Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə191/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   187   188   189   190   191   192   193   194   ...   204

398

2016

Milli ədəbiyyat

110

 illiyi

Məmmədhüseyn Şəhriyar

1906/07-1988 

 

Seyid  Məhəmmədhüseyn  Behcət 

Təbrizi  (Məmmədhüseyn  Şəhriyar) 

1906/7-ci ildə Təbriz şəhərinin Bağmeşə 

bölgəsində,  Xoşginab kəndində anadan 

olmuşdur.  O,  Behcət  təxəllüsü  ilə  də 

şeirlər yazmışdır.

 İlk təhsilini Xoşginabda axund Molla 

İbrahimdən almış, sonralar 1912-ci ildə 

Təbrizə  köçmüş  və  burada  “Talibiyyə” 

mədrəsəsində  oxumuşdur.  Ərəb,  fars, 

evdə isə fransız dillərini öyrənmiş, şair 

Həbib Sahirlə tanış olmuş, M.Ə.Sabirin 

şeirlərini  oxumaq  imkanı  əldə  etmiş-

dir. Ana dilində ilk şeirini 1913-cü ildə 

mədrəsədə  oxuduğu  müddətdə  yazmış-

dır.

 Şəhriyar Təbrizdə orta təhsil almış, 



Tehran  Universitetinin  tibb  fakültəsini 

bitirsə  də  1920-ci  illərin  ortalarından 

etibarən artıq istedadlı bir şair kimi tanın-

mağa başlamışdı. İlk şeirini Təbrizdəki 

“Məhəmmədiyyə”    orta  məktəbinin 

buraxdığı “Ədəb” adlı jurnalda dərc et-

dirmişdir.  Sədinin  “Gülüstan”ı,  Hafizin 

qəzəlləri,  Qurani-Kərim,  bəzi  ərəb-fars 

lüğətləri Şəhriyarın hələ uşaq yaşlarında 

öyrəndiyi əsərlərdən olmuşdur. XX əsrin 

20-ci illərin ortalarından etibarən artıq is-

tedadlı bir şair kimi tanınmağa başlayan 

Şəhriyar  bəzi  səbəblərdən  ali  təhsilini 

yarımçıq  qoymağa  məcbur  olmuş,  bir 

müddət  İranın  müxtəlif  şəhərlərində, 

o  cümlədən  Məşhəddə  yerli  idarələrdə 

məmurluq  etmişdir.  XX  əsrin  30-cu 

illərin ortalarında Tehrana qayıdıb bank-

lardan birinə işə düzəlmişdir. 

İlk şeir kitabı 1931-ci ildə Tehranda - 

üç böyük şair və alimin - Məliküşşüəra 

Baharın,  Səid  Nəfisinin  və  Pəjman 

Bəxtiyarinin  müqəddimələri  ilə  nəşr 

olunmuşdur. 

M.Şəhriyarı XX əsr Azərbaycan po-

eziyasının  nəhəngləri  sırasına  ucaldan 

ilk növbədə onun ölməz “Heydərbabaya 

salam” poeması olmuşdur. 

Milli ədəbiyyatın və mədəniyyətin qo-

runması və inkişafı uğrunda fədakarlıqla 

çalışan  vətənpərvərlərin  səyi  ilə  2003-

cü  ilin  mart  ayında  “Heydərbabaya  sa-

lam” əsəri çap olunmuşdur. Həmin nəşrə 

müqəddimə  yazmış  alimlər  -  Mehdi 

Rövşənzəmir  və  Əbdüləli  Karəng  onu 

yüksək qiymətləndirmiş, haqlı olaraq bu 

poemanın  dünya  ədəbiyyatının  bir  sıra 

nadir əsərləri ilə eyni səviyyədə dayan-

dığını göstərmişlər.

Məhəmmədhüseyn  Şəhriyar  1988-

ci  il  sentyabr  ayının  18-də  Tehranın 

“Mehr”  xəstəxanasında  vəfat  etmişdir. 

Vəsiyyətinə  əsasən  cənazəsi  Təbrizə 

gətirilmiş  və  Surxabdakı  məşhur 

“Şairlər qəbiristanı”nda dəfn edilmişdir. 

Burada İran xalqının mədəniyyət tarixi-

ni nümayiş etdirən gözəl bir muzey də 

yaradılmışdır.  Məqbərənin  önündə  qo-

naqlar  Şəhriyarın  öz  abidəsi  ilə  yanaşı 

Azərbaycan  Respublikası  hökumətinin 

Bakıdan  hədiyyə  göndərdiyi  Nizami 

Gəncəvinin heykəlini də ehtiramla seyr 

edirlər.

Məhəmmədhüseyn  Şəhriyarın  vəfat 

etdiyi gün, yəni 18 sentyabr hər il İranda 

“Milli şeir günü” kimi qeyd edilir.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri: 

[2 cilddə] /

Səhənd; [ön söz. 

Ş.Məmmədhüseyn].-

Bakı: Şərq-Qərb

2006.-280 s.

Heydərbabaya salam: 

[poema] /M.Şəhriyar; 

red. və ön söz müəl. 

M.Çəmənli.-Bakı: 

Təhsil, 2009.-39 s.

Ağayev, Ə. 

Məhəmmədhüseyn 

Şəhriyar: pedaqoji 

görüşləri /Ə.Ağayev, 

Q.Ədaləti; red. 

Ə.Yəqubi.-Bakı: 

Mütərcim, 2013.-161 s.

Dağkəsəmənli, 

R.Sönməz günəşdir 

Şəhriyar: [Şeirlər 

və poemalar] /Rafiq 

Dağkəsəmənli; red. 

Z.Qafarlı.-Bakı: 2008.-

163 s

Əhməd, V. 

Azərbaycanı candan 

artıq sevən Şəhriyar: 

“Heydərbabaya 

salam” poemasının 

Quzey Azərbaycana da 

böyük təsiri oldu /V. 

Əhməd //Xalq cəbhəsi.- 

2014.-4-8 oktyabr.- № 

181.- S.14. 

Şair


399

2016

Folklor

410

 illiyi

Qaracaoğlan 

1606-1674/1676

Tədqiqatçıların araşdırmalarına görə, 

Qaracaoğlan 1606-cı ildə Mut elinin Çu-

xur obasında, tanınmış Sayıoğlu nəslinə 

mənsub  ailədə  anadan  olmuşdur.  Kiçik 

yaşlarından  yayı  Anadolu  yaylalarında 

keçirən  Qaracaoğlan  ömrü  boyu  xalqa 

bağlı  olmuş,  gəzərgi  həyat  keçirmiş, 

Balkan  ölkələrini,  Şərq  vilayətlərini, 

Azərbaycanı,  İranı  gəzmiş,  şeirlərində 

də bu yerlərdən bəhs etmişdir.

Qaracaoğlanın həyatı və yaradıcılığı 

haqqında ilk məlumatı türk ədəbiyyatının 

qurucularından olan Fuad Köprülü 1915-

ci  ildə  “Türk  saz  şairləri”  adlı  kitabın-

da  vermişdir.  1927-ci  ildə  isə  Sadettin 

Hüzhüt  Güney  “Qaracaoğlanın  həyatı 

və şeirləri” kitabını nəşr etdirdi. Sonrakı 

illirdə Ahmet Kutsi Tecer, Mustafa Ne-

cati Karayer, Refik Ahmet Sevengil, Ja-

hit Özbelli, İlhan Başgöz, Ali Rza Yalçın, 

Ahmet Tevhid  kimi  görkəmli  alimlərin 

tədqiqatlarında  Qaracaoğlan,  onun  ya-

radıcılığı haqqında qiymətli fikirlər irəli 

sürülmüşdür.  Bu  da  bir  həqiqətdir  ki, 

Qaracaoğlan aşıq ənənələrə uyğun ola-

raq sazı və sözü ilə Osmanlı imperator-

luğunun  Konya,  İçel,  Kayseri,  Mardin, 

Karaman,  Adana,  Diyarbekir,  Hama, 

Hələb, Misir, Tokkat, Ankara, Bursa, Si-

mas kimi yerlərinin kənd və yaylalarına 

qədər  gəzib-dolaşmış,  hər  yerdə  də  şa-

irlik və aşıqlıq gücünü göstərmişdir. Öz 

adının gah Hasan, gah da Halil (Xəlil), 

“Qaracaoğlan”ın  isə  onun  təxəllüsü 

olduğunu  aşıq  şeirlərində  ifadə  edir. 

Qaracaoğlanın  tədqiqatçıları  onun  bir 

qürbətçi, qərib bir aşıq olduğunu yazır-

lar. Şeirlərində də bunu təsdiq edən tu-

tarlı  misralar  vardır.  Şerlərində  Dunay 

boylarından  Avstriya  müharibələrinə 

qədər  söz  etdiyinə  görə  onun  Osman-

lı  imperatorluğunun  Qərb  hüdudlarına, 

hətta  xarici  ölkələrə  də  getdiyi  ehtimal 

olunur. “Dilləri var dilimizə bənzər” şei-

ri bu ehtimalın doğruluğunu təsdiqləyir.

Qaracaoğlan xalq dilinin incəliklərini 

və gözəlliklərini bütün təravəti ilə şeirə 

gətirdiyi  kimi,  heca  vəzninin  də  ən 

yayqın  və  klassik  formalarında  şeirlər 

yazmışdır.  Ən  çox  qoşma,  səmai,  var-

sağı  şəkillərindən  istifadə  etmişdir. 

Qaracaoğlanın  istifadə  etdiyi  nəzm 

şəkillərindən  biri  də  qoşmadır.  Aşığın 

tədqiqatçılarının  yazdığına  görə  onun 

yazdığı 500-dən yuxarı şeirin 322-si qoş-

ma biçimində olmaqla bərabər, bu şeirlər 

klassik  qoşma  şəklinin  ən  mükəmməl 

nümunələrindəndir.

Azərbaycan  Qaracaoğlanın  ikinci 

vətənidir.  Qaracaoğlanın  Gədəbəydə 

olması,  Göyçədə  yaşaması  haqqında 

rəvayətlər də dolaşmaqdadır. XVI-XVII 

yüzillikdə yaşayıb yaratmış Qurbaninin, 

Sarı  Aşığın  təsiri  Qaracaoğlan  yaradı-

cılığında  hiss  olunduğu  kimi,  özündən 

sonrakı  aşıqların  –  Aşıq  Alının,  Aşıq 

Ələsgərin və başqa sənətkarların yaradı-

cılığında da Qaracaoğlanın təsiri aydın-

ca duyulmaqdadır.    

Mənbələrdə  onun  1674/76-cı  və  ya 

1689-cu  illərdə  vafat  etdiyi  söylənilir. 

Təxminən  80  ilə  yaxın  ömür  sürən 

sənətkar yenə də öz ana torpağına qismət 

olub, uca bir təpədə dəfn edilmişdir. İndi 

“Qaracaoğlan təpəsi” adlanan həmin yer 

sənətsevərlərin ziyarətgahına dönüb. 

Ə d ə b i y y a t

Aramızda qarlı dağlar 

dayanıb: şeirlər                                    

/Qaracaoğlan; ön söz. 

müəl.: İ.Öməroğlu, 

Q.Namazov; red. 

İ.Türkay.-Bakı: Yazıçı, 

1991.- 216 s.

Şeirlər /Qaracaoğlan; 

tərt. ed. və ön sözün 

müəl.: İ.Öməroğlu, 

Q.Namazov.-Bakı: 

Şərq-Qərb, 2006.256 s.

Quliyeva-Qafqazlı, 

X. Qaracaoğlan 

/X.Quliyeva-Qafqazlı; 

red. H.Araslı; AzSSR 

EA, Şərqşünaslıq İns-

tu.-Bakı: Elm, 1985.-

112 s.

Tatyüz, H.A. Qaraca-

oğlan yaradıcılığında 

aşıq havaları: sənətşün. 

üzrə fəls. d-ru e. dər. 

al. üçün təq. ol. dis-nın 

avtoreferatı: 17.00.02 

/H.A.Tatyüz; Azərb. 

Resp. Təhsil Nazirliyi

Ü.Hacıbəyli ad. BMA.-

Bakı, 2012.-34 s.

Uğur. XVI yüzil türk 

aşıq poeziyası: Pir 

Sultan Abdal və Qara-

caoğlan /Uğur //Xalq 

cəbhəsi.- 2012. - 27 

sentyabr. - S.14.

Türk aşığı



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə