Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat  Nizami Gəncəvi



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə188/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   184   185   186   187   188   189   190   191   ...   204

392

Milli ədəbiyyat 

Nizami Gəncəvi

1141-1209 

 

875  

illiyi

2016

İlyas  Yusif  oğlu  Nizami  Gəncəvi  (tam  adı 

Cəmaləddin  İlyas  ibn  Yusif)  1141-ci  ildə  Gəncə 

şəhərində anadan olmuşdur. 

Təhsilini  Gəncə  mədrəsəsində  almış,  daha 

sonra  şəxsi  mütaliə  yolu  ilə  o  dövrün  elmlərini 

mükəmməl  öyrənmiş,  xüsusən  də  Yaxın  Şərq 

xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından 

bələd olmuşdur. Ana dili ilə yanaşı o dövrün elm 

dili olan ərəb dilini və şeir dili olan fars (dəri) dilini 

mükəmməl öyrənmiş, dövrünün kamil bir aliminə 

çevrilmişdir.  Buna  görə  də  müasirləri  onu  “hər 

şeyi  kamil  bilən  alim”  anlamına  gələn  “Həkim” 

adlandırırdılar. 

Nizami  Gəncəvi  dünya  ədəbiyyatı  tarixinə 

məsnəvi formasında fars dilində yazdığı 5 poema-

dan ibarət “Xəmsə” (“Beşlik”) (“Sirlər xəzinəsi”, 

“Xosrov  və  Şirin”,  “Leyli  və  Məcnun”,  “Yeddi 

gözəl”,  “İsgəndərnamə”)    müəllifi  kimi  daxil  ol-

muşdur.


“Məxzənül-əsrar”  (“Sirlər  xəzinəsi”  1176-

1178) adlı ilk poeması şairə böyük şöhrət qazan-

dırmışdır.  Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  di-

daktik poema janrının ən qiymətli nümunəsi olan 

bu əsər şairin yaradıcılığında epik şeir sahəsində 

ilk  qələm  təcrübəsi  idi.  Şairin  ədalətli  insan 

cəmiyyəti,  əməksevərlik,  verilən  sözün  üstündə 

durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dost-

luq haqqında ictimai-əxlaqi fikir və düşüncələri bu 

əsərdə öz əksini tapmışdır. 

Xəmsənin ikinci poeması olan “Xosrov və Şi-

rin”  poemasını  1180-ci  ildə  bitirmişdir.  Nizami 

bu  əsəri  Atabəy  Şəmsəddin  Məhəmməd  Cahan 

Pəhləvan Eldəgizə (1173-1186) ithaf etmişdir. Ca-

han Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl 

Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə 

görüşmüş  və  onun  nəsihətlərini  dinləmiş,  şairə 

Həmdünyan adlı bir kənd bağışlamışdır. 

Nizami Şirvan hökmdarı I Axistanın sifarişi ilə 

1188-ci  ildə  “Leyli  və  Məcnun”  poemasını  yaz-

mış,  Yaxın  və  Orta  Şərq  xalqları  arasında  geniş 

yayılmış məhəbbət əfsanəsini ilk dəfə ədəbiyyata 

gətirmiş, vicdan və sevgi azadlığı haqqında ölməz 

bir dastan yaratmışdır. Şair bu poemada ülvi sevgi-

ni təsvir etməklə yanaşı qadın hüquqsuzluğundan, 

qadının  əşya  kimi  satılıb-alınmasından,  feodal 

adət-ənənələrindən söhbət açmış, insan adını uca 

tutmağa,  ali  məqsədlərə  qulluq  etməyə,  mərd  və 

mübariz olmağa çağırmışdır.

Nizami Ağsunqurlar sülaləsindən olan Marağa 

hakimi Əlaəddin Körpə Arslana həsr etdiyi “Yeddi 

gözəl” poemasını 1197-ci ildə yazmışdır. Nəhayət, 

ömrünün  sonlarına  yaxın  bütün  ədəbi-estetik, 

ictimai-fəlsəfi  görüşlərini,  mütərəqqi  ideyalarını  

yekunlaşdırdığı  “İsgəndərnamə”  (təqr.  1203)  po-

emasını qələmə almışdır.

Əsərlərindən məlum olur ki, şair böyük divan 

yaratmış,  qəzəl  və  qəsidələr  müəllifi  kimi  tanın-

mışdır.  Lakin  Şərq  təzkirəçilərinin  20  min  beyt 

həcmində  olduğunu  qeyd  etdikləri  bu  divandakı 

şeirlərin  çox  az  hissəsi  dövrümüzədək  gəlib  çat-

mışdır.  Bütün  yaradıcılığı  boyu  lirik  şeirlər  yaz-

mış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi 

ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində 

ifadə etmişdir. 

Nizami  Gəncəvi  üçün  şəxsiyyətin  ən  yüksək 

meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi 

qətiyyətlə  rədd  edən  bu  şairin  qəhrəmanları 

içərisində  türk,  fars,  ərəb,  çinli,  hindli,  zənci, 

yunan,  gürcü  və  s.  xalqların  nümayəndələrinə 

rast  gəlmək  olar.  Hümanist  şair  müxtəlif  dinlərə 

mənsub bu qəhrəmanların heç birinin milliyətinə, 

dini görüşlərinə qarşı çıxmamış, onun qəhrəmanları 

ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrun-

da  mübarizə  aparmışdır.  İnsan  şəxsiyyətinə,  in-

Şair



393

san əməyinə ehtiram şairin yaradıcılığının aparıcı 

mövzularındandır.

 Nizami əsərlərini fars dilində yazmış, bu əsərlər 

dünyanın bir çox xalqlarının dilinə tərcümə olun-

muşdur.  Əsərlərinin  nadir  əlyazma  nüsxələri  bir 

çox  şəhərlərin  (Moskva,  Sankt-Peterburq,  Bakı, 

Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, 

London, Paris və s.) məhşur kitabxana, muzey və 

əlyazmaları fondlarında qiymətli incilər kimi qo-

runub saxlanılır.

 Şair 1209-cu il mart ayının 12-də vəfat etmiş-

dir. Bu tarix qəbir daşı üzərində qeyd edilmişdir. 

Əsrlər  uzunu  xalq  kütlələri  tərəfindən  əziz  və 

müqəddəs sayılaraq mühafizə edilən Nizami qəbri 

üzərində möhtəşəm məqbərə tikilmişdir. 

XX  əsrin  70-ci  illərində  respublikamızda 

klassik  ədəbi  irsimizin  öyrənilməsi  baxımından 

tamamilə yeni mərhələ başlamış, həmin mərhələ 

bilavasitə  xalqımızın  ümummilli  lideri  Heydər 

Əliyevin  adı  ilə  bağlı  olmuşdur.  Məhz  Ulu 

Öndərin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın 

böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin 

öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşı-

laşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yan-

var tarixli qərar bu istiqamətdə qarşıya kompleks 

vəzifələr  qoyaraq  dahi  şairin  irsinin  və  ümumən 

orta  əsrlər  Azərbaycan  mədəniyyətinin  sistemli 

araşdırılması üçün geniş perspektivlər açmışdır. 

1981-ci ildə şairin 840 illik yubileyi Azərbaycan 

Respublikasının rəhbəri Heydər Əliyevin diqqəti 

və  cəsarətli  mövqeyi  sayəsində  sovetlər  birli-

yi  məkanında  böyük  təntənə  ilə  qeyd  olunmuş, 

həmin ərəfədə Məqbərənin milli üslubda yenidən 

qurulması  və  onun  ətrafındakı  ərazini  abadlaş-

dırmaq haqqında qərar verilmişdir.    1991-ci ildə 

YUNESKO-nun təşəbbüsü ilə Nizami Gəncəvinin 

anadan olmasının 850 illik yubileyi dünya miqya-

sında qeyd olunmuşdur. Mədəniyyət və incəsənətə 

daim qayğı və diqqət göstərən ümummilli lideri-

miz Heydər Əliyev 2000-ci ildə Avstriyaya rəsmi 

səfər edən zaman Xəmsənin bərpası barədə tapşı-

rıq vermiş, 2002-ci ildən bərpa olunan “Xəmsə”nin 

əlyazması  əsasında  2008-ci  ildə  multimedia  dis-

kinin  təqdimatı  keçirilmişdir.  Əlyazmanın  üzü 

XVII əsrdə Dust Məhəmməd ibn Dərviş Dərəxtiçi 

tərəfindən köçürülmüş, mətn XV əsrdə geniş ya-

yılan  nəstəliq  xətti  ilə  yazılmışdır.  “Xəmsə”yə 

çəkilən ilkin miniatürlər də bu əsrə təsadüf edir.

Dahi şairin irsinin öyrənilməsinə diqqət və qayğı 

bu gün də Prezident İlham Əliyev tərəfindən uğur-

la davam etdirilir. 2011-ci ildə dahi şairin anadan 

olmasının 870 illik yubileyini dövlət səviyyəsində 

qeyd etmək üçün Azərbaycan Respublikasının pre-

zidenti İlham Əliyev 30 dekabr 2011-ci il tarixində 

xüsusi  Sərəncam  vermişdir.  Həmin  sərəncamda 

N.Gəncəvinin  yaradıcılığı  “bəşər  bədii  fikrinin 

nadir hadisəsi” kimi qiymətləndirilmiş, onun 870 

illik yubileyini ölkə miqyasında geniş qeyd etmək 

üçün əlaqədar nazirlik və təşkilatlara, Gəncə şəhər 

icra hakimiyyətinə tapşırıq verilmişdir. Təbii ola-

raq, şairin yubileyi ilə əlaqədar ən genişmiqyaslı 

tədbirlər onun vətəni Gəncə şəhərində həyata ke-

çirilmişdir.  İlk növbədə dahi Nizaminin Məqbərə 

kompleksi  yenidən  təmir  edilmiş,  ətrafında  ge-

niş  park  salınmış,  burada  “Nizami  Gəncəvi 

Mərkəzi”nin  bünövrəsi  qoyulmuş,  açıq  havada 

muzey yaradılmış, Azərbaycan Milli Elmlər Aka-

demiyasının Gəncə Regional Mərkəzində “Nizami 

İnstitutu”  təsis  olunmuş,  “Nizami  Gəncəvi”  adlı 

jurnal  nəşrə  başlamış,  silsilə  elmi-praktik  konf-

ranslar  keçirilmiş,  təhsildə  fərqlənən  tələbələrə 

“Nizami adına təqaüd” təsis edilmiş, “Xəmsə” ba-

ğında yenidənqurma işləri aparıldıqdan sonra bu-

rada şairin şəhərdə ikinci heykəli ucaldılmışdır.

20 Aprel 2012-ci ildə İtaliyanın paytaxtı Roma 

şəhərində  Heydər  Əliyev  Fondunun  dəstəyi  və 

Azərbaycanın  İtaliyadakı  səfirliyinin  iştirakı  ilə 

Roma şəhərindəki məşhur “Villa Borghese” par-

kında Nizami Gəncəvinin abidəsinin açılışı olmuş-

dur.  2014-cü  il  yanvarın  21-də  Gəncədə  Heydər 

Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi Mu-

zeyi  inşa  olunmuş,. Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev muzeyin açılışında iştirak 

etmişdir.

Ə d ə b i y y a t

Azərbaycanca yazmış olduğu divan /N. Gəncəvi; red. S.Eloğlu; çapa haz., qeydlər və  ön sözün müəl. S. İbrahimov, H.Səbuhi; naşir 

R.İmanlı; üz qapağını haz. V. Topkaya; mətni tərt. ed. E. Əbilov.-Bakı: İqra Nəşriyyat Evi, 2013.-191 s.

Leyli və Məcnun: [poema] /Nizami Gəncəvi; red. Ə. Səfərli; farscadan tərc., ön söz və izahların müəl. X. Yusifli; AMEA Nizami Gəncəvi 

Mərkəzi.-Bakı: Elm və təhsil, 2012.-355 s.

Sirlər xəzinəsi /Gəncəvi Nizami.-Bakı: Qanun, 2014.-327 [] s.

Yeddi gözəl /N. Gəncəvi; tərc. ed. M. Rahim; izahların müəl. R. Əliyev; ön sözün müəl. və elmi red. X. Yusifli.-Bakı: Adiloğlu, 2011.-327 

s.

İlyas Yusif oğlu Nizami Gəncəvi /Ə. N.Gəncəvi.-Gəncə: [s. n.], 2013.-239 s.

Nizami Gəncəvi: biblioqrafiya /tərt. ed.: M.İbrahimova, G.Misirova; ixt. red. və burax. məsul K.Tahirov; red. M.Vəliyeva; M.F.Axundov 

ad. Azərbaycan Milli Kitabxanası. - Bakı,-2012.- 632 s. 

Nizami Gəncəvi və folklor /red. M. Kazımoğlu; tərt. edən S. Rzasoy; AMEA, Folklor İn-tu.-Bakı: [Nurlan], 2013.-212 s.

www..anl.az



Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə