Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə30/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   26   27   28   29   30   31   32   33   ...   204

65

95 

illiyi

Ə d ə b i y y a t

Möhbəddin, S. Dün-

ya dahilərsiz yaşaya 

bilmir /M.Səməd; elmi 

red. M.Mərdanov; red. 

Ş.Vəliyev; elmi rəyçi. 

R.Əliyev; Qafqazın 

Strateji Tədqiqatlar İns-

tu.-Stokholm: CA&CC 

Press, 2008.- 188 s.

Zadə, F. Qeyri-səlis 

məntiqin atası ilə 

həyatım və səyahətlərim 

/Fey Zadə; seriyanın 

məsul red. E.İsmayılov; 

rus. çevirəni və çapa ha-

zırl. Ü.Hüseynova; red. 

M.Axundova; Qafqazın 

Strateji Tədqiqatlar 

İnstitutu.-Bakı: Qafqaz, 

2006.-368 s

Hüseynova, Ü. Sadəcə 

dahi Lütfi Zadə //

Dahilərin ömür yolu: 

oçerklər, xatirələr             

/AMEA, Şəki Regional 

Elmi Mərkəzi; tərt. ed.: 

Z.Əlizadə (ön söz), 

İ.Rövşən; elmi red. 

Ə.Tahirzadə; tərc. ed. 

İ.Salmanov [və b.].- 

Bakı: Elm və təhsil, 

Nurlan, 2010.- S.9-18.

İ n t e r n e t d ə

www.anl.az

www.adau.edu.az

Lütfi  Zadə  (əsl  adı  Lütfəli  Rəhim 

oğlu Əsgərzadə) 1921-ci il fevral ayının 

4-də Bakıda anadan olmuşdur. Lütfi ilk 

təhsilinə  Bakıdakı  16  saylı  məktəbdə 

başlamış, lakin 10 yaşında ikən ailəsi ilə 

birlikdə Bakını tərk edərək Tehrana köç-

müşdür. Təhsilini  amerikalıların Albors 

missioner  məktəbində  davam  etdirmiş-

dir.


1948-ci ildə Massaçusets Texnologiya 

İnstitutunda (ABŞ) elektron mühəndisliyi 

üzrə  magistr  dərəcəsini  almışdır.  1959-

cu ildən Berkli Universitetində professor 

kimi çalışmış, 1963-cü ildən isə Elektrik 

mühəndisliyi  və  kompüter  elmləri  ka-

fedrasına rəhbərlik etmişdir. Hal-hazırda 

professor Lütfi Zadə həmin universitetdə 

ömürlük  professor  və  Soft  Computing 

İnstitutunun  direktoru  kimi  fəaliyyət 

göstərir.

 L.Zadəyə dünya şöhrəti qazandıran, 

dünya  elmində  inqilab  hesab  olunan 

qeyri-səlis  məntiq  nəzəriyyəsi  riyaziy-

yatın  əsası  olan  ikili  çoxluq  anlayışına 

“qeyri-səlis çoxluq” kimi yeni ifadə ver-

mişdir. Elmdə qeyri-səlis ölçünün daxil 

edilməsi  təbiətdə  və  cəmiyyətdə  gedən 

proseslərin  qeyri-müəyyənliyini  daha 

adekvat nəzərə almağa imkan yaradır.

1989-cu ildə qeyri-səlis məntiq nəzə-

riyyəsinin  sənayedəki  uğurlarına  görə 

Yaponiyanın  elm  adamlarına  verdiyi 

ən  yüksək  mükafat  -  “Honda”  müka-

fatı  ilə  təltif  olunmuşdur.  Bu  gün  bu 

nəzəriyyə  Amerikanın  “General  Mo-

tors”,  “General  Electric”,  “Motorola”, 

“Dupont”,  “Kodak”  və  başqa  şirkətləri 

tərəfindən istehsalatda geniş tətbiq olu-

nur.  Hazırda  bu  nəzəriyyədən  iqtisa-

diyyatda,  psixologiyada,  linqvistikada, 

siyasətdə, fəlsəfədə, sosiologiyada, dini 

məsələlərdə,  münaqişə  problemlərində 

də istifadə olunur.

Bundan  əlavə  5  fundamental  elmi 

nəzəriyyə  təklif  etmişdir:  “təəssüratlar 

nəzəriyyəsi”, “sistemlər”, “sözlə işləyən 

kompüter”, “optimal süzgəclər” və “soft 

kompyutinq” nəzəriyyəsi.

Onun  məşhur  vəziyyətlər  fəzası, 

dinamik  sistemlərin  idarə  olunma  və 

müşahidə  olunma  nəzəriyyələri  mü-

asir  idarəetmə  elminin  əsasını  təşkil 

edir. ABŞ-ın  Milli  Kosmik  Tədqiqatlar 

Mərkəzi (NASA) bu nəzəriyyələr əsasın-

da  idarəetmə  sistemlərini  tədqiq  edir, 

layihələndirir və tətbiq edir.

Çoxlu  sayda  mötəbər  cəmiyyətlərin 

və  fondların  mükafatlarına  layiq  görül-

müş, medallarla təltif edilmişdir. Onlar-

la  xarici  dövlət  və  ictimai  təşkilatların 

fəxri doktorudur. 54 beynəlxalq jurnalın 

elmi redaktoru və ya redaksiya heyətinin 

üzvü olan Lütfi Zadə dünyada əsərlərinə 

ən çox istinad edilən alimlərdən sayılır. 

Kaliforniyanın  Berkli  şəhərində  “İnfor-

masiya Texnologiyaları üzrə Zadə İnsti-

tutu” yaradılmışdır. Lütfi Zadə AMEA-

nın fəxri üzvü seçilmişdir.

Azərbaycan  Respublikasının  Pre-

zidenti  cənab  İlham  Əliyevin  7  fevral 

2011-ci  il  tarixli  Sərəncamı  ilə  Lütfi 

Zadə elm və texnologiyaların inkişafin-

da,  mədəniyyətlərarası  dialoqun  qurul-

masında  xidmətlərinə  görə  “Dostluq” 

ordeni ilə təltif olunmuşdur.

Böyük alim haqqında “Müasir elmin 

korifeyi”  (F.Tağıyev,  Ş.Məmmədov), 

“Dünya  dahilərsiz  yaşaya  bilmir” 

(M.Səməd) adlı kitablar yazılmış, “Uzaq 

və  yaxın  Lütfi  Zadə”  (quruluşçu  rejis-

soru  -  O.Babazadə,  ssenari  müəllifi  - 

M.Səməd)  sənədli  film  çəkilmiş,  Lütfi 

Zadə irsi və Süni İntellekt Assosiasiya-

sı, Lütfi Zadə adına Beynəlxalq Müasir 

EA-sı yaradılmışdır.



Lütfi Zadə 

1921  

Texnika.Mühəndis işi

Alim

FEVRAL

4


66

60 

illiyi

Ə d ə b i y y a t

Azərbaycan biblioq-

rafiyasının biblioq-

rafiyası: Biblioqrafik 

vəsaitlərin göstəricisi 

/BDU, Respublika 

Elmi-Texniki Ki-

tabxanası; tərt. ed. 

N.İsmayılov; elmi 

red.Z.Əliyev.- Bakı: 

Mütərcim, 2003.-112 s.

Kitabxanada ölkə-

şünaslıq (diyarşü-

naslıq) üzrə bibli-

oqrafik fəaliyyət: 

nəzəri-tarixi, təşkilati-

metodiki məsələləri 

/N.İsmayılov, 

Q.Hacıyeva; elmi red. 

Z.Əliyev; Azərb. Resp. 

Standartlaşdırma, 

Metrologiya və Patent 

üzrə Dövlət Agentliyi; 

Respublika Elmi-

Texniki Kitabxanası; 

BDU.-Bakı: Mütərcim, 

2004.- 111 s.

Kitabxanada oxucula-

ra soraq-biblioqrafiya 

xidmətinin təşkilində 

İKT-nin yeri 

/N.İsmayılov //Ki-

tabxanaşünaslıq və 

Biblioqrafiya.-2014.- 

№ 1.- S.47-51.

İ n t e r n e t d ə

www.anl.az

www.adau.edu.az

Nadir İslam oğlu İsmayılov 1956-cı il 

fevral  ayının  5-də  Beyləqan  rayonunun 

Əmirzeyidli kəndində anadan olmuşdur. 

1973-cü ildə Şahsevən kənd 1 saylı orta 

məktəbi bitirmişdir.

1974-cü  ildə      indiki  BDU-nun 

Kitabxanaşünaslıq-biblioqrafiya 

fakültəsinə daxil olmuş, əla qiymətlərlə 

oxuduğuna  görə  C.Cabbarlı  adına 

təqaüdə  layiq  görülmüş,  1979-cu  ildə 

oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ilin sentyabr ayının 5-dən de-

kabr ayının 30-dək M.F. Axundov adına 

Azərbaycan Respublika Dövlət Kitabxa-

nasının Elmi-metodiki şöbəsində böyük 

kitabxanaçı vəzifəsində çalışmışdır.

1979-1982-ci illərdə BDU-nun Bibli-

oqrafiyaşünaslıq kafedrasının əyani aspi-

rantı olmuş, 1982-ci ildən Biblioqrafiya-

şünaslıq kafedrasının müəllimidir.

1987-ci  ildə  Moskva  Dövlət 

Mədəniyyət və İncəsənət Universitetində 

“Təbabət  üzrə  məhəlli  kitabxana-

biblioqrafiya  ehtiyatlarının  inkişafı, 

müasir  vəziyyəti  və  təkmilləşdirilməsi 

yolları 

(Azərbaycan 

materialları 

əsasında)” mövzusunda dissertasiya işini 

Azərbaycan  Respublikasının  Əməkdar 

mədəniyyət  işçisi,  professor  Zöhrab 

Əliyevin  rəhbərliyi  altında  müdafiə 

edərək Pedaqoji elmlər namizədi alimlik 

dərəcəsi almışdır.

1992-ci  ildən  Biblioqrafiyaşünaslıq 

kafedrasının  dosentidir.  Azərbaycanda 

təbabətin  biblioqrafiyası,  biblioqra-

fiyaşünaslıq, 

biblioqrafiyaşünaslığın 

tədrisi  metodikası,  soraq  biblioqrafiya 

xidmətinin təşkili və idarə olunması və s. 

fənləri tədris edir. 3 monoqrafiya, 9 kitab, 

150-ə yaxın məqalənin müəllifidir. Bun-

lardan  “Azərbaycan  biblioqrafiyasının 

biblioqrafiyası” (2003), “Xəzər dənizi və 

neft” (2003), “Kitabxanada biblioqrafik 

tərtibatın  metodikası”  (2004),  “Heydər 

Əliyev və Azərbaycan elmi” (2010), “Ki-

tabxanada ölkəşünaslıq üzrə biblioqrafik 

fəaliyyətin təşkili” (2004) adlı vəsaitlər 

xüsusilə əhəmiyyətlidir.

2013-cü ildə Almaniyanın “Lambert” 

akademik  nəşriyyatında  “Azərbaycanın 

kitabxana-biblioqrafiya  və  informasiya 

resursları: inkişaf mərhələləri, vəziyyəti 

və  təkmilləşdirilməsi  yolları”  adlı  mo-

noqrafiyası rus dilində çap olunmuşdur. 

Nadir İsmayılov səmərəli elmi və pe-

daqoji fəaliyyəti ilə yanaşı, həm də gözəl 

təşkilatçılıq və idarəçilik keyfiyyətlərinə 

malikdir. Müxtəlif fasilələrlə 1994-2003-

cü  illərdə  Kitabxanaçılıq-informasiya 

fakültəsində dekan müavini vəzifəsində 

çalışmış, 2007-ci ildən Biblioqrafiyaşü-

naslıq  kafedrasının  müdir  əvəzi  olmuş, 

2012-ci  ildə  kafedra  müdiri  vəzifəsinə 

təyin olunmuşdur.

Bir  sıra  respublika  və  beynəlxalq 

konfranslarda  iştirak  etmişdir.  Onun 

elmi məsləhətçiliyi ilə iki fəlsəfə dokto-

ru  hazırlanmışdır.  Əsas  tədqiqat  sahəsi: 

Azərbaycanın  kitabxana-biblioqrafiya 

resursları, onların yerləşməsi və istifadəsi 

problemləri,  Azərbaycan  biblioqrafiya-

sının tarixi, nəzəri-metodiki və təşkilati 

problemləridir.

Azərbaycan Respublikası Təhsil Na-

zirliyi  tərəfindən  “Qabaqcıl  Təhsil  İş-

çisi”  döş  nişanı,  Fəxri  fərmanı  və  Bakı 

Dövlət Universitetinin Fəxri fərmanı ilə 

təltif olunmuşdur.

2014-cü ildə BMT yanında Beynəlxalq 

İnformasiyalaşdırma  Akademiyasının 

həqiqi üzvü seçilmişdir.

Nadir İsmayılov

1956  

Kitabxanaşünaslıq.Biblioqrafiya

Alim

FEVRAL

5



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə