Kbt я25 uot (059) Baş redaktor


Siyasət.Hüquq.Hərbi iş 1400



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə195/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   191   192   193   194   195   196   197   198   ...   204

406

Siyasət.Hüquq.Hərbi iş

1400 

illiyi

2016

Cavanşir  616-cı  ildə  Mehranilər 

nəslindən olan Varaz Qriqorun (638-642) 

ailəsində anadan olmuşdur.  Atası Meh-

rani  Qriqor  Varaz  Girdman  dövlətinin 

ilk hakimi və bütün Albaniyanın knya-

zı olub. 638-ci ildə ərəb ordusu Sasani 

dövlətinin paytaxtı Ktesifonu mühasirəyə 

aldığı zaman Cavanşir 6 ay sasanilərin 

tərəfində şəhərin müdafiəsində dayanıb. 

Lakin  Sasanilərin  sonunun  yaxınlaşdı-

ğını,  Ərəb  Xilafətinin  isə  gücləndiyini 

görərək  müqavimət  göstərməyin  fay-

dasız olduğunu dərk edərək Girdimana 

qayıdıb.

Atası  Qriqor  Varazın  vəfatından 

sonra  hakimiyyətə  keçən  Cavanşir 

hökmdarlığın paytaxtını Partav (Bərdə) 

şəhərinə  köçürüb.  Albaniya  taxt-tacına 

sahib duranda Cavanşirin cəmi 21 yaşı 

var idi. Gənc olmasına baxmayaraq, o, 

artıq  tanınmış  sərkərdə  kimi Albaniya-

da və ondan çox-çox uzaqlarda kifayət 

qədər  məşhur  idi.  637-ci  ildən  681-ci 

ilədək  Alban  dövlətini  idarə  etmiş,  öz 

ölkəsinin qüdrət və nüfuzunu qaldırma-

ğa müvəffəq olmuşdur.

667-ci  ildə  Dəməşqdə  aparılan  da-

nışıqlarda  xəlifə  Albaniyanın  daxi-

li  müstəqilliyini  tanıyır.  Bu  o  demək 

idi  ki,  ərəb  qoşunları  Albaniyaya 

yeridilməyəcək,  Albaniyanın  daxilində 

heç  bir  işə  qarışmayacaqlar.  Əvəzində 

Cavanşir hər il müəyyən məbləğdə ver-

gi ödəyəcək.   Vətəninə qayıdan Cavan-

şir qısa zaman ərzində ölkənin həyatını 

normallaşdırmağa nail olur. Albaniya iq-

tisadi baxımdan çox inkişaf edir. İri fe-

odalların hakimiyyətini məhdudlaşdıran 

Cavanşir  ölkəsində  sabitlik  yaratmağa 

müvəffəq  olur.  Ölkədə  yeni-yeni  qa-

lalar  tikilir  (onlardan  Cavanşir  qalası 

öz möhtəşəmliyi ilə seçilir), şəhərlərdə 

yeni binalar inşa edilir.

Cavanşirin  müsəlman  xilafəti  ilə 

yaxınlaşması  Azərbaycan  tarixində, 

ölkənin  islamlaşması  baxımından  mü-

hüm rol oynayır. Bəlkə də xristian meyl-

li feodalların ona qarşı sui-qəsd hazırla-

maları da elə bununla şərtlənirdi.

Cavanşir  həmin  qəsd  iştirakçıların-

dan birinin ona vurduğu ağır yaralardan 

681-ci ildə vəfat etmişdir.

Cavanşir Azərbaycan tarixinə olduq-

ca çətin şəraitdə ölkənin müstəqilliyini 

qoruyub saxlamış və möhkəmləndirmiş 

sərkərdə  və  dövlət  xadimi,  özünün 

ərəblər,  xəzərlər,  bizanslılarla  qarşı-

lıqlı  münasibətlərində  ortaya  çıxan 

problemləri  sülh  və  danışıqlar  yolu  ilə 

yoluna qoymuş diplomat kimi daxil olub. 

Cavanşir xüsusən özünün Xilafət və Bi-

zansla  münasibətləri  sayəsində Albani-

yanın maddi və mənəvi mədəniyyətinin 

inkişafı üçün çox iş görmüşdür. 

On  üç  əsrdən  çox  bir  müddətdir  ki, 

Cavanşirin  hünəri  və  xidmətləri  xalqın 

yaddaşında yaşamaqdadır. İsmayıllı ra-

yonu ərazisində VII əsrin yadigarı olan 

Cavanşir  qalası,  alban  hökmdarlarının 

yay iqamətgahı kimi tanınan Girdiman 

qalası,  Cavanşirin  təşəbbüsü  ilə  ora-

da  tikilmiş  müqəddəs  Allah  evi,  onun 

şəxsi feodal mülklərindən hesab edilən 

Ağsu  rayonu  ərazisindəki  Cavanşir 

kəndi (ötən əsrin 50-ci illərində həmin 

kənd  köçürülərək  yerində  su  anbarı  ti-

kilib), Ağsu, İsmayıllı, Qəbələ və Oğuz 

rayonları  ərazisindəki  bir  sıra  qədim 

toponimlər  də  qüdrətli  alban  hökmda-

rının  adının  və  xidmətlərinin  bu  günə 

qədər  yaşadığından  və  xalq  tərəfindən 

unudulmadığından xəbər verir.

Ə d ə b i y y a t

Səmədov, A. 100 

böyük azərbaycanlı 

/A.Səmədov; red. 

Ə.Qurbanov.-Bakı: 

Mütərcim, 2010.- S.13-

15.

Həbiboğlu, V. Türk 

dünyasının qüdrətli 

hökmdarları, xaqan-

ları, sərkərdələri /

Vəli Həbiboğlu; red. 

S.Hüseynqızı; elmi red. 

E.Əlibəyzadə.-Bakı, 

1995.-K.I.- S.113-118.

Cəbiyev, Q. Cavanşir – 

görkəmli dövlət xadimi

cəsur sərkərdə, mahir 

diplomat /Q.Cəbiyev         

//Xalq qəzeti.-2014.- 13 

aprel.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.adam.az

Sərkərdə

Cavanşir 

616-680/81 



407

Siyasət.Hüquq.Hərbi iş

280 

illiyi

2016

Fətəli xan Hüseynəli xan oğlu 1736-

ci ildə Quba şəhərində anadan olmuşdu.  

Fətəli xan öz dövrünün görkəmli dövlət 

xadimi olmuşdur. 

  1758-ci  ildə  atası  öldükdən  sonra 

iyirmi  üç  yaşında  hakimiyyətə  gələn 

gənc Fətəli xan Quba, Dərbənd və Sal-

yan  xanlıqlarını  birləşdirməklə  Şərqi 

Qafqazın qüvvətli hökmdarı kimi tanın-

mışdır. Vahid Azərbaycan naminə 40 min 

qoşun yaradan Fətəli xan Şamaxı,Şəki, 

Bakı  xanlıqlarını,  Car-Balakən  azad 

cəmiyyətini  və    Ərəş  sultanlığını  it-

tifaqa  çağırmışdır.  Nadir  şah  Avşarın 

öldürülməsindən sonra xırda xanlıqlara 

bölünən Azərbaycaın  müstəqil  və  abad 

bir  ölkə  kimi  görmək  istəyən  Fətəli 

xan  Qubalı  ittifaqa  gəlməyən  xanlıqla-

rı  birləşdirınək  üçün  silaha  əl  atmağa 

məcbur olmuşdur. 

Fətəli  xan  mərkəzi  hakimiyyəti 

möhkəmləndirmək  məqsədilə  ma-

hal 


naiblərinin 

hakimiyyətini 

məhdudlaşdırdı,  vergi  toplanmasını  ni-

zama saldı, xəzinənin gəlirini artırdı.

Fətəli xan hərbi işə ciddi yanaşırdı,onun 

xeyli  qoşunu  var  idi.  O,  qonşu  xanlıq-

ların  torpaqlarını  ilhaq  etmək  yolu  ilə 

öz  ərazilərini  genişləndirmək  istəyirdi. 

Fətəli  xanın  bu  siyasəti  geniş  miqyas 

aldı və şimali-şərqi Azərbaycan torpaq-

larının birləşdirilməsi ilə nəticələndi.

1757-ci ildə Salyan xanlığı qubalıla-

rın hücumuna məruz qaldı və tutularaq 

Quba  xanlığına  birləşdirildi.1759-cu 

ildə  Fətəli  xan  bir  sıra  şimali  Qafqaz 

hakimləri ilə birləşərək Dərbənd xanlı-

ğına yürüş etmişdi və noyabr ayında isə 

şəhəri ələ keçirmişdi.

Dərbənddən  sonra  Fətəli  xan 

Baki  xanlığını  birləşdirmək  siyasəti 

yürütməyə  başladı.  1766-cı  ildə  Bakı 

xanlığı Qubadan asılı vəziyyətə düşdü. 

1768-ci  ildə  Fətəli  xanın  qoşunu 

Şamaxıya  hücuma  keçdi.  Eyni  vaxtda 

Fətəli xanın müttəfiqi Şəki xanı da Şa-

maxıya hücum etdi.Şamaxılılar məğlub 

oldu və birləşmiş qoşun Şamaxıya daxil 

oldular. 

1768-ci ildə Cavad xanlığı da Quba 

xanlığından asılı vəziyyətə salınır.1780-

ci  illərdə  Fətəli  xan  dəfələrlə  Qara-

bağ  xanlığı  üzərinə    yürüş  etsə  də  bu 

yürüşlər  uğursuz  olmuşdu.  O,1784-

cü  ildə  Azərbaycanın  cənub  xanlıq-

larına  hücum  etmişdir.  O,  Ərdəbil  və 

Meşini  tutsada  burada  möhkəmlənə 

bilməmişdi.1785-ci ildə Fətəli xan Şəki 

xanlığını  özünə  tabe  etmişdi.  Talış  və 

Dağıstanın bir sıra torpaqları da ondan 

asılı  vəziyyətə  düşdülər.  1788-ci  ildə 

Fətəli xan Gəncəyə daxil olur. 

Lakin 1789-cu ilin martında Fətəli xan 

qəflətən vəfat edir və onun Azərbaycan 

torpaqlarını birləşdirmək siyasəti yarım-

çıq qalır.

Müasirləri  Fətəli  xanı  mahir  və  is-

tedadlı  dövlət  xadimi  kimi  xarakterizə 

edirlər.  Görkəmli  tarixçi  Abbasqulu 

ağa Bakıxanov yazırdı ki, Fətəli xan öz 

ağlı,  səxavəti  və  bacarığı  nəticəsində 

yüksəlmişdi.  O,  hakimiyyət  başı-

na  keçəndən  sonra  ağıllı  və  çalışqan 

hakim  olduğunu  göstərmişdi;  bütün 

ətrafindakı adamları özünə cəlb etmişdi

düşmənlərinin  fəaliyyətini  zəiflətmişdi 

və ən çətin vəziyyətdən çıxa bilmişdi.



Ə d ə b i y y a t

Fətəli xanın Azərbaycanı 

birləşdirmə siyasətinə 

başlaması //Quba xan-

lığı /Tofiq Mustafazadə

elmi red. V.Z. Piriyev; 

Azərbaycan Milli 

Elmlər Akademiyası, 

A.A.Bakıxanov adına Ta-

rix İnstitutu.-Bakı: Elm, 

2005.-S.101-164.

Quba xanlığl //

Azərbaycan xanlıqlarının 

qısa tarixi: [ali məktəb 

tələbələri üçün dərs 

vəsaiti] /T. Mustafazadə 

; elmi red. C. M. Musta-

fayev, İ. M. Məmmədova 

; rəyçilər F. R. Ağamalı, 

F. N. Məmmədov, R. 

H. İbadov.-Bakı: [s. n., 

2011.- S.10-71.

Fətəli xan və Tuti Bikə /

Oktay //Xalq cəbhəsi.-

2012.- 6 iyun.- S. 13.

Фатали-хан Кубинский 

/Н. Валиев; отв. за 

вып. В. Бахманлы; 

ред. А. Асадзаде; 

дизайн Н. Махмудов; 

М-во Культуры и 

Туризма Азерб. Респ., 

Нац. Библиотека 

Азербайджана им. М. 

Ф. Ахундова. -Баку: 

Нагыл Еви, 2011.-26 с.

Sərkərdə

Fətəli xan

1736-1789 


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə