Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə25/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   21   22   23   24   25   26   27   28   ...   204

55

Milli Qəhrəmanlar

40 

illiyi

Bəşir Kərimov 

1976-1995

FEVRAL

Bəşir  Bəylər  oğlu  Kərimov  1976-

cı il fevral ayının 2-də Füzuli rayonu-

nun Qacar kəndində anadan olmuşdur. 

1991-ci  ildə  kənd  orta  məktəbinin 

səkkizinci  sinfini  bitirərək  Füzuli 

şəhərindəki  texniki-peşə  məktəbində 

təhsilini  davam  etdirmişdir.  Erməni 

qəsbkarları  bu  illərdə  Azərbaycan 

torpaqlarına-Qarabağa geniş planlı hü-

cumlar edirdilər.

1993-cü  ildə  ermənilər  Qacar 

kəndinə  hücum  etdikləri  vaxt  Bəşir 

erməni yaraqlılarına qarşı igidliklə vu-

ruşmuşdur. Qacar kəndi işğal olunduq-

dan sonra ailəsi ilə birlikdə Dilağarda 

kəndində məskunlaşmışdır.

1994-cü ildə Bəşir Beyləqan Rayon 

Hərbi  Komissarlığı  tərəfindən  Milli 

Ordu  sıralarına  çağırılmışdır.  Gəncə 

şəhərində “N” saylı hərbi hissədə qulluq 

etmişdir. 1995-ci il 13-17 mart hadisələri 

zamanı, dövlətçiliyimiz uğrunda silah-

lı  dəstənin  zərərsizləşdirilməsində  iş-

tirak  etmiş  və  bu  qarşıdurma  zamanı 

həlak olmuşdur.

Azərbaycan Respublikası Preziden-

tinin 4 aprel 1995-ci il tarixli, 307 saylı 

Fərmanı ilə Kərimov Bəşir Bəylər oğ-

luna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” adı verilmişdir. Bakı 

şəhərinin  Şəhidlər  Xiyabanında  dəfn 

edilmişdir.

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 

haqqında: [Kərimov Bəşir Bəylər oğlu - Müdafiə Nazirliyi, sıravi - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 

müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət 

göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan.-1995.- 5 aprel.- S.1.(Ölümündən 

sonra).

Kərimov Bəşir Bəylər oğlu //Azərbaycanın Milli Qəhrəmanları /M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.Həmidova.- 

Bakı, 2008.- S.110.

Seyidzadə, M. Kərimov Bəşir Bəylər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.113.

Əsgərov, V. Kərimov Bəşir Bəylər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.148.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az 

www.milliqahraman.az

www.muallim.edu.az

2

Milli Qəhrəman



56

Ə d ə b i y y a t

Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Ha-

cıyev Etibar Firudin oğlu – sıravi – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 

təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 23 iyun 

1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1992.- № 12.- S.35.- (Ölümündən sonra).

Əsgərov, V. Hacıyev Etibar Firidun oğlu /Vüqar Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 

S.104-105.

Məhərrəmov, Q. Hacıyev Etibar Firidun oğlu //Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. Başı dumanlı Göyçə.- Gəncə, 2007.- S.42.

Seyidzadə, M. Hacıyev Etibar Firudin oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.80.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az 

www.milliqahraman.az

www.muallim.edu.az

Milli Qəhrəmanlar

45 

illiyi

Etibar Hacıyev 

1971-1992 

FEVRAL

Etibar Firudin oğlu Hacıyev 1971-ci 

il fevral ayının 5-də Qərbi Azərbaycanın 

Vardenis rayonunun Zod kəndində do-

ğulmuşdur.  Zod  kənd  orta  məktəbini 

bitirdikdən  sonra  bir  müddət  sovxoz-

da  işləmişdir.  Erməni  millətçiləri  və 

separatçıları  tərəfindən  oradakı  soy-

daşlarımız  qovulan  zaman  onun  ailəsi 

Kəlbəcər rayonuna köçmüşdür.

1989-cu  il  13  iyun  tarixində  hərbi 

xidmətə  çağırılmış  və  Perm  şəhərində 

hərbi  xidmətini  başa  vurduqdan  sonra 

ailəsinin  məskunlaşdığı  Göygöl  rayo-

nuna gəlmişdir.

1992-ci ildə Etibar Hacıyev könüllü 

olaraq  Milli  Orduya  yazılmış  və  tor-

paqlarımızın  müdafiəsinə  qalxmışdır. 

Böyük  Canbar,  Kiçik  Canbar,  Buzlaq, 

Erkəc  kəndlərinin  düşmən  tapdağın-

dan azad edilməsində xüsusi fədakarlıq 

göstərmişdir.  1992-ci  il  iyun  ayının 

15-də  Goranboy  rayonunda  Ağcakənd 

kəndinin azad edilməsi uğrunda gedən 

döyüşdə qəhrəmancasına həlak olmuş-

dur.


Azərbaycan  Respublikası  Preziden-

tinin  23  iyun  1992-ci  il  tarixli  6  saylı 

Fərmanı ilə Hacıyev Etibar Firudin oğ-

luna  ölümündən  sonra  “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Göygöl rayonunun Şəhidlər Xiyabanın-

da dəfn edilmişdir.

Göygöl  rayonunun  Yeni  Zod 

kəndindəki küçələrdən biri qəhrəmanın 

adını daşıyır.



5

Milli Qəhrəman


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə