Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə196/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   192   193   194   195   196   197   198   199   ...   204

408

110

illiyi

Həsən Seyidov   

1906-1999   

  

 

2016

Həsən Əli oğlu Seyidov 1906-cı ildə 

İrəvan şəhərində, fəhlə ailəsində anadan 

olmuşdur. 

İlk əmək fəaliyyətinə 1925-ci ildə (19 

yaşında) Bakı şəhərində, H.Z.Tağıyevin 

toxuculuq fabrikində başlamışdır. 

1928-ci  ildə  Gəncə  (Kirovabad) 

şəhərində Azərbaycan Kənd Təsərrüfatı 

İnstitutuna  daxil  olmuş,  1931-ci  ildə 

oranı  bitirərək  aqronom  ixtisasına 

yiyələnmişdir. 

1931-ci  ildə  Vartaşen  (Oğuz)  rayon 

torpaq  şöbəsində  aqronom,  1931-34-

cü  illərdə  Moskva  Ümumittifaq  Elmi-

Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq 

İnstitutunun aspirantı olmuşdur.

1934-1937-ci  illərdə  Azərbaycan 

Kimyalaşma  stansiyasının  aqronomiya 

şöbəsinin  müdiri,  1937-1941-ci  illərdə 

Gəncə  şəhərində  yerləşən  Azərbaycan 

Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda 

direktor  vəzifəsində  çalışaraq  bacarıq-

lı  kənd  təsərrüfatı  alimi  kimi  yetişmiş, 

idarəçilik səriştəsi zənginləşmişdir.

1928-ci  ildən  Kommunist  partiya-

sının  üzvü  olan  Həsən  Seyidov  1942-

1943-cü  illərdə  Gəncə  Şəhər  Xalq 

Zəhmətkeş 

Deputatları 

Sovetinin 

İcraiyyə Komitəsinin sədri, 1943-1944-

cü illərdə Azərbaycan KP MK-nın kənd 

təsərrüfatı şöbəsinin müdiri vəzifəsində 

çalışmışdır.

Həsən Seyidov 1944-1946-cı illərdə 

Azərbaycan KP MK-nın üçüncü katibi, 

1944-1950-ci illərdə ikinci katibi, 1950-

1952-ci  illərdə  Azərbaycan  SSR  Ali 

Soveti  sədrinin  birinci  müavini,  1952-

1953-cü illərdə Bakı Şəhər Xalq Depu-

tatları  Sovetinin  İcraiyyə  Komitəsinin 

sədri, 1953-1954-cü illərdə Dövlət Plan 

Komitəsinin sədri, 1954-1959-cu illərdə 

Kənd  Təsərrüfatı  naziri,  1959-1970-ci 

illərdə  Moskvada,  SSRİ  hökuməti  ya-

nında Azərbaycan Respublikası Nazirlər 

Sovetinin daimi nümayəndəliyinin sədri 

vəzifələrində çalışmışdır. 

1970-ci  ildən  fərdi  təqaüdə  çıxmış-

dır.

Zəngin təcrübəsi, işgüzarlığı ilə daim 



Azərbaycan iqtisadiyyatının yüksəlişinə 

xidmət  edən  Həsən  Seyidov  gərgin  və 

fədakar  əməyinə  görə  Lenin,  iki  dəfə 

Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı 

ordenləri ilə mükafatlandırılmışdır.

Əməkdar  elm  və  dövlət  xadimi, 

D.İ.Mendeleyev  adına  Kimyaçılar 

Cəmiyyətinin bölmə sədri olmuşdur.

Məsul  dövlət  vəzifələrində  çalış-

maqla  yanaşı,  ictimai  xadim  kimi  də 

fəaliyyət  göstərmişdir.  1944-45-ci 

illərdə  Azərbaycan  KP  MK-nın  Büro 

üzvü seçilən Həsən Seyidov Azərbaycan 

Kommunist partiyası qurultayına 6 dəfə 

nümayəndə seçilmiş, II, III, VII çağırış 

Azərbaycan Ali Sovetinin, II, III, IV, V 

çağırış SSRİ Ali Sovetinin deputatı se-

çilmişdir. 

1970-ci ildən İttifaq əhəmiyyətli fərdi 

təqaüdçü  olmasına  baxmayaraq,  1972-

ci  ildən  həyatının  son  anlarına  qədər 

Azərbaycan Dövlət Torpaq Komitəsinin 

Yerquruluşu  Layihə  İnstitutunda  baş 

məsləhətçi vəzifəsində işləmişdir.

H.Ə.Seyidov 1999-cu il iyun ayının 

8-də vəfat etmişdir.



Ə d ə b i y y a t

 “Tam məxfi” (araş-

dırma) //”İrəvan” 

qəzeti.- 2-8 oktyabr.-

2011.-S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

iravangazeti@box.az

 

Elm xadimi

Siyasət.Hüquq.Hərbi iş


409

Mədəniyyət.Maarif.Təhsil

175

 illiyi

Şəmsi Əsədullayev     

1840/41-1913            

2016

Şəmsi  Əsədulla  oğlu  Əsədullayev 

1841-cı  ildə  Bakının  Əmircan 

kəndində, yoxsul bir ailədə anadan ol-

muşdur.  Hələ yeniyetmə ikən, böyük 

neft sənayeçisi V.Kokorevin  Suraxa-

nıdakı  mədənlərində  arabaçı  işlədiyi 

vaxtlarda  işgüzarlığı  və  qənaətcilliyi 

ilə  fərqlənirdi.  Bir  neçə  il  işlədikdən 

sonra  müəyyən  məbləğ  pul  toplayıb 

özünə  araba  almış  və  1960-cı  ildə 

V.Kokorevin müəssisəsində işlər mü-

diri vəzifəsinə yüksəlmişdir. Duz pod-

ratında ilkin kapital yığan Əsədullayev 

1892-ci ildə neft veriminə görə pers-

pektivli  sayılan  bir  torpaq  sahəsi  al-

mışdır. 

1892-ci ildə ilkin kapitalı 500 rubl 

olan  şirkətini  tezliklə  inkişaf  etdirir. 

Onun şirkəti 1909-cu ildə 10 milyon 

rubl  məbləğində  dəyərləndirilirdi. 

1893-cü ildə öz şirkətini açanda onun 

50 yaşı vardı. Artıq böyük təcrübə qa-

zanmışdı. 

1895-ci  ildə  təzə  aldığı  torpaq 

sahələrindən birində neft quyusu fon-

tan vurmuş, 56 gün davam edən fon-

tan  hər  gün  bir  milyon  altı  yüz  min 

pud  məhsul  vermişdi.  Bu  Bakı  neft 

sənayesi tarixində ən məşhur fontan-

lardan biri idi.

Neft  hasilatı  artdıqça  onun  Volqa 

boyu  şəhərlərində,  Moskvada,  Polşa-

da,  habelə  Orta Asiyada,  İranda  neft 

anbarlarının  sayı  artırdı.  O,  neftin 

ecazkar qüdrətindən milyonçu olmuş, 

həm neft mədəni, həm də neft daşıyan 

dəniz  və  çay  donanması  yaratmışdı. 

Şəhərin mərkəzində əsas fasadı Qoqol 

küçəsinə, digər iki yan fasadların biri 

Gimnaziya (Tolstoy) küçəsinə, digəri 

Karantin (Həzi Aslanov) küçəsinə ba-

xan əzəmətli bina tikdirmişdir.

Ş.Əsədullayevin 

ictimai 

və 


xeyriyyəçilik  fəaliyyəti  milli  ziyalı 

təbəqəsinin  formalaşmasında  böyük 

rol  oynamışdır.  Bakı  realni  məktəbi 

(indiki Dövlət İqtisad Universiteti) bi-

nasının tikintisinə sərf olunan vəsaitin 

əsas hissəsi Ş.Əsədullayev tərəfindən 

ayrılmışdı.  Zaqafqaziyada  ən  böyük 

təhsil  ocağı  olan  Tiflis  Aleksandr 

Müəllim İnstitutunu himayəyə götür-

müş,  burada  təhsil  alan  azərbaycanlı 

tələbələr  üçün  öz  adına  təqaüd  təsis 

etmişdi.  Müsəlman  tələbələr  üçün 

kvotanın  artırılmasına  nail  olmuşdu. 

Məşhur  memar  Z.Əhmədbəyov  onun 

təqaüdü hesabına 1901-ci ildə Sankt-

Peterburq Mülki Mühəndislər İnstitu-

tunu bitirmişdi. 

Əsədullayevin  vəsaiti  hesabı-

na  Moskvada,  Sankt-Peterburqda, 

Bakıda,  Kaluqada,  Yaltada,  Baxça-

sarayda,  Volqaboyu  şəhərlərində, 

praktiki  olaraq  onun  neft  imperiya-

sının  filiallarının  yerləşdiyi  bütün 

şəhərlərdə  bir  sıra  möhtəşəm  binalar 

tikilmişdir.  Əsədullayevin  sahibkar-

lıq  fəaliyyətinin  coğrafiyası  İrandan 

Lodza  (Polşa)  qədər  uzanırdı.  O, 

Moskvanın  Vozdvijenka  küçəsindəki 

malikanələrindən 

birini 


şəhərin 

müsəlman icmasına bağışlamışdı. 

Azərbaycanın 

neft 


maqnatı, 

xeyriyyəçi  Şəmsi  Əsədullayev  1913-

cü il aprel ayının 21-də Yaltada vəfat 

etmiş, Bakıda dəfn olunmuşdur. 



Ə d ə b i y y a t

Mahmudov, C. Şəmsi 

Əsədullayev //Mahmudov 

C. Bakı nefti, neft milyon-

çuları və Nobel qardaş-

ları: elmi-publisistik 

monoqrafiya /elmi red. 

Z.Abdullayev.- Bakı, 

2006.- S.128-140.

Mirbabayev, M. Şəmsi 

Əsədullayev //Mirbabayev 

M. Azərbaycan neftinin 

qısa tarixi.-Bakı, 2008.-

S.77-79.

Şəmsi Əsədullayev             

//Azərbaycanın ilk qeyri-

hökümət təşkilatları            

/layih. həyata keçirən 

təşkilat “Milli Jurnalistika 

Konqresi” İctimai Birliyi; 

materialları hazırl. və 

elmi red. N.Yaqublu.-Bakı, 

2013.- S.59-60.

Xəlilov, Q. Şəmsi 

Əsədullayev /Q.Xəlilov 

//Zaman.- 2012.- 21-22 

fevral.- S.6.

Səymən. Azərbaycan 

maarifçiliyinə pul 

xərcləyən sahibkar...: 

Şəmsi Əsədullayev 

tariximizdə silinməz izlər 

buraxıb /Şəymən //Şərq.-

2014.- 23 oktyabr.- S.11.

Mesenat-xeyriyyəçi 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə