Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə198/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   194   195   196   197   198   199   200   201   ...   204

412

Tarixdə bu gün

830 

illiyi

Mömünə Xatun türbəsi 

1186

2016

Əcəmi  Əbubəkr  oğlunun  dövrümüzə 

çatmış  ən  gözəl  əsəri  olan  Mömünə  xa-

tun türbəsi bu gün də orta əsrlər Naxçıvan 

şəhərinin əzəmətini əks etdirir. 

Abidənin üzərindəki kitabədən türbənin 

1186-cı  ildə  Atabəy  Şəmsəddin  Eldənizin 

oğlu Məhəmməd Cahan Pəhləvanın arvadı 

Mömünə xatunun şərəfinə tikildiyi məlum 

olur. Monumental, əzəmətli bir tikinti olan 

türbə Naxçıvana gələn səyyah və tacirlərin 

diqqətini çoxdan bəri özünə cəlb etmiş və 

abidə bir çox əsərlərdə öz əksini tapmışdır. 

Hələ  XIX  əsrin  əvvəllərində  Naxçıvana 

gələn Dübua de Monper abidəyə diqqət ye-

tirmiş və onun kitabələrinin üzünü çıxararaq 

Peterburqa, akademik Frenə göndərmişdir. 

Türbə bürcvari Azərbaycan türbələrinin 

ən  görkəmli  nümunəsidir.  Zəmanəmizə 

qədər  qalmış  hissəsinin  hündürlüyü  26 

metr olan türbənin xarici örtüyü dağılmış-

dır. Onun da 8 metr olduğunu nəzərə alsaq 

türbə  keçmişdə  34  metr  hündürlüyü  olan 

dairəvi bir tikinti olmuşdur. 

Abidə yeraltı hissədən və yerüstü qurğu-

dan ibarətdir. Yeraltı sərdabə hissəsi planda 

onbucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan 

onbucaqlının  hər  küncünə  bir  tağ  atılmış-

dır. Türbənin nəfis divar naxışları türbənin 

əsas  hissəsini  təşkil  edən  yerüstü  abidə 

xaricdən  ongüşəli,  daxildən  isə  dairəvidir. 

Kərpicdən tikilmiş türbənin quruluşu Yusif 

Küseyir oğlu türbəsinə oxşardır. Burada da 

türbənin bucaqları çıxıntı şəklində həll edil-

miş, səthlər isə batıq vəziyyət almışdır. La-

kin burada memarlıq sxemi olduqca zəngin 

surətdə işlənmiş, bütün səthlər memarlıqla 

rəssamlığın sintezi şəklində təzahür etmiş-

dir. Türbənin bucaqlarındakı çıxıntılar əsas 

etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə ör-

tülmüşdür.  Kitabələrin  ümumi  uzunluğu 

500 metrə çatır. 

Türbənin üzərindəki ornament bəzəkləri 

sənətkarın  tükənməz  fantaziyaya  malik 

olduğunu  göstərir.  Səthlərin  ornamentləri 

müxtəlifdir.  Lakin  memarın  məharəti  ora-

sındadır  ki,  müxtəlifliklə  bərabər  bütün 

ornamentləri  eyni  səciyyədə  yaratmış  və 

beləliklə, abidənin ümumi vəhdətini saxla-

ya  bilmişdir.  Səthlərin  həndəsi  ornamenti-

nin əsasını çoxuclu ulduz və ondan gedən 

süvari  xəttlər  təşkil  edir.  Burada  5,  6,  8 

uclu ulduzlara və 6, 8 bucaqlı quruluşlara 

təsadüf edilir. 

Türbənin ancaq Qərb səthi başqa şəkildə 

həll edilmişdir. Burada səth iki yerə bölün-

müş,  aşağı  hissəsində  giriş  qapısı  baştağ 

şəklində  həll  edilmiş,  yuxarı  hissəsində, 

başqa  səthlərdə  olduğu  kimi  ornamental 

bəzəklər  verilmişdir.  Memarın  adını  və 

abidənin  inşaat  tarixini  göstərən  kitabələr 

türbənin Qərb səthində, portaldan yuxarıda 

göstərilmişdir. Türbənin yuxarı hissəsindəki 

qurşaq bütün səthləri əlaqələndirir və orada 

yerləşdirilmiş kufi xəttin firuzəyi kaşı yerli 

üzərində olması bu kitabə qurşağını binanın 

əhəmiyyətli  bir  kompozisiya  elementinə 

çevirir. 

Mömünə  xatun  türbəsinin  daxilindəki 

yeganə  bəzək  ünsürü  türbənin  günbəzinin 

iç  tərəfində  yerləşdirilmiş  dörd  böyük 

qönçədir. Dairəvi şəkildə olan bu qönçələrin 

içərisində nəbati naxışlı rəsmlər və son za-

man  aydınlaşdırılmış  yazılar  ornament 

şəklində  yerləşdirilmişdir.  Burada  Allah 

(c.c.), Ömər, Osman, Əli sözləri yazılmış-

dır. Görünür memar öz adını da bu adlarla 

birləşdirmişdir. Onu da qeyd etmək lazımdır 

ki, I xəlifə Əbubəkrin adının memarın ata-

sının adı ilə eyni olması onu belə mürəkkəb 

kompozisiya yaratmağa sövq etmişdir.  

Ə d ə b i y y a t

Salamzadə, A. Əcəmi 

Əbubəkr oğlu və Naxçı-

van memarlıq abidələri  

/A.Salamzadə.-Bakı: İşıq, 

1976.- 82 s.

Əzimova, S. Naxçıvanın 

baş tacı: Möminə Xatın 

türbəsi /S.Əzimova //İki 

sahil.- 2011.- 6 avqust.- 

S.13.

Məhərrəmova, T. Memar 

Əcəminin şah əsəri 

/T.Məhərrəmova //Kaspi.-

2011.-9 fevral.-S. 12.

Rəhimoğlu, M. Möminə 

xatın məqbərəsi və onunla 

bağlı aparılan araşdırma-

lar /M.Rəhimoğlu //525-ci 

qəzet.-2014.- 15 may.- S.8.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azadqadin.az

www.nrb.nakhchivan.az



413

Tarixdə bu gün

115 

illiyi

İlk Beynəlxalq Nobel mükafatı    

1901

2016

Alfred Nobel (1833-1896) isveç ixti-

raçı, sənayeçi, linqvist, filosof və huma-

nist idi. Əldə etdiyi gəlirin böyük hissə 

onun  355  ixtirasının  (o  cümlədən  dina-

mitin  kəşfinin)  payına  düşür.  1895-ci 

ilin  noyabr  ayının  27-də  Parisdə  Nobel 

vəsiyyətnamə yazır, onun  vəsiyyətnaməsi 

əsasında əsasında  bu mükafat təsis edil-

mişdir. 


Alfred  Bernard  Nobelin  ölümündən 

sonra qalan kapital Nobel fondunu təşkil 

etmişdir.  Həmin  kapital  və  fondun  ya-

ranmasında  Nobel  qardaşları  şirkətinin 

səhmindən  əldə  edilən  gəlir  Nobel  fon-

dunun  çox  hissəsini  təşkil  etmişdir. 

Fond 1900-cü ildə özəl, müstəqil qeyri-

hökumət təşkilatı olaraq yaradıldı.

Bu 

 

mükafat 



namizədlərin 

milliyətindən asılı olmayaraq Alfred No-

belin  vəsiyyətinə  əsasən  aşağıdakı  alti 

sahə üzrə verilməlidir: Kimya üzrə, Fizika 

üzrə,Fiziologiya və tibb üzrə,Ədəbiyyat 

üzrə,  Nobel  Sülh  mükafatı,  İqtisadiy-

yat  üzrə.  Nobel  mükafatı  1901-ci  ildən 

verilməyə  başlayıb.  Xüsusi  yaardılmış 

Nobel komitəsi tərəfindən bütün il boyu 

namizəd  siyahısı  üzərində  iş  aparılır. 

Müxtəlif  ölkələrin  professorlarına,  aka-

demik təşkilatlara, keçmiş Nobel müka-

fatı  sahiblərinə  məktublar  göndərilərək 

namizədlərin  seçilməsi  üçün  dəvət  olu-

nurlar.Laureatlara verilən mükafata me-

dal, şəxsi diplom və böyük həcmdə (10 

milyon  İsveç  kronu-  təxminən  1,5  mln. 

ABŞ dolları) pul mükafatı daxildir. Kim-

ya,  fizika,  ədəbiyyat,  tibb  və  fiziologi-

ya  üzrə  Nobel  mükafatlarının medalları 

Erik  Lindberq,  Nobel  sülh  mükafatının 

medalı Qustav Vigeland və Alfred Nobe-

lin şərəfinə verilən İqtisadiyyat üzrə Svo-

riges  Riksbank  mükafatının  medalı  isə 

Qunver  Svensson  Lundqvist  tərəfindən 

dizayn  edilib.  Dekabrın  10-da  mükafa-

tın yaradıcısının ölüm günündə mükafa-

tın  təqdimat  mərasimi  keçirilir.  İsveçdə 

təşkil olunan mərasimdə laureatlara mü-

kafatı İsveç kralı özü şəxsən təqdim edir, 

eyni gündə Norveçdə keçirilən tədbirdə 

isə Norveç kralının iştirakı ilə Nobel sülh 

mükafatını  Norveç  Nobel  Komitəsinin 

direktoru təqdim edir. Diplomlar hər lau-

reat üçün fərdi olaraq tərtib edilir, diplo-

mun bir hissəsi hər hansı bir təsvir, digər 

hissəsi isə yazı ilə tamamlanır. Fizika və 

kimya üzrə Nobel mükafatlarını, iqtisa-

diyyat üzrə Riksbank Nobel mükafatını 

laureatlara İsveç  Kral  Elmlər Akademi-

yası təqdim edir. 

Nobel  sülh  mükafatı  Norveç  Nobel 

Komitəsi  tərəfindən  verilir.  Nobel  sülh 

mükafatı  “xalqlar  arasında  qardaşlığın 

təbliği, daimi qoşunların azaldılması, ya-

xud tamamilə aradan qaldırılması və ya 

sülh  konqreslərinin  keçirilməsinin  irəli 

sürülməsi və həvəsləndirilməsi sahəsində 

görülmüş  ən  yaxşı  işlərə  görə”  verilir. 

Ümumilikdə 95 fərd və 23 təşkilat Nobel 

sülh mükafatına layiq görülüb. 

İsveçin 


Karolinski 

İnstitutunun 

Nobel  Assambleyası  fiziologiya  və 

tibb  sahəsində  Nobel  laureatlarının 

seçilməsinə görə cavabdehdir. Stokholm-

da yerləşən Nobel Assambleyasının tibb 

sahəsində mütəxəssis və səsvermə hüqu-

qu  olan  5  professoru  var.  Bu  təşkilatın 

əsas işçi orqanı Nobel Komitəsidir, onun 

üzvləri hər üç ildən bir seçilir.

Bundan  başqa  vəsiyyətdən  kənar 

1969-cu  ildən  başlayaraq  İsveç  Bankı-

nın təşəbbüsü ilə İqtisadiyyat üzrə Nobel 

mükafatı  da  verilir.  Onun  təltif  qaydası 

digər sahələrdə olduğu kimidir.

Laureat  “Nobel  xatirə  mühazirəsi” 

söyləməlidir.  O  sonradan  Nobel  Fondu 

tərəfindən xüsusi cilddə nəşr edilir.



Ə d ə b i y y a t

Nobel mükafatı almış 

iqtisadçılar və onların 

nəzəriyyələri: elmi-

ensiklopedik nəşr /tərt. 

müəl.: A.Şəkərəliyev, 

Ş.Əliyev, M.Cavadov.-

Bakı: Elm, 2004.-240 s.

Quliyev, R. İqtisadi 

araşdırmalara görə 

Nobel mükafatı və daha 

bir neçə xırdalıqlar 

barəsində /R.Quliyev     

//Respublika.-2014.- 21 

dekabr.- S.3.

Mirseyid, A. Nobel 

mükafatı və Nobel 

tənhalığı /A.Mirseyid                   

//Ekspress.- 2012.- 28-

30 aprel.- S.14.

Нобелевская 

премия. Лауреаты: 

[иллюстрированная 

энциклопедия] /ред. 

О.Шевнина; пер. с 

англ. Л.Гуськовой.-

Москва: Эксмо, 2009.-

293 с.

İ n t e r n e t d ə

www.anl.az

az.wikipedia.org


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə