Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə199/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   196   197   198   199   200   201   202   203   204

414

Tarixdə bu gün

110

 illiyi

“Orucov Qardaşları” mətbəə-nəşriyyatı  

1906-1917 

2016

                                                                                                                                                                  

XX  əsrin  əvvəllərində  nəşriyyat  işini  xalqımızın 

maarif  və  mədəniyyətinin  yüksəldilməsində  əsas 

amillərdən biri hesab edən görkəmli ziyalılardan 

Orucov  qardaşları,  H.B.Zərdabi,  İ.B.Aşurbəyli, 

Ə.Müznib, M.Mikayılov, M.Mirbağırov və başqa-

ları nəşriyyat işi sahəsində böyük fəallıq göstərir, 

kitab  çapı  üçün  mətbəələr  təşkil  edirdilər.  Bu 

mətbəələr içərisində öz nəşriyyatçılıq fəaliyyətinin 

hərtərəfliliyi, maddi-texniki bazası, poliqrafiya ba-

xımından daha keyfiyyətli kitablar nəşr etməsi ilə 

fərqlənən  mətbəə  Orucov  qardaşlarının  elektrik 

mətbəəsi  olmuşdur.  1906-cı  ilin  yazında  mətbəə 

açmaq üçün Varşavadan çap maşını gətirilmişdir. 

1906-1917-ci  illərdə  “Günəş”,  “Həqiqət”, 

“Məlumat”,  “Kəliniyyət”  və  s.  kimi  müxtəlif 

ideyalı qəzet və jurnalları nəşr edən Orucov qar-

daşlarının  elektrik  mətbəəsi  Azərbaycan  kitab 

mədəniyyəti  və  nəşriyyat  işi  tarixində  olduqca 

mühüm  rol  oynamış,  milli Azərbaycan  kitabının 

formalaşmasında faydalı işlər görmüşdür. Orucov 

qardaşları - Oruc, Qənbər və Abuzər öz dövrünün 

təhsilli  ziyalılarından  olmuş,  1905-ci  ildə  Bərdə 

şəhərindən Bakıya gəlmişlər. Kitab mədəniyyətinə, 

cəmiyyətdə kitabın roluna yüksək qiymət verən bu 

qardaşlar  dünyagörüşü  baxımından  bir-birindən 

fərqlənsələr də onları kitaba, kitab çapına yüksək 

münasibət birləşdirirdi. Məhz buna görədir ki, on-

lar ata-babalarından qalma mülk və əmlakı satıb 

əldə etdikləri vəsait hesabına Bakıda bina kirayə 

götürmüş,  mətbəə  avadanlığı,  çap  maşınları  alıb 

nəşriyyatçılıq  işinə  başlamışlar.  Mətbəə  keçmiş 

Nikolayevski küçəsində, milyonçu H.Z.Tağıyevin 

binasında  yerləşirdi.  Orucov  qardaşları  mətbəəsi 

öz dövrünün ən müasir çap maşınları, çap işinin 

son nailiyyətləri olan mətbəə avadanlığı ilə təmin 

edildiyindən poliqrafiya baxımından ən keyfiyyətli 

kitablar nəşr etmək imkanına malik idi. Həmçinin 

bu  mətbəə  o  dövrün  ən  müasir  mətbəələri  kimi 

elektriklə  işlədiyindən  “Orucov  qardaşlarının 

elektrik  mətbəəsi”  kimi  tanınırdı.  Mətbəənin  bu 

böyük üstünlükləri və imkanları onlara daha çox 

sifarişlər qəbul etmək, kitab repertuarını tədricən 

genişləndirmək imkanı vermişdi. Orucov qardaşla-

rı öz nəşriyyatçılıq fəaliyyətində kitab çap etməklə 

yanaşı, onun təbliğinə, daha çox tələbat olan ki-

tabları çap etməyə üstünlük verirdilər. Bu mətbəə 

ilk dəfə olaraq kitab biznesini təşkil etmək üçün 

Bakıda  və  Azərbaycanın  ayrı-ayrı  regionlarında 

kitab  mağazaları  və  müvəkkillər  şəbəkəsi  yarat-

mışdı. Orucov qardaşları, həmçinin nəşr etdikləri 

hər bir kitabı satmaq, onları oxucuların diqqətinə 

çatdırmaq üçün nəşriyyat kataloqları nəşr edirdilər. 

Mətbəənin  1912-ci  ildə  nəşr  etdiyi  “Bəradərani 

Orucov  kütübxanəsinin  əsamulkütübü”    adlı 

ticarət kataloqu böyük maraq doğurur. Bu kataloq 

mətbəənin  kitab  mağazalarında  olan  kitablarını 

alıcılar arasında təbliğ etməklə yanaşı, biblioqrafik 

mənbə  kimi  böyük  mədəni  əhəmiyyət  kəsb  edir. 

Orucov  qardaşlarının  mətbəəsində  Azərbaycan, 

rus,  gürcü  və  fransız  dillərində  şriftlərin  olması 

bir neçə dildə kitab çap etmək imkanı verirdi ki, 

bu da nəşriyyatın başqa mətbəələrə nisbətən daha 

məhsuldar  işləməsi  üçün  şərait  yaradırdı.  Digər 

tərəfdən, müasir çap texnikasının tətbiq edilməsi 

mətbəənin  məhsuldarlığını  artırmış,  yüksək 

keyfiyyətli,  böyük  tirajlarla  kitablar  çap  etməyə, 

kitab  çapı  sahəsində  inhisarçıya  çevrilməsinə 

səbəb  olmuşdu.  Mətbəənin  maliyyə  vəziyyətinin 

yaxşılaşması  kitab  nəşrinin  repertuarının 

genişlənməsinə, ideya istiqamətinin müxtəlifliyinə 

gətirib çıxarmışdı. Orucov qardaşlarının mətbəəsi 

müxtəlif elm sahələrinə dair kitablar nəşr edirdi. 

Nəşr edilən ədəbiyyatın mündəricatı çox geniş idi. 

Burada  bədii,  elmi,  kütləvi,  siyasi,  inqilabi,  dini 

ədəbiyyat geniş yer tuturdu. Orucov qardaşlarının 

1913-1914-cü illərdə təkrar nəşr etdiyi “Bəradarani 

Orucov kütübxanasının əsamülkütübü” adlı ticarət 

kataloqları ilə tanışlıq bu nəşriyyatın Azərbaycan 

kitab  nəşri  tarixində  çox  böyük  xidmətlərindən 



Ə d ə b i y y a t

Zeynalov, Ə. XX əsrin əvvəllərində Azərbaycanda kitab nəşri: Orucov qardaşları nəşriyyatının fəaliyyəti /Ə.Zeylanov; elmi red. 

T.Əhmədov.- Bakı: Azərbaycan, 1997.-92 s. 

Xələfov, A. XX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi, mətbuat və kitab nəşri //Xələfov A. Azərbaycanda kitabxana işinin tarixi: 

dərslik. - Bakı, 2007.-H.2.-S.18-21.

Orucov qardaşları //Azərbaycanda nəşriyyat işi /tərt. R.İsmayılov; red. Ş. Sərkəroğlu; Naşir Assosiasiyası.- Bakı, 2000.- S.64-67.

Əhməd, D. Fədakar Orucov qardaşları /D.Əhməd //Naşir: Azərbaycan Naşirlər və Poliqrafçılar birliyinin jurnalı.- 2014.- 

S.

24-27 .

İ n t e r n e t d ə

www.anl.az

www.elibrary.bsu.az

xəbər  verir.  Bu  kataloqdan  məlum  olur  ki,  Oru-

cov  qardaşları  Azərbaycanın  görkəmli  şair  və 

yazıçılarının,  elm,  mədəniyyət  və  incəsənət 

xadimlərinin,  maarifçilərinin  əsərlərini  çap 

etməklə öz doğma xalqı qarşısında böyük xidmətlər 

göstərmişlər.  Nəşriyyatın  çap  etdiyi  kitablar 

içərisində  H.Zərdabinin,  C.Məmmədquluzadənin, 

N.Nərimanovun,  M.Ə.Sabirin,  S.Ə.  Şirvaninin, 

M.Hadinin,  A.Ş.Talıbzadənin,  Ə.B.  Haqverdiye-

vin, Ü.Hacıbəylinin, A.Səhhətin, M.S.Ordubadinin, 

Y.V.Çəmənzəminlinin  və  s.  əsərləri  mühüm  yer 

tuturdu.  Mətbəədə,  həmçinin  rus  və  xarici  ölkə 

klassiklərindən  tərcümələr,  məlumat  kitabları, 

lüğətlər  və  s.  nəşr  edilmişdir.  Orucov  qardaşla-

rı  nəşriyyatının  fəaliyyətində  milli  dərsliklərin, 

dərs  vəsaitlərinin,  müxtəlif  qiraət  kitablarının 

nəşri Azərbaycan maarifi qarşısında böyük xidmət 

kimi  qiymətləndirilməlidir.  Heç  də  təsadüfi  de-

yil ki, 1905-ci il rus inqilabından sonra keçirilən 

Azərbaycan  müəllimlərinin  birinci  qurultayı 

ana  dilində  təlimi  həyata  keçirmək  üçün  maarif 

xadimləri qarşısında milli dildə dərsliklər və dərs 

vəsaitləri yaratmaq vəzifəsini qoymuşdu. Bu sahədə 

Azərbaycanın  görkəmli  maarif  xadimlərindən 

A.Şaiq,  R.Əfəndiyev,  S.M.Qənizadə,  A.Səhhət, 

M.Mahmudbəyov,  S.S.Axundov,  Ü.Hacıbəyov, 

F.Ağazadə  böyük  xidmətlər  göstərmişlər.  XX  19 

20əsrin əvvəllərində Orucov qardaşları nəşriyyatı 

A.Şaiqin  “Gülşəni  ədəbiyyat”,  “Uşaq  gözlü-

yü”,  “Gülzar”,  R.Əfəndiyevin  “Uşaq  bağçası”, 

M.Mahmudbəyov,  S.S.Axundov,  F.Ağazadə, 

A.Talıbzadə,  Ə.Əfəndizadənin  tərtib  etdikləri 

“İkinci  dil”,  M.Mahmudbəyov  və  A.Səhhətin 

“Yeni məktəb” və “Üçüncü el”, Q.R.Mirzəzadənin 

“Qafqaz  coğrafiyası”  dərsliklərini  çap  milli 

məktəblərimizin dərsliyə olan tələbatını ödəməkdə 

onlara  böyük  fayda  vermişdi.  Orucov  qardaşla-

rı  nəşriyyatının  xalqımızın  böyük  oğlu,  bəstəkar, 

yazıçı, publisist, Şərqdə ilk operanın banisi Üze-

yir  Hacıbəylinin  əsərlərini  nəşr  etmək  sahəsində 

xidmətləri  təqdirəlayiqdir.  Nəşriyyat  1907-ci 

ildə  Ü.Hacıbəylinin  tərtib  etdiyi  “Türk-rus  və 

rus-türk”  lüğətini  və  “Hesab  məsələləri”  kitabını 

nəşr etmişdi. O dövrdə bu kitabların nəşri böyük 

mədəni  əhəmiyyətə  malik  idi.  “Türk-rus  və  rus-

türk” izahlı lüğəti uzun müddət oxucuların stolüstü 

kitabı  olmuşdur.  Nəşriyyat  1914-1915-ci  illərdə 

Ü.Hacıbəylinin “Arşın mal alan”, “Harun və Ley-

la” əsərlərini, həmçinin “Əsli və Kərəm”, “O olma-

sın, bu olsun” əsərlərini nəşr etməklə Azərbaycan 

musiqisinə böyük xidmət göstərmiş oldu.

1917-ci  ildən  sonra  Orucov  qardaşlarının 

nəşriyyatı  daşnak-bolşevik  hökuməti  olan  Bakı 

Xalq Komissarları Soveti tərəfindən milliləşdirmə 

adı ilə ləğv edilmişdir.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  qurulduqdan 

sonra isə qardaşlar cümhuriyyətin tərəfdarlarından 

olmuş,  mətbəə  bütün  avadanlıqları  ilə  birlikdə 

hökumətin  sərəncamına  verilmişdir.  Belə  ki, 

1919-cu il sentyabr ayının 18-də hökumət respub-

likada fəaliyyət göstərən bütün dövlət və  ictimai 

mətbəələrin bütün avadanlıqları ilə birlikdə Xalq 

Maarif  Komissarlığının  sərəncamına  verilməsi 

haqqında  qərar  qəbul  etmişdir.  AXC  hökuməti 

1919-cu  il  mart  ayının  20-də  Orucov  qardaş-

larının  müsadirə  edilmiş,  sonralar  hökumətin  

sərəncamına  keçmiş  mətbəəsinin  pulunu  ödəmək 

üçün  Xalq  Maarif  Komissarlığına  468380  manat 

pul ayrılması haqqında qanun qəbul etmişdi.  La-

kin cümhuriyyətin devrilməsindən sonra qardaşlara 

qarşı təqiblər başlamış, onlar yenidən Bərdəyə qa-

yıtmışlar. Bütün bunlar O.Orucovu repressiyadan 

xilas  edə  bilməmiş,  Ruhulla  Axundovla  birlikdə 

sürgünə göndərilmişdir. Lakin repressiya qurban-

larının əfvindən sonra vətənə qayıtmış, 1954-cü il 

mart ayının 2-də isə vəfat etmişdir.



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə