Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə190/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   186   187   188   189   190   191   192   193   ...   204

396

2016

Milli ədəbiyyat

175

 illiyi

Fatma xanım Kəminə 

1841-1898

Fatma  xanım  Mirzə  Bəybaba  Fəna 

qızı Kəminə 1841-ci ildə Şuşa şəhərində 

“Qafqaz qitəsinin Şirazı mənziləsində” 

(F.Köçərli) Mirzə Bəybaba Tahirzadənin 

ailəsində  anadan  olmuşdur.  Onun  ilk 

sənət müəllimi də atası olmuşdur.

Fatma xanım kiçik yaşlarından molla-

xana təhsili almış, fars dilini mükəmməl 

öyrənmiş,  sonralar  təhsilini  artırmaq 

üçün Türkiyəyə getmiş, bir neçə il İstan-

bulda  oxumuşdur.  Dövrünün  ziyalıları 

Fatma xanıma ağlına, dərrakəsinə görə 

dərin  ehtiram  bəsləyər,  “şairə  Mirzə 

Fatma”  -  deyə  ona  müraciət  edərdilər. 

Fatma xanım kiçik yaşlarından etibarən 

şeirə maraq göstərmişdir. Şairənin atası 

Mirzə Bəybaba Fəna da şair olmuş və 

“Fəna” təxəllüsü ilə şeir yazmışdır. 

Kəminə xanımın həyat və yaradıcılı-

ğı haqqında XIX əsr təzkirələrində az da 

olsa məlumat var. Mir Möhsün Nəvvab 

“Təzkireyi-Nəvvab”  əsərində  Kəminə 

xanım haqqında məlumat verərək bildi-

rir ki, o, dörd yüzə yaxın şeir yazmış, 

zəngin  yaradıcılığı  ilə  dövrünün  işıqlı 

insanlarından biri olmuşdur.

XIX  əsr  təzkirələri  arasında  da 

şairənin şeirlərinə rast gəlinir. Şairənin 

əsərlərinin böyük bir qismi fars dilində 

yazılmışdır.  O  dövrdə  Fatma  xanım 

Azərbaycanın ən məşhur 3-5 şairəsindən 

biri olmuşdur.

Şairə  onunla  bir  dövrdə  yaşayan 

bir  çox  aşığın  şeirlərinə  nəzirələr  yaz-

mışdır. Amma dövrümüzə onun əsasən 

klassik  şəkildə  yazılmış  şeirləri  gəlib 

çatmışdır.

Firudin  bəy  Köçərli  “Azərbaycan 

ədəbiyyatı”  kitabında  Fatma  xanımın 

şəxsiyyətini  və  yaradıcılığını  yüksək 

qiymətləndirərək onu “Qarabağın üçün-

cü şaireyi-möhtərəməsi” adlandırmışdı: 

“...Həqiqətdə  çox  gözəl,  zərif  bir  can 

idi və zahiri gözəlliyinə müvafiq batini 

və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə 

sahibəsi olub, ziyadə xoşxülq, mülayim 

və xoşrəftar bir nadireyi-zəmanə idi”.

Fatma  xanım  ömrü  boyu  Xurşidba-

nu Natəvanın sənət və qəlb dostu, yaxın 

rəfiqəsi, həmdərdi olmuş, düz otuz il on-

lar xeyirdə-şərdə, müxtəlif tədbirlərdə, 

şeir və  musiqi məclislərində birgə işti-

rak etmişlər.

Fatma  xanım  Kəminə  Şuşada  Mir 

Möhsün  Nəvvabın  başçılıq  etdiyi 

“Məclisi-fəramuşan” və şairə Natəvanın 

başçılıq  etdiyi  “Məclisi-üns”  ədəbi 

məclisinin  ən  fəal  üzvlərindən  biri  ol-

muş, onun bir şairə kimi yetişməsində 

bu ədəbi məclislərin böyük rolu olmuş-

dur,  burada  sənətkarlıq  dərsləri  alaraq 

püxtələşmişdir.

Şairə  yüksək  poetik  istedada  ma-

lik  olmaqla  yanaşı  Şərq  poeziyasına 

dərindən  bələd  olmuş,  Füzuli  lirikası-

nı, demək olar ki, əzbərdən bilmiş, bö-

yük ustadının təsiri ilə klassik üslubda 

yazıb-yaratmışdı.

Fatma  xanım  Kəminə  1898-ci  ildə 

vəfat etmişdir. 

Ə d ə b i y y a t

Kəminə xanım Fatma

    

/[ön söz. Ə.Cəfərzadə; 

red. M.Sultanov].-Bakı: 

Gənclik, 1971.- 96 s.

Fatma xanım Kəminə

 

//Azərbaycan qa-

dın şairləri anto-

logiyası /tərtib ed. 

Ə.Cəfərzadə; ön sözün 

müəl. N.Rəfibəyli; 

red.: T.Qaraqaya, 

L.Əliyeva.-Bakı, 2005.-

S.96-100.

Kəminə xanım Fatma 

//Azərbaycanın aşıq 

və şair qadınla-

rı   /[toplayıb tərt.ed. 

Ə.Cəfərzadə; rəssam 

M. Rəhmanzadə].-Bakı, 

1974.- S.77.-94.

Xəlilzadə, F. Klassik 

irsimizin Şuşa qanadı: 

Yarı Haqq olan şair 

/F.Xəlilzadə //Kaspi.-

2012.- 29 sentyabr -1 

oktyabr.- S.19.

Xəlilzadə, F. Yarı Haqq 

olan şair /F.Xəlilzadə   

//Azərbaycan.-2012.- 

25 avqust.- S. 7.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azadqadin.az

Şairə



397

2016

Milli ədəbiyyat

120

 illiyi

Hənəfi Zeynallı

1896-1937 

Məmmədhənəfi  (Hənəfi)  Baba 

oğlu  Zeynallı  1896-cı  ildə  Bakının 

Mərdəkan  qəsəbəsində  anadan  olmuş-

dur. Mədrəsədə oxumuş, rus-müsəlman 

orta məktəbini bitirmişdir. 

1916-cı  ildə  Bakıdakı  Orta  Politex-

nik  məktəbini  bitirmiş  və  elə  həmin  il 

müsabiqə  imtahanını  uğurla  verərək 

İmperator Texniki Peşə məktəbinə daxil 

olmuş, 1917-ci ildə fevral inqilabından 

sonra təhsilini dayandırmışdır.

H.Zeynallı  1922-ci  ildə Azərbaycan 

Dövlət Universitetinə (indiki BDU) da-

xil olmuş, oranı 1927-ci ildə bitirmiş və 

təyinatını Şərq fakültəsinin Azərbaycan 

türk ədəbiyyatı tarixi kafedrasına, sonra 

isə Azərbaycan Pedoqoji İnstitutuna al-

mışdır. 1930-cu ildə dosent olmuşdur.

1923-cü  ildən  Azərbaycan  Dövlət 

Nəşriyyatının əsas yaradıcılarından biri 

kimi  fəaliyyət  göstərmişdir.  1930-cu 

ildən  Azərbaycan  DETİ-nin  ədəbiyyat 

bölməsində  işləmiş,  folklor  qrupuna, 

1934-cü ildən Azərbaycan SSR Elmlər 

Akademiyasında  folklor  bölməsinə 

rəhbərlik  etmiş  və  həm  də Azərnəşrdə 

redaktor kimi çalışmışdır.

1923-1931-ci  illərdə  Azərnəşrdə 

işləyərkən  “Kommunist”,  “Maarif  və 

Mədəniyyət”, “İnqilab və Mədəniyyət”, 

“Maarif işçisi” jurnalları ilə əməkdaşlıq 

etmiş, orada geniş ədəbi publisistik ya-

zılarla çıxış etmişdir.

Hənəfi  Zeynallı  ədəbiyyat  tarixinə 

müstəqil  əsər  həsr  etməmiş,  lakin 

klassik  irsə  dair  bütün  məqalələrini 

ədəbiyyatımızın tarixi vəziyyətini nəzərə 

alaraq yazmışdır. O, ədəbiyyat tariximiz 

haqqında  keçən  əsrin  20-ci  illərində 

meydana çıxmaqda olan nəzəriyyələrə, 

dövrünün mövcud ədəbiyyat tarixlərinə 

laqeyd deyildi.

Hənəfi Zeynallının əsərləri içərisində 

1926-cı ildə yazdığı “Azərbaycanın ata-

lar sözləri və məsəllər” kitabının xüsusi 

dəyəri var. Burada dörd minədək atalar 

sözü və məsəl toplanıb. O, hələ nə qədər 

xalq  incisi  -  folklor  nümunəsi  topla-

yacaq,  neçə  tədqiqat  əsərinin  altında 

“Hənəfi Zeynallı” imzası qoyulacaqdı. 

Ancaq Stalin rejimi heç bir əsası ol-

madan  onu  “xalq  düşməni”  elan  etdi. 

Hənəfi  Zeynallının  məhkəməsi  cəmi 

15  dəqiqə  çəkmişdir.  Bütün  repressiya 

qurbanlarının məhkəməsi kimi... Bura-

da  Hənəfi  Zeynallı  özünü  tam  günah-

kar hesab etdiyini, təslim olduğunu və 

mərhəmət dilədiyini söyləyir.

Hərbi  kollegiya  Hənəfi  Baba 

oğlu  Zeynallını  ən  yüksək  cəzaya  - 

güllələnməyə məhkum etmişdir. 

Lakin 1957-ci il martın 30-da SSRİ 

Ali  Məhkəməsinin  Hərbi  Kollegiyası-

nın qərarına görə 1937-ci il sentyabrın 

12-də  SSRİ  Ali  Hərbi  Kollegiyasının 

Hənəfi  Baba  oğlu  Zeynallının  istintaq 

işi üzrə çıxartdığı hökm dəyişdirildi və 

cinayət  tərkibi  olmadığı  üçün  iş  xətm 

edildi... 



Ə d ə b i y y a t

Azərbaycan nağılları: 5 

cilddə /toplayıb tərt.ed. 

H. Zeynallı; nəşrə ha-

zırlayanlar. İ.Abbaslı, 

R.Xəlilov, M.Teymurov; 

red. İ.Abbaslı.-Bakı: 

Şərq-Qərb, 2005.-C.I.-

360 s.

Hənəfi Zeynallı//Fikrin 

karvanı: Görkəmli 

Azərbaycan tənqidçi 

və ədəbiyyatşünasları 

/tərt. ed., red. və ön 

sözün müəl. Elçin.-

Bakı: Yazıçı, 1984.-S. 

160-174.

Qurbanova, N. Hənəfi 

Zeynallı: Ədəbi-

tənqidi görüşləri 

/N.Qurbanova; rəyçi. 

Y. Qarayev; red. 

M.Axundov.-Bakı: 

Yazıçı, 1989.-144 s.

Oktay.”Azərbaycanın 

atalar sözləri və 

məsəlləri”:Hənəfi 

Zeynallının Azərbaycan 

folklorunun toplanma-

sı, tərtibi və nəşrində 

müstəsna xidmətləri 

olub /Oktay //Xalq 

cəbhəsi.-2013.- 27 

aprel.- S. 13.

Ədəbiyyatşünas


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə