Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə22/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   18   19   20   21   22   23   24   25   ...   204

49

60 

illiyi

Gülbacı İmanova   

1956  

FEVRAL

Gülbacı Əliəkbər qızı İmanova 1956-

cı il fevral ayının 13-də Bakı şəhərində 

anadan  olmuşdur.  Azərbaycan  Dövlət 

Konservatoriyasının məzunudur.

1980-cı ildən Bakı Musiqi Akademi-

yasında  (BMA)  xor  dirijorluğu  ixtisa-

sından  və  xor  fənnlərinin  metodikasın-

dan  fənlərini

 

tədris  etmişdir.  1989-cu 



ildən  Ş.Məmmədova  adına  Opera  stu-

diyasında baş xormeyster kimi fəaliyyət 

göstərmişdir.

1993-cü  ildən  etibarən  Bakı  Musiqi 

Akademiyasının Dirijorluq kafedrasında 

çalışır. 1996-cı ildə Azərbaycan Dövlət 

Xor Kapellasına bədii rəhbər və baş di-

rijor  vəzifəsinə  təyin  edilmişdir.  Onun 

repertuarına Azərbaycan və dünya xalq-

larının xor musiqisi, o cümlədən Ameri-

ka spiriçuelsi, klassik və müasir musiqi 

əsərləri, xüsusilə F.Əlizadənin “Journey 

İmmortalitu”  oratoriyası  daxil  edilmiş-

dir. 


G.İmanovanın  rəhbərliyi  altında 

S.Qunonun  “Santa  Sesiliya”  messa-

sı və milli kapellanın ilk dəfə ifa etdiyi 

V.Adıgözəlovun  “Təntənəli  kontata”sı 

kimi əsərlər Azərbaycan səhnəsində ilk 

dəfə ifa olunmuşdur.

Gülbacı  xanım  müxtəlif  operalara 

xor  partiyaları  hazırlamış,  “Traviata”, 

“Aida”, “Trubadur”, “Təlxəklər”, “Kənd 

namusu”, “Çar gəlini”, “Aleko” və s. ta-

maşaların xormeysteri olmuşdur. 

1999-cu  ildən  BMA-nın  Dirijorluq 

kafedrasında  dosent,  sonra  professor 

kimi fəaliyyət göstərmişdir. Müəllimlik 

etdiyi vaxtdan bir sıra dirijor-xormeyster 

yetişdirmişdir.  Onlar  arasında  beş  ma-

gistr, on bakalavr və bir neçə assistent-

aspirant var.

1996-cı  ildə  Gürcüstan  respubli-

kasının,


 

1999-2000-ci  illərdə  Türkiyə 

Cümhuriyyətinin  fəxri  fərmanlarına  və 

mükafatlarına layıq görülmüşdür. 

2000-ci ilin oktyabr ayında “Azərbay-

canın Əməkdar incəsənət xadimi”, 2007-

ci ildə “Xalq artisti” fəxri adlarına layiq 

görülmüşdür. 

2011,  2014-cü  illərdə  Azərbaycan 

Respublikası Prezidentinin mükafatı ilə 

təltif edilmişdir.

Ə d ə b i y y a t

Adilə Yusifovanın “Uşaqlara məhəbbətlə” uşaq xoru üçün əsərləri [Notlar]: Xor dirijorluğu ixtisası üzrə təhsil alan tələbələr üçün dərs 

vəsaiti /A.Yusifova, G.İmanova; red. G.Abdullazadə; rəyçi. S.İbrahimova, Y.Kuzmaxova; Azərb. Resp. Təhsil Nazirliyi, Ü.Hacıbəyov ad. 

Bakı Musiqi Akad.- Bakı: Adiloğlu, 2009.- 100 s.

Xəyyam Mirzəzadənin xor əsərləri: metodik tövsiyələr /G.İmanova; [elmi red.: G.İmanova; C.Həsənova; rəy.: C.Mahmudova, 

L.Məmmədova]; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Resp. Təhsil Prob. İn-tu; Ü.Haqcıbəyli ad. Bakı Musiqi Akad.- Bakı, 2008.- 16 s. 

Xor musiqimizin bu günü Gülbacı İmanova: “Əvvəlki illərlə müqayisədə xora maraq daha yüksəkdir” /G.İmanova; müsah. apardı 

H.Nizamiqızı //Mədəniyyət.- 2012.- 10 oktyabr.- S.7.

Qadın iradəsi və dirijor idarəsi /G.İmanova; müsah. apardı Ü.Həsənli //Baku Post.- 2013.- 18 sentyabr.- S.10.

Gülbacı İmanova //Qadınlar Azərbaycanın musiqi həyatında /layih. müəl., tərt. və red. A.Bayramova.- Bakı, 2004.- S.102.

İ n t e r n e t d ə

www.anl.az; www.csl-az.com; www.musigi-dunya.az

13

Xor dirijoru

Musiqi.Opera.Balet



50

60 

illiyi

Səkinə İsmayılova   

1956

FEVRAL

Səkinə  Qulu  qızı  İsmayılova  1956-

cı il fevral ayının 24-də Bakı şəhərində 

anadan olmuşdur.

1972-ci  ildə  ümumrespublika  “Oxu 

tar”  müsabiqəsində  “Yurdumuz  geyib 

əlvan” mahnısını ifa etmiş, müsabiqənin 

I  dərəcəli  diplomuna  layiq  görülmüş, 

1973-cü  ildə  “İstedadlar  axtarırıq” 

müsabiqəsində  “Gəl  bizə  yar”  xalq 

mahnısının  ifasına  görə  müsabiqənin  I 

dərəcəli diplomu və Mədəniyyət Nazir-

liyinin  (indiki Azərbaycan Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi)  fəxri 

fərmanı ilə təltif olunmuşdur. 

1974-cü ildə Asəf Zeynallı adına Mu-

siqi  Məktəbinin  muğam  sinfində  ustad 

xanəndə,  pedaqoq  Nəriman  Əliyevdən 

dərs almışdır. Burada təhsilini başa vura-

raq Opera və Balet teatrının səhnəsində 

çıxış  etməyə  başlamışdır.  1990-cı  ildə 

Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət Universitetini bitirmişdir. 

Xalq  mahnıları  və  muğamların 

əvəzedilməz ifaçısı olan Səkinə İsmayı-

lova  Azərbaycan  muğam  sənətini  İran, 

Türkiyə,  İraq,  Səudiyyə  Ərəbistanı, 

Vyetnam,  Yaponiya,  Hindistan,  Avstri-

ya, Almaniya, Hollandiya, İsveç, Fransa, 

Norveç,  Danimarka,  Macarıstan,  Lük-

semburq, ABŞ  kimi  ölkələrdə  dəfələrlə 

yüksək səviyyədə təmsil etmişdir.

Opera  və  Balet Teatrının  səhnəsində 

əksər  muğam  operalarında  aparıcı  par-

tiyaları  “Leyli  və  Məcnun”-da  Ley-

li,  “Əsli  və  Kərəm”  də  Əsli,  “Gəlin 

qayası”nda  Gülbahar,  “Aşıq  Qərib”  də 

Şahsənəm, “Vaqif”də xanəndə qız və bir 

çox digər rollarda uğurla çıxış etmiş və 

etməkdədir.

Səkinə  İsmayılova  Milli  Konserva-

toriyanın  dosenti,  Azərbaycan  Dövlət 

Mədəniyyət və İncəsənət Universitetinin  

baş müəllimidir.

Heydər  Əliyev  Fondunun  dəstəyi 

ilə  Azərbaycan  Mədəniyyəti  Fondu-

nun  layihəsi  əsasında  Mədəniyyət  və 

Turizm  Nazirliyinin  yaxından  işti-

rakı  və  Azərbaycan  Televiziyasının 

təşkilatçılığı ilə keçirilən muğam televi-

ziya müsabiqələrində münsif kimi iştirak 

etmişdir.

Səkinə İsmayılova müasir Azərbaycan 

muğam ifaçılığında ilk dəfə olaraq qadın 

ifaçılardan ibarət olan muğam üçlüyü ya-

ratmışdır. Bir çox xarici ölkələrdə qastrol 

səfərlərində  olan  xanəndə  Azərbaycan 

muğamını  beynəlxalq  səviyyədə  təbliğ 

etmişdir.

2009-cu  ilin  martında  ölkəmizdə  ilk 

dəfə olaraq keçirilən I Beynəlxalq Mu-

ğam  Festivalında  respublikamızı  təmsil 

etmişdir. 

1991-ci ildə rejissor və ssenari müəllifi 

Ş.Ələkbərovun  “Qəzəlxan”  filmində 

mahnı  ifaçısı  kimi,  1995-ci  ildə  “Hacı 

Arif” filmində arxiv kadrlarında, 2005-ci 

ildə rejissor M. Əjdəroğlunun “Nəriman 

Əliyev”adlı filmində, rejissor A.Qazıyev 

və ssenari müəllifi R. Zöhrabovun “Xalq 

Təranələri” filmində iştirak etmişdir. 

1988-ci ildə Əməkdar artist, 1992-ci 

ildə Xalq artisti adına layiq görülmüşdür. 

Müğənni  Prezident  mükafatçısı  olmuş-

dur. 

Ə d ə b i y y a t

Birliyimizin nümayişi: 

Ziyalı sözü - vətəndaş 

mövqeyi /S.İsmayılova. 

Xalq artisti//Azərbaycan 

.- 2015.- 14 may.- S.4. 

Əsl tələbə odur ki

müəllimindən irəli getsin  

/S. İsmayılova. //Üç nöqtə 

.- 2012.- 14 iyul.- S.13.

Xatun sənətkar... “Muğa-

təkcə kişi xanəndələr 

inkişaf etdirməyib” 

/S.İsmayılova //Şərq.- 

2013.- 25 dekabr.- S.14.

Muğam dünyanı 

heyrətləndirməkdədir 

/S.İsmayılova; müsah. 

apardı G.Allahverdiyeva 

//Ekran-efir.- 2014.- 28 

noyabr. - S. 10.

Muğamı qavalla ifa 

edən ilk qadın xanəndə 

/S.İsmayılova; mü-

sah. apardı T.Vahid                  

//Mədəniyyət.- 2011.- 18 

fevral.- S.5.

Səkinə İsmayılova            

//Qadınlar Azərbaycanın 

musiqi həyatında                

/layih. müəl., tərt. və red. 

A.Bayramova.- Bakı, 

2004.- S.103.

24

Xanəndə

Musiqi.Opera.Balet



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə