Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə193/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   189   190   191   192   193   194   195   196   ...   204

402

Folklor

Aşıq Ələsgər

1821-1926 

2016

Ələsgər  Alməmməd  oğlu  (Aşıq 

Ələsgər)  1821-ci  ildə  İrəvan  xanlığı-

nın Göyçə mahalının Ağkilsə kəndində 

anadan  olmuşdur.  Ailəsi  böyük  oldu-

ğundan Alməmməd kişi Ələsgəri 14 ya-

şında Kərbəlayi Qurban adlı bir varlıya 

nökər vermiş, Ələsgər onun həyətində 

4 il nökərçilik etmişdir. 

Aşıq 


Ələsgər 

xüsusi 


təhsil 

ala  bilməmiş,  sənətin  sirlərini  el 

sənətkarlarının 

və 


ağsaqqalla-

rın  yanında  öyrənmiş,  ilk  şeirini  də 

yeniyetməlik çağlarında aşıqların, xalq 

sənətkarlarının  təsiri  ilə  söyləmişdir. 

Aşıq  qoşmalar,  təcnislər,  gəraylılar, 

dodaqdəyməzlər  yazıb,  onları  şövqlə 

sazda  ifa  etmiş,  dastanlar  söyləmişdir. 

O, aşıq sənətini müəllimi - böyük ustad 

Aşıq  Alıdan  öyrənmişdir.  Aşıq  Alının 

yanında şəyirdlik edən Ələsgər aşıqlıq 

sənətinin sirləri ilə bərabər ondan ədəb 

və mərifət qaydalarını da öyrənmişdir.

Şəyirdlik  dövrünü  başa  vurduq-

dan  sonra  Ələsgər  Göyçə  ilə  yanaşı 

İrəvanda,  Naxçıvanda,  Qazaxda,  Qa-

rabağda,  Gəncədə  də  məşhurlaşmış, 

Göyçə aşıq məktəbinə rəhbərlik etmiş-

dir. Ömrünün çoxunu xalqın içərisində, 

toy,  şadlıq  məclislərində  keçirən Aşıq 

Ələsgər  təkcə  Azərbaycanda  yox, 

Türkiyədə, İranda və Dağıstanda da us-

tad sənətkar kimi tanınmışdır.

Aşıq  Ələsgərin  ilk  mətbu  əsərləri  - 

“Dağlar”, “Bizim dağlar” şeirləri 1927-

ci  ildə  “Yeni  kənd”  jurnalında  (№3) 

çap  olunmuşdur.  Hümmət  Əlizadənin 

onun  haqqında  ilk  dəfə  tərtib  etdiyi 

“Aşıq Ələsgər” adlı kitabı isə 1934-cü 

ildə  nəşr  olunmuşdur.  Aşıq  Ələsgərin 

sözlərinə yüzlərlə mahnı və romanslar 

bəstələnmişdir.  1918-1919-cu  illərdə 

daşnakların türklərə qarşı törətdiyi qır-

ğın nəticəsində Göyçə mahalı talanmış, 

əhali  öz  dədə-baba  yurdunu  tərk  edib 

başqa yerlərə köçməyə məcbur olmuş-

dur. İki ilə qədər Yanşaqda yaşayan Aşıq 

Ələsgər sonra Tərtərə köçmüş, bir neçə 

ay da orada qalmışdır. Bu yerlərin hər 

birində  aşığı  hörmətlə  qarşılasalar  da, 

onun ürəyi-gözü Göyçədə idi. O gözü-

nü açıb gördüyü doğma yerlər: Srınər, 

Murov, Muşoy dağları, Xaçbulaq yay-

laqları  üçün  çox  darıxırdı.  Nəhayət, 

1921-ci  ildə  o,  Ağkilsəyə  qayıtmış, 

ömrünün  son  illərini  doğma  kəndində 

yaşamışdır.

Aşıq Ələsgər 1926-cı il mart ayının 

7-də doğulduğu Ağkilsə kəndində vəfat 

etmiş  və  burada  da  dəfn  edilmişdir. 

Lakin  Dağlıq  Qarabağ  münaqişəsi  ilə 

əlaqədar  olaraq  XX  əsrin  90-cı  illərin 

əvvəllərində Azərbaycanın böyük aşıq-

şairinin  qəbri  ermənilər  tərəfindən 

vəhşicəsinə yerlə yeksan edilmişdir. 

Görkəmli  aşıq  xalq  tərəfindən  bu 

gün  də  sevə-sevə  dinlənilir.  1972-ci 

ildə Aşıq  Ələsgərin  anadan  olmasının 

150  illiyi,  1998-ci  ildə  isə  175  illiyi 

Azərbaycanın hər yerində böyük təntənə 

ilə  qeyd  olunmuş,  bu  münasibətlə 

Azərbaycan Milli Elmlər Akademiyası 

tərəfindən  onun  əsərlərinin  iki  cildlik 

elmi nəşri hazırlanmış və çap edilmiş-

dir. Aşıq Ələsgərin xatirəsi dövlətimiz 

tərəfindən əbədiləşdirilmiş, adına küçə, 

mədəniyyət sarayı, respublika Xalq Ya-

radıcılığı evi fəaliyyət göstərir, Bakıda 

isə Hüseyn Hacı Qulu oğlu tərəfindən 

“Aşıq Ələsgər muzeyi” yaradılmışdır.

Ə d ə b i y y a t

Əsərləri /Aşıq Ələsgər; 

tərt. ed., ön sözün və 

qeydlərin müəl. İ.Ələsgər.-

Bakı: Şərq- Qərb, 2004.-

400 s.

Bütün əsərləri/Aşıq 

Ələsgər; tərt. Q. 

Zimistanoğlu.-Bakı: [Qa-

nun], 2008.-486 s.

Şeirlər, dastan-rəvayətlər

xatirələr/Aşıq Ələsgər.-

Bаkı: Çinar-Çap, 2003.-

496 s.

Aşıq Ələsgər: O, eşq 

pərvanəsi deyil, eşqin 

əbədiyanar Şamıdır! /L. 

Babacanlı.-Bakı: [Vətən], 

2013.-620 s.

Aşıq Ələsgər/Azərbaycan 

Aşıqlar Birliyi; tərt.ed. və 

nəşrə haz. M.Nəbioğlu.-

Bakı: Elm və təhsil, 2012.-

279 s.

Dədə Ələsgər poeziyasının 

sufi mahiyyətinə dair//

Aşıq yaradıcılığı: mənşəyi 

və inkişaf mərhələləri /H. 

İsmayılov; AMEA Nizami 

adına Ədəbiyyat İnstitutu.-

Bakı: Elm, 2002.- S.277-

309.

Aşıq Ələsgər – 190: 

biblioqrafiya /ixt. red. və 

burax. məsul K.Tahirov; 

M.F.Axundov adına 

Azərbaycan Milli Kitabxa-

nası.- Bakı, 2011.- 149 s.

195  

illiyi

Aşıq şair



403

Musiqi.Opera.Balet

Səfiəddin Urməvi 

1216-1294

2016

Səfiəddin  Əbdülmömin  ibn  Yusif 

ibn Faxir Urməvi Azərbaycanın qədim 

mədəniyyət mərkəzi Urmiya şəhərində, 

1216-cı  ildə  anadan  olmuşdur.  Onun 

adı və soyadı qaynaqlarda Səfi-əd-Din 

Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi 

kimi  yazılır.  O,  Urmiya  şəhərində  do-

ğulduğunu və nəslinin bu şəhərdə yaşa-

dığını  bildirmək  üçün  “Urməvi”  soya-

dını götürmüşdür.

Orta əsr Şərq musiqi mədəniyyətini 

zinətləndirən  ən  qüdrətli  musiqişünas 

olmuşdur. İbtidai təhsilini öz vətənində 

almış,  musiqi  savadının  əlifbasını  və 

udda  çalmağı  da  burada  öyrənmişdir. 

Sonradan  Ərəb  Xilafətinin  paytaxtı-

na,  bütün  Yaxın  və  Orta  Şərqin  elm 

və  mədəniyyət  mərkəzi  olan  əfsanəvi 

Bağdad  şəhərinə  gələrək,  dövrünün 

ən  yaxşı  universitetlərindən  sayılan 

“Müstənsəriyyə”də təhsilini davam et-

dirmişdir. Burada fəlsəfənin, məntiqin, 

tibbin, riyaziyyatın, astronomiyanın və 

dillərin əsasları ilə tanış olmuşdur. Mu-

siqi  sənətini  öyrənməkdə  davam  edən 

Səfiəddin  xəttatlıqda  da  böyük  uğur 

qazanmışdır. Əvvəlcə musiqi sahəsində  

deyil,  xəttat  kimi  şöhrət  tapmış  və 

Abbasilər sülaləsinin son nümayəndəsi 

xəlifə  əl  Müstəsimin  sarayına  dəvət 

olunmuşdu.  Az  vaxtda  xəlifənin  ya-

xın  əhatəsinə  daxil  olan  sənətkar  bir 

müddətdən  sonra  saray  kitabxanasının 

rəhbəri və baş xəttatı təyin olunmuşdur. 

Bütün  Şərq  aləmində  ünlü  sənətçilər 

kimi ad çıxarmış bir çox musiqişünas-

lar  onun  şagirdləri  olmuşlar.  Bunların 

sırasında Şəms əd-Din Söhrəvərdi, Əli 

Sitan,  Həsən  Zəfər  və  Hüsam  əd-Din 

Qutluq  Buğa  kimi  tanınmış  musiqişü-

nasların adları çəkilir.

Səfiəddin  iki  yeni  musiqi  aləti  ya-

ratmışdı  -  “Nüzhə”  və  “Müğni”. 

Nüzhə  müasir  arfa  (çəng)  və  kanona 

bənzəyirdi. Bu alətin 81 simi vardı. Sö-

yüd, sərv və ya şümşaddan dördbucaq 

şəklində düzəldilirdi. Müğninin 33 simi 

vardı və xarici oxşarlıq baxımından rü-

baba bənzəyirdi. Sadəcə çanağı iri idi. 

Müğni ərik ağacından düzəldilirdi.

Bundan başqa Səfiəddin həm də iste-

dadlı bəstəkar idi. Təbrizdə qələmə aldı-

ğı beşhissəlik məşhur “Risaleyi-Şərəfi” 

adlı musiqi risaləsini Şərafəddinə ithaf 

etmişdir.  Hələ  Bağdadda  sarayda  ikən 

1252-ci  ildə  “Kitab-əl  Ədvar”  adı  ilə 

məşhur olan musiqi risaləsini tamamla-

mışdır. Ərəb dilində yazılmış və on beş 

fəsildən ibarət kitabda ümumiyyətlə, 12 

muğam dəstgahının adı çəkilir ki, bun-

ların da çoxusu bizə məlumdur. O, mu-

siqi  elminə  “Sistemçilik”  məktəbinin 

yaradıcısı  kimi,  tabulaturanın  banisi 

kimi daxil olmuşdur. Ondan sonra gələn 

alimlər  XVI  əsrə  qədər  bu  not  yazı 

sistemindən geniş istifadə etmişlər. 

Səfiəddin ömrünün son illərini yox-

sulluq içində keçirmiş və 1294-cü ildə 

Bağdaddakı  borclular  həbsxanasında 

vəfat etmişdir.

Ə d ə b i y y a t

Səfərova, Z. Səfiəddin 

Urməvi /Z.Səfərova; 

Azərbaycan EA, 

Memarlıq və İncəsənət 

İnstitutu.-Bakı: Ergün, 

1995.-160 s.

Azərbaycan di-

asporunun tarixi 

şəxsiyyətlərindən 

Səfiəddin Urməvi             

//Olaylar.-2013.- 5 

sentyabr.- S.15.

“Musiqi səmasında par-

laq bir ulduz...”: Şərqin 

məşhur musiqi bilicisi 

Urməvi //Azadlıq.-

2012.- 3 noyabr.- S.14.

Sultanova, M. Səfiəddin 

Urməvi fenomeni 

/M.Sultanova 

       

//Mədəniyyət.- 2012.- 18 

yanvar.- S.13.

İ n t e r n e t d ə

www.anl.az

www. adam.az

800 

illiyi

Musiqişünas



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə