Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə31/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   27   28   29   30   31   32   33   34   ...   204

67

80 

illiyi

Ə d ə b i y y a t

Uşaqlarla məktəbdənkənar iş: metodik göstəriş /Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi, ADBTİ; tərt. D.Quliyev, 

İ.Abdul-Qədirov, İ.Tereşşenko; rəy.: H.Ağayev, Z.Babayev; elmi red. İ.Bayramov.-Bakı: ADBTİ, 1990.-47 s.

Abdul Qədirov İsmayıl Qafar oğlu //Azərbaycan Milli Ensiklopediyası: A-Argelander.-Bakı, 2009.- C.I.- S.25.

İ n t e r n e t d ə

www.anl.az

www.idman.com.az

İsmayıl  Qafar  oğlu  Abdul-Qədirov 

1936-cı  il  fevral  ayının  15-də  anadan 

olmuşdur.  Peşəkar  idmana  14  yaşın-

da gəlmiş, 1950-ci ildə Dinamo idman 

cəmiyyətində  yunan-roma  güləşi  ilə 

məşğul olmağa başlamışdır. 1950-ci ildə 

Azərbaycan Bədən Tərbiyəsi və İdman 

İnstitutunu  (indiki  Azərbaycan  Dövlət 

Bədən Tərbiyəsi və İdman Akademiya-

sı) bitirdikdən sonra institutun Güləş və 

onun metodikası kafedrasında işləməyə 

başlamışdır.

Bir neçə ildən sonra özünü məşqçilik 

sahəsində sınayaraq 1965-1968-ci illərdə 

məktəblilərdən  ibarət  yığma  koman-

danın  məşqçisi  olmuşdur.  Yetirmələri 

1967-ci ildə SSRİ məktəblilərinin 10-cu 

yubiley Spartakiadasında III yerə layiq 

görülmüşdur. 

1961-ci  ildə  “Bədən  tərbiyəsi  və 

idman  əlaçısı”  adına  layiq  görülən 

İ.Abdul-Qədirov,  həmin  il  güləş  üzrə 

respublika hakimi, 5 il sonra isə Ümu-

mittifaq  dərəcəli  hakimliyə  qədər 

yüksəlmişdir.

1980-1990-cı  illərdə  onun  elmi-

pedaqoji fəaliyyəti özünü daha qabarıq 

büruzə vermiş, neçə-neçə elmi əsərin, 30 

dərslik və tədris  vəsaitinin  müəllifi ol-

muşdur.  Məşqçilik  fəaliyyəti  dövründə 

25-dən  artıq  idman  ustası,  50-dən  çox 

idman  ustalığına  namizəd  hazırlamış-

dır.


1980-ci ildən başlayaraq, çalışdığı ka-

fedraya rəhbərlik edən İ.Abdul-Qədirov 

10 il bu vəzifəni daşıdıqdan sonra, de-

kan vəzifəsinə təyin edilmişdir.

1991-ci ildə elmi-pedaqoji fəaliyyəti 

nəzərə alınaraq, ona dosent elmi dərəcəsi 

verilmiş,  2009-cu  ildən  isə  Bədən 

tərbiyəsinin  nəzəriyyəsi  və  metodikası 

kafedrasının professoru olmuşdur. 

Azərbaycan 

idmanı, 

idmançı 


kadrların  yetişdirilməsi  sahəsindəki 

uzunmüddətli  və  məhsuldar  əməyi 

dəfələrlə  Ümumittifaq  və  respublika 

idman komitələri tərəfindən diplom və 

fəxri fərmanlarla qiymətləndirilmişdir.

1990-2002-ci illərdə Milli Olimpiya 

Komitəsi  İcraiyyə  Komitəsinin  üzvü 

olan  görkəmli  idman  xadimi,  2001-ci 

ildə Azərbaycan Respublikası Preziden-

tinin  fərmanı  ilə  “Tərəqqi”  medalına, 

2006-cı ildə “Azərbaycan Respublikası-

nın Əməkdar bədən tərbiyəsi və idman 

xadimi”  fəxri  adına  layiq  görülmüş, 

2010-cu  ildə  “Şöhrət”  ordeni  ilə  təltif 

edilmişdir.

İsmayıl Abdul-Qədirov 

1936  

İdman

İdman xadimi

FEVRAL

15



68

Tarixdə bu gün

Gənclər Günü 

1997 

FEVRAL

Müstəqilliyimizin  və  ərazi  bü-

tövlüyümüzün  qorunması,  hüquqi 

demokratik  dövlət  quruculuğu  pro-

sesinin  həyata  keçirilməsi  vəzifələri 

gənclərin ayrı-ayrı siyasi qurumlarda 

deyil,  ümummilli  dövlət  mənafeləri 

əsasında  səfərbər  olunması,  vahid 

gənclər  siyasətinin  hazırlanıb  həyata 

keçirilməsi zərurətini ortaya atmışdı.

1993-cü  ilin  iyununda  ümummil-

li  lider  Heydər  Əliyev  hakimiyyətə 

qayıtdığı  dövrdən Azərbaycan  gənc-

liyini  ölkənin  taleyi  üçün  mühüm 

işlər  görməyə  çağırmışdı.  Məhz  elə 

1993-cü ildən etibarən dövlət gənclər 

siyasəti  öz  işinə  başlamış,  gənclərin 

cəmiyyətdə layiqli yer tutmasını təmin 

etmək üçün yaradılmışdır. Ulu öndər 

gənclərin  dövlətin  və  cəmiyyətin 

sosial-iqtisadi,  ictimai-siyasi  və 

mədəni  həyatında  iştirakının  təmin 

edilməsini  vacib  məsələlərdən  biri 

kimi elan etmişdi. Bu məqsədlə 1994-

cü il iyulun 26-da Gənclər, İdman və 

Turizm Nazirliyi yaradılmışdır. 1995-

ci ildə isə o, Azərbaycan gənclərinin 

forumunun  keçirilməsi  təşəbbüsünü 

irəli  sürmüş,  2  fevral  1996-cı  il 

tarixində 

müstəqil 

Azərbaycan 

gənclərinin  ilk  forumu  keçirilmişdir. 

Forumda  ulu  öndər  Heydər  Əliyev 

şəxsən iştirak etmişdir.

1 Fevral 1997-ci il tarixdə forumun 

ildönümü münasibəti ilə gənclərin bir 

qrupunu qəbul edən ulu öndər Heydər 

Əliyev “2 fevral - Azərbaycan gəncləri 

gününün  elan  edilməsi  haqqında” 

Sərəncam imzalamışdır. 1999-cu ildə 

Heydər  Əliyev  tərəfindən  imzalanan 

“Dövlət  Gənclər  Siyasəti  haqqın-

da” fərman ulu öndərin gənclərə bö-

yük  önəm  verdiyinin  təzahürü  kimi 

qiymətləndirilə bilər. 

Azərbaycan 

Respublikasının 

Prezidenti  İlham  Əliyev  də  gənclər 

siyasətinə  eyni  diqqətlə  yanaşmış, 

2005-ci  ildə  “Azərbaycan  Gəncliyi 

Dövlət  Proqramı”  (2005-2009-cu 

illər)təsdiq edilmişdir.

Azərbaycanda  Gənclər  Günü 

ilə  bağlı  hər  il  silsilə  tədbirlərin 

təşkil  olunması,  təhsil,  elm  və  digər 

sahələrdə yüksək nailiyyət qazanmış 

gənclərin  xüsusi  mükafatlarla  təltif 

edilməsi,  gənclər  tərəfindən  təqdim 

olunmuş  layihələrin  maliyyələş-

dirilməsi, 

istedadlı 

gənclərin 

beynəlxalq müsabiqələrdə, konfrans-

seminarlarda 

iştirakının 

təmin 

edilməsi,  müxtəlif  istiqamətlər  üzrə 



yarışların  keçirilməsi  nəzərdə  tutul-

muşdur.


Azərbaycan  Respublikasının  Pre-

zidenti İlham Əliyev tərəfindən 2007-

ci il “Gənclər ili” elan edilmiş, 6 ap-

rel  2011-ci  il  tarixində  “Azərbaycan 

gəncliyi 2011-2015-ci illərdə” Dövlət 

Proqramı  haqqında  Sərəncam  imza-

lanmış, Gənclər Fondu yaradılmışdır. 

Dövlət  Proqramının  əsas  məqsədi 

Azərbaycan Respublikasında gənclər 

siyasətini  daha  da  inkişaf  etdirmək, 

gənclərin  menecment  sahəsində 

fəal  iştirakına  şərait  yaratmaq,  gənc 

mütəxəssislərin işlə təminatı və digər 

sosial-iqtisadi  problemlərinin  həllini 

təmin etməkdir.  

2

Ə d ə b i y y a t

Gənclər bayramı gəncliyin 

milli şüurunun formalaş-

masında necə rol oynayır? 

/İ.Sarıyeva //Bakı xəbər.-

2014.- 3 fevral.- S.12.

Gənclər dövlətin aparıcı 

qüvvəsini təşkil edir: 2 fevral 

Gənclər Günü /R.İsmayılov    

//Kaspi.-2012.- 2 fevral.-S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.lib.aliyevheritage.org



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə