Kbt я25 uot (059) Baş redaktor


Musiqi.Opera.Balet 170



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə194/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   190   191   192   193   194   195   196   197   ...   204

404

Musiqi.Opera.Balet

170 

illiyi

Sadıqcan

1846-1902

2016

Mirzə  Sadıq  Əsəd  oğlu  Sadıqcan 

1846-cı ildə Şuşa şəhərində, kasıb bir 

ailədə anadan olmuşdur. Bütün şuşalı-

lar kimi Sadıq da kiçik yaşlarından öz 

gücünü  xalq  mahnılarının  və  muğam-

larımızın  ifası  sahəsində  sınamışdır.  

Mirzə  Sadığı  o  vaxt  Şuşada  seçilib-

sayılan müəllimlərdən biri  Xarrat Qulu 

Məhəmməd  oğluna  şagird  vermişlər. 

On  səkkiz  yaşında  səsini  itirsə  də, 

ustasının  yanında  qazandığı  biliklər 

Mirzə  Sadıqın  gələcək  fəaliyyətində 

müstəsna rol oynamışdır. Bundan son-

ra o, tütək, ney, kamança və tar çalma-

ğı öyrənmişdir. Bunların hamısında öz 

gücünü sınayandan sonra tarın üzərində 

dayanmışdır. 

Mirzə Sadıq Mirzə Əli Əskərin an-

samblında  ikinci  rolda  olan  kaman-

ça  çalırmış.  Lakin  bir  dəfə  müəllimi 

xəstələnir  və  Sadıq  tarda  çalıb  öz  fe-

nomenal  bacarıqını  nümayiş  etdirmək 

imkanı  tapır.  Mirzə  Sadıq  Şuşadakı 

məşhur  ədəbi  və  musiqili  məclislərin 

işində fəal iştirak etmişdir. 

Onu  xalq  arasında  Sadıqcan  çağı-

rırdılar. Mirzə Sadıq əvvəlcə kamança 

ifaçısı Ata  Bağdagül  oğlu  ilə  birlikdə 

Şərqin  böyük  müğənnisi  Hacı  Hüsü-

nü  müşaiyət  etmişdir,  sonra  isə  Şu-

şalı  xanəndə  Məşədi  İsinin  üçlüyünə 

keçmişdir.  1880-ci  ildə  onu  üçlüyün 

tərkibində  İrana  -  Təbrizə,  Nəsrəddin 

şahın  oğlu  Müzəffərəddin  Qacar 

Mirzənin toy məclisinə dəvət etmişlər. 

Toyda çox sənətkarlar çalıb-oxuyur, la-

kin  Hacı  Hüsü  ən  yaxşı  xanəndə,  Sa-

dıqcan  isə  ən  gözəl  tarzən  sayılaraq, 

fəxri “Şiri-Xurşid” ordeni ilə təltif olu-

nurlar. 

Sadıqcan  qısa  bir  müddətdə  bütün 

Qafqazın birinci tarzəni olmuşdur. Sa-

dıqcana qədər tarı diz üstündə çalırdılar. 

O, özünün virtuoz bacarığından istifadə 

edərək,  ilk  dəfə  tarı  sinəsinə  qaldırdı. 

Mirzə  Sadıq  həmçinin  tarın  simlərini 

çoxaldaraq 

onların 

yerləşməsini 

dəyişdi.  Bundan  başqa  o,  həm  də  ta-

rın  çanaq  quruluşunu  dəyişərək,  onun 

möhkəmliyini  artırmaqla  alətin  ümu-

mi  çəkisini  azaltmış  oldu.  Sadıqcanın 

rekonstruksiyasına  qədər  tarın  5  simi 

vardı. Simlərin sayını on birə çatdırdı, 

artıq  tonları  götürüb,  tarda  cəmisi  17 

ton  saxladı.  Musiqiçilər  bundan  sonra 

yeniləşmiş tarı “möcüzə”, Sadıqcanı isə 

“tarın atası” adlandırmağa başladılar. 

Tarzən  1901-ci  ildə  Şuşada  təşkil 

olunmuş Birinci Şərq konsertində işti-

rak etmişdir. Orada ilk dəfə tarda “Ma-

hur” muğamını tək, solo ifa etmişdir. 

Mirzə  Sadıq  Əsəd  oğlu  Sadıqcan 

1902-ci ildə doğma şəhəri Şuşada vəfat 

etmişdir.

Ə d ə b i y y a t

Şuşinski, F. Sadıq-

can      /F.Şuşinski; tərt. 

ed., nəşrə haz. və ön 

sözün müəl. A.Kənan; 

elmi məsl. A.Paşayev; 

red. M.Teymur.- Bakı: 

Azərnəşr, 2007.- 124 s.

Xəlilzadə, F. Naleyi-ney

nəğmeyi-tar /F.Xəlilzadə 

//Mədəniyyət.-2012.- 6 

iyul.- S. 13.

Quliyev, R. Azərbaycan 

milli musiqi aləti - 

tarın formalaşması və 

təkmilləşməsində Mirzə 

Sadıq Əsədoğlunun rolu 

/R.Quliyev //Musiqi dün-

yası .-2012.- №3/52.- 

S.137-139.

Paşazadə, S. Sadıqcan 

və Azərbaycan musiqi 

sənəti /S.Paşazadə          

//Mədəni həyat.-2012.- 

№12.- S.61-63.

Sarıyeva, İ. Tarı diz 

üstdən sinəyə qaldı-

ran virtuoz musiqiçi 

- Sadıqcan... /İ.Sarıyeva           

//Bakı xəbər.-2014.- 26 

noyabr.- S.15.

www.anl.az

www.az.wikipedia.org

Tarzən



405

Aktyor

Teatr.Kino

135 

illiyi

Hüseyn Ərəblinski

1881-1919

2016

Hüseyn  Məmməd  oğlu  Xələfov 

(Hüseyn  Ərəblinski)  1881-ci  ildə 

Bakı  şəhərində  anadan  olmuş-

dur.  Tam  adı  Hüseynbala,  soyadı 

Xələfovdur.  Təxəllüsünü  general  Ba-

lakişi  Ərəblinskidən  götürmüşdür.  İlk 

təhsilini  mollaxanada  alan  gələcəyin 

görkəmli  aktyoru  maddi  çətinliklə 

əlaqədar  məktəbi  buraxmağa  məcbur 

olmuşdur.  Yoxsul  uşaqlarının  məktəbə 

götürülməsinə  şərait  yaradan  Həbib 

bəy  Mahmudbəyov  gənc  Hüseynin  də 

özünün müəllim işlədiyi “Üçüncü rus-

tatar” məktəbinə qəbul edilməsinə yar-

dım etmişdir.

 Hüseyn Ərəblinskinin teatr sənətinə 

gəlişinin səbəbkarı da məhz Həbib bəy 

olmuşdur. O, Cahangir Zeynalovla birgə 

Mirzə  Fətəli  Axundovun  əsərlərindən 

birini  tamaşaya  qoymaq  istərkən  epi-

zodik  rollar  üçün  aktyor  tapmamış 

və bu işə Hüseyn də daxil olmaqla öz 

şagirdlərini  cəlb  etmişdir.  Səhnəyə  ilk 

dəfə 16 yaşında çıxmış, “Lənkəran xa-

nının  vəziri”ndə  mehtəri  oynamışdır. 

Ona bu rolu tapşıran Cahangir Zeynalov 

aktyorun istedadına heyran qalmışdır. 

 1897-ci ildən 1900-cü ilədək yalnız 

kiçik  rollarda  çıxış  edən  aktyor  teatr-

dakı uğurları 1903-1904-cü illərdə ya-

radılan Müsəlman Artistləri Cəmiyyəti 

ilə  sıx  bağlıdır.  Belə  ki,  1905-ci  ildə 

Lənkərana  qastrol  zamanı  “Müsibəti-

Fəxrəddin”  tamaşasında  əsas  rolu  oy-

nayacaq  aktyor  qəflətən  xəstələnir. 

Məcburiyyət  qarşısında  qalan  truppa 

rəhbərliyi bu rolu Hüseynə tapşırır. Bu 

rolu böyük məharətlə oynayan Hüseyn 

Ərəblinski çox keçmədən istedadlı akt-

yor  kimi  tanınmağa  başlayır.  Şöhrətin 

zirvəsinə  Otello  roluyla  yüksəlmiş 

Ərəblinskini  “ürək  və  zəka  sənətkarı” 

adlandırıblar.  Gur  səsi,  boy-buxunu, 

yaraşığı  və  əlbəttə,  fitri  istedadı  onun 

səhnə uğurunda az rol oynamayıb. 

Aktyor “Nicat” Teatr Cəmiyyətində 

baş  rejissor  kimi  fəaliyyət  göstərmiş 

və  teatr  mühitində  bir  sıra  yeniliklərə 

imza  atmışdır.  O,  əldə  bilet  satmağı, 

qapı-qapı  gəzib  tamaşaçı  toplama-

ğı  qadağan  etmiş,  aktyorlara  məvacib 

müəyyənləşdirmiş,  mövhumatı  təbliğ 

edən  əsərləri  repertuardan  çıxarmışdır. 

Bir çox dünya klassiklərinin, eləcə də, 

rus dramaturqlarının əsərlərini ilk dəfə 

Azərbaycan  səhnəsinə  gətirən,  1908-

ci  ildə  “Leyli  və  Məcnun”  operası-

nın  ilk  quruluşçu  rejissoru  da  Hüseyn 

Ərəblinski olmuşdur.

“Neft  və  Milyonlar  Səltənətində” 

filmi Ərəblinskinin çəkildiyi ilk və son 

filmdir.

Hüseyn  Ərəblinski  1919-cu  il  mart 

ayının  17-də  dayısı  oğlu  Əbdülxalıq 

tərəfindən  qətlə  yetirilmişdir.  Məzarı 

Bakıdakı Fəxri Xiyabandadır.

 

Ə d ə b i y y a t



Hacıbabayev, A. Səhnə 

andı: Hüseyn Ərəblinski 

haqqında xatirələr 

/A.Hacıbabayev; red. 

Q.Məmmədli.-Bakı: Yazı-

çı, 1982.-126 s.

Məmmədov, M. Hüseyn 

Ərəblinski: həyatı və ya-

radıcılığı /M.Məmmədov; 

red. S.Hüseynova.-Bakı: 

Azərnəşr, 1973.-59 s.

Cəbrayıloğlu, E.  

Sənətkarların faciəli 

taleyi //Ədalət.- 2013.-13 

aprel.-S.9.

Elçin. Sənətkarın taleyi 

(Ərəblinski) /Elçin           

//Azərbaycan.- 2012.- 

№11.- S.11-48.

Zümrüd. Bu gün Hüseyn 

Ərəblinskinin xatirə 

günüdür /Zümrüd //Səs.-

2011.- 17 mart.- S.12.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.adam.az


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə