Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə23/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   19   20   21   22   23   24   25   26   ...   204

51

70 

illiyi

Əlabbas Qədirov 

1946-2006 

FEVRAL

Əlabbas  Gülabbas  oğlu  Qədirov 

1946-cı  il  fevral  ayının  13-də  Bakıda 

anadan  olmuşdur.  Dəmiryolçular  klu-

bunda  Xalq  artisti Ağadadaş  Qurbano-

vun rəhbərlik etdiyi dram kollektivinin 

üzvü olmuş, aktyorluq vərdişlərinin ib-

tidai əsaslarını öyrənmişdir.

1965-ci  ildə  M.Əliyev  adına  Azər-

baycan  Dövlət  Teatr  İnstitutunun  (in-

diki ADMİU) dram və kino aktyorluğu 

fakültəsinə  daxil  olmuşdur.  Tələbəlik 

illərində  institutun  Tədris  teatrının 

ştatlı  aktyoru  kimi  C.Cabbarlının  “Ay-

dın”  (Surxay),  H.Cavidin  “Azər”, 

A.Salinskinin  “Təbilçi  qız”  (Fyodr) 

əsərlərində  maraqlı  rollar  oynamışdır. 

Elə buna görə də, Ə.Qədirov son kursda 

oxuyanda Mehdi Məmmədov onu Aka-

demik teatrda quruluş verdiyi H.Cavidin 

“Xəyyam” faciəsində Yusif roluna dəvət 

etmişdir.  O  gündən  etibarən  o,  Milli 

Dram  Teatrının  aktyoru  olmuş,  26  de-

kabr 2001-ci ildə teatrın bədii rəhbəri və 

direktoru təyin edilmişdir.

Aktyor çox sayda teletamaşalarda oy-

namış, bu tamaşaların bir qismi televizi-

yanın “Oızıl fond”una daxil edilmişdir. 

Onlardan  S.S.Axundovun,  “Laçın  yu-

vası”  (Cahangir),  M.Muradan  “Təkan” 

(Dilqəm),  İ.Əfəndiyevin  “Atayevlər 

ailəsində”  (Cahangir),  M.F.Axundza-

dənin “Hacı Qara” (Heydər bəy), Ə.Haq-

verdiyevin    “Bəxtsiz  cavan”  (Fərhad), 

M.Bayciyevin  “Duel”  (İsgəndər),  Da-

zortsevin “Qəbula gələn sonuncu adam” 

(Kişi) əsərlərini göstərmək olar. 

Uzun  illər  gənclər  üçün  “Məşəl”, 

sonralar əyləncə xarakterli “Komediya-

lar aləminə səyahət” verilişlərinin aparı-

cısı olmuşdur. On yeddi (bədii-sənədli) 

filmdə çəkilən  aktyorun kinoda debütü 

“Xatirələr sahili” filmindəki İmran rolu-

dur. Kinoda ilk böyük rolu isə rejissor 

G.Əzimzadənin 1974-cü ildə diplom işi 

kimi çəkdiyi “Nəğmə dərsi” novellasın-

dakı (“Ömrün səhifələri” kinoalmanaxı) 

ata  obrazı,  sonuncu  rolu  isə  “Küçələrə 

su səpmişəm” (2004) filmində oynadığı 

Çərkəz dayı obrazıdır.

Milli kinoda yaratdığı Mənsur (“Evin 

kişisi”,  1978),  Cəlil  (“Qızıl  uçurum”, 

1980),  Fəzl  (“Babək”,  1979),  Fərid 

(“Qocalar,  qocalar...”,  1982),  Sultanov 

(“İşarəni dənizdən gözləyin”, 1986) və 

digər  obrazları  yaddaqalandırlar.  İste-

dadlı  aktyor  “Sevinc  buxtası”  filmində 

yaratdığı  (1977)  Nazim  roluna  görə 

1978-ci ildə Respublika Dövlət mükafa-

tına layiq görülmüşdür.

Azərbaycan  Dövlət  Mədəniyyət 

və  İncəsənət  Universitetində  pedaqo-

ji  fəaliyyət  göstərmişdir,  2000-ci  ildən 

universitetinin professoru idi.

Sənətdə qazandığı nailiyyətlərə görə 

1982-ci ildə “Əməkdar artist”, 1989-cu 

ildə isə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüş, 2006-cı ildə “Şöhrət” ordeni 

ilə təltif olunmuşdur.

Sevilən sənətçi, Xalq artisti Əlabbas 

Qədirov 2006-cı il mart ayının 8-də, 60 

yaşında vəfat etmiş, II Fəxri Xiyabanda 

dəfn edilmişdir.

Ə d ə b i y y a t

Kazımzadə, A. İstəklə 

məqsəd üst-üstə 

düşəndə... /A.Kazımzadə 

//Mədəniyyət.- 2011.- 11 

fevral.- S.10.

Oktay.“Biz gedərik bu 

dünyadan...” /Oktay      

//Xalq cəbhəsi.- 2012.- 

29 mart.- S.13.

Təranə. Qeyri-adi adam 

/Təranə //Kaspi.-2011.- 

15 fevral.- S.15.

Bürcəliyeva, Ş. 

Sənət onun həyatı 

idi /Ş.Bürcəliyeva                

//Mədəniyyət.- 2013.- 22 

fevral.- S. 12.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.teatrplyus.az

13

Aktyor

Teatr.Kino



52

90 

illiyi

Sofiya Hüseynova  

1926-2015  

FEVRAL

Sofiya  Həsən  qızı  Hüseynova  1926-

cı il fevral ayının 17-də Bakıda anadan 

olmuşdur. Orta məktəbi Naxçıvanda bi-

tirmişdir. Şagird vaxtlarında anası, Nax-

çıvanın ilk aktrisası Xədicə Qazıyeva ilə 

uşaq rollarında səhnəyə çıxmışdır. Ana-

sının tövsiyəsi ilə 1944-cü ildən teatrın 

truppasına daxil olmuş, 1945-ci ildə qısa 

müddət  Zaqatala  DDT-də  işlədikdən 

sonra yenə Naxçıvana qayıtmışdır.  

1942-ci  ildən  C.Məmmədquluzadə 

adına  Naxçıvan  Dövlət  Musiqili  Dram 

Teatrının aktrisası olmuşdur. Sofiya xa-

nımın səhnədə ilk rolu Səməd Vurğunun 

“Vaqif”  dramındakı  gürcü  qızı  Tamara 

olmuşdur. 

1950-ci  ilin  ortalarından  başlaya-

raq  S.Hüseynova  bir  müddət  Naxçıva-

nın  “Araz”  Dövlət  Mahnı  və  Rəqs An-

samblında rəqs qrupunun solisti kimi də 

fəaliyyət göstərmişdir.

1954-cü  ildə  o,  yenidən  Naxçıvan 

Teatrının  truppasına  qayıtmış,  1955-

ci  ildə  İslam  Səfərlinin  “Göz  həkimi” 

pyesindəki  Nərminə  və  Nəcəf  bəy 

Vəzirovun  “Yağışdan  çıxdıq,  yağmura 

düşdük” (“Hacı Qənbər”) komediyasın-

dakı  Cəvahir  obrazları  ilə  tamaşıçıların 

dərin rəğbətini qazanmışdır. 1962-ci ildə 

Naxçıvan Dövlət Dram Teatrında yenicə 

fəaliyyətə başlayan rejissor və aktyor İl-

dırım Cabbarov quruluş verdiyi İskəndər 

Coşqunun  “Komsomol  poeması”  tama-

şasında Humay rolunu ona həvalə etmiş, 

aktyorluq  fəaliyyəti  ərzində  ilk  böyük 

rolu  olan  Humayı  aktrisa  məharətlə  ifa 

etmişdir.

Sofiya  xanım  müxtəlif  səpkili 

zəngin  səhnə  obrazları  yaratmışdır. 

Ən  yaxşı  rolları  Gülçöhrə  (“Arşın  mal 

alan”,  Ü.Hacıbəyov),  Zalxa  (“Toy”, 

S.Rəhman), Ana (“Ana”, H.Cavid), Xu-

raman (“Vaqif”, S.Vurğun), Sara (“Sol-

ğun  çiçəklər”,  C.Cabbarlı),  Kruçinina, 

Larisa (“Günahsız müqəssirlər”, “Cehiz-

siz qız”, A.N.Ostrovski), Xanuma (“Xa-

numa”, A.Saqareli), Tərgül  (“Məhsəti”, 

Kəmalə) və s. olmuşdur.

Naxçıvan  Teatrında  1966-1986-cı 

illərdə  tamaşaya  qoyulmuş  rus  və  Av-

ropa dramaturgiyasının ən gözəl nümu-

nələrində  Melita  (G.Fiqeryedo  “Ezop”, 

1966), Tatyana (B.Lavrenyov “Hücum”, 

1967), Nadya (A.Makayonok “Tribunal”, 

1972), Diana (Lope de Veqa “Nə yardan 

doyur, nə əldən qoyur”, 1974), Kruçini-

na (A.Ostrovski “Günahsız müqəssirlər”, 

1984),  Klitemnestra  (Sofokl  “Elektra”, 

1986)  kimi  maraqlı  və  yaddaqalan  ob-

razlar silsiləsi yaratmışdır. 

Azərbaycan  SSR Ali  Soveti  Rəyasət 

Heyətinin müvafiq fərmanları ilə 1974-

cü il iyun ayının 1-də “Azərbaycan Res-

publikasının Əməkdar artisti”, 1982-ci il 

dekabr ayının 1-də isə “Xalq artisti” fəxri 

adlarına layiq görülmüşdür. Müstəqillik 

dövründə də daim dövlət qayğısı ilə əhatə 

olunmuş, 1996-cı ildə “Şöhrət” ordenilə 

təltif  edilmişdir.  Prezident  təqaüdçüsü 

olmuşdur. 

Sofiya  Hüseynova  30  iyul  2015-ci 

ildə (89 yaşında) vəfat etmişdir.

Ə d ə b i y y a t

Hüseynova Sofiya 

Həsən qızı //Naxçıvan 

ensiklopediyası.- Bakı, 

2002.- S.193.

Oktay. Səhnəmizin Sof-

yası. Sofya Hüseynova 

maraqlı və yaddaqalan 

obrazlar silsiləsi ya-

ratmışdır /Oktay //Xalq 

Cəbhəsi.- 2013.- 18 

yanvar.- S.15.

Qasımov, Ə. Səhnəmizin 

Sofyası /Ə.Qasımov 

//Qobustan: sənət 

toplusu.- 2012.- №4.- 

S.60-63.

Rəhimli, İ. Sofya 

Hüseynova //Rəhimli İ. 

Azərbaycan teatr tari-

xi.- Bakı, 2005.- S.233.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azcinema2.i2ic.

com

17

Aktrisa

Teatr.Kino



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə