Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə21/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   17   18   19   20   21   22   23   24   ...   204

47

Musiqi.Opera.Balet

80 

illiyi

Məmməd Quliyev   

 1936-2001

  

 

FEVRAL

Məmməd Mehdi oğlu Quliyev 1936-

cı il fevral ayının 9-da Göyçay rayonun-

da anadan olmuşdur.

1958-ci  ildə  Bakı  Musiqi  Texniku-

munu tar sinfi üzrə bitirərək Ü.Hacıbəyli 

adına  Azərbaycan  Dövlət  Konservato-

riyasına -  Qara  Qarayevin sinfinə  daxil 

olmuşdur. 1963-cü ildə diplom işi kimi 

təqdim etdiyi ilk irihəcmli əsəri - I sim-

foniyası,  Dövlət  imtahan  komissiyası 

tərəfindən  yüksək  qiymətləndirilmişdir. 

XX əsrin 60-cı illərində yaradıcılıq yo-

luna  qədəm  qoyan  bəstəkarın  maraqlı, 

orijinal  və  yüksək  bədiiliyi  ilə  seçilən 

əsərləri  nəinki  respublikamızda,  habelə 

onun  hüdudlarından  kənarda  da  musi-

qi  ictimaiyyətinin  diqqətini  cəlb  etmiş, 

əsərləri  Ümumittifaq  müsabiqələrdə, 

qurultay  və  plenumlarda  uğurla  səslən-

mişdir.  Məmməd  Quliyev  30  ildən 

artıq  pedaqoji  fəaliyyətlə  məşğul  ol-

muş,  A.Zeynallı  adına  Bakı  Musi-

qi  Kollecində  alətşünaslıq,  dirijorluq 

fənlərini  tədris  etmişdir.  İctimai  musiqi 

xadimi kimi Məmməd Quliyev 1966-cı 

ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 

İdarə Heyətinin üzvü, habelə “Simfonik 

musiqi bölməsi”nin fəal üzvlərindən biri 

olmuşdur.

Xalq  mahnılarının  melodiya  və  for-

masını  götürüb  özünəməxsus  şəkildə 

orkestrləşdirən M.Quliyev, ilk dəfə olaraq 

Azərbaycan  bəstəkarları  arasında  məhz 

xalq mahnılarından ibarət “7 Azərbaycan 

xalq  mahnısı”  (“Dəli  ceyran”,  “Süsən 

sünbül”,  “Yaxan  düymələ”  və  s.)  adlı  

irihəcmli silsilə mahnı bəstələmiş və onu, 

bu əsərin ilk ifaçısı, Əməkdar incəsənət 

xadimi,    müğənni  R.Adıgözəlova  ithaf 

etmişdir. M.Quliyevin 20 pyesdən ibarət 

olan “Fortepiano üçün albom” əsərində 

bəstəkar  hər  muğamı  bir  pyes  şəklində 

təqdim etmişdir.

M.Quliyev  “Aldanmış  ulduzlar” 

(M.F.Axundovun povesti əsasında) ope-

rasının,  7  simfoniyanın,  instrumental 

konsertlərin, irihəcmli xor əsərlərinin, o 

cümlədən “Dədə Qorqud diyarı” (Fikrət 

Qocanın  sözlərinə)  kantatasının,  “Şəbi-

hicran”  (Füzulinin  sözlərinə)  lirik  po-

emanın,  kamera-instrumental  əsərlərin 

müəllifidir.  Xocalı  qurbanlarına  həsr 

olunmuş  faciəli  “Simfoniya-rekviyem” 

isə  yaşanan  ağrılı-acılı  hisslərin  ifadəsi 

kimi  dəyərləndirilir.  Bəstəkar,  şair 

F.Qocanın  sözlərinə  yazdığı  5  solist, 

qarışıq  xor  və  simfonik  orkestr  üçün 

“Azərbaycan” adlı III simfoniyasındakı 

solo  vokal  partiyalarda  qədim  mərasim 

mahnısı olan ağıdan bacarıqla və yaradı-

cı şəkildə istifadə etmişdir.

Yaradıcılığında  daim  muğam  ənənə-

lərinə müraciət etmiş bəstəkar  xüsusilə 

simfonik yaradıcılığında bu üsuldan ge-

niş istifadə etmişdir. Onun 4 saylı “Mu-

ğam” simfoniyası, Kamera orkestri üçün 

“Muğamsayağı” əsərini göstərmək olar. 

Görkəmli  bəstəkar  1992-ci  ildə 

“Azərbaycanın Əməkdar incəsənət xadi-

mi” fəxri adına layiq görülmüşdür.

Məmməd Quliyev 2001-ci il oktyabr 

ayının 2-də Bakıda vəfat etmişdir.

Ə d ə b i y y a t

“Dədə Qorqud diyarı” 

-Azərbaycan [Notlar]: 

bariton, soprano, xor və 

simfonik orkestr üçün 

bir hissəli oratoriya 

/M.Quliyev.-Bakı, 2002.-

32 s.

Simfoniya-rekviyem 

(Xocalı şəhidlərinə) 

[Notlar] /M.Quliyev.-

Bakı, 1994.-22 s.

“Şəbi-hicran” [Not-

lar]: xor və simfonik 

orkestr üçün romantik 

poema /M.Quliyev; söz. 

Füzuli.-Bakı, 2002.-19 s.

Yaxan düymələ: Xalq 

mahnısı [Notlar] /M. 

Quliyev .-Bakı, 1995.-

18 s.

İsmayılova, G. Milli 

musiqi mədəniyyətimizin 

görkəmli nümayəndəsini 

xatırlarkən... Məmməd 

Quliyev - 75// 525-ci 

qəzet.- 2011.- 12 may.- 

S.6.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.heydar-aliyev-

foundation.org

www.musigi-dunya.az

9

Bəstəkar



48

105 

illiyi

Bəhram Mansurov   

1911-1985 

FEVRAL

Bəhram Məşədi Süleyman bəy oğlu 

Mansurov 1911-ci il fevral ayının 12-

də  Bakıda  anadan  olmuşdur.  Bəhram 

Mansurov  uşaqlıqdan  evlərində  təşkil 

olunan  musiqi  məclislərinin  şahidi 

olub. Babası Məşədi Məlik bəy dövrü-

nün açıq fikirli şəxslərindən biri, həm 

də istedadlı musiqişünas, mahir çalğıçı 

idi. Onun tara, musiqiyə olan həvəsini 

görən atası Məşədi Süleyman Bəhrama 

həmişə deyərmiş: “Mən hiss edirəm ki, 

sən  tarı  birdən-birə  çalacaqsan.  Sənə 

öyrətmək  lazım  deyil”.  Doğrudan  da 

Bəhram  8  yaşından  tarı  sinəsinə  ba-

saraq  uşaq  arzularını  tarın  kövrək 

tellərinə kökləyir.

Bəhram Mansurovun 19 yaşı olan-

da Müslüm Maqomayev onu ilk notlu 

xalq çalğı alətləri orkestrinə, daha son-

ra  isə  Opera  və  Balet  Teatrına  solist-

tarzən kimi dəvət etmişdir.

1929-cu  ildən  Azərbaycan  Dövlət 

Şərq  Orkestrində,  sonralar  1931-ci 

ildə  Azərbaycan  Radiosu  Xalq  Çalğı 

Alətləri  Orkestrində  fəaliyyət  göstər-

miş,  Azərbaycan  Dövlət  Filarmoni-

yasının solisti olmuş, 1932-ci ildə isə 

Opera və Balet Teatrında Hüseynqulu 

Sarabski,  Yavər  Kələntərli,  Hüseyna-

ğa  Hacıbababəyov,  Əlövsət  Sadıqov, 

Həqiqət  Rzayeva  kimi  korifeylərlə 

işləmişdir.  Rübabə  Muradova,  Sara 

Qədimova,  Əbülfət  Əliyev,  Gülxar 

Həsənova,  Zeynəb  Xanlarova,  Mais 

Salmanov,  Bakir  Haşımov,  Qulu 

Əsgərov, Arif Babayev, Baba Mirzəyev 

və başqa sənətkarları müşayiət etmiş-

dir.

Bəhram Mansurovun ifasında “Ça-



hargah” (1970) və “Rast” (1978) mu-

ğamları  nota  köçürülmüş,  1971-ci  və 

1975-ci  illərdə  “Bayatı-Şiraz”,  “Hu-

mayun”, “Şur”, “Bayatı-kürd”, “Çahar-

gah”  muğamları  ilk  dəfə  YUNESKO 

xətti  ilə  vallara  və  CD-lərə  yazılmış, 

bütün dünyaya yayılmışdır.

Sadıqcandan sonra klassik Azərbay-

can muğamlarını qoruyub saxlayan və 

təbliğ edən yeganə tarzən idi. Dəfələrlə 

beynəlxalq simpozium və konsertlərdə 

Azərbaycan  musiqisini  təmsil  et-

mişdir.  1978-ci  və  1983-cü  illərdə 

Səmərqənddə  keçirilən  Beynəlxalq 

Muğam  Simpoziumunda  Azərbaycan 

muğamlarını  məharətlə  dinləyicilərə 

çatdırmışdır.

Onun  ifasında  bütün  muğamlar, 

dəraməd,  diringə,  təsnif  və  rənglər 

bəstəkar  Eldar  Mansurov  tərəfindən 

nota salınmışdır.

Bəhram  Mansurovun  yaradıcılı-

ğı  dövlət  tərəfindən  yüksək  qiymət-

ləndirilmiş, 1956-cı ildə “Azərbaycanın 

Əməkdar  artisti”,  1978-ci  ildə  “Xalq 

artisti”  fəxri  adlarına  layiq  görülmüş-

dür.  1959  və  1967-ci  illərdə  iki  dəfə 

“Şərəf  Nişanı”  ordeni,  1976-cı  ildə 

“Əmək veteranı” medalı və digər mü-

kafatlarla təltif edilmişdir.

Görkəmli tarzən Bəhram Mansurov 

1985-ci  il  may  ayının  14-də  vəfat  et-

mişdir.

Ə d ə b i y y a t

Bəhram Mansurov [Elektron 

resurs]: Bəhram Mansuro-

vun 100 illik yubileyinə həsr 

olunmuşdur /Heydər Əliyev 

Fondu.- Bakı: Çaşıoğlu, 

2011.-5 CD; 2 DVD. + Qoş-

ma kitab (23 s.)

Ömür qıysa..: xatirələr 

/B.Mansurov; tərt. 

M.Mansurova, E.Mansurov.-

Bаkı: Səda, 2003.- 161 s.

Xatirələr /tərt. ed.  

E.Mansurov; red. İ.Dadaşov.-

Bakı: EQ, 2005.- 139 s.

Mansurov, E. Mansurovlar: 

Azərbaycan Respublikasının 

Xalq artisti, görkəmli tarzən 

Bəhram Mansurovun anadan 

olmasının 100 illiyinə ithaf 

edilir /E.Mansurov; elmi red. 

İ.Rəhimli.-Bakı: Çaşıoğlu, 

2011.- 285 s.

Xəlilzadə, F. Havanı da mu-

ğamlardan alırdı /F.Xəlizadə 

//Azərbaycan.- 2011.- 13 

fevral.- S.6.

Sarıyeva, İ. Azərbaycan 

musiqi mədəniyyətinin beşiyi 

başında duran soyad - Man-

surovlar... /İ.Sarıyeva //Bakı 

xəbər.- 2014.- 27 noyabr.- 

S.12.

www.anl.az

www.heydar-aliyev-

foundation.org

www.musigi-dunya.az

12

Tarzən

Musiqi.Opera.Balet



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə