Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə24/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   20   21   22   23   24   25   26   27   ...   204

53

110 

illiyi

Həbib İsmayılov    

1906-1966  

FEVRAL

Həbib  Ələkbər  oğlu  İsmayılov 

1906-cı  il  fevral  ayının  21-də  Naxçı-

van MR-da anadan olmuşdur.

1931-ci  ildə  Azərbaycan  Dövlət 

Teatr  İnstitutunun  (indiki Azərbaycan 

Dövlət Mədəniyyət və İncəsənət Uni-

versiteti) (bəzi mənbələrdə Moskvada 

Dövlət Teatr Sənəti İnstitutu) rejissor-

luq  və  aktyorluq  fakültəsini  bitirmiş-

dir.

1936-cı  ildə  Gəncə  teatrına  bədii 



rəhbər təyin olunmuşdur. Mirzə Fətəli 

Axundzadənin  “Lənkəran  xanının 

vəziri”,  Cəlil  Məmmədquluzadənin 

“Ölülər”,  Cəfər  Cabbarlının  “1905-

ci  ildə”,  Mirzə  İbrahimovun  “Həyat” 

pyesləri  onun  quruluşunda  səhnəyə 

qoyulmuşdur.  1941-1943-cü  illərdə 

Bakı,  Gəncə,  Mahaçqala  teatrlarında 

bədii  rəhbər,  rejissor  və  baş  rejissor 

kimi çalışmışdır.

Şıxəli Qurbanov adına Azərbaycan 

Dövlət  Musiqili  Teatrının  ilk  bədii 

rəhbəri  olmuş,  teatrda  Zülfüqar  bəy 

Hacıbəyovun  “Aşıq  Qərib”  operasına 

(1939),  Boris  Aleksandrovun  “Moli-

novkada toy”, Məmməd Səid Orduba-

di və Səid Rüstəmovun “Beş manatlıq 

gəlin” (1940) musiqili komediyalarına 

quruluş vermişdir.

1943-cü  ildən  kino  sahəsində  də 

fəaliyyət  göstərmişdir.  “Naxçıvan”, 

“Dağıstan MSSR-in 25 illiyi”, “Pam-

bıqçılıqda qabaqcıl metodların tətbiqi” 

və  s.  sənədli  filmlərin,  “Ögey  ana”, 

(1959.  Həmin  il  Kiyevdə  keçirilən 

Ümumittifaq  kinofestivalında  müka-

fata  layiq  görülmüşdür),  “Böyük  Da-

yaq” (1963) bədii filmlərinin rejissoru 

olmuşdur. 

Pedoqoji  fəaliyyətlə  məşğul  ol-

muş, tələbələrə rejissorluğun sirlərinin 

öyrətmişdir.

Kino sahəsindəki xidmətləri yüksək 

qiymətləndirilmiş  və  1960-cı  ildə 

“Əməkdar incəsənət xadimi” fəxri adı-

na layiq görülmışdür.

Görkəmli rejissor Həbib İsmayılov 

1966-cı il dekabr ayının 31-də Bakıda 

vəfat etmişdir.

Ə d ə b i y y a t

İsmayılov Həbib Ələkbər oğlu //Naxçıvan ensiklopediyası.- Bakı, 2002.- S.217.

İsmayılov Həbib Ələkbər oğlu //Azərbaycan sovet ensiklopediyası: 10 cilddə.-Bakı, 1980.- C.IV.- S.551.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azcinema2.i2ic.com

21

Kinorejissor

Teatr.Kino



54

105 

illiyi

Şəmsi Bədəlbəyli  

1911-1987 

FEVRAL

Şəmsi Bədəl oğlu Bədəlbəyli 1911-

ci  il  fevral  ayının  23-də  Şuşada  ana-

dan  olmuşdur.  Bakıda  orta  məktəbi 

bitirdikdən  sonra  Azərbaycan  Peda-

qoji Texnikumuna  daxil  olmuş,  təhsil 

illərində  özfəaliyyət  dərnəyində  akt-

yorluq  istedadını  sınamışdır.  1927-ci 

ildə texnikumu bitirmiş, 1927-1932-ci 

illərdə  Azərbaycan  Dövlət  Konser-

vatoriyasında  təhsil  almışdır.  1932-

ci  ildən  etibarən  Ş.Bədəlbəyli  özünü 

rejissor  kimi  sınayaraq,  A.Tuqanov, 

İ.Hidayətzadə  və  R.Təhmasib  kimi 

görkəmli  rejissorlara  assistentlik  et-

mişdir.  1934-cü  ildə  isə  o,  Moskva 

şəhərində  “Malıy  Teatr”da  rejissor 

kimi təcrübə keçməyə göndərilmişdir. 

Ş.Bədəlbəyli 1938-ci ildən etibarən 

Azərbaycan  Dövlət  Dram  Teatrında 

müstəqil surətdə rejissorluq fəaliyyətinə 

başlamış,    ilk  yaradıcılıq  işi  Mirzə 

Fətəli Axundovun  “Müsyö  Jordan  və 

Dərviş Məstəli şah” komediyası olmuş-

dur. İlk işi ona uğur gətirmiş, tamaşa 

yüksək  qiymətləndirilmişdir.  1939-cu 

ildə  “Ölülər”  komediyasına  və  Sabit 

Rəhmanın “Xoşbəxtlər” əsərinə verdi-

yi quruluş da uğurlu alınmışdır. Onun 

quruluş  verdiyi  son  tamaşa  Şekspirin 

“Kral Lir” pyesi olmuşdur.

İkinci Dünya müharibəsi dövründə 

Ş.Bədəlbəyli hərbi müxbir kimi İrana 

ezam edilmiş, öz həmkarları ilə birlikdə 

“Vətən uğrunda” qəzetində ədəbi işçi 

kimi  çalışmış,  həm  də  həvəskar  akt-

yorlarla  birlikdə  Ü.Hacıbəylinin  “Ar-

şın  mal  alan”,  Zülfüqar  Hacıbəylinin 

“Əlli  yaşında  cavan”,  “Evli  ikən  su-

bay” əsərlərini tamaşaya qoymuşdur.

1943-cü ildə Bakıda Musiqili Kome-

diya Teatrı yaradılımış və Ş.Bədəlbəyli 

teatra  rejissor  təyin  edilmişdir.  1942-

1949,  1956-1961  və  1963-1974-cü 

illərdə  bu  teatrda  müəyyən  fasilələrlə 

baş  rejissor,  bədii  rəhbər  və  direk-

tor  vəzifələrində  çalışmışdır.  1974-

1976-cı  illərdə  M.Maqomayev  adına 

Azərbaycan  Dövlət  Filarmoniyasının 

direktoru və bədii rəhbəri vəzifəsində, 

1976-cı ildən isə ömrünün sonuna kimi  

Teatr  Cəmiyyətinin  sədri  vəzifəsində   

səmərəli fəaliyyət göstərmişdir.

Rejissor  Opera  və  Balet  Teatrın-

da “Koroğlu”, “Əsli və Kərəm”, “Se-

vilya  bərbəri”  kimi  operalara  da  qu-

ruluş  vermiş,  hətta  1957-ci  ildə  onu 

Türkmənistan Opera və Balet Teatrına 

dəvət  etmişlər.  O,  burada  “Koroğlu” 

operasını tamaşaya qoymuşdur.

Ş.Bədəlbəyli  kino  sənətinin  də  in-

kişafında öz əməyini əsirgəməmiş, bir 

sıra bədii və sənədli filmlərdə (“O qızı 

tapın”,  “Axırıncı  aşırım”,  “Xatirələr 

sahili” və s.) aktyor kimi də iştirak et-

mişdir. 


Teatr 

sənətinin 

inkişafında 

göstərdiyi  böyük  xidmətlərə  görə  

1943-cü ildə “Azərbaycan Respublika-

sının Əməkdar artisti”, 29 iyul 1964-

cü ildə isə “Xalq artisti” fəxri adlarına 

layiq  görülmüşdür.  “Qırmızı  Əmək 

Bayrağı” ordeni və bir sıra medallarla 

təltif edilmişdir.

Görkəmli rejissor Şəmsi Bədəlbəyli 

23 may 1987-cı ildə Bakıda vəfat et-

miş,  Fəxri  Xiyabanda  dəfn  olunmuş-

dur.


Ə d ə b i y y a t

Rəhmanzadə, 

F. Bədəlbəylilər 

/F.Rəhmanzadə; 

red. İ.Kərimov; 

məsl. T.Bədəlbəyli-

Ağdamskiy; burax. məsul 

Ə.Məhərrəmov.- Bakı: 

Nurlan, 2006.-244 s.

Rəhimli, İ. Şəmsi 

Bədəlbəyli /İ.Rəhimli          

//Azərbaycan teatr tarixi.- 

Bakı, 2005.- S.316.

Şərif, A. Şəmsi Bədəlbəyli 

/A.Şərif //XX əsr 

Azərbaycanının yaradıcı 

nəsilləri.- Bakı, 2007.- 

S.108-109.

Рагимбейли, H. 

Шамси Бадалбейли-

жизнь в искусстве 

/Н.Рагимбейли; 

[Общество “Книга” 

Азербайджанской 

Республики].- Баку, 2008.-

202 с.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

www.az.wikipedia.org

www.shamsi.musigi-dunya.

az

23

Rejissor

Teatr.Kino


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə