Kbt я25 uot (059) Baş redaktor


Mədəniyyət.Maarif.Təhsil 170



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə197/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   193   194   195   196   197   198   199   200   ...   204

410

Mədəniyyət.Maarif.Təhsil

170

illiyi

Məhəmməd ağa Şahtaxtinski

 

   

1846-1931

2016

Məhəmməd ağa Məhəmmədtağı Sultan 

oğlu  Şahtaxtinski  (Şahtaxtlı)1846-cı  ildə 

indiki Şərur rayonunun Şahtaxtı kəndində 

anadan  olmuşdur.  1863-cü  ildə  Naxçıvan 

şəhər məktəbini və Tiflis klassik kişi gim-

naziyasını  bitirdikdən  sonra,  Peterburqda 

müstəqil  yolla  alman  dilini  öyrənmişdir. 

1869-cu  ildə  Leypsiq  Universitetitinin 

fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş-

dir. 

1873-1875  illərdə  Parisdə  Şərq  dilləri 



məktəbində  mühazirələr  dinləmiş,  fran-

sız  dilini  öyrənmişdir.  Azərbaycan,  rus, 

alman,  fransız,  ingilis,  ərəb,  türk,  fars 

dillərində ədəbi və elmi əsərlər yazmışdır. 

Elmi  fəaliyyətə Almaniyada  Şərq  tarixinə 

dair  tədqiqatlarla  başlamışdır.  Əlifba  is-

lahatı  sahəsində  M.F.Axundovun  ardıcıl-

larındandır. 1879-cu ildə Şərqdə əlifba is-

lahatı  tarixində  ilk  kitab  -  “Təkmilləşmiş 

müsəlman  əlifbeyi”ni  Tiflisdə  nəşr  etdir-

mişdir.  Bir  müddət  “Moskovskiye  vedo-

mosti”  qəzetinin  əməkdaşı  və  İstanbulda 

xüsusi müxbiri işləmişdir. 

1891-1893-cü illərdə “Kaspi” qəzetinin 

müvəqqəti  redaktoru  təyin  edilmişdir. 

1898-cu  ildə  Azərbaycan  dilində  “Tiflis” 

adlı qəzet çıxarmağa çalışmış, lakin çar sen-

zurası buna icazə vermədiyi üçün yenidən 

Avropaya  getmiş,  1902-ci  ilədək  Parisdə 

yaşamış, Fransa kollecində və Ali Təcrübi 

Təhsil  Məktəbində  Şərq  dillərindən  dərs 

demişdir.  Bu  dövrdə  fransız  dilində  nəşr 

etdirdiyi  əsərlər  Qərbi  Avropa  və  Ameri-

ka mətbuatında müzakirə və mübahisələrə 

səbəb  olmuşdu.  Sorbonna  Universitetində 

professor P.Passinin rəhbərliyi ilə fonetika 

sahəsində  tədqiqat  aparmış,  1901-ci  ildə 

Fransa Maarif Nazirliyinin fəxri diplomu-

nu almışdır.

Beynəlxalq Fonetika Cəmiyyəti (1899), 

Beynəlxalq  “Asiya  cəmiyyəti”  (1900)  və 

Rusiya  İmperator  Coğrafiya  Cəmiyyəti 

Qafqaz  şöbəsinin  (1903)  həqiqi  üzvü  ol-

muşdur. 


1902-ci ildə Tiflisdə xüsusi mətbəə aç-

mış (sonralar “Qeyrət” adlanmışdır), 1903-

cü  ilin  martında  ictimai-siyasi,  iqtisadi, 

elmi,  ədəbi  “Şərqi-rus”  qəzetinin  nəşrinə 

başlamışdır. Qəzetin Azərbaycanda ictimai 

fikir  tarixinin  inkişafında  xüsusi  xidməti 

olmuşdur.  Onun  səhifələrində  dünyəvi 

elmlər,  ana  dili,  qadın  azadlığı  ilə  bağlı 

mütərəqqi fikirlər öz əksini tapırdı. 

1907-ci ildə İrəvan quberniyasından II 

Dövlət Dumasına deputat seçilmiş, Duma 

bağlandıqdan sonra “Rossiya” (Peterburq) 

qəzeti redaksiyasında işləmiş, 1908-1918-

ci illərdə, xaricdə (əsasən,Türkiyə, İran və 

İraqda) yaşamışdır. 

1919-cu ildə vətənə qayıtmış, Bakı Uni-

versitetinin yaradılmasında fəal iştirak et-

miş, burada Şərq dilləri və ədəbiyyatından 

mühazirələr  oxumuşdur.  1920-ci  ildə  uni-

versitetin professor elmi rütbəsini almışdır. 

O,  BDU-nun  ilk  azərbaycanlı  professoru 

idi. 


1920-ci illərdə “Kommunist”, “Bakinski 

raboçi”, “Qızıl Şərq” (Moskva) qəzetlərində 

məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni 

Türk Əlifbası Komitəsinin işində yaxından 

iştirak etmişdir. 1922-ci ildə ona fərdi pen-

siya təyin olunmuşdu.

Elmi,  tənqidi  və  publisist  əsərlərində 

müstəmləkəçilik,  irqçilik,  qadın  əsarəti, 

dövlət  quruluşu,  din  və  s.  haqqında 

mütərəqqi fikirlər irəli sürmüşdür. 

M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı 

şəhərində vəfat etmişdir.



İctimai xadim

Ə d ə b i y y a t

Türkiyəni necə xilas 

etməli?  /M.Şaxtaxtlı; 

fransız dil. tərc. və ön sö-

zün müəll. Ə.Əliyev; red. 

C.Yusifli.- Bakı: Ağrıdağ, 

1999.- 52 s.

Əliyev, Ə. XIX əsrin sonu 

XX əsrin əvvəllərində 

Azərbaycan-Fransa ədəbi 

əlaqələri (Məhəmməd 

ağa Şahtaxtinski yara-

dıcılığında): filol. e. n. 

a. dər. al. üçün təq. ed. 

dis.: 10.01.03.; 10.01.05. 

/Ə.Əliyev.- Bakı, 1998.- 

187 s.

Həsənova, S. Məhəmməd 

Ağa Şahtaxtlının dilçilik 

görüşləri: filol. üzrə fəls. 

d-ru e. dər. al. üçün təq. 

ed. dis-nın avtoreferatı: 

10.02.01 /S.Həsənova; 

Azərb. Resp. Təhsil Nazir-

liyi, Naxçıvan Dövlət Un-

ti.- Naxçıvan: 2012.- 23 s.

Quliyev, Ə. Məhəmməd 

ağa Şahtaxtlı-

nın tərcüməçilik 

fəaliyyəti /Ə.Quliyev                              

//AMEA-nın Naxçıvan 

bölməsinin xəbərləri: İc-

timai və humanitar elmlər 

seriyası.-2014.- C.10.- 

№1.- S.170-177.


411

Geologiya.Coğrafiya

105

illiyi

Ağa Əliyev  

1911-1997 

2016

Ağa Qurban oğlu Əliyev 1911-ci ildə 

Göyçay şəhərində anadan olmuşdur. 

O,  1936-cı  ildə  Azərbaycan  Sənaye 

İnstitutunu bitirmiş, neft və qaz yataqları 

geologiyası və kəşfiyyatı üzrə mühəndis-

geoloq ixtisasına yiyələnmişdir. 

Gənc geoloqun təyinatı Suraxanı rayo-

nundakı  Kaqanoviç  NMİ-yə  verilmiş  və 

tezliklə baş geoloq vəzifəsinə təyin olun-

muşdur.  Geologiya-mineralogiya elmləri 

doktoru  və  Azərbaycan  Respublikasının 

əməkdar mühəndisi olan A.Q.Əliyev apar-

dığı geoloji tədqiqatlar nəticəsində Abşe-

ron və Bakı arxipelaqları sahəsində neft 

və qaz yataqlarının proqnozunu vermiş və 

geoloji axtarış və kəşfiyyat işlərinin hara-

da aparılmasını əsaslandırmışdır. 

1945-ci  ildə  dəniz  kəşfiyyatının  xü-

susi  tresti  yaradılarkən  dənizdə  geoloji 

kəşfiyat  işlərinə  rəhbərlik  Ağa  Əliyevə 

tapşırılmışdır. 

Əfsanəvi  Neft  Daşlarının  kəşfçisi 

Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və 

bilavasitə iştirakı ilə Xəzər dənizində bir 

sıra neft və qaz yataqları aşkar edilib ki, 

bunlardan  ‘’Neft  Daşları’’,  ‘’Gürgən-

dəniz’’, ‘’Qum adası’’, ‘’Bahar’’ və baş-

qalarını göstərmək olar, Küryanı vilayətdə 

isə  ‘’Kürovdağ’’,  ‘’Mişovdağ’’  və  s., 

Abşeron  yarımadasında  ‘’Şabandaq’’, 

‘’Qaradaq’’,  ‘’Qaraçuxur’’  neft  və  qaz 

yataqları kimi 20-yə yaxın-zəngin neft və 

qaz  yataqları  açılıb.  ‘’Neft  Daşları’’nın 

kəşfindən  sonra  bu  böyük  antiklinal 

xəttin üstündəki Neft Daşlarının ardınca 

‘’Günəşli’’, ‘’Çıraq’’, ‘’Azəri’’, ‘’Kəpəz’’ 

kimi böyük ehtiyata malik neft yataqları 

aşkar olunub. 

Ağa 


Əliyev 

neft 


geologiyası 

sahəsində  təkcə  tədqiqatlar  aparmaqla 

kifayətlənmişdir.  O,  istehsalatda  rəhbər 

vəzifədə çalışmaqla bərabər, həm də neft-

çi  mütəxəssislərin  hazırlanmasına  qayğı 

göstərmişdir. İndiki Neft Akademiyasında 

20 il pedaqoji fəaliyyətlə məşğul olmuş-

dur.  1966-cı  ildə  professor  Azərbaycan 

Dövlət  Neft  Sənaye  Elmi  Tədqiqat 

Layihə İnstitutuna baş geoloq-direktorun 

elmi  işlər  üzrə  müavini  vəzifəsinə  təyin 

edilmişdir. Onun neft və qaz yataqların-

da  flüidlərin  yerləşmə  qanunauyğunluq-

larına həsr etdiyi tədqiqatlar həm nəzəri, 

həm də təcrübə baxımdan görkəmli neft 

alimlərinin böyük marağına səbəb olmuş-

dur.

Ağa Əliyevin 150-dən çox elmi əsəri 



və 3 monoqrafiyası çap olunmuşdur. Onun 

rəhbərliyi  altında  15  nəfər  geologiya-

mineralogiya elmləri üzrə namizədlik dis-

sertasiyası müdafiə etmişdir. O, iki Qırmı-

zı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri 

ilə,  SSRİ  Dövlət  Mükafatı  laureatı  və 

dörd Azərbaycan SSR Ali Sovetinin fəxri 

fərmanları  ilə  qiymətləndirilmişdir.  İki 

çağrış Azərbaycan SSR Ali Sovetinin həm 

də Rəyasət heyəyinin üzvü olmuşdur. 

S.  Orucov, Y.Səfərov  və  başqaları  ilə 

birgə  Neft  Daşlarına  gələn  desantlardan 

olan Ağa  Qurban  oğlu  Əliyev  ömrünün 

60 ildən çoxunu neft və qaz yataqlarının 

kəşfinə  və  səmərəli  işlənməsinə  sərf  et-

mişdir ki, bu da közəl insanın, peşəkar bir 

neftçinin, öz sənətini sevməsinin və ondan 

zövq almasının parlaq bir nümenəsidir. 

Xalq  arasında  Neftçi  Qurban  adı  ilə 

məşhur olan görkəmli neftçi-geoloq, baca-

rıqlı  istehsalat  təşkilatçısı, Azərbaycanın 

əməkdar  mühəndisi,  SSRİ-nin  fəxri 

neftçisi,  SSRİ  dövlət  mükafatı  laureatı, 

geologiya-mineralogiya  elmləri  doktoru, 

professor olmuşdur.

Görkəmli  neftçi  1997-ci  ildə  Bakıda 

vəfat etmişdir.

Mühəndis geoloq

Ə d ə b i y y a t

Заканомерности 

размешения и условия 

формирования 

залежей нефти и 

газа Предкавказья 

и Азербайджана 

/A.Алиев.- М., 1976.-

Т.5.

Hacıyev, V. Geo-

logiya elmimizin 

iftixarı /V.Hacıyev                   

//Respublika.-2011.-21 

may.- S.7.

Əliyev  Ağa Qurban 

oğlu //Azərbaycan so-

vet ensiklopediyası:10 

cilddə.-Bakı, 1980.-

C.4.-S.171. 

Yusifzadə, X.Böyük 

alim və neftçi ge-

oloq /X.Yusifzadə                  

//Azərbaycan.-2001.-25 

may.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.adam.az



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə