Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
  1   2   3   4   5   6   7   8   9   ...   62



 
 



 
 
HÜSEYN CAVİD 
 
 
 
 
 
 
 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
 
BEŞ CİLDDƏ 
 
III CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“LİDER NƏŞRİYYAT” 
 
BAKI-2005 



 
Bu kitab “Hüseyn Cavid. Əsərləri. Dörd cilddə. II, III cildlər” 
(Bakı, Yazıçı, 1982, 1984) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
Tərtib edəni:    
 
 
 
Turan Cavid 
Redaktoru: 
 
    Teymur Kərimli 
 
 
 
894.3611 - dc 21 
AZE 
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. III cild. Bakı, “Lider nəşriyyat”,  
2005, 304 səh. 
 
Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn 
Cavidin “Əsərləri”nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, 
dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı “İblis” 
faciəsi, mövzusu İstanbul həyatından alınmış “Afət”i, Peyğəmbərin dahiyanə obrazının öz 
parlaq  əksini tapdığı “Peyğəmbər”i və  hərb demonunun surətinin yaradıldığı “Topal 
Teymur” dramı daxil edilmişdir. 
Cavid yaşadığı  cəmiyyətin, mənsub olduğu soyun və bütövlükdə insanlığın 
problemlərini  əks etdirməyə can atdığı üçün onun mövzuca və qaldırılan problem 
baxımından heç biri digərini təkrarlamayan bu əsərlərində  də dünyanın mahiyyətinə 
varılır, həyatın, xilqətin fəlsəfi dərkinə çalışılır. 
Əsərlərin imlasına toxunulmayaraq, dil və üslubunun qorunulmasına çalışılmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
ISBN 9952-417-27-4 
 
© “LİDER NƏŞRİYYAT”, 2005 



 
 
 



 



 
 
 



 
İBLİS 
 
Faciə – 4 pərdə 
 
ƏŞXAS 
 
 
İ b l i s – . . . . . . . . . . 
Mələk – . . . . . . . . . 
İ x t i y a r ş e y x – ağsaqqal bir sövməənişin... 
Xavər – Ixtiyarın torunu. 
A r i f – pərişan saçlı, sadə geyimli bir gənc. 
V a s i f – könüllü bir türk zabiti (Arifin küçük qardaşı). 
K ü ç ü k z a b i t – Vasifin arqadaşı. 
Rə’na – son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk). 
İbn Yəmin – qırq beş yaşında qaraşın bir ərəb zabiti. 
Y a r a l ı z a b i t – rus ordusuna mənsub bir gənc. 
Z ə n c i ç a v u ş – İbn Yəminin xidmətçisi və bir nəfər məiyyət əskəri. 
Teyf – Rə’nanın məqtul babasının xəyalı. 
Elxan – zabit (əskəri qaçaq). 
Zabitlər,  əskərlər, haydutlar, rəqqasələr (ərəb), çingənələr, teyflər, çalğı taqımı  və 
sairə... 
 
 
İLK PƏRDƏ 
 
Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat 
bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda, 
solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos, 
ikindi cağı... 
Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb 
düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, 
top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) 
atəşlər, alevlər içində  dəhşətli bir müharibə  təsvir edər. Bir qaç zabit əldə durbin 
müharibə komandasilə  məşğul... Gözlərin birində  İblis, digərində  Mələk görünür. 
Gurultudan sonra sükut... 
 
İ b l i s 
 
(məmnun qəhqəhələrlə) 
 
Dəryalərə hökm etmədə tufan, 
Səhraları sarsıtmada vulkan, 



 
Sellər kibi aqmaqda qızıl qan, 
Canlar yaqar, evlər yıqar insan... 
 
(qəhqəhə) 
 
M ə l ə k 
 
Ya Rəb, bu nə dəhşət, nə fəlakət? 
Ya Rəb, bu nə vəhşət, nə zəlalət? 
Yoq kimsədə insafü mürüvvət, 
İblisəmi uymuş bəşəriyyət!? 
 
İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz 
sədaları başlar. Sonra sükut...  
 
İ b l i s 
 
(çılğın qəhqəhələrlə) 
 
Toplar veriyor aləmə dəhşət, 
Dəhşət!.. Qopuyor sanki qiyamət, 
Yağmur kibi göydən yağar atəş!.. 
Atəş!.. Qaralar, dalğalar atəş!.. 
 
M ə l ə k 
 
Ya Rəb, azacıq lütfü inayət! 
Qəhr olmada artıq bəşəriyyət. 
Başdan-başa həp yer yüzü vəhşət
İblis ilə həmrəngi-siyasət. 
Gözlər qapanır, səhnə aydınlaşır. 
 
A r i f 
 
(Uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar, göyə doğru) 
 
Dünyaları yoqdan yaratan, ey ulu Tanrı! 
Ey xaliqi-hikmət! 
Duyduqca, düşündükcə olur qəlbimə tarı 



 
Bin şübhəli illət. 
Duyduqca, əvət, pərdəli hikmətləri hər an, 
Bin dürlü həqiqət, 
Bin dürlü müəmmalı həqiqət bana xəndan
Həpsində də zülmət... 
Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan 
Ya şö’leyi-əcram, 
Olmaz şu bənim çıldıracaq könlümə əl’an 
Bir mənbəi-ilham. 
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər! 
Ruhum səni izlər. 
Lütf et, o gözəl çöhrəni bir an bana göstər, 
Könlüm səni özlər. 
Uydum da peyğəmbərlərə, qanunə, kitabə, 
Duydum yenə qəsvət. 
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə, 
Həp zə’fə əlamət... 
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat, 
Yoq rəhbəri-vicdan; 
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat, 
Bir şö’leyi-irfan. 
En, gəl bana, yaxud bəni yüksəklərə qaldır, 
Gəzdir qonağında; 
Yerlərdə süründüm, yetişir, göylərə qaldır, 
Dindir qucağında, 
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi 
Cənnətdə mələklər? 
Qaldır bəni, ta görməyim insandakı zülmi, 
Baq, yer üzü inlər. 
Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət 
Bulmazmı nihayət? 
İnsanları xəlq etmədə var bəlkə də hikmət, 
İblisə nə hacət!? 
 
Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin  ışığı azalır.  İblis 
sürəkli və istehzalı  qəhqəhələrlə yerdən – alevlər içindən çıqar. Yaldızlı  və  əflatuni 
ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə