o qədər də maraq göstərmir. Halbuki, ondakı bilik elmlər doktoru alimlik dərəcəsi 
almağa tam yetərli idi. Onun elmlər namizədi alimlik dərəcəsi ilə, dosent elmi adı 
ilə kifayətlənməsi mənə bu gün də təəcüblü gəlir. Hansı statusda olmasından asılı 
olmayaraq  Zabit  Teymur  oğlu  mükəmməl  şəxsiyyət,  sayılan-seçilən  müəllim,  əsl 
dilçi-alim,  gözəl  ailə  başçısı,  bacarıqlı  təşkilatçı  idi.  İnsani  arzularla  yaşayan, 
güvəndiyim  əziz  dostumun,  həmfikrimin  fani  dünyadan  belə  erkən  köçməsi 
göynərtisiz  ötüşmür.  Ailəliklə  birgə  iştirak  etdiyimiz  məclislər,  unudulmaz 
xatirələr  yaddan  çıxmır,  dincliyimi,  qərarımı  əlimdən  alır.  Amma  nə  edəsən  ki, 
ömür  fani.  Lakin  təsəllimiz  yaxşıların  haqq  dərgahında  qərar  tutmasıdır.  Əziz 
qardaşım,  sən  də  əməl  və  qayənlə  yaxşılardan  oldun,  ilkinliyə  alnı  açıq,  üzü  ağ 
qovuşdun. Nə yaxşı ki, sən var idin, çox şükür ki, sən varsan.  
Rəbbimizin  buyurduğu  yolla  irəlilədin.  Şərəfli  bir  ömür  yaşadın,  qəmin  də 
oldu, sevincin də. Həyat eşqi yüksək olan qardaşım, sən axı çox etibarlı dost idin, 
bilməm niyə belə tələsdin. Onsuz da sağlığında könüllərdə qərar tutmuşdun. Könül 
evin mübarək, qardaşım! Zamanın gərdişindən, küləyin səmtindən, ab-havanın rən-
gindən  və  ahəngindən  asılı olmayaraq  özümlüyünü daim  qoruyub  saxlayan  Zabit 
Teymur oğlu, sən həmişə bizimləsən.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
59 
 
 
 
 
 
 
 
 
 
 
 
Professor Fərrux Rüstəmov 
Xatirələrə çevrilən ömür        
Allah-taala hər  kəsə bir ömür  bəxş  edir: kiminə  uzun, kiminə  qısa.  Həyatın 
mənası  onun  uzun  və  qısa  olmasında  deyil,  necə  yaşanmasındadır.  Verilən  ömrü 
ləyaqət  və  şərəflə  yaşayan  insanlardan  biri  də  Azərbaycan  Dövlət  Pedaqoji 
Universtitetinin  Azərbaycan  dili  və  onun  tədrisi  metodikası  kafedrasının  dosenti, 
pedaqogika  üzrə  fəlsəfə  doktoru  Zabit  Teymur  oğlu  Məmmədovdur.  Doğum 
gününü təntənə ilə qeyd etməyə ömrü vəfa etməyən Zabit müəllim 70 illik mənalı 
və şərəfli ömür yaşadı.Həyat tez-tez ona gözlənilməyən surprizlər bəxş etsə də, o, 
sınmadı,  əyilmədi,  vüqarla  həyatın  bütün  acı-ağrısına  sinə  gərdi.  Dərdə,  qəmə, 
niskilə  xəfifcə  gülümsəyərək  həyatdan  zövq  almağa  çalışdı.  Səmimiyyəti,  əxlaqı, 
mənəvi  saflığı  və  təmizliyi,  həyatsevərliyi,  insanlara  xoş  münasibəti  ilə  onu 
tanıyanların  sevimlisinə  çevrildi.  Müdriklərdən  biri  deyir  ki,  biz  insan  deyəndə 
onun əxlaqını  nəzərdə tuturuq. Əxlaqdan kənar insan yoxdur. Zabit müəllim yaxşı 
ata, yaxşı qohum, yaxşı işçi, tanınmış dilçi alim olmaqdan  əvvəl yüksək, əxlaq və 
fəzilət  sahibi  idi.  Onun  bütün  hərəkətləri  əxlaqi  prinsiplərə  söykənirdi.  Zabit 
müəllimlə  tanışlığımın  müddəti  çox  da  uzun  deyil.  Birgə  işlədiyimiz  müddətdə 
mən onda yüksək insani keyfiyyətlərin, müəllimlərə, tələbələrə sonsuz hörmət və 
ehtiramın şahidi olmuşam. O, boyüklə böyük, kiçiklə kiçik idi. Heç kəsi özündən 
narazı  salmazdı.  Zarafat  etməyi,  maraqlı  xatirələr  danışmağı  sevərdi.  Olduqca 
diqqətcil  və  həssas  idi.  Münasibəti  olduğu  insanların  xeyir  işindən  qalmazdı. 
Xeyir-dua  verməyi  də  bacarırdı,  dostun-tanışın  kədərinə  şərik  olmağı  da.  Son 
illərdə  səhhətində  müəyyən  problemlər  yaransa  da,  bildirməməyə  çalışırdı. 
Axırıncı  dəfə  Türkiyəyə  müalicəyə  gedərkən  elə  bil  ki,  bir  daha  dönməyəcəyini 
bilirdi.  Dediyi  ifadələr,  etdiyi  hərəkətlər  ayrılıq  anlarını  xatırladırdı.  Son  anda 
dekanlığın  əməkdaşlarını  yığaraq,  bəlkə  qayıtmadım,  yadigar  bir  şəkil  çəkdirək 
dedi.  Bu  onun  son  şəkli  oldu.  Oktyabrın  13-də  o,  70  illik  ömür  yolunun  sonuna 
çatdı, haqq dünyasına qovuşdu. Ondan bizə hələ uzun illər ürəyimizi göynədəcək 
xatirələr qaldı.  İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər 
ki  onları  xatırlayan,  onların  səslərini,  sifətlərini  yaddaşında  saxlayan  adamlar 
durur, bu ölənlər də hələ yaşayırlar-fikirlərdə,  xəyallarda, təsəvvürlərdə yaşayırlar. 
        Xatirə  danışmağı  çox  sevən  Zabit  müəllim  özü  də  xatirəyə  çevrildi.  Həmişə 
anılan, daim xatırlanan xatirəyə... 


 
60 
 
   Zabit  Teymur  oğlu  Məmmədov  1941-ci  ildə  İsmayıllı  rayonu  Diyallı 
kəndində  dünyaya  gəlib.  1943-cü  ildə  də  atası  Teymuru  müharibəyə  aparıblar. 
Müharibə də ki, tarix boyu insanlara aclıq, fəlakət, ölüm gətirib, yurdsuz-yuvasız, 
evsiz-eşiksiz  qoyub,  od-ocaqlarını  tar-mar  edib.  Müharibənin  bir  rəzaləti  var. 
Bütöv bir nəslin ömrünü yeyir. Taleyin və Tanrının qismətiylə ölüm-dirim savaşına 
qatılan Teymur kişinin də alnına belə acınacaqlı tale yazılıbmış. O, da bir çoxları 
kimi  müharibəyə  getdi  və  bir  daha  geri  qayıtmadı.  Vaxtsız  ailə  başçısını  itirən 
Əminə xanım övladlarını təkbaşına böyütməli oldu. Başsız qalmış ana müharibənin 
acı məhrumiyyətlərinə tab gətirərək çox çətinliklərlə ailənin dolanışığını təmin edə 
bilirdi. 
Amma  balaca  olmasına  baxmayaraq  Zabit  anasının  ailələrinin  yaşaması,  sağ 
qalması üçün nələr etdiklərini duyur, başa düşür və dərk edirdi. Artıq 1960-cı ildə 
orta  məktəbi  bitirən  bu  gənc  oğlan  həyat  mövqeyini  seçmişdi.  Odur  ki,  o,  1960-
1962-ci  illərdə  texnikumda  oxuya-oxuya  kolxozda  mühasib  köməkçisi  işləyib, 
ailəsinin dolanışığına kömək etməyə başladı. 
Ali təhsil almaq arzusu isə onu rahat buraxmırdı. Arzularının qanadında Bakıya 
gəldi. 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (APİ) tarix-filalogiya 
fakültəsinə daxil oldu. Qayğılı, acılı-şirinli tələbəlik illəri, günlərlə kitabxanalarda 
keçən gərgin saatlar, kitablarla fasiləsiz ünsiyyət gözəl bəhrəsini verdi. O, 1967-ci 
ildə institutu fərqlənmə diplomu ilə bitirdi. Zabit Məmmədov hələ tələbə olarkən 
institutun  ictimai  işlərində  fəallıq  göstərirdi.  Tələbəlik  illərində  onun  həyatında 
dosent  Adilə  Namazovanın  böyük  rolu  oldu.  Onun  təqaüdlə  təmin  olunmasında, 
yataqxanaya  yerləşdirilməsində  rəhmətlik  Adilə  müəllimənin  böyük  köməyi 
olmuşdur. 
Fakültə və komsomol komitəsinin katibi, fakültəsi həmkarlar təşkilatının sədri 
işlədiyi illərdə gənclərin ən yaxın sirdaşına çevrildi. Ona göstərilən bu ehtimadı öz 
səliqəli işi, yüksək məsuliyyət və işgüzarlığı ilə doğrultdu. 
1968-ci  ildən  APİ-nin  (indiki  ADPU)  Azərbaycan  dili    və  onun  tədrisi 
kafedrasında  müəllim,  1975-ci  ildən baş  müəllim,  dosent vəzifəsində  çalışmışdır. 
Bakı partiya  komitəsinin  nəzdindəki  Marksizm-Leninizm  Universitetini  fəqlənmə 
diplomu  ilə  bitirmişdir.  1983-cü  ildə  “S.S.Axundovun  hekayələrinin  leksika  və 
frazelogiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.  
Zabit  müəllim  uzun  illər  ADPU-nun  qəbul  komissiyasında  məsul  katib, 
pedaqoji  fakültənin  dekan  müavini  vəzifələrində  işləmiş,  Universitet  Elmi 
Şurasının üzvü olmuşdur. 
Universitetdə  işlədiyi  müddətdə  Leninin  anadan  olmasının  100  illiyinə  həsr 
olunmuş yubiley medalı, ÜİLKÇİ  MK-nın fəxri fərmanı, Azərbaycan LKGİMK-
nın  yubiley  medalı,  Azərbaycan  Təhsil  Nazirliyinin    fəxri  fərmanları  ilə  təltif 
olunmuşdur. 
2010-cu  ildə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin    “Qabaqcıl  Təhsil 
işçisi” döş nişanı ilə təltif olunmuşdur. 
Filologiya üzrə fəlsəfə doktoru , dosent Zabit müəllim daim öz üzərində çalışan 
bir  ziyalı  idi.  Özünə  və  tələbələrinə  qarşı  səmimi,  mehriban  olduğu  kimi  çox  da 
tələbkar idi. Hələ tələbə ikən dəfələrlə elmi cəmiyyətlər üçün tezisləri çıxıb, elmi 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə