Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   23   24   25   26   27   28   29   30   31

 
71 
 
Mən  Zabit  müəllimi  hələ  tələbə  olduğum  vaxtdan  -  1969-cu  ildən 
tanıyırdım. O, ən nüfuzlu ictimai vəzifələrdə çalışırdı. Mən də fakültədə ictimai 
işlərdə fəal çalışdığıma görə həmişə onunla yaxından söhbətimiz olurdu. Onun 
bir  müsbət  cəhəti  də  onda  idi  ki,  xoşuna  gəldiyi,  xasiyyətcə  ona  yaxın  olan 
adamlarla  daha  yaxından  münasibətdə  olmağa  çalışardı,  həmin  adamların 
gördüyü  hər  bir  işi  qiymətləndirməyi  bacarırdı.  O  vaxtlar  hələ  mən  birinci 
kursda  oxuyarkən  bədii  rəhbəri  olduğum  tələbə  teatrının  tamaşalarını  həmişə 
ürəkdolusu tərifləyərdi. Deyərdi ki, sənin bu kollektivin xalq teatrı adını almağa 
layiqdir.  O,  mənimlə  hər  dəfə  rastlaşanda  araya  bu  söhbəti  salar,  bunun  həlli 
yollarını göstərərdi. 
Tale  elə  gətirdi  ki,  ali  təhsili  bitirdikdən  sonra  məni  də  institutda 
saxladılar.  Bu  illərdə  Zabit  müəllimlə  daha  yaxın  münasibətdə  olur,  elmi 
söhbətlərə  daha  çox  meyllənirdik.  Mən  dissertasiya  müdafiə  edəndən  sonra  o 
məni çöhrəsində xoş təbəssüm, səmimi şəkildə təbrik elədi, yaradıcılıq uğurları 
arzuladı. Elə sevinirdi ki, elə bil özü müdafiə eləmişdi. Onun hər bir hərəkəti, 
atdığı hər bir addımı təbii idi, özü çox əziyyətlərlə, maneələrlə üzləşdiyinə görə 
öz  zəhməti  ilə  irəli  gedən,  uğurlar  qazanan  hər  bir  adamın  mənəvi  aləmini 
həssaslıqla duya bilirdi. Keçilən zəhmətin dəyərini zərgər dəqiqliyi ilə verməyi 
bacaran  Zabit  müəllim  özü  də  yorulmaq  nə  olduğunu  bilməzdi.  Çoxsaylı 
məqalələr  və  monoqrafiyalar  müəllifi  olan,  qələmini  bir  an  yerə  qoymayan, 
metodika sahəsində öz sözünü deyə bilən, dərs dediyi tələbələrin dərin rəğbətini 
qazanan,  onlara  atalıq  qayğısı  göstərən  Zabit  müəllim  bir  xeyirxah  alim-
pedaqoq  etalonu  idi.  Vaxtsız  ölüm  onun  doktorluq  dissertasiyası  müdafiə 
etməsinin qarşısına sipər çəksə də, o, öz nəzəri biliyi ilə o elmi dərəcəyə layiq 
bir alim idi. Respublika  elmi konfranslarında, elmi  seminarladakı  məzmunlu və 
mənalı çıxışları bunu bir daha təsdiq edirdi. 
Zabit  müəllimin  şəxsi  həyatı  ütülü  keçməmişdir,  bəzi  illərdə  daşlı-
kəsəkli  olmuşdur.  İlk  dəfə  həyat  qurduğu,  lakin  uzun  illər  yataqda  xəstəliklə 
mübarizə aparan Xədicə xanımın vaxtsız dünyasını dəyişməsi ona xeyli müddət 
əlavə problemlər yaşatdı. Övladlarının ləyaqətlə böyüməsi üçün bir ata kimi hər 
əzaba  qatlaşdı,  vaxtsız  onları  tərk  etmiş  doğma  ananın  qalan  ömrünü  də  öz 
uşaqlarına arzuladı, bunun təbii - Allahın işi olduğunu anladı. Ona görə də, İlahi 
varlığın  həyatının  ən  xoş,  bəxtəvər  çağında  bəxş  etdiyi  bu  mürəkkəb  sınaqdan 
Allahını tanıyan bir xoş xislətli bəndə kimi şərəflə çıxdı. 
Mən  uzun  müddət  onun  dekan  müavini  işlədiyi  pedaqoji  fakültədə  dərs 
dediyim  üçün  daha  yaxın  münasibətdə  olurdum.  Hər  dəfə  dərsə  gələndə  onun 
əlində bir-birinin ardınca yandırılan və tüstülənən siqaretlər görərdim. Zarafatla 
deyərdim:  «Ay  Məmmədli,  (mən  onun  soyadına  «ov»  sonluğunu  işlətməzdim) 
yenə də bu acı tüstü ilə bizə həyat verən ekologiyanı korlamağa başlamısan?!» 
Mən  belə  deyəndə  onun  müdrik  cizgili  çöhrəsinə  bir  xoş  təbəssüm  yayılar  və 
hazırcavablıqla  deyərdi:  «Qardaş,  bu  dünyada  dərd  çəkməkdənsə,  elə  siqaret 
çəkmək daha yaxşıdır!» 


 
72 
 
Şənliklərdə,  toy  mərasimlərində  onun  tayı-bərabəri  olmazdı,  özünü  elə 
aparardı  ki,  elə  bil  özü  toy  sahibidir.  Yeyərdi-içərdi,  amma  özünü  ağayana 
aparmağı bacarardı. Şən əhval-ruhiyyə aşılayan zarafatları ilə hamının könlünü 
oxşayardı. Çalışardı ki, iştirak etdiyi mərasimə bir qədər də şirinlik qatsın, onu 
daha  da  təmtəraqlı  etsin.  Çox  nikbin,  həyatsevər  bir  insan  idi,  amma  vəfasız 
həyat onunla insafsız davrandı... 
Bir gün dərsə gələndə pilləkən başında onunla rastlaşdım. Onunla birgə 
yaxın  dostları  -  Rabil  Novruzov  və  Soltan  Atayev  də  vardı.  Onlarla  da 
görüşdüm, Zabitlə hal-əhval tutdum, «yaxşıyam» desə də onun zahiri görkəmi, 
əhval-ruhiyyəsi xoşuma gəlmədi. Həmişə şən, zarafatcıl olan bu insanın çöhrəsi 
öz  təbii  rəngində  deyildi.  Sən  demə,  xəstəlik  öz  işini  görürmüş.  Türkiyədə 
müalicə  olunsa  da,  bəşər  övladına  qənim  kəsilən  ölüm  ona  qıydı,  əsl  insanlıq 
mücəssəməsi olan bir dostumuzu əlimizdən aldı. 
Çox təmiz, işıqlı, həssas qəlbi vardı Zabit müəllimin! Tədris prosesində 
iş ciddi çilləyə minəndə də, öz tərəf müqabillərinə elə səmimiyyətlə, elə izahat 
forması ilə  yanaşardı ki, heç kim ondan inciməzdi, hətta bir çox hallarda onun 
haqlı olduğunu etiraf edərdilər. Bax, elə buna görə də Zabit müəllim bu gün də 
doğma kollektivində dərin duyğularla xatırlanır, onun yerinin görsəndiyini qeyd 
edirlər.  Qəlblərə  toxunmayan,  lakin  qəlblərdə  əbədi  yaşayan  Zabit  müəllimi 
unutmaq  çox  çətindir,  mümkünsüzdür.  Mən  onu  bir  insanlıq  mücəssəməsi 
qismində görürəm! 
Son sözümü isə bu notlarla: qəlbimi  yandıran, əlacsız halda  söylədiyim 
ifadələrlə  bitirirəm:  Allah  səni  qəni-qəni  rəhmət  eləsin,  dostum!  Sən  mənim 
qəlbimdə həmişə əbədi olaraq yaşayacaqsan!!! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
73 
 
 
 
 
 
 
 
Nəsrəddin  Musayev 
                                                    
Azərbaycan Dövlət Pedaqoji Universtetinin 
 
 
 
                             
 
 
 
Baş mühasibi  
                                          Zəmanənin qədrini bilmədiyi insan  
İnsan həyatdakı əməlləri, cəmiyyət içərisində tutduqları mövqe və  əsl insani 
keyfiyyətləri ilə fərqlənir.  
Zabit müəllim işlədiyi kollktiv, münasibəti olan insanlara, dostlarına  sonsuz  
diqqətiylə  digər insanlardan fərqlənirdi. 
Təsadüfi  deyilki  Pedaqoji  Universitetin  çoxsaylı  kollektivinin  və  el  oba 
ağsaqqalı,    sağlam  fikirli  düz  əqidə  sahibi    mərhum  prof.    H.  Balıyev  həmişə  
söhbət əsnasında deyirdi. Zabit müəllim sağlam insandır.  
Zabit  müəllimlə  ilk  tanışlığımız  1973-cü  ilin  sentyabr  ayında  oldu.  İndiki 
kimi yadımdadır . O mənim iş otağıma gəldi. Özünü təqdim edərək  gəldim səninlə 
tanış oldum. Daha sonra qısa da olsa keçdiyi çətin həyat yolundan danışdı.  
Böyük  Vətən  müharibəsi  illərində  dünyaya  gəldiyini,  atasını  vaxtsız 
itirdiyini, ana himayəsində keçirdiyi çətin günlərdən danışdıı. O danışdıqca sanki 
mənim həyatımın çətin günlərini  və mənim tale yollarımdan danışırdı.  
Aylar,  illər  keçdi,  bəlkə  də    hər  ikimizin  tale  yollarımızın  eyniliyi  bizi 
səmimi dostlara çevirdi.  Çətin günlərin alovundan  bizi bu günə çatdıran “ruhları 
şad olsun” analarla və ailə  üzvlərilə tam isti səmimi münasibət yarandı  
Zabit müəllimin digər dostlarından fərqli cəhətləri olduqca çoxdur.  
Yaşından,  vəzifəsindən,  cəmiyyətdə  tutduğu  mövqeyindən  asılı  olmayaraq 
onun  insanlarla  münasibəti  səmimi,  etibarlı  və  ələxsus  ikiüzlülük  və  dostluğa 
xəyanət ona tamam yad idi.  
Bu sözləri onun haqqında demək tam yerinə düşərdi. 
                   Dostunun sirrini çox möhkəm saxla  
                   Yazım ünvanına etibar könül. 
                   Batində zahirdə  daim bir sifət 
                   Olma sən iküzlü riyakar könül! 
Onun  vaxtsız  həyatdan  getməsi  mənim  və  onu  sevən  dostların  qəlbində 
böyük bir boşluq yaratmış, mən hər dəfə onu düşünəndə yaxın dostumu itirdiyimi 
hiss  edirəm.  Elə  buna  görə  də  fikrimi  cəmləyib  dünyasını  dəyişmiş  dostum 
haqqında yazmağa çətinlik çəkirəm  
Söz xatirinə demirəm Zabit müəllimi ətraflı tanıyan dostları, və 43 il əmək 
fəaliyyəti  dövrü  ünsiyyətdə  olduğu  professor-müəllim  və  çoxsaylı  tələbə 
kollektivinin xatirində yaxşı bir insan kimi qalacaqdır.  
Bbir neçə kəlmə də onun həyat yoldaşı Qeysər xanım haqqında ; 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə